Month: April 2021

  • Обвиняемого в жестоком двойном убийстве приговорили к пожизненному заключению

    В Шекинском суде по тяжким преступлениям состоялся процесс по уголовному делу Вюсала Гадирова, обвиняемого в двойном убийстве, совершенном с особой жестокостью, а также в покушении на убийство, передает Report.

    На заседании под председательством судьи Рашида Гусейнова был зачитан приговор, согласно которому В.Гадирову назначено наказание в виде пожизненного лишения свободы.

    Напомним, инцидент произошел 9 мая прошлого года в селе Бизлан Исмаиллинского района.

    В.Гадиров (1982 г.р.) во время семейной ссоры связал руки своим дедушке и бабушке – Закиру Тапдыгову (1938 г.р.) и Зарине Мамедовой (1954 г.р.), после чего с особой жестокостью до смерти избил их арматурой. Затем он попытался убить своего брата Шамо Гадирова, выстрелив в него из принадлежавшего деду ружья.

    В ходе предварительного расследования стало известно, что конфликт в семье произошел из-за недвижимого имущества: за несколько дней до убийства В.Гадиров продал свою бакинскую квартиру, по мнению родных – слишком дешево.

    Ему предъявлено обвинение по статьям 120.2.4 (убийство, совершенное с особой жестокостью или общеопасным способом), 120.2.7 (убийство двух и более лиц), 120.2.9 (убийство лица, заведомо для виновного, находящегося в беспомощном состоянии), 29,120.2.10 (повторное покушение на убийство) УК АР.

  • Baba və nənəsini öldürən, qardaşını güllələyən şəxsə ömürlük cəza verildi

    Şəki Ağır Cinayətlər Məhkəməsində babasını və nənəsini xüsusi amansızlıqla qətlə yetirməkdə, qardaşını öldürməyə cəhddə təqsirləndirilən Vüsal Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Report”un məlumatına görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasən, V.Qədirov ömürlük azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən il mayın 9-da İsmayıllı rayonunun Bizlan kəndində baş verib.

    Belə ki, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı ögey babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb və ağır işgəncə ilə qətlə yetirib. Daha sonra o, babasına məxsus odlu silahı götürərək qardaşı Şamo Qədirovu öldürməyə cəhd edib.

    Dəhşətli cinayət hadisəsinə səbəb olan mübahisə yaşayış evinin satılmasında razılıq əldə edilməməsindən yaranıb.

    V.Qədirova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29,120.2.10 (təkrar adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilib.

  • İşsizlərin NƏZƏRİNƏ: Pandemiya zamanı hansı sahələrdə iş tapmaq mümkündür?

    Bəzən təcrübə və namizədin bilik səviyyəsi onun işə qəbulunda kifayət etmir. Bu gün pandemiyadan irəli gələn bir sıra səbəblərə görə işə qəbul prosesi də çətinləşib. Müraciət edə biləcəyimiz sektor və sahələrin siyahısı daralıb.

    İnsan Resursları üzrə mütəxəssislər Mehman Heydərov və Vüsal Həmidov işə qəbul prosesi və dövrün tələbi olan iş sahələri barədə oxu.az-ın suallarını cavablandırıblar.

    Hazırkı pandemiya şəraitində müəssisələr hansı sahələr üzrə işçilərə ehtiyac duyur? İşə götürən tərəf əsasən hansı keyfiyyətlərdə işçi axtarır?

    Vüsal Həmidovun fikrincə, əslində pandemiya müəssisələrin əldə etmək istədiyi keyfiyyəti daha da dərinləşdirib və şirkətlər daha ağıllı, ruh yüksəkliyi ilə seçilən işçilərə ehtiyac duyur:

    “Bu gün daha az işçi ilə uğurlu nəticə ala bilən şirkətlər də var. Sadəcə əməkdaşı düzgün yönləndirmək, onlara düzgün səlahiyyət, məsuliyyət və motivasiya vermək lazımdır. Beləliklə işçi daha produktiv ola və işini layiqincə yerinə yetirə bilər. Hətta bu addımlar onların yalnız menecer, mütəxəssis kimi deyil, həmçinin, sahibkar kimi düşünməsinə də yardımçı ola bilər. Bununla da onlar şirkətə əvvəlkindən daha çox dəyər qata bilərlər”.

