Month: April 2021

  • Bakıda yoluxan ukraynalı jurnalist: “İçəri girən kimi soruşdular: pulunuz var?…”

    Ukraynanın “5-ci kanal” televiziyasının əməkdaşı, bir qrup xarici jurnalistlə birlikdə Azərbaycana gələn və işğaldan azad edilmiş ərazilərdən reportaj hazırlayan Yevgeniya Kitayeva ezamiyyət zamanı koronavirusa yoluxub. Və Bakıdakı xəstəxanalardan birində müalicə olunub.

    Virtualaz.org xəbər verir ki, Kitayeva ölkəsinə qayıdandan sonra virusdan necə müalicə olunduğu haqda danışıb. Bildirib ki, iki həftəyə yaxın Bakıdakı yeni tikilmiş xəstəxanalardan birində müalicə olunub. Və azərbaycanlı həkimlərin koronavirusa yanaşması onu müsbət mənada heyrətləndirib. Çünki Azərbaycanda hətta yüngül simptolu xəstələri də ləngimədən xəstəxanaya yerləşdirirlər, Ukraynada isə belə deyil. Onlara evdə müalicə tövsiyə edirlər.

    Jurnalist danışır ki, Bakıdan uçmazdan iki gün əvvəl bütün qrup koronavirus testi vermişdi. Yevgeniyada testin nəticəsi müsbət olub. “Təcili yardım maşını gəldi, içindən iki “mələk-kosmonavt” çıxdı və dedi: “Yevgeniya Kitayeva, xahiş edirik əyləşin. Bu qorxulu idi, mən sadəcə olaraq şokda idim”.

    Bir saat sonra onu Bakıda yeni açılmış klinikalardan birinə aparıblar. “Mən əlimdə çantalarla qeydiyyata yaxınlaşıram. Məndən soruşurlar: pulunuz var? Beynimdə hesablamağa çalışıram, nə qədər pulum var deyə. Deyirəm: nə qədər lazımdır? Onlar deyirlər: yox, pul bizə lazım deyil, əgər bizə pasiyent cibində pulla gəlirsə biz o pulu götürüb saxlayırıq, çünki korrupsiya ilə belə mübarizə aparırıq. Bəs sizdə qızıl da var? Onu da götürəcəyik”,-ukraynalı jurnalist bildirir.

    Yevgeniyanı ayrıca palataya yerləşdiriblər və ona virus əleyhinə tabletkalar veriblər. Lakin kömək eləməyib, temperatur 38 dərəcəyə qalxıb. Bu zaman pasiyentə sistem köçürməyə başlayıblar, gündə iki dəfə. Temperatur 5 gün davam edib. “Məni heyrətləndirən bu idi ki, hər saat yarımdan, 2 saatdan bir yanıma ayrıca tibb bacısı gəlirdi, xüsusi aparatla təzyiqimi, nəbzimi, temperaturumu ölçürdü. Tibb personalının öhdəlikləri fərqlənir. Kimin nəyə cavab verdiyini fərqləndirmək olur, onlar formalarındakı rənglə bilinirlər”,-jurnalist deyir.

    Müalicənin altıncı günü pnevmoniya müşahidə edilməyib, amma həkim yüngül xışıltı eşidib. Bu zaman xüsusi qurğu ilə müalicə proseduru tətbiq ediblər. 12-cü gün jurnalisti xəstəxana

  • “Buta” kafesi və “Sevinc” restoranı cərimələndi (TAM SİYAHI)

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

    AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 02 aprel 2021-ci il tarixində ölkə üzrə 424 ictimai iaşə obyektində 719 monitorinq keçirilib. Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 73-ün həyətində yerləşən, fiziki Novruzov Zaur Gülqardaş oğluna məxsus kafe;

    2. Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsi, ev 38 ünvanında yerləşən, fiziki şəxs Mirəliyev Qalib Müstəcəb oğluna məxsus dönərxana;

    3. Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Əmirova Əfsanə Bəylər qızına məxsus restoranı;

    4. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, A. İldırım küçəsində yerləşən, fiziki şəxs oğluna məxsus “El” restoranı;

    5. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 17, “Glass Plaza” ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən, fiziki Məlikzadə Elşən Asif oğluna məxsus “Nar” kafesi;

    6. Bakı şəhəri, Yasamal rayonu, A. Salamzadə küçəsi 104A ünvanında yerləşən, fiziki Həsənov İlkin Telman oğluna məxsus “Bamboo Lounge & Restaurant” restoranı;

    7. Bakı şəhəri, Nərimanov rayonu, Ş. Mustafayev küçəsi 27 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elvin Mövlud oğluna məxsus “Pub” kafesi;

