Month: April 2021

  • Yunanıstandan çıxarılan mühacirləri Türkiyə xilas edib

    Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığı Yunanıstandan çıxarılan 231 qanunsuz mühaciri sudan xilas edib.

    “Report” “TRTHaber”ə istinadən xəbər verir ki, onları Yunanıstan qəbul etməyib.

    Türkiyə Sahil Təhlükəsizlik Komandanlığının əməkdaşları həmin mühacirlərin gəmisini batmaqdan xilas edib. Mühacirlər təhlükəsiz əraziyə aparılıb.

  • Kriptovalyuta ilə mükafat alan ilk futbolçu – Ronaldu

    İtaliyanın məşhur “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu karyera uğurlarına görə dünyada kriptovalyuta ilə mükafat alan ilk futbolçu oldu. Klub Ronalduya karyerası dövründə vurulan 770 qola görə 770 JUV Fan Token mükafat verdi. JUV FAN TOKEN “Yuventus” klubu tərəfindən 2019-cu ilin dekabr ayında buraxılmışdı və hazırda Binance birjasında 14 dollara ticarət olunur.

    JUV tokenlərinə sahib olan “Yuventus” klubunun azarkeşləri gələcəkdə mükafat almaq və klubun fəaliyyəti ilə bağlı “kosmetik qərarlar” (məs: forma rəngi, stadionun musiqisi, günün oyunçusu, klubun yay turları, xüsusi klub hədiyyələri) verilərkən səsvermədə iştirak hüququ qazanır.

  • Onlayn alınıb geri qaytarılan malın pulunun ödənişi tezləşdirilə bilərmi?

    Müasir iqtisadiyyatı elektron ticarət olmadan təsəvvür etmək mümkün deyil. Dünyanın inkişaf etmiş ölkələrində ticarətin mühüm hissəsi elektron üsulla həyata keçirilir. Bu, “yerindən tərpənmədən” alış-verişə imkan versə də, bəzən mal ünvanına çatanda müəyyən problemlər ortaya çıxır və onu geri qaytarmaq zərurəti yaranır. Və, təbii ki, malın pulu geri ödənilir. Bu ödəniş isə müxtəlif ölkələrdə bəzən günlərlə, bəzən isə aylarla vaxt aparır. 2008-ci ildən elektron ticarətin həyata keçirildiyi Azərbaycanda sözügedən müddət 5-7 gündür. Bəs geri ödəniş bir qədər tezləşdirilə bilərmi?

    “Report”a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova deyir ki, onlayn ticarətdə geri ödəniş əsasən bankdan asılıdır.

    “Banklar bəzən geri ödəmə əməliyyatını bir günə, bəzən isə yeddi günə yerinə yetirir. Xarici ölkələrin çoxunda elektron ticarətdə belə bir sistem var ki, alıcı və satıcı ortaq məkanda olur. Belə ki, satıcı məhsulunu sayta yerləşdirir, alıcıya məhsul çatandan 1 həftə sonra məhsulun pulunu vasitəçi şirkət satıcıya ödəyir. Həmin müddətə qədər pul vasitəçi şirkətin bank hesabında qalır. Belə olduqda həm məhsuldan imtina hallarında ödənilən məbləğ tez bir zamanda geri qaytarılır, həm də güvən baxımından bu sistem daha uyğundur. Bir iş də var ki, onlayn ticarətdə çoxlu saxtakarlıq halları olur. Bu kimi hallar olmasa belə, məbləğin geri qaytarılmasında gecikmələr yaşanır. Vasitəçi şirkətin yaranması həmçinin kiçik sahibkarlar üçün də məhsullarını tanıtmaq üçün əlverişli olar, – G.Hüseynova əlavə edib.

    Elektron ticarət üzrə ekspert Nigar Zeynalova qonşu Türkiyəni misal çəkir, bildirir ki, burada ödənilən məbləğin geri qaytarılmasının tezləşdirilməsi istiqamətində konkret planlar var:

    “Türkiyədə geri ödənişlərlə bağlı çox vaxt problemlər yaşanıb və bəzən hətta 3-5 aya qədər gecikmələr olub. Orada həm daxili, həm də xarici bazarlarla onlayn ticarət çox inkişaf edib. Odur ki, Türkiyədə bu mövzunu aktuallaşdırmağa çalışırlar və ödənilən məbləğin geri qaytarılması prosesini tezləşdirmək istəyirlər. Azərbaycanda isə vəziyyət fərqlidir. Bizdə bu müddət 3-7 iş günü arasındadır. Əksər banklar ödənilmiş məbləği üç gün müddətində alıcıya geri qaytarırlar”.