    Mehman Heydərovun sözlərinə görə isə həm pandemiyadan əvvəl, həm də pandemiya dövründə şirkətlər işçilərdə ilk növbədə yumşaq vərdişlərin mövcudluğuna (digər şəxslərlə ünsiyyət, karyera həvəsinin olması, çalışqanlıq və yeni fikirlər irəli sürmək, təşəbbüskarlıq və s.) baxırlar. Çünki, texniki bilikləri artırmaq daha asandır, nəinki fərdi xüsusiyyətləri şirkətə uyğun dəyişdirmək:

    “Beləliklə hər müəssisə öz dəyərlərinə və mədəniyyətinə uyğun insanlar axtarır. Pandemiyadan sonra isə xüsusən çevik düşüncə tərzinə malik, hər bir dəyişikliyə uyğun olaraq səmərəliliyi azaltmadan çalışa bilən işçilərə üstünlük verilir. Eyni zamanda, tədricən daha çox şirkət evdən və ya hibrid iş şəraitinə keçəcək. Buna görə də evdən işləməyə hazır olan və evdən işləyə bilən şəxsləri axtaracaqlar”.

    HR-lar nə istəyir? İşçidə hansı keyfiyyətləri axtarırlar?

    Əsas olaraq şəxsin enerjisinə və öyrənmə qabiliyyətinə diqqət yetirildiyini deyən Vüsal Həmidov əlavə edir ki, müsahibə zamanı müvafiq keyfiyyətlər və onun vakansiyaya uyğun məlumatları yoxlanılır:

    “İşçinin kiçik mütəxəssis heyətində dürüstlüyü və enerjisini dəyərləndirərək işə qəbul edirlər. Çox vaxt müsahibə zamanı insanlar özlərini tam şəkildə izah edə bilmir. Bu zaman HR-ın üzərinə yük düşür ki, müsahibin bacarıqlarını üzə çıxara bilsin. Yəni, dolğun və dəqiq suallarla namizədi danışdırmağı bacarsın. Bir çox müsahibələrdə ilk istənilən namizədin özü haqqında danışması olur. Bu zaman namizədin qarşılaşdığı problemli proseslər, onlarla necə başa çıxdığı istiqamətində sualları cavablandırması onun işinə yanaşma tərzini ortaya qoyacaq. Onu da qeyd edim ki, çox təcrübəsi olan işçi həmişə yaxşı işçi deyil. Təcrübəsinə əsasən çox öyrənmiş, öyrəndiklərini tətbiq etmiş işçilər daha uğurlu olur. Əlbəttə ki, burada təhsilin də mühüm rolu vardır. Bacarıqsız işçi yoxdur. Bacarıqları kəşf oluna bilməyən (və ya olunması istənilməyən) insanlar var”.

    Hansı peşələr bu gün aktuallığını itirib və ya tələbat müvafiq sahə üzrə azalıb?

    Hələlik bir çox peşənin aktuallığını tam itirmədəyini deyən Mehman Heydərov bildirir ki, tələbat az olsa da, bu sahələrdə mütəxəssislər çalışır:

    “Lakin zamanla avtomatlaşma, robotlaşma və “özünəxidmət” vərdişlərinin artması ilə birbaşa-ön masa xidmətləri üzrə çalışan heyətə, vasitəçilik və təşkilatçılıq bizneslərinə (məsələn; səyahətlərin təşkili), bundan başqa, məlumat hesablanması və məlumatların hazırlanması avtomatik həyata keçirildiyinə görə, operatorlara, məlumat nəzarətçilərinə, yalnız hesabatlar hazırlayan heyətə tələbat azala bilər. Eyni zamanda, pandemiyadan sonra dünyanın işləmə tərzi də dəyişdiyinə görə əksər bizneslər onlayn fəaliyyətə, hətta bəzi şirkətlər mağazalarını bağlayaraq, yalnız onlayn satışa keçirlər. Bu isə pərakəndə sektorda bir çox vəzifələrə ehtiyacı azaldacaq”.

    Müsahibə zamanı işçi ilk növbədə hansı məlumatları təqdim etməlidir ki, işə qəbul prosesində effektiv olsun?

