Month: April 2021

  • Карантинный режим в Азербайджане может быть ужесточен – представитель Минздрава

    Решение об ужесточении карантинного режима в Азербайджане принимается Оперативным штабом при Кабинете министров с учетом эпидемической ситуации в стране.

    Об этом в эфире передачи Nə baş verir? на телеканале ARB 24 сказал представитель Минздрава Набиль Сеидов.

    Сеидов отметил, что несмотря на приостановление работы общественного транспорта в праздничные дни, все же наблюдается рост числа случаев инфицирования коронавирусом.

    В связи с этим необходимо усилить контроль за соблюдением правил карантина, считает Н.Сеидов.

  • Slovakiya Milli Şurası Dağlıq Qarabağla bağlı qətnamə qəbul edib

    “Dağlıq Qarabağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi prosesi ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında həyata keçirilməlidir”

    Slovakiya Parlamentinin 25-ci plenar iclasında Dağlıq Qarabağla əlaqədar qətnamə qəbul edilib.

    Qətnamədə “mülki şəxslərin öldürülməsi, mülki infrastrukturun, mədəni və dini irs abidələrinin dağıdılması, üçüncü ölkələrin hərbi münaqişəyə cəlb olunması və onların sabitliyi pozan rolu”ndan narahatlıqlar ifadə edilib.

    Dağlıq Qarabağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi prosesinin ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında həyata keçirilməli olduğu bildirilib.

    Həmçinin döyüş silahları ilə birlikdə bütün hərbi cinayətlərə dair iddiaların düzgün araşdırılmasının, bütün hərbi əsirlərin və mülki şəxslərin dərhal sərbəst buraxılmasının və beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa məhdudiyyət qoyulmadan giriş etməsinin vacibliyi vurğulanıb.

  • Azərbaycanda elektrik enerjisindən istifadə Qaydalarında dəyişiklik edildi

    Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarda deyilir ki, alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarını istismar edən müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilələrdə Energetika Nazirliyi ilə razılaşdırılmaqla, bu Qaydaların müddəalarından fərqli müddəalar nəzərdə tutula və həmin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrdən fərqli formada bağlanıla bilər.

    Bundan başqa müstəqil enerji istehsalçısının alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış və Energetika Nazirliyi ilə razılaşdırılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçiriləcək.

  • Bu ölkədə vəziyyət normallaşdı – İnsanlar artıq maska taxmır

    Şimali Afrika və Avropanın Aralıq dənizinə açılan qapısı Cəbəllütariqdə həyat koronavirusdan əvvəlki vəziyyətə dönür.

    Median.Az unikal.org-a istinadən bildirir ki, 90 faiz əhalinin peyvəndləndiyi ölkədə maska taxmaq öhdəliyi götürülüb. Belə ki, bütün restoran və kafelər gecə saatlarına qədər iş fəaliyyətin bərpa edib.

    Bununla yanaşı, ölkə prezidenti mətbuata açıqlamasında bunun dünyada bir ilk olduğunu qeyd edib: “Cəbəllütariq, dünyanın əksər ölkələri mübarizə apararkən artıq buradakı məhdudiyyətlər qalxır. Əhalinin və güc strukturunun nizamlı qaydalara riayət etməsi, bizi bu ölümcül virusdan tez yaxa qurtamağ yardım etdi”.

    Qeyd edək ki, Cəbəllütariqlilər “Pfizer / BioNtech” vaksinindən istifadə edib.

  • Nazirlik rəsmisi: “Özünü qoruma vasitələrindən istifadə etməməyimiz vəziyyəti gərginləşdirdi”

    “Mart ayının birinci həftəsindən təhsil verənlərin və texniki heyətin vaksinasiyası aparılır. Bu günə qədər 55 faiz əməkdaş peyvənd olunub”.

    Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

    O bildirib ki, özünü qoruma vasitələrindən istifadə etməməyimiz vəziyyəti gərginləşdirdi:

    “Məsafə saxlamaq, maska geyinmək, əlləri tez-tez yumaq qaydasını həm şagirdlərə, həm də cəmiyyətə təlqin etməliyik”.

  • Səlçuk Bayraktar: “Bakıda ən böyük Hava Texnologiya Festivalı keçiriləcək”

    Türkiyədə keçiriləcək Texno festivala qardaş ölkə Azərbaycandan 200 nəfərə yaxın şəxs qatılıb.

    Bu sözləri AzTV-yə açıqlamasında məşhur “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlçuk Bayraktar Azərbaycanda səfərdə olduğu zaman deyib.

    O bildirib ki, bu il Türkiyədə keçirilən Texno festivala Azərbaycandan müraciət edənlər olub:

    “Bu il Hava Texnologiya Festivalına 200 mindən çox insan müraciət edib. Onlar arasında 200 nəfərə yaxın azərbaycanlı var. Texno festivalını xarici ölkələrə daşımaq fikrimiz var. Bu səfərimin məqsədlərindən biri də festivalın Azərbaycanda da təşkil olunması istiqamətində təkliflər verməkdir. Bakıda bununla yanaşı bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır. Yalnız Bakıda ən böyük Hava Texnologiya Festivalının təşkilini planlaşdırırıq”.

  • Вилаят Эйвазов произвел новое назначение

    В МВД Азербайджана произведено новое назначение.

    Приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова майор Рамин Фатуллаев освобожден от должности замначальника Управления государственной дорожной полиции Главного управления полиции города Гянджи.

    Другим приказом главы ведомства он назначен начальником отделения дорожной полиции Шамкирского РОП.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT – FOTO

    Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Ramin Fətullayev Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.

    Nazirin digər əmri ilə o, Şəmkir Rayon Polis Şöbəsinin DYP bölməsinə rəis təyin edilib.

  • Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bu tarixdə bağlanır (RƏSMİ)

    Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.

    Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.

    Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

    Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.

    Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

    Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.

    Bilidyimiz kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.

  • TƏBİB rəsmisindən çarpayı fondu ilə bağlı AÇIQLAMA

    “Hazırda çarpayı fondu ilə bağlı problemimiz yoxdur”.

    Bunu APA-ya TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu Departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

    O bildirib ki, stasionar çarpayı ilə bağlı problem olmur.

    “Modul tipli xəstəxanalarımız var. Biz reanimasiya çarpayıları ilə bağlı problemlərlə üzləşirik. Bu daha önəmlidir. Bu gün hələ ki, bu problemlə üzləşməmişik.

    Bununla bağlı fəaliyyət planımız var. Əgər epidemioloji vəziyyətlə əlaqədar reanimasiya çarpayıları dolarsa, dövlət tərəfindən lazımi tədbirlər görüləcək”.