    N.Zeynalova həmçinin qeyd edib ki, bu prosesin sürətləndirilməsi daha çox banklardan asılı olan məsələdir: “Black Friday”, yəni “Qara cümə” günü belə bir problem yaşanmışdı. İnsanlar məhsulu elektron şəkildə almaq üçün ödəniş edirdi, yəni onların kartlarından pul çıxırdı, lakin elektron səbətdə həmin məhsulun alındığı görünmürdü. Bu hal əsasən ABŞ saytlarında yaşandı və insanların bir qədər təşvişə düşməsinə səbəb oldu. Banklar həmin məbləğin dondurulduğunu bildirdilər. Alış-veriş edilən sayt ödənilən məbləği banka geri qaytardıqdan sonra bank onu sifarişçinin hesabına yönəldə bilərdi. Bu, təkcə banklardan asılı olan məsələ deyil və bankla saytlar arasında qurulmuş sistemdir. “Qara cümə” günündə uzunmüddətli gecikmə olmuşdu və insanlar arasında bir sıra sual doğuran məsələlər ortaya çıxmışdı. Belə ki, insanlar aldıqları məhsulun qiymətinin bu gecikmə müddəti ərzində qalxacağı təqdirdə kartların əlavə məbləğin çıxılacağı barədə təşviş içərisində idilər. Lakin “Qara cümə” bitəndən sonra saytlar həmin məbləği geri göndərdilər və bundan sonra bizim bankların sisteminə uyğun olaraq 3-5 gün ərzində geri ödənilən məbləğlər sifarişçilərin kartlarına oturdu. Azərbaycanda bu prosesi daha da tezləşdirmək mümkün ola bilər. Lakin bu daha çox banklarla əlaqədar bir məsələdir”.

  • Lənkəranda 16 yaşlı qız intihar edib

    Lənkəran şəhərində intihar hadisəsi baş verib.

    “Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə rayonun Girdəni kəndində baş verib.

    Belə ki, 2005-ci il təvəllüdlü Monika Cəbrayıl qızı Hüseynzadə yardımçı tikilidə özünü asaraq intihar edib.

    Belə ki, 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına damdan yıxılaraq xəsarət alma ilə bağlı çağırış olub. Həkim briqadası hadisə yerinə çatanda sözügedən şəxsin öldüyü məlum olub. İlkin müayinə zamnı M.Hüseynzadənin hündürlükdən yıxılaraq xəsarət alması nəticəsində deyil, asılaraq ölməsi müəyyənləşib.

    Əldə etdiyimiz məlumata əsasən M.Hüseynzadə yetiklink yaşına çatmasa da bir müddət əvvəl ona elçi gəlib və ailə üzvləri bu izdivaca razılaşmayıblar.

    Bundan sonra qızda psixoloji narahatlıqlar yaranıb. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

  • AMEA-nın Astronomiya İnstitutu yaradılır

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının növbəti onlayn iclası keçirilib.

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in rəhbəri, akademik Rasim Əliquliyev, bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, təhsil, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, eləcə də həmkarlar, gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.

    Gündəliyə əsasən, əvvəlcə AMEA-da elmi jurnalların vəziyyəti haqqında məruzə edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov diqqətə çatıdırıb ki, 2020-ci ildə “Web of Science” bazasına 12000-dən çox, “Scopus” bazasına isə 30891 jurnal daxil edilib. Alim qeyd edib ki, hər il bu beynəlxalq bazalar yenilənir, bəzi jurnallar daxil olur, bəziləri isə çıxarılır.

    AMEA-nın müxbir üzvü Misir Mərdanov vurğulayıb ki, Azərbaycan Respublikasında dərc edilən elmi jurnallardan 8-i, o cümlədən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the İnstitute of Mathematics and Mechanics” jurnalları “Web of Science” bazasına daxildir. Həmçinin “Scopus” bazasında da ölkəmizi səkkiz elmi jurnal təmsil edir.