    “İlk növbədə özünüz haqqında şablon olan məlumatları təqdim etməyin”, – deyən Vüsal Həmidovun fikrincə onsuz da ilkin məlumatlar həmişə müəssisəyə yönləndirilən CV-də kifayət qədər öz əksini tapır:

    “Müsahibənizin fərqli olmasını istəyirsinizsə, bu işlə nə dərəcədə maraqlı olduğunuzu, bacardığınız işi və ya peşəni necə öyrəndiyinizi və marağınızı qabarıq şəkildə qarşı tərəfə ötürməyi bacarmalısınız. Çalışın danışığınız bu istiqamətdə olsun”.

    Ölkəmizdə hansı sahələrdə kadr çatışmazlığı yaşanır və hələ də hansı peşələrin inkişafına ehtiyac var? Növbəti dövrlərdə insanlar hansı peşələrə yönəlsə, daha yaxşı olar?

    Mehman Heydərovun fikrincə hazırda ən çox işçiyə İT sahəsində ehtiyac var. Daha dəqiq desək, developer, proqramçı, “data” mühəndisləri və “data science” ekspertlərinə…
    “Kadr çatışmazlığı ilk növbədə qeyd etdiyim İT və “data” sahələri ilə bağlıdır. Məhz elə bu sahələrin də inkişafına ehtiyac var. Eyni zamanda, getdikcə “start-up”ların və fərdi bizneslərin sayı artır. Bu bizneslər də bir çox hallarda informasiya və texnologiya ilə bağlıdır”.

    Vüsal Həmidovun sözlərinə görə isə hazırda HR (insan resursları) sahəsi inkişaf etməkdədir, bununla yanaşı rəqəmsal və texnoloji ixtisaslara tələb həddən artıq yüksəkdir, eləcə də, pandemiya ilə əlaqədar onlayn satış kimi sahələr də inkişaf etdirilir.

    Mütəxəssisin fikrincə xarici dil bilikləri yaxşı olan tibb sahəsi üzrə işçilərin və kənd təsərrüfatı üzrə çalışan gənc kadrların kəşf edilməsində çətinlik yaranır. O əlavə edib ki, əcnəbi əməkdaşlar və ya müştərilərlə çalışdıqda xarici dil biliklərinin olması çox əhəmiyyətlidir.

    Və nəhayət… İşə götürən tərəf hansı keyfiyyətlərə malik kadrlarla çalışmaq istəməz?

    “Əslində hər yerdə olduğu kimi burada da dürüstlük birinci faktordur”, – deyən Vüsal Həmidov bildirir ki, əgər qeyd edilən meyar yoxdursa, başqa məqam axtarmağa dəyməz. Digər ən əsas faktor isə gələcəkdə əməkdaşınız ola biləcək şəxsin mütləq dərəcədə enerjisinin yüksək olmasıdır:

    “Məsələ orasındadır ki, əməkdaşın enerjisinin yüksək olması onun işinə də birbaşa təsir edir. Heç bir menecer və ya sahibkar enerjisiz bir əməkdaşı “sürümək” istəməz”.

  • Həkimlərdən uşaqlarda “saxta koronavirus” xəbərdarlığı

    Baharın gəlişi ilə valideynlər uşaqlarda erkən allergiya əlamətlərini koronavirus infeksiyası ilə qarışdırmağa başlayıblar.

    “İzvestiya” bu barədə həkimlərə istinadən xəbər yayır.

    Söhbət göbələk allergiyası ilə yanaşı erkən rinokonyuktivitdən gedir. Uşaqlarda soyuqdəymənin ilk əlamətlərində bəzi valideynlər onları COVID-19-a uyğun müalicə etməyə başlayırlar.

    Ancaq mütəxəssislər bunun təhlükəli olduğunu barədə xəbərdarlıq ediblər, çünki allergiya üçün uyğun olmayan müalicə astmanın inkişafına təsir edə bilər.

    Rusiyalı aparıcı mütəxəssis Marina Verşinina qeyd edib ki, uşağın allergiyalı olub-olmadığını yalnız vaxtında müayinə etdikdən sonra müəyyənləşdirmək mümkündür.

    “Uşaqlarda koronavirus infeksiyası çox vaxt yetkinlərdən daha yüngül olur. Simptomlar incə, aydın olmaya bilər”, – deyə o bildirib.

