Month: April 2021

  • DİQQƏT! Bu şəxslərə çay içmək olmaz

    Çay hər bir azərbaycanlının su əvəzi qəbul etdiyi mayedir.
    Lakin bəzən sevimli tonizə edici içki çox insanlara zərərlidir. Son zamanlar çayın orqanizmdə yaratdığı fəsadlar həkimləri də narahat etməyə başlayıb.

    Medicina.az çayın kimlərə zərərli olmasını təqdim edir.

    Bəzi sağlamlıq problemləri olan insanlar gün ərzində cəmi 1-2 stəkan, özü də açıq və təzə dəmlənmiş halda içməlidir.

    Bu xəstəliklərdə çay zərərlidir:

    – Həzm sistemi, mədə-bağırsaq selikli qişasının qıcıqlanması olan, reflüks, qastrit, mədə, 12barmaq bağırsaq xorası olanlar, mədəsində turşuluq çox olanlara
    – Baş ağrısı, miqreni olanlara – çaydakı kofein baş ağrılarını tətikləyir
    – Yüksək təzyiq xəstəliyi olanlara

    – Ürək döyüntüsü çox olanlara
    – Panik atak keçirənlərə – çaydan sonra panik atak ehtimalı artır

    – Ateroskleroz – damarları tutulanlar
    – Mərkəzi sinir sistemi xəstəlikləri, epilepsiya

    – Yuxusuzluqdan əziyyət çəkənlər
    – Yüksək hərarət, qızdırma zamanı
    – Osteoporoz, sümük əriməsi

    – Sümüklərdə kalsium az olanlara

    – Qan azlığı, anemiyası olanlara
    – Öd kisəsi daşı olanlar

    Gördüyünüz kimi, siyahı uzundur. Çay təzyiqi qaldırır, damarlara spazm verir, kalsiumu sümüklərdən çıxarır, daş yaradır, sinir sistemini oyadır.
    Əgər siz nevrozsuzsa, panik ataklar varsa, sizə çay, qəhvə qəti olmaz.

    Çay əvəzinə su için. Digər insanlara da soyumuş çay, çox tünd çay, köhnə çay dəmi içmək zərərlidir.

  • Rəsmən təsdiqləndi: Bu şəxslərə əlavə pul veriləcək

    Nazirlər Kabineti cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə qaydasını təstiq edib.

    Median.Az xəbər verir ki, “İcra məmurları haqqında” qanuna əsasən Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi Ədliyyə Nazirliyinin hesabına köçürülməsi müəyyən edilib.

    Bu vəsaitdən istifadə qaydasını müəyyən etmək Nazirlər Kabinetinə həvalə edilib.

    Qaydaya əsasən vəsaitin 50 faizi Ədliyyə Nazirliyinin Aparatının Probasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinə hər ay əmək haqqına əlavələr formasında verilməklə istifadə ediləcək. Qalan vəsait isə Probasiya Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə istifadə olunacaq.

  • Календарь и молитва шестнадцатого дня месяца Рамазан – ФОТО

    Завтра шестнадцатый день священного месяца Рамазан.

    Согласно его календарю, объявленному Управлением мусульман Кавказа (УМК), время имсака 29 апреля – в 04:03, а время ифтара – в 19:48.

    Субх азан – 04:13

    Зухр азан – 12:38

    Аср азан – 17:31

    Магриб азан – 19:48

    Иша азан – 20:57

    Молитва, которую произносят после имсака:

    “Аллахумма уаффикни фихи лимувафакатиль абрар уа джаннибни фихи мурафакаталь ашрар уа ауини фихи бирахматикя иля дариль кара́рБииляхийатика йа иляхаль алямин”.

    Перевод:

    “О, Аллах! В этот день помоги мне быть в рядах праведников, убереги от дружбы с грешниками. Взываю к Твоей милости, дай мне обитель в вечном раю. О, Господь миров!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О, Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”.

    Да примет Аллах ваш пост!

  • Ramazan ayının 16-cı gününün imsak, iftar və namaz vaxtları – FOTO

    Sabah Ramazan ayının 16-cı günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 29-da imsak vaxtı saat 04:03-də, iftar vaxtı isə 19:48-dədir.

    Aprelin 29-u üçün namaz vaxtları:

    Sübh azanı 04:13
    Zöhr azanı 12:38
    Əsr azanı 17:31
    Məğrib azanı 19:48
    İşa azanı 20:57

    16-cı günün imsak vaxtı üçün duanı təqdim edirik:

    “Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin!”