    8. Bakı şəhəri, Xətai rayonu, Rüstəmov küçəsi 4/6 ünvanında yerləşən, fiziki şəxs Cumayev Mübariz Zaməddin oğluna məxsus kafe;

    9. Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsi, ev 12M ünvanında yerləşən, fiziki şəxs Vəliyeva Mehriban Rüstəm qızına məxsus kafe;

    10. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 73 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyeva Səminə Əslan qızına məxsus kafe;

    11. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 216 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Rauf Mahmud oğluna məxsus “Buta” kafesi;

    12. Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 20 ünvanında yerləşən, fiziki şəxs İlyas Novruzov Alabaz oğluna məxsus “Sevinc” restoranı;

    13. Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən, fiziki şəxs Mehtiyev Rəşad Razim oğluna məxsus kafe;

    14. Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” ünvanında yerləşən, fiziki şəxs Əhmədov İntizar Hüseyn oğluna məxsus “Pizzaland” kafesi;

    15. Bakı şəhəri, Nərimanov rayonu, Bünyadov 62 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Mahir Həzi oğluna məxsus “Azalea” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

    16. Bərdə şəhəri, Heydər Əliyev prospekti 169 ünvanında yerləşən, fiziki şəxs Hüseynli İlahəddin Namiq oğluna məxsus “Prins” kafesi;

    17. Göygöl rayonu, Ağsu kəndində, yerləşən, fiziki şəxs Quliyev Yasim Gürzal oğluna məxsus restoran;

    18. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Əkbərov Əkrəm Allahı oğluna məxsus çayxana;

    19. Şirvan şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Quliyev Raqif Əlifağa oğluna məxsus dönərxana;

    20. Gədəbəy‎ rayonu, Novosaratovka kəndində yerləşən, fiziki şəxs Alıyev Elşən Nadir oğluna məxsus çayxana.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Azərbaycanda vaksinasiyanın nə vaxt bitməsi planlaşdırılır? (RƏSMİ)

    “Hədəfimiz ölkə əhalisinin 80 faizini vaksinləşdirməkdir. 8 milyon insanı vaksinasiyadan keçirmək məqsədilə 16 milyon doz peyvənd üçün müqavilələr bağlanıb”.

    Bunu “Anadolu” agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    O bildirib ki, bu, pandemiyanın bitməsi üçün önəmli rəqəmdir:

    “Yay aylarına qədər vaksinasiya prosesini uğurlu şəkildə bitirəcəyimizi düşünürük”.//Qafqazinfo.az

  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurub

    Vətən müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılması və onun Bakıda nümayiş etdirilməsi dünyanın aparıcı KİV-lərində geniş əks-səda doğurub.

    AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın “BBC News” televiziya kanalı və saytı bəyan edib ki, Qarabağda “İsgəndər” raketlərinin qalıqları aşkar olunub. Aprelin 2-də raketin qalıqları Bakıda nümayiş etdirilib. Azərbaycan Minatəmizləmə Agentliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, “İsgəndər” raketlərinin bu qalıqları martın 15-də Şuşa şəhərinin minalardan təmizlənməsi zamanı aşkar edilib. Məlumat verilib ki, raketin qalıqlar bir-birindən 780 metr məsafədə olub. Aparılmış təhqiqat nəticəsində məlum olub ki, Şuşa şəhəri istiqamətində “İsgəndər-M” raketi buraxılıb.

    Reportajda qeyd olunur ki, noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən atəşkəs barədə Bəyanatın imzalanmasından bir neçə saat əvvəl sosial şəbəkələrdə yayılmış videoda erməni əsgərlərin raketi işəsalma fonunda şəkilləri, həmin qurğudan 41 saniyə fasilə ilə iki raketin uçması görünür. Jurnalistlər vurğulayırlar ki, “İsgəndər-E” Ermənistanın arsenalında bu cür tezliklə raketlər buraxa bilən yeganə sistemdir. Bundan əlavə, hələ noyabr ayında BBC-nin Ermənistan hökumətindəki mənbəyi müharibənin son günlərində “İsgəndər” raketlərindən istifadə olunmasını bildirmişdi. Ermənistan ordusunun general-polkovniki Movses Akopyan da bu operativ-taktiki raketlərin tətbiq edilməsindən danışıb, lakin sübutlar təqdim etməyib. Bu mövzu fevralın sonuna qədər hərbi ekspertlərin maraq dairəsində qalıb, nəhayət, Nikol Paşinyan bəyan edib ki, müharibə dövründə istifadə edilmiş “İsgəndər” raketləri partlamayıb və ya 10 faiz partlayıb.