    Onun sözlərinə görə, epidemioloji vəziyyət, uşaq bağçasında və ya məktəbdə yoluxma hadisələrinin olub-olmaması, uşağın təmasda olduğu şəxslərdən kiminsə son iki həftədə xəstə olub-olmaması qiymətləndirilməlidir.

    Həkimlər əlavə ediblər ki, intoksikasiya simptomları da infeksion xəstəliyin əlamətləri ola bilər.

    Bunlara süstlük, göz yaşı tökmək, iştahsızlıq, baş ağrısı, bəzən ürəkbulanma və qusma və qızdırma da daxildir.

    Allergiyada hətta elan olunan iltihablı reaksiyaların fonunda intoksikasiya əlamətləri olmur.

  • Bu şəxslərin beyinləri daha sürətlə YAŞLANIR

    Fransız alimlər növbəli iş rejiminin beynin vaxtından əvvəl yaşlanmasına səbəb ola və zehni kütləşdirə biləcəyinə dair xəbərdarlıq ediblər.

    Median.Az xəbər verir ki, övbəli işin beyinə təsiri ilə bağlı aparılan araşdırmalar çərçivəsində Fransada üç min nəfər üzərində yaddaş, düşünmə sürəti və idrak qabiliyyəti ölçən testlər tətbiq olunub.

    Beynin funksiyalarında yaşlandıqca görülən geriləmə prosesinin növbəli işləyən insanlarda sürətləndiyi müşahidə edilib. Belə insanlarda idrak bacarıqlarının azalması təsirlərinin iş həyatının sona çatmasından sonra ən az daha 5 il davam etdiyi müəyyən olunub.

    İdrak bacarıqlarının azalmasının qarşısını almaq üçün iş saatlarının nizamlı olması və səhiyyə idarələrinin buna laqeyd qalmamasının lazım olduğu bildirilir.

    Mütəxəssislər ǝldǝ edilǝn nǝticǝlǝrin zehnin azalmasının müalicəsi baxımından əhəmiyyətli olduğunu düşünürlər.

    Bədən saatına zidd olan iş saatları xərçəngdən tutmuş piylənməyə qədər müxtəlif xəstəliklərin yaranmasına sǝbǝb olur. (publika.az)

  • Uşaqpulu veriləməsi ilə bağlı VACİB XƏBƏR – “İlk iki uşağa 2000 manat…”

    Son günlər ölkə gündəmində daha çox müzakirə olunan məsələlərdən biri də uşaqpulunun verilməsidir. Mətbuatda uşaqların sosial müdafiəsinin təminatına yönəlik addımın reallaşması ilə bağlı təzadlı fikirlər də yer alıb.

    Deputatların bir qismi uşaqpulunun verilməsinin tərəfdarı olsalar da, əks qütblü çıxışların sayı az deyil.

    Uşaqpulu verilməlidirmi? Dövlətin buna maddi imkanı varmı?

    Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev hesab edir ki, uşaqpulu mütləq verilməlidir:

    “Büdcənin kifayət qədər imkanları var ki, uşaqpulunu verə bilək. Heç kim demir ki, birdən-birə 18 yaşa qədər olanlara uşaqpulu verilsin. Bunu mərhələ şəklində və bir neçə il ərzində etmək olar.

    Məsələn, ilk mərhələdə 6 yaşa qədər, sonrakı mərhələlərdə isə 6-8, 8-12 və daha sonra 18 yaşa qədər uşaqpulunun tətbiqini reallaşdırmaq mümkündür. İkincisi, hər bir uşaq bütün dünyada olduğu kimi 3 yaşa qədər pulsuz yeməklə təmin olunmalıdır. Bundan əlavə ilk doğulan iki uşağa 1000-2000 min manat müavinət verilməlidir.

    Bəziləri deyir ki, bu müavinət verilsə, o zaman valideynlər 10-15 uşaq dünyaya gətirəcəklər. Bu, heç də belə deyil. İlk 2 uşağa yardım verilsin, kim üçüncü və dördüncü övlad istəyirsə, öz hesabına saxlaya bilər. Bütün bunlar qanunla tənzimlənməlidir. Uşaqpuluna qarşı çıxanlar Azərbaycan xalqının dostu deyil”.