    Tərcüməsi: “İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Türkiyə Qran Prisi yenidən “Formula 1”in təqviminə daxil edilib – FOTO

    İyunun 11-13 aralığında keçirilməsi planlaşdırılan “Formula 1” üzrə Kanada Qran Prisinin ləğv olunmasından sonra yarışların təqviminə yeni məkan əlavə olunub.

    “Haber Global”ın məlumatına görə, bu barədə “Formula 1”in rəsmi “Twitter” səhifəsindən paylaşım edilib.

    Yarış təşkilatçıları Türkiyə Qran Prisinin yenidən təqvimə daxil edilməsi barədə məlumat veriblər.

    Paylaşımda bildirilib ki, növbəti ildən etibarən Kanada Qran Prisinin yarışların təqviminə qayıtması gözlənilir. Belə ki, bu ölkə ilə Qran Pri mərhələsinin keçirilməsi üçün iki illik müqavilə imzalanıb.

  • Kürdəmirdə “Xosu” ləqəbli narkotacir saxlanıldı

    Kürdəmir Rayon Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş “Xosu” ləqəbli Zabil Nuriyevin qanunsuz olaraq narkotik vasitələr əldə edib, daşıyaraq üzərində və yaşadığı evdə saxlaması, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olub.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zabil Nuriyev saxlanılaraq polis şöbəsinə gətirilib. Axtarış zamanı onun üzərindən isə 1,299 qram, yaşadığı evindən külli miqdarda 13,435 qram, ümumilikdə 14,734 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ilkin dindirmə zamanı etdiyi cinayət əməlini etiraf edib.

    Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

  • YAP-ın mətbuat katibi işdən azad edildi (SƏBƏB)

    Yeni Azərbaycan Partiyasında (YAP) kadr islahatları davam edir.

    Unikal.org-un məlumatına görə, uzun illərdir partiyanın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan Hüseyn Paşayev tutduğu vəzifədən azad edilib.
    Hələlik onun yerinə təyinat olmayıb.

    Qeyd edək ki, Hüseyn Paşayev ötən gün Mərkəzi Seçki Komissiyasının üzvü seçildiyi üçün YAP-dakı vəzifəsindən azad edilib.

  • Azərbaycanda yüksək vəzifəli məmur koronavirusdan vəfat etdi

    Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev vəfat edib.

    AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Namiq Nağıyev koronavirusdan dünyasını dəyişib.

    Qeyd edək ki, Namiq Nağıyev bundan öncə Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri işləyib.

  • Arif Quliyevin qızı: “Atamın o halını görəndə ürəyimiz partladı”

    Qızı Günel Quliyeva hazırda xəstəxanada olan Xalq artisti Arif Quliyevin səhhətindən danışıb.

    AZXEBER.COM xəbər verir ki, “Bizimləsən” proqramına telefonla zəng edən Günel koronavirusdan əziyyət çəkən aktyorun səhər komadan ayıldığını bildirib:

    “Hazırda xəstəxanadayam. Atamın vəziyyəti çox ağırdır. Həkimlər əlindən gələni edir. Səhər komadan ayılmışdı. Bədən tab gətirmədi və süni nəfəs aparatına qoşulub. Atam çox qorxurdu. Həkim adı çəkən kimi etiraz edirdi. Deyirdi, evdə olum. Pisləşdi, apardıq xəstəxanaya. Çatan kimi aparatlara qoşuldu. Həkimlər deyir, tək ümid Allahadır”.

    G.Quliyeva atasının xəstəxanadan yayılan görüntülərindən danışarkən “Sosial şəbəkədə gördük, ürəyimiz partladı. Öldük, təsəvvür edin nə hal keçirdik”, – sözlərini deyib.

  • Polşa millisinin və “Borussiya”nın futbolçusu karyerasını bitirdi

    Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Lukaş Pişşek karyerasını başa vurub.

    “Report” Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, polşalı müdafiəçi 36 yaşında futbolla vidalaşıb.

    Təcrübəli oyunçu əslində karyerasını ötən mövsüm bitirmək istəsə də, sonradan klubun 1 illik yeni müqavilə təklifini qəbul etmişdi.

    Pişşek yayda atasının vitse-prezident olduğu Polşanın “Qoçalkovitse” klubuna qayıdacaq və fəaliyyətini 2019-cu ildə açdığı futbol akademiyasında davam etdirəcək.

    Qeyd edək ki, Polşa millisinin heyətində 66 oyun keçirmiş Lukaş Pişşek 3 qol vurub. O, 2 dəfə Almaniya çempionluğunu, eyni sayda ölkə kubokunu və superkubokunu qazanıb.