Month: April 2021

  • Məhkəmə Köçəryandan konstitusiya quruluşunu devirmək ittihamlarını götürüb

    Ermənistanda məhkəmə Konstitusiya Məhkəməsinin (KM) qərarı əsasında ölkənin sabiq prezidenti Robert Köçəryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamlarını geri götürüb.

    Median.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, İrəvanın ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan KM-in 300.1-ci maddəni (konstitusiya quruluşunun devrilməsi) Konstitusiyaya zidd elan etdiyi üçün “1 mart” işi üzrə cinayət işinə xitam verilməsi barədə qərar çıxarıb.

    Qərar sabiq baş qərargah rəisi Yuri Xaçaturov və keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı həbs qətimkan tədbirinin ləğv ediləcəyini nəzərdə tutur, çünki onların hər ikisi yalnız bu maddə ilə ittiham olunurdu. Köçəryan və keçmiş baş nazir müavini Armen Gevorkyan başqa cinayətlərdə də ittiham olunduqlarından onlarla bağlı cinayət təqibi isə davam edəcək. Ermənistanın ikinci prezidenti külli miqdarda rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur.

  • DİN gecə işləyən kafeni aşkar etdi, müştərilər saxlanıldı

    Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan profilaktik tədbirlərə baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində karantin qaydalarına əməl edilməməsi hallarına rast gəlinməkdədir.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Mars” kafesinin gecə saatlarında,yəni 01:00 radələrində fəaliyyət göstərməsi barədə polis orqanlarına məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı X.Səfərov və daha 4 müştəri polislər tərəfindən saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

    Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.

  • Ərdoğan Aİ liderləri ilə görüşdü

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyeni qəbul edib.

    “Haber Global”ın məlumatına görə, Ankaradakı prezident sarayında baş tutan görüş 2 saat 45 dəqiqə davam edib.

    Görüşdə Türkiyə ilə Aİ arasında vizasız gediş-gəliş, Görmük Birliyi ilə bağlı məsələlər müzakirə olunub.

    “Aİ Türkiyə ilə iqtisadi tərəfdaşlıq, miqrasiya kimi məsələlərdə əməkdaşlıq etməyə hazırdır. Şərqi Aralıq dənizində Türkiyə ilə qarşılıqlı mənfəətə dayanan pozitiv əlaqələr Aİ-nin strateji maraqlarına uyğundur”, – deyə Aİ Şurasının rəhbəri Ş.Mişel bəyan edib.

    “Türkiyə ilə əlaqələrimizə yeni impuls vermək üçün gəlmişik. Hər iki tərəf üçün də faydalı olacaq əməkdaşlıq sahələrini müzakirə etdik. Gömrük Birliyinin tətbiqi ilə bağlı mövcud çətinlikləri nəzərə alaraq, sazişin yenilənməsinə çalışacağıq”, – deyə Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

  • WhatsApp telefon dəyişikliyi üçün lazım olan funksiya ilə təchiz olunacaq

    WhatsApp mesenceri iOS və Android əməliyyat sistemləri ilə çalışan telefonlar arasında çat tarixini köçürmək imkanı yaradan funksiyanı sınaqdan keçirir.

    “Report” “WA BetaInfo”ya istinadən xəbər verir ki, yeni funksiya qarşılıqlı söhbətlərin, ismarıclar tarixinin, gələn faylların, qrup abunələrinin köçürülməsini təmin edəcək. Hazırda isə bunu yalnız kənardan proqram yükləməklə etmək mümkündür. Bunun səbəbi ehtiyat nüsxəsinin iOS ilə işləyən telefonlarda iCloud servisində, Android ilə işləyən telefonlarda isə Google Disc-lərdə saxlanılmasıdır.

  • Lüksemburq millimizlə oyun öncəsi yoldaşlıq matçı keçirəcək

    DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Azərbaycan millisinin rəqiblərindən olan Lüksemburq yığması yoldaşlıq oyunu keçirəcək.

    “Report” Lüksemburq Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Lük Holtsun başçılıq etdiyi kollektiv Şotlandiyanı qəbul edəcək. Qarşılaşma iyunun 6-da oynanılacaq.

    Qeyd edək edək ki, Azərbaycan millisinin qrupda növbəti matçı səfərdə Lüksemburq seçməsinə qarşı olacaq. Sentyabrın 1-də gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk 3 turdan sonra xal qazana bilməyən Canni De Byazinin rəhbərlik etdiyi kollektiv sonuncu pillədə qərarlaşıb. Lüksemburqlular isə 3 xalla 3-cüdür.

  • “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi həbs olunub

    “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Gülnar Quluzadə məlumat verib. O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.