    Deputatın sözlərinə görə 5 ildir ki, uşaqpulu ilə bağlı çıxışlar edir və təkliflər verir:

    “Yeni təklif verməyə heç bir ehtiyac yoxdur. Uşaqpulunun verilməsi çox sadə bir prosedurdur. Bütün dünyada bunun nümunələri var. Ən yaxşı nümunələr Avropa ölkələrindədir. Qonşu öılkələrin də nümunələrini məqbul saymaq olar. Sadəcə olaraq bu məsələ ilə bağlı müəyyən ictimai dinləmələr keçirilməlidir.

    Hətta parlamentin özündə belə, cəmiyyətin spektrlərini cəlb etməklə dinləmələr təşkil etmək olar. Hökumətin özü bu sahədə təklif verən, fikirləri olan, mexanizmlər üzərində işləyən insanları onlayn platforma ilə dəvət edib, dinləyə bilər”.

    Deputat qeyd edib ki, uşaqpulunun verilməsi ilə bağlı parlamentin tribunasından iki dəfə çıxışı olub:

    “Uşaqpulu mütləq şəkildə verilməlidir. Qarabağı kim aldı? Həmin uşaqlar…Sabah Azərbaycanı kim qoruyacaq? Uşaqlarımız böyüyəcək və Azərbaycanın sərhədlərinin keşiyində dayanacaqlar.

    “Büdcədə pul yoxdur, büdcəmiz imkan vermir” deməklə məsələ həll olunmur. Uşaqpulunun verilməsi bu gün sosial sifariş əsasında yaranıb. Valideynlərin buna ehtiyacı var və övladlarını dolandıra bilmirlər.

    Əgər hər bir ailəyə onların arzuladıqları şəkildə yüksək əməkhaqqı ilə iş təklif olunarsa, evlərinə yüksək məbləğ daxil olarsa, heç uşaqpulu istəməzlər. O qədər tənha analar və çarəsiz atalar var ki… Amma sabah lazım olanda övladı vətəni qoruyur və düşmənin sinəsinə xəncər taxır”.

    Millət vəkili uşaqpuluna qarşı çıxanları da sərt tənqid edib:

    “Bu gün bir partiya sədri uşaqpulu təklifini verənləri “yaramaz” adlandırırsa, onların cəmiyyətdə nəinki yüksək posta iddia etmək hüququ yoxdur, vətəndaş adından belə danışmaq hüququnu itirmiş olur. Kimlərsə büdcənin qeydinə qalmaq istəyir, kimlərsə isə hökumətə hansısa yollarla yaranmaq və yaltaqlanmaq istəyir. Vətəndaşları ayaqlarının altına alıb əzmək istəyirlər.

    Vətəndaş ölsə də olar… Amma o ölən, əzilən vətəndaşın övladı Qarabağı azad etdi. Uşaqpuluna qarşı çıxanlar isə həmin vaxt qarşılarında kofeni içib kef edirdilər”.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sosial müavinətlərlə bağlı hesabatından aydın olur ki, müavinət alan uşaqlar arasında say baxımından ən böyük kateqoriya “sağlamlıq imkanları məhdud 18 yaşadək” olanlardır.

    Bu kateqoriyaya daxil 63 min uşağa aylıq ortalama 150 manat məbləğində müavinət ödənilir. Sosial müavinət ödənən ikinci ən böyük kateqoriya “ailə başçısını itirməyə görə” müavinət alanlardır.

    Bu müavinət vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, ancaq 23 yaşı aşmamaqla) verilir. Ötən ilin nəticələrinə görə, bu kateqoriyaya daxil olan 47 min uşağa aylıq ortalama 80 manat həcmində müavinət ödənilib.

  • Analarının münasibətdə olduğu şəxsi evə çağırdılar və…

    Bir müddət əvvəl Göyçay şəhərində bazarda icarə haqlarını yığan Ə.Ş-nın tanışları tərəfindən amansızlıqla döyülməsi hadisəsinin təfərrüatları məlum olub.

    Median.Az-ın publika.az-a istinadən məlumatına görə, istintaq zamanı hadisənin Göyçay şəhər sakini olan 1992-ci il təvəllüdlü Ə.V və F.V tərəfindən törədilməsi müəyyənləşib. Onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsinin 3 bəndi ilə (Qanunsuz azadlıqdan məhrum etmə) cinayət işi açılıb.

