Month: April 2021

  • Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

    Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Başsağlığında deyilir: “Qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Konya şəhərində qəzaya uğraması nəticəsində pilotun həlak olması xəbəri məni çox kədərləndirdi.

    Sizin acınız bizim də acımızdır.

    Şəhid hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin”.

  • Погиб азербайджанский военнослужащий

    5 апреля военнослужащий сверхсрочной действительной военной службы азербайджанской армии рядовой Эльвин Азер оглу Сарызаде, находясь в отпуске, скончался в результате ожога.

    Об этом сообщает пресс-служба Минобороны.

    По данному факту проводится расследование.

  • Azərbaycan ordusunun hərbçisi həlak oldu

    Azərbaycan ordusunun hərbçisi yanaraq ölüb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sarızadə Elvin Azər oğlu aprelin 5-də məzuniyyətdə olarkən yanması nəticəsində vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • TƏBİB koronavirus xəstələrinə və həkimlərə müraciət etdi – VİDEO

    Son dövrlər ayrı-ayrı şəxslər tərəfindən COVID-19 xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir. Bununla bağlı TƏBİB koronavirus xəstələri ilə çalışan həkim heyətinə və bu infeksiyaya yoluxan şəxslərə müraciət edərək bildirib ki, xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir.

    Bir çox ölkələrdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənir. Vətəndaşlara yalnız təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edilir.

    Ekspertlər bildirirlər ki, mövcud bəzi boşluqlardan istifadə edərək xəstəliyin müalicəsində yanlış üsulları məsləhət görən şəxslər araşdırılmalıdır.

    Bu mövzuda əsas məsuliyyət isə vətəndaşların üzərinə düşür. COVID-19-a yoluxan şəxs anlamalıdır ki, təsdiq olunmayan müalicə üsulu onların vəziyyətini daha da ağırlaşdıra bilər.

    Koronavirusa yoluxan şəxs bilməlidir ki, xəstəliklə mübarizədə təsdiqlənmiş üsullardan istifadə etmək mütləqdir. Fərqli şəxslər tərəfindən verilən yalnış tövsiyələrə deyil, yalnız etibarlı mənbələrdə qeyd edilən müalicə üsullarına əsaslanmaq lazımdır.

  • Saatlıda koronavirus xəstəsi küçədə saxlanılıb

    Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı rayon sakini Rəhim Rzayev koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

    R.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

  • Bakı “BT”nin keçmiş rəis müavini saxlanıldı

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (BT-red.) 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini olmuş Eldar Mirzəyev saxlanılıb.

    Median.Az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Eldar Mirzəyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan informasiya ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

    Qeyd edək ki, E. Mirzəyev Dövlət Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Hikmət Mustafayevin bacısı oğludur.

  • Azərbaycan Ordusunda yeni tabor yaradıldı

    “Müharibə bitdikdən sonra cənab Prezidentin göstərişi əsasında mühəndis-istehkam taborları yaradılıb”.

    Bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.

    İdarə rəisi bildirib ki, onlardan biri xüsusi minatəmizləmə taborudur: “Artıq o tabor bu gün işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli rayonlarında həm texnikası, həm də şəxsi heyəti ilə fəaliyyətdədir. Bununla bağlı çox sayda şəxsi heyəti Türkiyə Respublikasına ezam etmişik. Orada şəxsi heyət çeşidli kurslara – əldə hazırlanmış partlayıcı qurğuların zərərsizləşdirilməsi, xüsusi minatəmizləmə kurslarına cəlb olunub. Paralel olaraq Türkiyədən mütəxəssisləri dəvət edərək öz mütəxəssislərimizlə, zabitlərimizlə birlikdə hazırlıq kursları təşkil etmişik. Bütün bunlar işğaldan azad olunan torpaqlarımızın minalardan və partlamamış sursatlardan təmizlənməsi işinə böyük töhfə verəcək. Şəxsi heyətin daha geniş masştabda fəaliyyət göstərməsi onun peşəkarlığının artması deməkdir”.

  • İraqda 60 İŞİD terrorçusu məhv edilib

    İraqın antiterror xüsusi xidmət orqanları tərəfindən ölkənin şimal-şərqində yerləşən Hamrin dağlarında keçirilən əməliyyat zamanı 60 İŞİD terrorçusu zərərsizləşdirilib.

    Median.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələri Baş komandanının mətbuat katibi Yəhya Rəsul məlumat verib.

    Martın 9-dan bəri iki həftədir ölkənin şimalındakı dağlıq Mahmur bölgəsində terrorçulara qarşı əməliyyat keçirilib və bu müddət ərzində silahlıların istifadə etdiyi 120 mağara və digər obyektlər məhv edilib, 27 terrorçu zərərsizləşdirilib.

    Mətbuat katibinin sözlərinə görə, Mahmur bölgəsindəki xüsusi əməliyyatlar nəticəsində silahlılar Hamrin dağlarına köçüb. Terrorla mübarizə rəsmiləri hərəkətlərini izləyib, yeni silahlı sığınacaqlar tapıb və məlumatları Hava Qüvvələrinə ötürüb. Martın 25-i isə həmin mövqelərə İraq HHQ tərəfindən zərbələr endirilib.

    “Bu gün, 7 aprel 2021-ci il tarixində məhz bu zərbələr nəticəsində 60 terrorçunun məhv edildiyini təsdiqləyirik”,- deyə açıqlamada əlavə olunub.

  • Tovuzda toy mərasimi keçirənlər saxlanıldı

    Tovuz rayonunda toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Xatınlı kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

    Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq onlara xüsusi karantin rejim qaydaları izah olunub, üç nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

  • Şeyxülislam: “Dağıdılan 64 məscid bərpa olunacaq və oradan azan səsi gələcək”

    “Heyfislənirəm ki, Azərbaycandan olan bəzi insanlar torpaqlarımızın azadlığına o qədər də sevinmirlər. Bəlkə də, onlar hətta məğlubiyyət istəyirdilər. Arzu edərdim ki, onlar başa düşsünlər ki, Vətən, torpaq ana qədər qiymətlidir”.

    “Report” xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

    “Bəlkə də, cavandırlar başa düşmürlər. Hesab edirəm ki, onlar bunu başa düşəcəklər və geri qayıdacaqlar. Prezident İlham Əliyevin fədakarlığı bir daha bütün Azərbaycan xalqına fərəh yaşadır və gələcəyə ümid yaradır. İnanırıq ki, bu torpaqlar çiçəklənəcək və azan səsləri gələcək. Təbii ki, Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük zəhmətləri var. İnanıram ki, dağıdılan 64 məscid bərpa olunacaq və oradan azan səsi gələcək”.