    ABŞ-ın “Azadlıq” radiosu və Litvanın “Slaptai” xəbər saytı məlumat yayıb ki, Azərbaycan hərbçiləri Qarabağda ərazilərin minalardan təmizlənməsi zamanı “İsgəndər” raketinin qalıqlarını aşkar ediblər. Materiallarda qeyd olunub ki, raketin qalıqlarının fotoşəkilləri ölkənin internet resurslarında dərc edilib. Raketin qalıqları martın 15-də Şuşa yaxınlığında tapılıb. 2020-ci ilin payızında Azərbaycan ilə Ermənistan arasında Qarabağ uğrunda ay yarımlıq müharibənin son günlərində bu şəhərdə şiddətli döyüşlər gedib. BBC Azərbaycanın Minatəmizləmə Agentliyinin nümayəndəsinə istinadla xəbər verir ki, raketin qalıqları Ermənistan tərəfindən “İsgəndər” kompleksinin tətbiq olunmasını sübut edir.

    Mərkəzi ofisi Vaşinqtonda yerləşən “Jamestown” Qlobal Araşdırma və Analitika Fondunun saytında yayımlanan “İsgəndər” raketləri Qarabağda uğursuzluğa düçar oldu, lakin Ermənistanda böhran yaratdı” sərlövhəli məqalədə 44 günlük müharibənin gedişatı, Ermənistanın məğlubiyyəti, bu səbəbdən ölkədə siyasi elita daxilində çəkişmələr geniş təsvir olunur. Yazıda qeyd edilir ki, Ermənistan “İsgəndər” raket sistemini əldə edən ilk ölkədir və o, Qarabağ müharibəsində bu raketdən istifadə edib. Sayt Ermənistanın baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirlərini sitat gətirərək bu faktın həqiqət olduğunu qeyd edib.

    Qərb ölkələrinin digər media orqanları, o cümlədən “konflikty.pl”, “eurasiantimes.com”, “Caucasus Watch”, “pl.sputniknews.com” saytları yazırlar ki, 44 günlük müharibə dövründə Ermənistan öz arsenalındakı ən güclü silah sayılan “İsgəndər” raket kompleksindən Azərbaycana qarşı istifadə edib. Xəbərlərdə bildirilir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı fotoşəkillərdə raketin qalıqlarının “İsgəndər” raket kompleksinə aid olduğunu təsdiqləyən seriya nömrələri əksini tapıb.

    Qardaş Türkiyə Respublikasının mətbuatı da 44 günlük Vətən müharibəsində Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raket kompleksindən istifadə etməsi barədə çoxsaylı materiallar yayımlayıb. Anadolu Agentliyi yazır ki, Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketi tətbiq etməsi təsdiq olundu. Agentlik qeyd edir ki, bununla bağlı Rusiya və Ermənistan ziddiyyətli açıqlamalar verir. Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı “İsgəndər”in tətbiq olunmadığını iddia etsə də, bu məsələ raketin qalıqları ilə sübut olunur. Mövzu ilə bağlı Türkiyənin “yenisafak.com”, “sabah.com”, “haber7.com” saytları, “Haber türk” telekanalı, “İstikrar” qəzeti və digər KİV-ləri də ətraflı məlumatlar yayımlayıblar.

    İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan ərazilərini bir sıra təhlükəli silahlardan, o cümlədən “İsgəndər” raketi ilə atəşə tutması Gürcüstan mətbuatının da diqqət mərkəzində olub. Gürcüstanın “info9.ge”, “report.ge”, “24news.ge”, “interpress.ge”, “accentnews.ge”, “4news.ge”, “ghn.ge” informasiya portallarında və 1tv.ge ictimai televiziya kanalında gürcü, Azərbaycan, rus və ingilis dillərində yayılan məlumatlarda Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqlarının Şuşa şəhəri istiqamətində aşkarlandığı bildirilir. Məlumatlarda qeyd olunur ki, araşdırma zamanı raketlərin üzərində “9M723” kod indeksi tam yoxlanılıb və məlum olub ki, bu qalıqlar “İsgəndər-M” raketlərinə aiddir.

    Ukraynanın “dialog.ua” “İnterfaks-Ukrayna”, “mil.in.ua” saytları da yazırlar ki, Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edib. Məlumatlarda qeyd edilir ki, raketin qalıqlarının Bakıda nümayiş etdirilən fotolarından aydınca görünür ki, Ermənistanın Azərbaycanın Şuşa şəhəri istiqamətində atdığı raketlər “İsgəndər” raketinin qalıqlarıdır. Beləliklə, müharibədə “İsgəndər” raketindən istifadə olunmaması barədə yayılan məlumatların yalan olduğu üzə çıxır.

