Month: April 2021

  • Tovuz sakini dava zamanı bıçaqlanıb

    Tovuzda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

    1977-ci il təvəllüdlü Qasımov Rəhim Şəhriyar oğlu 1977-ci il təvəllüdlü Həsənov Şaban Şirin oğlu ilə mübahisə edib. Bu zaman Həsənov Şaban Qasımov Şəhriyara bıçaq xəsarəti yetirib. Şəhriyar isə Şabanı küt alətlə yaralayıb.

    Hər ikisi xəstəxanaya yerləşdirilib.

    Qasımov Şəhriyar əməliyyat olunub. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Hökumət bir sıra dəri və gön növlərinin rüsumlarını endirdi

    Nazirlər Kabineti Azərbaycana ixrac edilən bəzi məhsulların gömrük rüsumlarına dəyişiklik edib.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, bu barədə Baş nazirin imzaladığı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarında deyilir.

    Qərara görə, pikelləşdirilmiş qoyun və quzu gönlərinin hər 1000 kq üçün ixrac rüsumu 500 ABŞ dollarından 150 ABŞ dollarına salınıb.

    Bundan əlavə, Baş nazir nəm halda olan qoyun və quzu gönlərinin hər tonu üzrə ixrac rüsumunu 150 dollarda 50 dolara qədər endirib.

    Qərar mayın 28-də qüvvəyə minəcək.

  • Məkkəni su basdı – VİDEO

    Səudiyyə Ərəbistanında leysan yağışların yağması və dolu düşməsi ölkənin bir çox şəhərlərində, o cümlədən də dünya müsəlmanlarının müqəddəs şəhəri Məkkədə ciddi problemlər yaradıb.

    Sosial şəbəkələrdə şəhər küçələrindən müvafiq görüntülər, eləcə də bütün çətinliklərə baxmayaraq, Məscidül Həramda zəvvarların ibadətə davam etmələrini əks etdirən videolar yayılıb. Dolu səbəbindən ziyarətgah bir anın içində ağ örpəyə bürünüb.

    Şəbəkə istifadəçilərinin bir çoxu bunu Ramazan ayı səbəbilə Allahın rəhməti, edilən duaların qarşılığı olaraq qiymətləndirib.

    Qeyd olunub ki, ölkə rəhbərliyi hələ ötən həftə baş verə biləcək sel fəlakəti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

  • May ayının 1-dən bu qadağa qüvvəyə minir

    Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2021-ci il tarixindən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir.

    Median.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlamamağa və qaydalara əməl etməyə çağırıb:

    Nazirlik rəsmisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə Su Nəqliyyatında Polis İdarəsi ilə birlikdə ölkənin daxili su hövzələrində “Təmiz hövzələr” aksiyasının həyata keçirildiyini də vurğulayıb.

    H.Əlizadə bu aksiyaların ölkənin bütün sututarlarında davam etdirildiyini, may ayından isə Xəzər dənizində keçiriləcəyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.//oxu24.com

  • Zelenski Putinlə Vatikanda görüşmək istəyir

    Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün ən ideal yer Vatikandır.

    “Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İtaliyada çıxan “La Republika” qəzetinə müsahibəsində deyib.

    O, rusiyalı həmkarı ilə görüşün gerçəkləşəcəyini və bunun Donbasdakı savaşın bitməsi üçün lazım olduğunu söyləyib.

    Görüş yerinin Vatikan olub-olmayacağı ilə bağlı sualı cavablandıran Zelenski deyib ki, ora sülh görüşü üçün ən ideal yerdir.

    Qeyd edək ki, bir müddət əvvəl Ukrayna lideri istənilən yerdə V.Putinlə görüşə hazır olduğunu bildirmişdi.

  • Gürcüstanda peyvənd vurduranlara güzəştlər tətbiq oluna bilər

    Gürcüstanda koronavirus əleyhinə peyvəndin hər iki dozasını vurduran vətəndaşlar üçün müəyyən güzəştlərin tətbiqi məsələsi nəzərdən keçirilir.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib.

    Onun sözlərinə görə, həmin şəxslərə açıq havada qoruyucu maska taxmamağa və komendant saatının tələblərinə riayət etməməyə icazə verilə bilər: “Bir sıra ölkələrdə tam peyvəndlənmə kursunu keçənlərdən açıq məkanlarda maskadan istifadə tələb olunmur. Onlar üçün bəzi digər məhdudiyyətlər də aradan qaldırılır”.

    Baş epidemioloq qeyd edib ki, mayın 15-dək Gürcüstanda 14 minə yaxın şəxs tam vaksinasiyadan keçəcək.

  • “Ermənilər digər rayonlardakı ağacları kəsib, Hadrutdakıları isə turistik abidə kimi saxlayıblar” – AÇIQLAMA

    “Xocavənd rayonunun Hadrut qəsəbəsində təbiət abidəsi kimi qeydə alınan 900 yaşlı Şərq çinarı ermənilər tərəfindən məhv edilməyib”.

