Month: April 2021

  • Baş Prokurorluqda yeni vəzifə yaradılır

    Baş Prokurorluqda yeni vəzifə yaradılır.

    Bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik təklif edilir.

    Qanunun 9-cu maddəsinə görə, Azərbaycan Baş Prokurorluğuna birinci müavini, müavinləri, böyük köməkçiləri olan Azərbaycan Respublikasının baş prokuroru rəhbərlik edir.

    Qanun layihəsində isə köməkçi vəzifəsinin bu siyahıya əlavə edilməsi təklif olunur.

    Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

  • Youtube dislike sayını gizlətməyə hazırlaşır

    YouTube video paylaşma platforması Twitter hesabındakı paylaşımında videolarda bəyənilməyən sayını gizlədəcək bir neçə dizaynı sınaqdan keçirdiyini açıqlayıb. Google nəhəng video paylaşma platforması “YouTube”a daima yeni xüsusiyyətlər təqdim edərək istifadəçi təcrübəsini artırmağı və platformanın ümumi vəziyyətini yaxşılaşdırmağı hədəfləyir. Bu gün “YouTube”un ən böyük problemlərindən biri, zaman-zaman qarşılaşdığımız xoşagəlməz hücumlardır.

    Hər hansı bir səbəbdən “YouTube”dakı bəzi videolar, yükləyicidən asılı olmayaraq bəyənilməz hücumlara məruz qala bilər. Bu, videoların bəyənmə və bəyənilməmə sayında mənfi fikir yaradır.”YouTube”dan bu vəziyyəti aradanqaldırmaq üçün,yeni xüsusiyyətin tətbiq etməyə məcbur görünür.

  • Şəhid ailələrinin kreditləri silindi

    Mərkəzi Bank, “Azərsığorta” tərəfindən 13264 şəxsə sığorta ödənişi verilib, 1003 şəhidə aid 1720 kredit üzrə 7,9 mln. manatdan artıq məbləğdə borc öhdəliyi tam silinib.

    Bu, Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrupun iclasında açıqlanıb.

    İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditinin olduğu müəyyən edilmiş 83 şəhidin 3 484 643 manat kredit öhdəliyi Həyat Sığortası üzrə fəaliyyət göstərən 4 şirkət tərəfindən ödənilib. Şəhid ailəsi üzvlərinə aid 286 kredit üzrə 633 min manat borc öhdəliyi tam silinilib.

  • “Qalatasaray” səfərdə darmadağın oldu

    “Qalatasaray” klubu Türkiyə Super Liqasının XXXII turunda məğlubiyyətə düçar olub.

    “Report” xəbər verir ki, “sarı-qırmızılar” səfərdə “Hatayspor”a böyük hesabla uduzub – 0:3. Qolları Mame Biram Diuf 21-ci və 72-ci, Ruben Ribeyro isə 29-cu dəqiqədə vurub.

    Qonaq komandanı oyuna, baş məşqçi Fatih Terim və Ümit Davala cəzalı olduqları üçün Levent Şahin çıxarıb.

    Beləliklə, son 5 matçda 3-cü və ardıcıl 2-ci məğlubiyyətlə üzləşən “Cim Bom” 31 oyundan 61 xalla 2-ci pillədə qalıb və çempionluq yolunda ağır məğlubiyyət alıb. “Hatayspor” isə xalını 49-a yüksəldib və 6-cı yerdə qərarlaşıb. Turnir cədvəlinə 29 oyundan 64 xala malik “Beşiktaş” başçılıq edir. “Fənərbağça” isə 30 oyundan 59 xalla 3-cüdür.

  • В руки хакеров попало личные данные более 533 млн пользователей Facebook

    Личные данные более 533 млн пользователей социальной сети Facebook были выложены на хакерском форуме.

    Об этом в субботу сообщил портал Business Insider, передает Median.Az со ссылкой на ТАСС.

    По его сведениям, в открытом доступе оказалась информация пользователей из 106 стран, в том числе учетные записи 32 млн жителей США, 11 млн пользователей в Великобритании и 6 млн жителей Индии. На форум были выложены полные имена пользователей, их местонахождение, даты рождения, биографии, мобильные номера и в некоторых случаях адреса электронной почты.

    Такой массив данных может стать ценной информацией для киберпреступников, которые используют подобного рода записи для мошеннических схем, предупреждают эксперты. “База данных такого размера, содержащая такую личную информацию, как телефонные номера большого числа пользователей Facebook, определенно приведет к тому, что злоумышленники воспользуются этими данными, чтобы устраивать хакерские атаки”, – приводит издание слова Алона Гала, одного из основателей компании Hudson Rock, занимающейся выявлением киберпреступлений.

  • Şəkidə ölümlə nəticələnən yol qəzası olub

    Şəki şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəkinin Vərəzət kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Şəki sakini Vüqar Cəlilovun idarə etdiyi “VAZ”-21011 markalı avtomobil yoldan çıxaraq aşıb.

    Nəticədə avtomobildə olan sərnişin, 27 yaşlı Şahmar Mustafayev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tbilisidə “komendant saatı”nın ləğvi tələbi ilə aksiya keçirilir

    Tbilisidə əhali koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə keçən ilin noyabr ayından tətbiq olunan “komendant saatı”nın ləğvini tələb edir.

    AZƏRTAC xəbər verir ki, aprelin 3-də “komendant saatı”nın ləğvi tələbi ilə əlaqədar Tbilisidə aksiya keçirilir.

    Vətəndaş hərəkatları və bəzi müxalifət partiyalarının üzvləri musiqi sədaları altında Filarmoniyadan Parlamentə doğru yürüşə başlayıblar.

    Tbilisinin mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti tam dayanıb. Yürüş iştirakçıları “komendant saatı”nın, eləcə də koronavirusla əlaqədar vətəndaşlara tətbiq olunan cərimələrin ləğvini tələb edirlər.

    “Utanc” hərəkatının üzvü Qiqa Makaraşvilinin sözlərinə görə, aksiya iştirakçıları bütün gecəni parlamentin qarşısında qalacaqlar.

  • Daha bir məktəb koronavirusa görə bağlandı

    Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəb yeni növ koronavirus infeksiyası səbəbindən bağlanılıb.

    Orta məktəbdə çalışan və təhsil alanlar arasında aparılan tibbi yoxlamalar zamanı COVID-19 virusuna yoluxanlara rast gəlindiyi üçün orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

    Dərslər onlayın şəkildə keçirilir.

    Qeyd edək ki, şəhərin 7 saylı Rəşad Mirabov adına orta məktəbdə isə eyni səbəbdən 2 sinif bağlanılıb.

  • Bakıda iki nəfər mənzillərində ölü tapılıb

    Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Məmmədov Əfqan Qazəhməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

    Eyni zamanda, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əliyev Elçin Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Ukrayna ordusunun hərbçisi həlak oldu

    Ukraynanın Donbas bölgəsində bir Ukrayna hərbçisi minaya düşərək həlak olub.

    Bu barədə Ukraynanın “UNN” xəbər agentliyi məlumat yayıb.

    Bildirilib ki, hadisə Donbasın Şumı yaşayış məntəqəsində baş verib.

    Qeyd olunur ki, hazırda insidentin baş verdiyi ərazidə Ukrayna Silahlı Qüvvələrinin və Hərbi Hüquq Mühafizə Xidmətinin əməliyyat qrupu işləyir.