    Yaxın Şərqdə geniş oxucu auditoriyasına malik olan “MENAFN” informasiya portalı və İndoneziyanın “international.sindonews” saytı yazırlar ki, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən Azərbaycan ərazisinə “İsgəndər-M” raketi atılıb. Bu raketin qalıqları aprelin 2-də Bakıda nümayiş etdirilib. Xəbərlərdə qeyd olunur ki, raketin qalıqları martın 15-də Şuşa şəhərinin və ətraf ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi zamanı aşkarlanıb.

  • Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb – VİDEO

    Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

    Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər kursları uğurla bitirən məzunları təbrik ediblər.

    Bildirilib ki, tariximizə qızıl hərflərlə yazılan Aprel döyüşlərindən 5 il keçir. Bu döyüşlər zamanı işğaldan azad olunan strateji ərazi, yüksəklik və mövqelər, ardınca 2018-ci ildə qazanılan Günnüt zəfəri, ən sonda isə 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi. İnanırıq ki, bu gün peşəkar hərbi qulluqçu kimi buraxılış mərasimi keçirilən gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular da bu döyüşlərdə iştirak edən igid oğulların yolunu davam etdirəcək, Vətəni qorumaq kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər.

    Çıxışların ardından kursları müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
    Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

    Sonda xatirə şəkli çəkdirilib.

  • Bakıda avtomobil qəza şəraiti yaratdı – VİDEO

    Paytaxtda minik avtomobili qəza şəraiti yaradıb.

    Şəhər şossesində qoşa xəttin tələbinə məhəl qoymayan avtomobil təhlükəyə səbəb olub.

    Hadisə avtomobillərdən birinin qeydiyyat kamerası tərəfindən çəkilib. Həmin görüntüləri təqdim edirik:

  • Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü – FOTO

    Beynəlxalq Şahmat Federasiyası (FIDE) indiyədək 2 800 reytinq xalını keçən qrossmeysterlərin adlarını açıqlayıb.

    FİDE-nin məlumatına görə, 13 nəfərlik siyahıda Şəhriyar Məmmədyarov (2820) yer alıb.

    Bu şahmatçılardan yalnız 5-nin – Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Dinq Lirenin (Çin) yaşı hazırda 30 və daha azdır.

    Digər tərəfdən, 13 nəfərin 5-i – Karlsen, Kasparov, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya) və Veselin Topalov (Bolqarıstan) dünya çempionluğunu qazanıb.

    Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Şəhriyar Məmmədyarov “Tarixin bir hissəsi olmaq özəldir!” yazıb.

  • Gədəbəydə toy mərasiminin keçirilməsinin qarşısı alındı – FOTO

    Gədəbəydə toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Gədəbəy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıələkbərli kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

  • Министр образования прокомментировал вопрос о вреде компьютеров

    Дальнейшая жизнь ваших детей будет тесно связана с компьютерами.

    Об этом 3 апреля на онлайн-брифинге заявил министр образования Эмин Амруллаев.

    Он сказал, что когда речь идет об организации дистанционного образования, в обществе выдвигаются разные идеи.

    “Иногда говорят, что компьютеры вредны для здоровья человека. Я также говорил в своих интервью, что да, есть определенные исследования по этому поводу. Однако теперь наша жизнь зависит от компьютеров, и имейте в виду, что после этого жизнь ваших детей также будет связана с этим устройством. Иногда встречаются такого типа высказывания, которые сбивают с толку и не приносят пользы”, – добавил министр.

  • Nazir kompüterlərin zərərləri ilə bağlı məsələyə münasibət bildirdi

    Övladlarınızın bundan sonrakı həyatı kompüterlərdən asılı olacaq.

    Oxu.Az-ın məlumatına görə, bu fikri Təhsil naziri Emin Əmrullayev səsləndirib.

    Nazir bildirib ki, bəzən cəmiyyətdə distant və ya onlayn təhsilin təşkili ilə bağlı danışılarkən çaşdırıcı fikirlər irəli sürülür:

    “Bəzən bildirilir ki, kompüterlər insan sağlamlığına zərərdir. Mən müsahibələrimdə də səsləndirmişəm ki, bəli, bununla bağlı müəyyən tədqiqatlar var. Lakin, indi bizim həyatımız kompüterlərdən asılıdır və nəzərə alın ki, bundan sonra övladlarınızın həyatı da kompüterlərdən asılı olacaq. Bəzən bu formada çaşdırıcı və faydalı olmayan fikirlər də olur”.