    Hadisənin təfərrüatına gəlincə…

    Bildirilir ki, ƏV. və F.V-nın atası Göyçayda zərgərlik fəaliyyəti ilə məşğul olub və 2018-ci ildə vəfat edib. İki qardaş eyni zamanda anaları ilə birlikdə qızıl mağazasını işlədiblər. Atalarının ölümündən sonra onlar anaları K.V-dan atalarından qalan və həyətdəki seyfdə saxlanılan qızılları soruşublar. Qadın isə onda qızıl olmadığını, həyat yoldaşı F.V-nin ona qızıl vermədiyini bildirib. Bundan sonra 2 qardaş qızılların harada olması barədə düşünməyə başlayıblar.

    Onlar öz aralarında anaları K-nın Göyçay bazarında icarə haqlarını yığan Ə.Ş ilə isti münasibətlərinin olmasını, hətta anaları ilə həmin şəxsin arasında intim münasibətin olduğunu danışıblar. Bu səbəbdən 2 qardaş qızılların anaları tərəfindən həmin şəxsə verildiyini güman ediblər.

    Bu müddət ərzində evdə düşən söz-söhbət nəticəsində K.V qızını götürərək evdən çıxıb və baldızının evində yaşamağa başlayıb. Qızılların harada olmasını öyrənmək istəyən, eləcə də anaları ilə intim münasibətdə olan şəxslə haqq-hesab çəkmək istəyən qardaşlar isə plan qurublar. Onlar Ə.Ş-nı pivə içmək adı ilə Göyçay şəhəri Ziya Bünyadov küçəsindəki evlərinə dəvət ediblər.

    Ə.Ş evə daxil olan kimi qardaşlardan kiçik olanı, ali təhsilli olan 1998-ci il təvəllüdlü F.V ona zərbələr endirməyə başlayıb. Zərbələrin gücündən zərərçəkmiş şəxsin çənə sümükləri sınıb, alt çənə sümüyündəki 7 dişi düşüb, həmçinin bədəninin müxtəlif yerlərindən ağır zədələr alıb. Qardaşlar həmin şəxsdən qızılların harada olmasını, anaları ilə hansı münasibətdə olmasını dəfələrlə soruşublar. Lakin Ə.Ş ona qızıl verilmədiyini, anaları ilə də bacı-qardaş münasibətində olduğunu deyərək iddiaları inkar edib.

    Bundan sonra qardaşlardan biri “Nissan Sunny” markalı avtomobillə bibisinin evinə gedərək anası K.V-nı hadisə yerinə gətirib. Burada mübahisə davam edib. Daha sonra onlar sifəti qan içində olan Ə.Ş-nı evdən çıxarmağın lazım olduğunu öz aralarında razılaşdırıblar. Ailə üzvləri evə dəvət edərək vəhşicəsinə döydükləri şəxsin üzünü yuduqdan sonra onu və Ə.Ş-nın özü ilə gətirdiyi velosipedini maşına qoyaraq Göyçay şəhəri Əli Kərim küçəsindəki evinin qarşısına gətirib qoyublar.

    Evə gələn Ə.Ş xəstəxanaya yerləşdirilib.

    O, başına gələnlərlə bağlı polisə şikayət edib, həmçinin ona dəymiş maddi və mənəvi ziyana görə qarşı tərəfdən 200 min manat tələb edib.

  • “İsgəndər M”lə bağlı oxlar Rusiyanı göstərir — ŞƏRH

    Şuşa şəhərinə Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketinin atılması ilə bağlı çoxvektorlu müzakirələr davam edir. Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) sübut kimi raketin qalıqlarının fotolarını yayıb. Araşdırmalar bu raketin “İsgəndər M” olduğunu göstərir. ANAMA raketlərin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib.

    “İsgəndər M” raketinin istehsalçısı Rusiyadır və bunu da satmaq hüququ yoxdur. Raketin konkret olaraq hansı ölkə tərəfindən atılması barədə suallar isə cavabsız qalıb. Kreml hələ də Azərbaycan hərbçilərinin Qarabağda aşkarladığı “İskəndər” operativ-taktiki raket kompleksinin raketinin qalıqları barədə məlumata malik deyil.