    Onun sözlərinə görə, “Web of Science” və “Scopus” bazalarında yer alan elmi jurnalların 2020-ci il üçün reytinq cədvəli hələlik açıqlanmasa da, 2019-cu ilin nəticələri göstərib ki, ölkəmiz “Scopus” siyahısında 231 ölkə arasında 92-ci, WOS-un siyahısında isə 153 ölkə arasında 90-cı yerdə olub.

    Məruzə ətrafında aparılan müzakirələrdə akademiklər Əli Abbasov, Fikrət Əliyev, Arif Həşimov, Adil Qəribov, AMEA-nın müxbir üzvləri Vaqif İbrahimov, Ramiz Alıquliyev, Vəli Hüseynov, Oktay Qasımov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

    Akademik Rasim Əliquliyev vurğulayıb ki, son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə ölkəmizdə aparılan kompleks islahatlar Azərbaycan alimlərinin, o cümlədən AMEA-nın qarşısında bir sıra mühüm vəzifələr qoyur. Həmin vəzifələrin icrası elmi fəaliyyətin müasir dövrün çağırışlarına və milli maraqlara müvafiq həyata keçirilməsini, bu sahədə kompleks islahatların aparılmasını zəruri edir. Alim vurğulayıb ki, bu baxımdan Azərbaycan elminin dünya elminə inteqrasiyasının gücləndirilməsi, alimlərimizin nüfuzlu beynəlxalq elmi bazalara çıxışının təmin edilməsi, AMEA-da nəşr olunan elmi jurnalların keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi qarşıda duran mühüm hədəflərdəndir.

    Elmi jurnalların keyfiyyətinin yüksəldilməsi və qarşıda duran problemlərin həlli ilə əlaqədar geniş müzakirədən sonra məsələ barədə AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılmasına qərar verilib.

    Daha sonra AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baza-sında Astronomiya İnstitutunun yaradılması məsələsi müzakirəyə çıxarılıb. Bu barədə çıxış edən ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında AMEA-nın Rəyasət Heyətinin 2021-ci il 8 yanvar tarixli qərarını xatırlatdı. Alim qeyd etdi ki, ölkəmizdə astronomiya elminin dünya standartlarına müvafiq səviyyədə inkişaf etdirilməsi, həmçinin astrofiziki müşahidələrin modern səviyyədə təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi, milli kadr hazırlığının keyfiyyətinin artırılması məqsədi ilə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kadr və elmi-texniki bazası əsasında AMEA-nın Astronomiya İnstitutunun yaradılması məqsədəuyğundur.

    Qeyd olunanları, həmçinin dövlətimizin kosmik sənayenin inkişafı ilə bağlı strateji maraqlarını, eləcə də kosmik fəzanın araşdırılmasılması üzrə bu və bir sıra digər məsələlərin əhəmiyyətini nəzərə alaraq, FRTEB-in Ümumi yığıncağı AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kadr və elmi-texniki bazası əsasında AMEA-nın Astronomiya İnstitutunun yaradılması barədə AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılmasına qərar verib.

    FRTEB-in və onun elmi müəssisələrinin veb-saytlarının monitorinqi haqqında məlumat verən vitse-prezidentin xidmətinin elmi katibi, dosent Hikmət Quliyev qeyd edib ki, AMEA-da elektron elmin inkişafı və elmin informasiya təminatının yüksəldilməsi, eləcə də elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin səmərəliliyinin artırılması məqsədilə FRTEB-in və elmi müəssisələrinin veb saytlarının monitorinqi aparılmışdır.

    Onun sözlərinə görə, monitorinq çərçivəsində veb-saytlar dizayn, proqram təminatı, xəbərlərin dinamikası, informasiyanın dolğunluğu və aktuallığı daxil olmaqla bir sıra meyarlara əsasən təhlil edilib və qiymətləndirilib. H.Quliyev vurğulayıb ki, monitorinq nəticəsində ortaya çıxan qüsurlar və problemlər, bütövlükdə saytların yenidən işlənilməsini və bununla əlaqədar zəruri addımların atılmasını tələb edir.