    Median.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, Xocavənddə diametri 450 santimetr, hündürlüyü 40 metr olan bu cür 12 təbiət abidəsi var ki, onlardan 7-si Şərq çinarıdır:

    “Bu çinarlar Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Monitorinq aparılan ərazilərdə üç belə Şərq çinarının kəsilmədən saxlanıldığı aşkarlanıb. Əvvəlki ekspedisiyalardan məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında təbiət abidəsi kimi qeydə alınan 138 təbiət abidəsindən 123-ü kəsilib. Onlardan da 117-si Şərq çinarıdır. Həmin rayonlarda olan təbiət abidələrinin demək olar ki hamısı kəsilib, yandırılaraq məhv edilib”.

    O qeyd edib ki, Hadrutda olan üç Şərq çinarı isə turistləri cəlb etmək üçün qorunub saxlanılıb:

    “Bu onu deməyə əsas verir ki ermənilər Hadrut qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turistik məqsədlərlə istifadə edib və məhv etməyiblər. Yaşamadıqları ərazilərdə isə hətta yaşı 1400-dən artıq, 2000 ilə yaxın olan təbiət abidələrini məhv ediblər. Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli rayonlarında olan tarixi abidələrin isə yalnız pöhrələri qalıb. Burda məqsəd mənfur düşmənin həmin ərazilərdə Azərbaycanlıların izlərini silmək olub. Ona görə də həmin ərazilərdə olan abidələri məhv ediblər”.

    Bununla da media nümayəndələrinin səfəri yekunlaşıb.//oxu.az

  • Jurnalistlər Hadrutda olub, 900 yaşlı yeganə Şərq çinarı məhv edilməyib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə işğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsinə mediatur təşkil olunub.

    “Report”un Xocavəndə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, nazirliyin sektor müdiri Mehman Nəbiyev jurnalistlərə Hadrut qəsəbəsində təbiət abidəsi kimi qeydə alınan 900 yaşlı Şərq çinarının ermənilər tərəfindən məhv edilməməsindən danışıb.

    Onun sözlərinə görə, diametri 450 santimetr, hündürlüyü 40 metrdir: “Xocavənddə bu cür 12 təbiət abidəsi var ki, onlardan 7-si Şərq çinarıdır. Bu təbiət abidələri Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Monitorinq aparılan ərazilərdə 3 belə Şərq çinarının kəsilmədən saxlanıldığı aşkarlanıb. Əvvəlki ekspedisiyalardan məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında təbiət abidəsi kimi qeydə alınan 138 təbiət abidəsindən 123-ü kəsilib. Onlardan da 117-si Şərq çinarıdır. Həmin rayonlarda olan təbiət abidələrinin demək olar, hamısı kəsilib, yandırılaraq məhv edilib. Hadrutda olan 3 Şərq çinarı isə turistləri cəlb etmək üçün qorunub saxlanılıb. Bu onu deməyə əsas verir ki, ermənilər Hadrut qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turistik məqsədlərlə yararlanıb və məhv etməyiblər. Ancaq yaşamadıqları ərazilərdə 2000 ilə yaxın yaşı olan təbiət abidələrini məhv ediblər”.

    “Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli rayonlarında olan tarixi abidələrin isə yalnız pöhrələri qalıb. Burada mənfur düşmənin məqsədi həmin ərazilərdə azərbaycanlıların izlərini silmək olub. Ona görə də həmin ərazilərdə olan abidələri məhv ediblər”, – M.Nəbiyev bildirib.

    Mediatur başa çatıb.

  • Lerikdə üç uşaq anası amansızlıqla qətlə yetirilib

    Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib.

    “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Barzavu kəndində qeydə alınıb.

    Belə ki, 40-45 yaşlarında olan qadın evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır.

    Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Минобороны: авиабаза Инджирлик полностью принадлежит Турции

    Авиабаза Инджирлик принадлежит турецкому государству, и над ней постоянно развевается флаг Турции. Так источники телеканала NTV в Минобороны страны прокомментировали дискуссию о необходимости спустить флаг США на базе из-за признания американским президентом Джо Байденом “геноцида армян” в Османской империи.

    “База Инджирлик – это одна из баз ВВС, принадлежащих Вооруженным силам Турции. Это турецкая база, и она вся вместе с расположенным на ней имуществом принадлежит Турции. Наш флаг реет над ней 24 часа в сутки и никогда не спускался”, – приводит ТАСС слова источника.

    В турецком Минобороны также добавили, что все руководство и контроль за процессами на базе осуществляются командующими соответствующих родов войск ВС Турции.

    Источник также напомнил, что на базе есть некоторые элементы (имущество или личный состав) ВС США, Испании, Катара и Польши, находящиеся там в том числе в рамках поддержки совместных операций НАТО.