Month: April 2021

  • Millimiz son saniyələrdə vurduğu qolla qrup liderliyini təmin etdi

    Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

    Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 3-cü qrupdakı beşinçi sınağında səfərdə Slovakiya yığması ilə qarşılaşıb.

    Levitse İdman Sarayındakı görüş 1:1 hesabı ilə başa çatıb.

    Matçda ilk qolu 15-ci dəqiqədə slovakiyalıların heyətində Martin Doşa vurub. Azərbaycan millisi görüşün başa çatmasına 32 saniyə qalmış hesabı bərabərləşdirərək məğlubiyyətdən qaçıb. Yığmanın heyətində Everton Kardozo fərqlənib.

    Bu heç-heçədən sonra xallarını 13-ə çatdıran Azərbaycan yığması qrup liderliyini təmin edib. Slovakiya isə 8 xalla 2-ci pillədə qalıb.

    Bu qrupun digər matçında autsayder Yunanıstan aprelin 9-da Moldova yığmasını qəbul edəcək.

    Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən Azərbaycan millisi qrupdakı son oyununu aprelin 14-də evdə Yunanıstan seçməsinə qarşı keçirəcək.

  • Kriptovalyuta bazarına 4,5 milyard dollar yatırılıb – “Coinshares”

    2021-ci ilin ilk rübündə dünyanın kriptovalyuta bazarına 4,5 milyard dollar vəsait yatırılıb.

    Median.Az Fed.az-a istinadən xəbər verir ki, bu bütün dövrlər üzrə ən yüksək göstəricidir.

    Rəqəmsal valyuta idarəçisi olan “Coinshares” şirkətin tərəfindən aprelin 7-də açıqlanan məlumatlara görə, ilk rübdə kriptovalyuta fondlarına yatırım rekordu vurulub – 4,5 milyard dollar.

    “Coinshares”in məlumatına görə, bu 4,5 milyard dolların 3,5 milyard dolları Bitcoin-ə, 765 milyon dolları Ethereuma- və digər valyutalara yatırılıb.

    Qeyd edək ki, bundan əvvəlki rübdə – 2020-ci ilin 4-cü rübündə kriptovalyuta bazarına 3,9 milyard dollar yatırılmışdı. Bu artım kriptovalyutalara şirkətlərin yatırımlarının artdığını göstərir.

    Doğrudur, yatırımların artım sürəti zəifləyib. Belə ki, 2020-ci ilin sonuncu rübü ilə birinci rübü arasında yatırımların həcminə görə 240%-lik artım olmuşdu. Qeyd edək ki, bu həftənin əvvəlində kriptovalyutaların bazar həcmi 2 trilyon dolları keçib.

  • “Xal-xal” və “999” kafeləri cərimələndi – TAM SİYAHI

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

    AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 07 aprel 2021-ci il tarixində ölkə üzrə 413 ictimai iaşə obyektində 694 monitorinq keçirilib. Monitorinqlər zamanı 22 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 2943 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elmar Əkbər oğluna məxsus kafe;

    2. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 26 ünvanında yerləşən, fiziki şəxs Sadıxov Turqut Elşən oğluna məxsus “Dürmək” kafesi;

    3. Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi 20, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Fidana məxsus kafe;

    4. Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi ünvanında yerləşən, fiziki şəxs Yusifov Əşrəf Əkrəm oğluna məxsus kafe;

    5. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev 286K ünvanında yerləşən, fiziki şəxs Mikayılov Anar Fayiq oğluna məxsus restoran;

    6. Bakı şəhəri, Yasamal ‎rayonu, Ə. Salamzadə küçəsi, ev 3 ünvanında yerləşən, Allahverdi Teymur Tofiq oğluna məxsus “Meat Garden” restoranı;

    7. Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi, ev 3-ün yaxınlığında yerləşən, fiziki şəxs Məmmədov Elvin Möhübbət oğluna məxsus dönərxana;

    8. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, general Səməd bəy Mehmandarov küçəsi, ev 86 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Anar Gülağa oğluna məxsus kafe;

    9. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi, ev 34 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Vüsal Saleh oğluna məxsus “Xal-xal” kafesi;

    10. Bakı şəhəri, Nərimanov rayonu, V. Çəmənzəmənli küçəsi, ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” restoranı;

    11. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 15m ünvanında yerləşən, hüquqi şəxs “Katsu” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

    12. Bakı şəhəri, Qaradağ ‎rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən, fiziki şəxs Haqverdiyev Seymur Nizami oğluna məxsus çay evi;

    13. Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən, fiziki ‎şəxs Nəsirov Cavid Məmməd oğluna məxsus kafe;

    14. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Səməd Xaqani oğluna məxsus pivəxana;

    15. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Rüstəmxanlı Bəhruz Dilavər oğluna məxsus kafe;

    16. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Orucov Taleh Yusif oğluna məxsus “Kosta Kafe & Bar” kafesi;

    17. Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən, fiziki şəxs Fərzəliyev Bəhruz Səməd oğluna məxsus “999” kafesi;

    18. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Mehdiyev Nurlan Canpolad oğluna məxsus “Milli burger” kafesi;

    19. Ağstafa rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Qasımov Yaşar Vaqif oğluna məxsus kafe;

    20. Salyan rayonu, Şorsulu kəndində yerləşən, fiziki şəxs Ağayev Qorxmaz Vilayət oğluna məxsus çay evi;

    21. Göygöl rayonu, Çaykənd kəndində yerləşən, fiziki şəxs İsmayılov Təbriz İlqar oğluna məxsus restoran;

    22. Kürdəmir rayonu, Karrar qəsəbəsində yerləşən, fiziki şəxs Bayramov Bəxtiyar Mirzə oğluna məxsus restoran.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Suqovuşanda polis əməkdaşı qəzaya düşdü

    Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, hadisə rayonun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü Zəka Mehdiyev Suqovuşan kəndi ərazisində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü ağır bədən xəsarəti alıb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, qəzaya düşən Z.Mehdiyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

  • Azərbaycana qoyulan bu qadağa ləğv edildi

    Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) 9 aprel 2021-ci ildən etibarən Azərbaycanın 7 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi veb-saytında məlumat yerləşdirilib.

    Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib.

    İdxal icazəsi verilən müəssisələr aşağıdakılardır:

    “AGRO AZ” MMC (Bakı şəhəri);

    “ABSHERON AGRO 2020” MMC (Abşeron rayonu, Xokmalı kəndi);

    Eyvazov Taleh Cəlal (Salyan rayonu, Kürqaraqaşlı kəndi);

    “Qızılonur” MMC (Abşeron rayonu, Məmmədli qəsəbəsi);

    Salmanova Gönçə Barat qızı (Bakı şəhəri);

    “A-K Group” MMC (Bakı şəhəri);

    “Ekofud” MMC (Bakı şəhəri).

  • Manatın sabaha məzənnəsi

    Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 9-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

    AMB-dən bildirilib ki, bankın aprelin 9-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

  • Türkiyə ordusu daha 2 terrorçunu məhv etdi

    Suriyada “Zeytun budağı” əməliyyatı bölgəsinə hücum etməyi planlaşdıran 2 terrorçu zərərsizləşdirilib.

    Median.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    “Şəhidlərimizin qanını yerdə qoymadıq və qoymayacağıq! “Zeytun budağı”ı bölgəsinə hücum edən terrorçuların mövqeləri təsbit olunduqdan sonra onların məhv edilməsi istiqamətində əməliyyatlarımız davam edir. Hücum etməyə hazırlaşan daha 2 terrorçu komandolarımız tərəfindən zərərsizləşdirilib”, – nazirlikdın bildirilib.

    Qeyd edək ki, aprelin 7-də “Zeytun budağı” bölgəsində PKK/YPG-PYD terror qruplaşmasının hücumu nəticəsində Türkiyə ordusunun 2 hərbçisi şəhid olub. Cavab atəşi nəticəsində 3 terrorçu məhv edilib. Bununla da iki gündə həmin regionda 5 terrorçu zərərsizləşdirilib.

    Xatırladaq ki, “Zeytun budağı” antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də Suriyanınn şimalında PKK/YPG-PYD terror qruplaşmasına qarşı başlayıb. Əməliyyat bölgəsinə Suriyanın Afrin, Hələb, Suriya-Türkiyə sərhədi daxildir.

  • Hamiləliyinin səkkizinci ayında çempion oldu

    Nigeriyalı idmançı döyüşçü Eminat Aydris taekvondo turnirində qələbə qazanıb.

    Median.Az The Independent-ə istinadən xəbər verir ki, idmançı hamilələyinin səkkizinci ayında olmasına baxmayaraq qalib gəlməyə müvəffəq olub. 26 yaşlı idmançı milli idman festivalının mükafatını qazanıb. Sosial şəbəkədə tənqidlərə məruz qalsa da, deyib ki, həkimi ona oynamağa icazə verib.

  • Qəbələdə avtomobil məktəblini vurub

    Qəbələ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə bu gün axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

    Belə ki, “VAZ-21011” markalı avtomobil yolu keçmək istəyən məktəblini vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şagird Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Avropa Məhkəməsi vaksinasiya ilə bağlı qərarını açıqlayıb

    Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) demokratik cəmiyyətlərdə müəyyən xəstəliklərə qarşı uşaqlara peyvənd vurulmasının vacib olduğu barədə qərar qəbul edib.

    Median.Az “report”a istinadən xəbər verir ki, bu qərar Çexiyadan olan iki ailənin məsələ ilə bağlı AİHM-ə müraciətindən sonra qəbul olunub.

    AİHM uşaqlarını peyvəndləməyən və bu səbəbdən cəzalandırılan çexiyalı iki ailənin apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb.

    Məlumata görə, 2013 və 2014-cü illərdə uşaqlarının məcburi peyvəndlənməsinə qarşı çıxan iki ailə cəzalandırılıb. Onlar məsələ ilə bağlı AİHM-ə şikayət ediblər. Məhkəmə zəruri hallarda uşaqların vaksinasiya olunması barədə qərar çıxarıb.

    AİHM-in qərarına əsasən, Çexiyada uşaqlar 9 xəstəliyə qarşı üzrlü səbəb olmadan peyvənd olunmazsa, valideynləri cərimələnə bilər və peyvənd edilməyən uşaqlar bağçaya gedə bilməzlər.

    Məhkəmə bəzi xəstəliklərə qarşı uşaqlar üçün aşının demokratik cəmiyyətlərdə zəruri olduğu barədə qərar qəbul edib.

    AİHM-in xüsusi vəkili Nikolas Hervieu bildirib ki, bu qərar COVID-19 pandemiyasına qarşı müəyyən şərtlər daxilində məcburi peyvəndləmə ehtimalını təsdiqləyir.