    “İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    “Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur”, – deyə Kreml nümayəndəsi jurnalistlərin Qarabağda tapılan “İskəndər” raketi qalıqları barədə sualına cavab verib.

    Tanınmış politoloq, sabiq MTN zabiti Ərəstun Oruclu “Sherg.az”a bildirib ki, Şuşaya “İskəndər M” raketinin atılması ilə bağlı qalmaqal faktiki olaraq Azərbaycan və Rusiya informasiya məkanından kənara çıxıb. Artıq beynəlxalq səviyyədə də müzakirələr aparılır:

    “Məsələ burasındadır ki, Rusiya strateji silahların yayılmasına dair beynəlxalq sazişə əsasən “İskəndər M” raketini heç bir halda Ermənistana və digər bir ölkəyə ixrac edə bilməzdi. Rusiyanın rəsmi məlumatlarında da bildirilir ki, Ermənistanın Rusiyadan aldığı raket “İskəndər E” raketidir. Amma “İskəndər M” raketinin Şuşada qalıqlarının tapılması onu göstərir ki, bu raketlər ora atılıb”.

    “İskəndər M”in kimin tərəfindən atılmasına gəlincə, politoloq bunun o qədər də önəmli olmadığını deyib:

    “Çünki hər bir halda qaydaları pozan Rusiyadır. Ya Rusiya həqiqətən də beynəlxalq sazişi pozaraq Ermənistana orta mənzilli raket satıb. Çünki sazişə əsasən 300 kilometrdən yuxarı uçuş məsafəsi olan raketlərin ixracı qadağandır.

    Ya da Rusiya özü tərəf olaraq müharibədə iştirak edib. Bu, daha pisdir. Bir sözlə, məsələyə hansı aspektdən yanaşmağımızdan asılı olmayaraq, son nəticədə bütün suallar Rusiyanın üzərinə gəlir. “İskəndər M” raketi qalmaqalına görə cavab verməli olan ölkə Rusiyadır.

    Suallar da belə olmalıdır: “İskəndər M”-i Ermənistan Silahlı Qüvvələri atıbsa, Rusiya niyə bu silahı onlara satıb? Bu silah yalnız Rusiya Ordusunun arsenalındadır. Deməli, raketi atan da məhz Rusiyadır. Hər bir halda məsələ rəsmi Kremldə dayanır”.//ölkə.az

  • Saqqız bu orqanlara dərman imiş – MÖCÜZƏ

    Gözlərin sağlamlığı üçün tərkibində beta-karotin olan qidalar qəbul etmək lazımdır, vaxtaşırı isə saqqız çeynəmək gərəkdir.

    Median.Az xəbər verir ki, bunu dietoloq həkim Anna Belousova deyib.

    Onun sözlərinə görə, ilk növbədə mərsin və qaragiləyə diqqət yetirmək olar.

    “Amma giləmeyvədən mürəbbə bişirmək lazım deyil, çünki gözlər üçün orada faydalı heç nə qalmır”, həkim əlavə edib.

    O izah edib ki, mərsin və qaragilədəki maddələr göz sinirinin qidalanması və qanın mirkosirkulyasiyasını stimullaşdırır.

    “Saqqız isə gözlərin qidalanmasını və qan dövranını yaxşılaşdırır. Ancaq təbii ki, onu da ağlabatan həddə çeynəmək gərəkdir”, – həkim deyib.

    Bunlardan əlavə, dietoloq yerkökü yeməyi məsləhət görüb. Bu tərəvəz alatoranlıqda görməni gücləndirir. Üstəlik, o həm çiy, həm də bişmiş halda faydalıdır.

    Belousova deyir ki, beta-karotin göyərtidə, məsələn, soğanda, cəfəridə və şüyütdə də çoxdur. Ancaq göyərtini həddən çox qəbul edərkən 35 yaşdan yuxarı insanlarda varikoz və podaqra xəstəliklərinin inkişafı mümkündür. (publika.az)

  • Стало известно, что пропавшая в Хырдалане женщина уехала в Турцию

    Стало известно о том, что пропавшая в городе Хырдалан 30-летняя Джамиля Алиева уехала в Турцию.

    Об этом Report сообщили в пресс-службе МВД.

    Согласно информации, в результате расследования выяснилось, что она покинула нашу страну 1 апреля этого года.