    Onlayn iclasda “Elmi Kadrlar” Milli İnformasiya Sisteminin formalaşdırılması və istismar vəziyyəti haqqında AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar idarəsinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva məlumat verib. Məruzəçi qeyd edib ki, FRTEB-in elmi müəssisələrində çalışan 972 nəfər elmi əməkdaşın 810 nəfəri artıq “Elmi Kadrlar” Milli İnformasiya Sistemində qeydiyyat keçib.

    D.Mirzəyeva AMEA-da elmi fəaliyyətlə məşğul olan kadrlar haqqında müvafiq məlumatların mütəmadi olaraq yenilənməsinin, eləcə də gələcəkdə bu sistemin ölkə səviyyəsində digər sistemlərə inteqrasiya olunması və vahid sistemin yaradılmasının zəruriliyini nəzərə alaraq, elmi müəssisələr üzrə məsul şəxslərə elmi-metodiki dəstək verilməsi ilə əlaqədar seminar-məşğələlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

    Daha sonra FRTEB-in Ümumi yığıncağında AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin 60 illik yubileyi ilə əlaqədar məsələ müzakirə edilib. Bu barədə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov yubilyarın informatika sahəsində nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda tanınan alim olduğunu vurğulamaqla, ona fəaliyyətində uğurlar azru edib. Akademik Cavad Abdinov qeyd edib ki, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2020-ci ildə məqalə və istinadlarının sayına görə Stenford Universiteti tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu 2% aliminin reytinq siyahısına daxil edilib. Yubilyarın elmi fəaliyyəti və nəcib insani keyfiyyətləri haqqında FRTEB-in alimləri müsbət rəy və fikilərini bildirdikdən sonra, FRTEB-in Ümumi Yığıncağı alimin yubileyinin keçirilməsi barədə AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsatət qaldırmağı qərara alıb.

    İclasda həmçinin “AMEA-nın Xəbərləri” jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının “İnformatika və idarəetmə problemləri” buraxılışının redaksiya heyətində dəyişiklik edilərək AMEA-nın müxbir üzvü Ağası Məlikovun adıçəkilən jurnalın baş redaktoru vəzifəsinə tövsiyə edilməsi haqqında müvafiq qərar qəbul olunub.

    Onlayn iclasda bir sıra kadr məsələləri barədə də qərarlar qəbul edilib. Akademik Rasim Əliquliyevin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvləri – Misir Mərdanovun Riyaziyyat və Mexanika İnstitutunun, Namiq Cəlilovun AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə namizədlikləri irəli sürülüb.

    Elmi şuranın üzvləri – akademiklər Cavad Abdinov, Əli Abbasov, Arif Həşimov, AMEA-nın müxbir üzvləri Vaqif Quliyev, Vəli Hüseynov çıxış edərək FRTEB-in üç elmi müəssisəsinin baş direktoru vəzifəsinə namizədlər haqqında rəy və fikirlərini diqqətə çatdırıblar.

    Daha sonra onlayn iclasda keçirilən açıq səsverməyə əsasən, yekdilliklə akademik Rasim Əliquliyevin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvləri – Misir Mərdanovun AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun və Namiq Cəlilovun AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə təsdiq edilməsi barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması üçün müvafiq qərarlar qəbul edilib. FRTEB-in Ümumi Yığıncağı, həmçinin AMEA-nın müxbir üzvü Vəli Hüseynovun AMEA-nın Fizika İnstitutunun “Kosmik şüa mənbələri fizikası” laboratoriyasının rəhbəri vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edib.

    Sonda bir sıra həlli vacib olan cari məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

  • PayPal kripto ödənişlərə “yaşıl işıq” verdi

    PayPal ABŞ istifadəçiləri üçün mal və xidmətlər üzrə birbaşa kriptovalyutalar ilə ödəniş imkanını əlavə etdi. Yeni “Checkout with Crypto” funksiyası PayPal hesabında bitcoin, ethereum, bitcoin cash, litecoin olan istifadəçiyə komissiya ödəmədən dərhal ABŞ dollarına çevirməyə və müvafiq əməliyyatı həyata keçirməyə imkan verəcək.

  • Myanmada öldürülən etirazçıların sayı 557 nəfərə çatdı

    Myanmada fevralın 1-dən hərbi xuntaya qarşı etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı 557 nəfərə çatıb.

    Bu barədə Myanmanın Siyasi Məhbuslarına Yardım Assosiasiyasının hesabatında deyilir.

