Month: April 2021

  • 22 yaşlı Mbappedən yeni rekord

    Çempionlar Liqasının 1/4 finalının birinci oyununda Almaniyanın “Bavariya” klubu ilə PSJ-nin qarşılaşması (2:3) fransalı futbolçu Kilian Mbappe üçün əlamətdar olub.

    UEFA-nın “Twitter” səhifəsi məlumat verir ki, oyunda dubl ilə yadda qalan K.Mbappe Çempionlar Liqasının rekorduna imza atıb.

    Belə ki, fransalı futbolçu tarixdə bir mövsüm çərçivəsində Çempionlar Liqasının 1/8 və 1/4 final oyunlarının səfər matçlarında beş qol vuran ilk oyunçu olub.

  • Lerikdə torpaq sürüşməsi: Sakinlər təxliyyə edildilər – VİDEO

    Lerik rayonunun Veri Əliabad kəndində bəzi yerlərdə torpaq sürüşməsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nəticədə kənddə yerləşən 3 ədəd fərdi yaşayış evinin istismarı üçün ciddi təhlükə yaranıb. Bununla bağlı mütəxəssislərin verdiyi rəyə əsasən, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürüşmə zonasında yerləşən evlərdə yaşayan ailələrin təhlükəsiz əraziyə köçürülməsi zərurəti yaranıb.

    Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən həmin evlərdə yaşayan ailələrin müvəqqəti yaşaması üçün 3 ədəd çadır ev qurulub.

  • Kürdəmirdə bıçaqlanma ölümlə nəticələndi

    Aprelin 8-də saat 03:00 radələrində Kürdəmir şəhər sakini, 1969-cu il təvəllüdlü Səmədov Arif Abduləziz oğlunun sağ budun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına daxil olması və almış olduğu xəsarət nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Kürdəmir rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Babayev İsmayıl Bəhrəm oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Arif Səmədova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.
    İsmayıl Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Toy sahibi və qonaqları cərimələndi

    Saatlı rayonunda toy məclisi təşkil edənlər aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Qazanbatan kənd sakini Arif Məmiyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə toy məclisi təşkil etdiyi müəyyən edilib.

    A.Məmiyev və məclis iştirakçılarından üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.

  • Türk Şurası Bakıda TOPLANIR

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İnformasiya və Media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçiriləcək.

    Tədbirin aprelin 10-da Bakıda baş tutacağı gözlənilir.

    Toplantıya hazırlıq məqsədilə aprelin 9-da Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 8-ci iclası təşkil olunacaq.

    Toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı müzakirə olunacaq.

    Həmçinin türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

    Aprelin 11-də nümayəndə heyətləri Azərbaycanın Gəncə şəhərinə və işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edəcəklər.

  • Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlandı

    “NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən Cəmiyyətin mülkiyyətində olan pul vəsaitlərinin əməkhaqqı təyinatı ilə ayrı-ayrı kənar fiziki şəxslərin hesablarına köçürülərək mənimsənilməsi barədə həmin cəmiyyətin direktorunun müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Hüseynova Samirə Əzizağa qızının 2018-2020-ci illərdə “NVC” MMC-də baş mühasib vəzifəsində işləyən zaman həmin cəmiyyətlə arasında hər hansı bir müqavilə olmadığı halda özünə və yaxın qohumlarına məxsus cəmiyyətlərə və xarici hesablara müxtəlif məbləğlərdə pullar köçürməklə, həmçinin müxtəlif cəmiyyətlərdən müxtəlif çeşidli mallar alaraq “NVC” MMC-nin bank hesablarından həmin mallara görə fiziki və hüqüqi şəxslərin bank hesablarına ümumilikdə 275 min 400 manat pul vəsaitini onlayn qaydada köçürməsinə, aldığı malları öz şəxsi ehtiyaclarına sərf etməsinə, habelə cəmiyyətin bank hesabından müxtəlif vaxtlarda öz hesabına və tanışlarının hesabına ümumilikdə 340 min 700 manat məbləğində köçürmələr edərək pul vəsaitlərini nağdlaşdırıb talamasına əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilənlərlə bağlı Samirə Hüseynovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda – mənimsəmə və ya israf etmə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Azərbaycanda partiya sədrinin müavini komaya düşdü

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli COVID-19 xəstəliyinin təsirindən komaya düşüb, həyat yoldaşısa dünyasını dəyişib.

    Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.

    O bildirib ki, A. İsmayılbəyli koronavirusdan əziyyət çəkir: “Onun həyat yoldaşı Mərziyyə xanım COVİD-19-dan dünyasını dəyişib. Hazırda Arif bəy özü koronavirusla mübarizə aparır, komadadır”.

    Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.

  • В Нефтчале изнасилованная девочка помещена в приют – ОФИЦИАЛЬНО

    Учащаяся 9-го класса, подвергшаяся насилию в Нефтчалинском районе, помещена в приют в Баку.

    Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь Государственного комитета по проблемам семьи, женщин и детей Теймур Марданоглу.

    Он отметил, что 6 апреля психологи и социальные работники Сабирабадского центра поддержки детей и семьи провели повторную встречу с девочкой и ее матерью с участием представителей мониторинговой группы по гендерному неравенству и насилию в отношении детей при Исполнительной власти Нефтчалинского района, заместителя директора школы, в которой учится подросток.

    Учитывая неадекватное поведение матери во время встречи, в рамках сотрудничества с Министерством внутренних дел было обеспечено размещение подростка, ставшего жертвой насилия, в соответствующий приют в Баку.

    После проверки представителями комиссии по делам несовершеннолетних и защите их прав при ИВ района психического состояния двух ее братьев последние будут переданы под опеку государства.

  • Neftçalada zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi – RƏSMİ

    Neftçala rayonunda zorakılığa məruz qalan 9-cu sinif şagirdi Bakıda müvafiq sığınacağa yerləşdirilib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

    O bildirib ki, 6 aprel tarixində komitə nəzdində fəaliyyət göstərən Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloq və sosial işçiləri Neftçala Rayon İcra Hakimiyyəti yanında gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun nümayəndələri, kənd tam orta məktəbinin direktor müavininin və qəsəbə nümayəndəsinin də iştirakı ilə yetkinlik yaşına çatmayan qız və onun anası ilə yenidən görüş keçirərək psixososial durum qiymətləndirib.

    Görüş zamanı ananın qızına qarşı qeyri-adekvat davranışı da nəzərə alınaraq, Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində zorakılıq qurbanı olan yeniyetmənin Bakıda müvafiq sığınacağa yerləşdirilməsi təmin edilib.

    Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri tərəfindən yetkinlik yaşına çatmayan qızın iki qardaşının da psixososial durumu yoxlanıldıqdan sonra dövlət himayəsinə alınması ilə bağlı işlər davam etdiriləcək.

  • Вилаят Эйвазов произвел новое назначение

    Приказом министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова капитан полиции Садиг Алиев назначен начальником отделения общественной безопасности Нефтчалинского районного отдела полиции.