    İ. İsmayılov ötən gün Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

  • Polis Sabunçuda karantini pozan şəxslərə qarşı reyd keçirib

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Sonuncu belə tədbir Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində təşkil olunub.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, polislər qəsəbə sakinləri ilə profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

    Reyd zamanı mağazalara tibbi maskasız daxil olan alıcılar, həmçinin tənəffüs yollarını qoruyan vasitələrdən düzgün istifadə etməyən şəxslər polislər tərəfindən cərimələniblər. Virusun yayılma ehtimalı çox olan məkanlarda polis əməkdaşlarının nəzarəti gücləndirilib. Qeyd edilən yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilib.

    Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.

    Bir daha hər kəsdən tələb olunur ki, həm şəxsi sağlamlıqlarını, həm də ki, digərlərini bu virusdan qorumaq üçün sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər.

  • Azərbaycana qarşı ballistik raket zərbələri beynəlxalq humanitar hüququn ciddi pozuntusudur

    Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının işğaldan azad olunmuş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi tədbirləri zamanı “İskəndər” operativ-taktiki kompleksinə daxil olan raketin qalıqlarının tapılması Ermənistan tərəfindən törədilmiş növbəti müharibə cinayətinin əyani sübutudur.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev parlaq qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsinin ilk günlərindən bəyan etmişdi ki, ordumuzun bölmələri döyüş meydanında beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirərək, ciddi şəkildə beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə riayət edir.

    Təəssüf ki, işğalçı Ermənistanın silahlı qüvvələri “Cenevrə hüququ” kimi tanınan 12 avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul olunmuş iki Əlavə protokolunu total formada pozmuşdur.

    Məlum olduğu kimi, “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini qadağan edir və bu cür əməllər müharibə cinayəti kimi qiymətləndirilir. “Cenevrə hüququnun” digər fundamental müddəası I saylı Əlavə Protokolun 35-ci maddəsində nəzərdə tutulub. Həmin maddəyə əsasən, hər hansı silahlı münaqişədə onun tərəflərinin müharibənin aparılmasının vasitələri və üsullarını seçmək hüququ məhduddur. Lüzumsuz xəsarətlər və ya artıq iztirablara səbəb olan silah, mərmi, maddələrdən və döyüş üsullarından istifadə etmək qadağandır. Həmçinin yeni növ silahlar, vasitələr və ya müharibə üsulları inkişaf etdirilərkən, əldə edilərkən və ya silahlı qüvvələr tərəfindən qəbul edilərkən, onların beynəlxalq humanitar hüquqa və Əlavə Protokolun iştirakçılarına münasibətdə tətbiq edilən digər beynəlxalq müqavilələrə uyğun olması mütləqdir və bu qayda I saylı Əlavə Protokolun 36-cı maddəsində nəzərdə tutulub.

    “İskəndər” tipli raketlərin ölkəmizə qarşı tətbiqi həmçinin beynəlxalq humanitar hüququn ən fundamental prinsiplərindən olan mütənasibliyi kobud şəkildə pozur. Həmin prinsip I saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin “b” bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyan vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasıb olmayan hücumlar qadağandır.

    Beləliklə, beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə əsasən, ballistik raketlərdən, yəni irimiqyaslı məhvedici radiusa malik olan partlayıcı vasitələri daşıyan raketlərdən, mülki əhalinin yaşadığı zonada, hətta hərbi hədəflərə qarşı tətbiqi, qeyd edilən “Cenevrə hüququnun” ən ciddi pozuntuları sırasına daxildir. Beynəlxalq humanitar hüquqda hədəfləri fərqləndirməyən, mülki əhali ilə legitim hərbi hədəfləri ayıra bilməyən, mütənasiblik prinsipini pozan silahların tətbiqi birmənalı qadağan olunur.

    Mülki əhali və kombatantların, yəni münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan hərbi heyətin fərqləndirilməsi və mütənasiblik dövlətlərin təcrübəsində beynəlxalq silahlı münaqişələrdə tətbiq olunan beynəlxalq adət hüququnun normaları kimi tanınır. Beləliklə, Ermənistan tərəfindən “İskəndər” tipli raketlərin Azərbaycana qarşı tətbiqi həm beynəlxalq humanitar hüququn, həm də beynəlxalq adət hüququnun ciddi pozuntusudur və nəticə etibarı ilə müharibə cinayətidir.

    Nizami Səfərov,

    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru

  • В Азербайджане за минувшие сутки выявлены 2 035 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 2 035 новых случаев инфицирования коронавирусом, 1 174 человека вылечились и были выписаны домой.

    Об этом 6 апреля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 32 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 273 869 человек, 3 743 – скончались, 243 467 – вылечились, 26 659 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике проведены 2 948 419 тестов на COVID-19 (за последние 24 часа – 12 701).

  • Azərbaycanda daha 2035 nəfərin koronavirusa yoluxduğu aşkarlandı: 32 nəfər vəfat etdi – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 035 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 273 869 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3 743 nəfər vəfat edib, aktiv xəstə sayı 26 659 nəfərdir.

    Ölkədə son sutka ərzində 12 701 test aparılıb.