    Assosiasiyanın məlumatına görə, gün ərzində 110 nəfər azad edilsə də, 2 658 etirazçı hələ də həbsxanadadır. Bundan başqa 38 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, 235 nümayişçinin saxlanılması ilə bağlı qərar qəbul edilib.

    “Save the Children” beynəlxalq xeyriyyə fondu bildirib ki, həlak olanların 43-ü azyaşlıdır.

  • Bu şəxslərə 2-ci doza vurulmayacaq – Şok yarada bilər

    Koronavirus peyvəndi Pfizer/BioNTech-lə bağlı şərtlər açıqlanıb. Bu peyvəndi könüllü olaraq vurdurmağa qərar vermiş insanlara birinci dozadan sonra ikinci doza yalnız 4 həftə aralıqla vurulmalıdır.

    Şərtlərdə peyvəndin 2-ci dozasının vurulmayacağı insanlarla bağı da məlumat verilir. Kimlərə 2-ci doza vurulmamalıdır? Məlumdur ki, Türkiyə adıçəkilən peyvəndin 2,8 milyon dozasını ölkəyə gətirib. Türkiyə Səhiyyə Nazirliyi də peyvəndin tətbiqi qaydaları ilə bağlı təlimat açıqlayıb.

    Nazirlik bu günlərdə tətbiqinə başlanılan mRNA peyvəndinin enyektorsuz vurulacağını elan edib. Təlimatda qeyd edilir ki, peyvəndin ilk dozasından sonra alergik reaksiya müşahidə edilən insanlara ikinci doza vurulmayacaq. Təəssüf ki, dünya üzrə Pfizer-BioNTech peyvəndinin tətbiqi zamanı allergik reaksiyalar qeydə alınıb.

    O cümlədər hərarəti 38 dərəcə və daha yüksək olanlarda, diaqnozu təsdiqlənməmiş xəstəliklər, xroniki xəstəliklərin aktiv fazası zamanı peyvəndlənmə təxirə salınmalıdır.

    Təlimatda qeyd olunur ki, peyvənd aktiv koronavirus xəstələrinə, 180 gün içərisində COVİD-19 xəstəliyi keçirmiş şəxslərə, peyvəndləmə zamanı təyin ediləndən 10 gün əvvəl COVİD-19 daşıyıcısı ilə təmasda olmuş şəxslərə vurulmayacaq. Həmçinin peyvəndin tərkibindəki hər hansı maddəyə qarşı allergiyası olanlar da peyvəndlənməyəcək. Çünki allergik şok verə bilir.

    Ege Universitetinin uşaq yoluxucu xəstəlikləri üzrə professoru, doktor Zəfər Kurugöl COVİD-19 xəstəliyini yüngül keçrmiş şəxslərə 4 aydan sonra peyvənd vurulmalı olduğunu bildirib.

    Professor bildirib ki, ağır xəstələrdə antitellər daha qalıcı və uzun müddətli təsirə malikdir, nəinki xəstəliyi yüngül formada keçirmiş şəxslərin orqanizmində əmələ gəlmiş antitellər.

    Z.Kurugöl ” kimsə “mən artıq yoluxub sağalmışam”, deyib, xəstəliyi görməzdən gəlməsin. Yoluxub sağalanlar təkrar yoluxa bilir”, söyləyərək vətəndaşları ehtyatlı olmağa çağırıb. (Sherg.az)

  • Goranboyda yas keçirmək istəyənlər saxlanılıb

    Aprelin 3-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Qaradağlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

    RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

  • Şəhid qardaşı itkin düşüb

    Salyanlı sakin itkin düşüb.

    “Report”un Aran bürosunun məlumatına görə, Salyan şəhəri H.Əliyev prospekti, bina 115, mənzil 12 ünvanında yaşayan, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu martın 1-i səhər saatlarında evdən çıxaraq Bakıya gedib və bir daha geri qayıtmayıb.

    Ötən gün onu paytaxtın “Torqovı” adlanan ərazisində görənlər olub.

    Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidinin qardaşı olan Ə.Xudaverdiyev fiziki qüsurlu və 2-ci qrup əlildir.

    Onu görənlərdən Salyan rayon polis şöbəsinə və bu nömrəyə zəng vurmaları xahiş olunur.

    Tel: 051 768 66 89