Month: April 2021

  • Parlamentin növbəti iclasının vaxtı açıqlandı

    Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb.

    Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    İclas aprelin 13-də keçiriləcək. İclasın gündəliyinə 9 məsələ salınıb.

    Deputatlar Hesablama Palatasının 2020-ci il üzrə hesabatını da müzakirə edəcəklər.

  • В Грузии будут использовать вакцину AstraZeneca только для людей старше 55 лет

    Минздрав Грузии принял решение использовать вакцину против коронавируса AstraZeneca лишь для людей старше 55 лет после того, как в среду Европейское агентство лекарственных средств пришло к выводу, что образование тромбов должно быть включено в список редких побочных эффектов препарата британско-шведской компании.

    Об этом заявила на брифинге замглавы Минздрава республики Тамар Габуния, пишет ТАСС.

    “Сегодня наш совет экспертов вместе с сотрудниками Минздрава и центра по контролю над заболеваниями принял решение продолжить вакцинацию людей [препаратом] AstraZeneca лишь старше 55 лет”, – сказала Т.Габуния.

  • Gürcüstanda “AstraZeneca” yalnız 55 yaşdan yuxarı şəxslərə vurulacaq

    Gürcüstan Səhiyyə Nazirliyi koronavirusa qarşı “AstraZeneca” peyvəndini yalnız 55 yaşdan yuxarı insanlar üçün istifadəsinə qərar verib.

    TASS xəbər verir ki, bu barədə respublikanın səhiyyə nazirinin müavini Tamar Qabunia açıqlayıb.

    Müvafiq qərar Avropa Dərman Agentliyinin Britaniya-İsveç şirkətinə məxsus peyvəndin tromblaşma yaratmaq xüsusiyyətini vaksinin yan təsirlərinə aid etməsindən sonra verilib.

  • Zelenski Donbasa getdi

    Ukrayna Prezidenti Vladimir Zelenski Donbasa gedib.

    Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

    Məlumatda, Zelenski cəbhə bölgəsində mövqeləri ziyarət edəcək. O, düşmən atəşi nəticəsində Ukrayna hərbçilərinin öldürüldüyü və yaralandığı ön mövqelərə baş çəkəcək.

    Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.

  • Atasını 21 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərar verildi

    Ali Məhkəmədə atasını öldürməkdə təqsirli bilinən Laçın Novruzovun kassasiya şikayətinə baxılıb.

    “Report”un xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, hadisə 2017-ci ilin yanvar ayında Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib. 1995-ci il təvəllüdlü L.Novruzov yaşadıqları evdə atası, 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlunu 21 bıçaq zərbəsi ilə qətlə yetirib.

    İttihama görə, içki aludəçisi olan və tez-tez ailə üzvlərini təhqir edərək zor tətbiq edən M.Məmmədov yanvarın 4-də gecə saatlarında evə yenidən sərxoş gəlib. Anasına qarşı nalayiq ifadələr işlətməsindən sonra L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.

    O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən verdiyi apelyasiya şikayəti isə təmin edilməyib.

  • Sabahdan Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılır

    Sabahdan Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.

    Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

    Ə. Amaşov qeyd edib ki, jurnalistlərin vaksinasiya üçün redaksiyalardan Mətbuat Şurasına müraciət olunub və siyahı verilib: “Verilən siyahılara əsasən, jurnalistlər mərhələli şəkildə peyvənd olunacaq. Sabah 50-dən çox jurnalistin peyvənd olunması nəzərdə tutulur”.

  • Antibiotikin istifadəsində nələrə diqqət etməliyik?

    Əgər istifadə etdiyimiz antibiotik həb şəklindədirsə, bol su ilə qəbul edilməlidir.

    Bunu Səhiyyə Nazirliyinin baş terapevti Faiq Abdullayev deyib.

    Onun sözlərinə görə, antibiotik qəbul edilən saatlara riayət edilməli və antibiotiklər lazımi vaxtda alınmırsa, növbəti saat ərzində həddindən artıq doz qəbul edilməməlidir:

    “Yanaşı qəbul etdiyimiz davamlı dərmanlar varsa, antibiotik təyin etmədən həkimə bu barədə məlumat verilməlidir.

    Bəzi antibiotik növləri alkoqol istifadəsi nəticəsində ciddi yan təsirlərə səbəb olur. Bu cür qarşılıqlı təsirlər müalicənin uzanması və təsir yükünün azalması kimi bir çox nəticəyə səbəb ola bilər.

    Bu cür halların qarşısını almaq üçün antibiotik yalnız həkim təyinatı üzrə qəbul edilməli və müalicə zamanı xüsusi vəziyyətlərə diqqətlə riayət edilməlidir”.

  • Bakıda universitet müəllimi dərs zamanı öldü

    Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi vəfat edib.

    “Report” xəbər verir ki, AzMİU-nun Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev onlayn dərs deyən zaman ürəktutmadan dünyasını dəyişib.

    62 yaşlı müəllim doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.

    Qeyd edək ki, Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb.

  • Bakı metrosunda gediş haqqının ödənilməsində yenilik gözlənilir – RƏSMİ

    Bakı metropolitenində bir sıra elektron vasitələrdən istifadə etməklə gediş haqqını ödəmək mümkün ola bilər.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verilib.

    “Belə ki, yeniliyin tətbiqi istiqamətində işlər aparılır. Lakin konkret olaraq hər hansısa sistemin və ya üsulun tətbiqindən danışmaq hələ tezdir. Bununla bağlı hər hansı əsaslı bir addım atılacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”, – deyə o, bildirib.

  • Sabah 29 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında aprelin 9-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi qərb rayonlarında yağış yağacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 9-14, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.