Month: April 2021

  • Уволен главврач «Семашко»

    Приказом председателя правления Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамина Байрамлы директор Клинического медицинского центра (КМЦ) №1 («Семашко») Ильхам Гафаров освобожден от занимаемой должности.

    Об этом сообщили в TƏBİB.

    Другим приказом Р.Байрамлы на эту должность назначен директор юридического лица публичного права Мингячевирской центральной районной больницы Кенуль Алекберов.

    И.Гафаров переведен на должность заместителя директора медицинского клинического центра №1.

    Отметим, что несколько дней назад К.Алекберов был освобожден от должности директора Мингячевирской центральной районной больницы.

  • Азербайджан и Казахстан договорились о сотрудничестве в сфере миграции

    Министр внутренних дел Казахстана Ерлан Тургумбаев на пленарном заседании парламента представил законопроект «О ратификации Соглашения между правительством РК и правительством Азербайджанской Республики о сотрудничестве в области миграции», сообщает inbusiness.kz.

    По его словам, данный документ позволит двум странам обмениваться опытом, статистикой и информацией, оказывать практическую помощь в работе, решать проблемы нелегальной миграции, бороться с двойным гражданством. Также будет определен правовой статус граждан Казахстана и Азербайджана.

    Тургумбаев также отметил, что в настоящее время сотрудничество между Казахстаном и Азербайджаном развивается в духе добрососедского партнерства, взаимовыгодного сотрудничества, близости позиций по актуальным вопросам.

    По его информации, в 2018 году в Казахстан приехало около 50 тысяч граждан Азербайджана, в 2019 году – более 48 тысяч граждан. В 2018 году Азербайджан посетили 28 тысяч казахстанцев, в 2019 году – 29 тысяч.

  • SOCAR запускает программу летней стажировки

    SOCAR Polymer объявляет о приеме заявок на участие в программе летней стажировки 2021 года.

    Как сообщили в компании, молодые люди будут проходить стажировку в производственных или офисных помещениях заводов PP и YSPE компании SOCAR Polymer, расположенных в Сумгайыте.

    За 8 недель программы стажеры получат опыт работы в составе квалифицированной команды. Программа стажировки предполагает оплату труда и оплачиваемый отпуск.

    Она предназначена для молодых людей, желающих получить образование, профессиональную подготовку или опыт в области производственных операций, проектирования, технологий, здоровья, безопасности и окружающей среды (HSE), составления юридических контрактов, информационных технологий, планирования, логистики, закупок, человеческих ресурсов и внутреннего аудита.

    К участию в конкурсе приглашаются студенты с высокой успеваемостью, хорошими навыками чтения и письма на английском языке, обучающиеся на 3-м и 4-м курсах 4-летнего бакалавриата и на 4-м и 5-м курсах 5-летней программы бакалавриата.

    Для участия в программе летней стажировки необходимо заполнить форму заявки, размещенную в соответствующем разделе сайта www.socarpolymer.az, и отправить ее до 17 мая 2021 года.

  • Hökumət bir sıra dəri və gön növlərinin rüsumlarını endirdi

    Nazirlər Kabineti Azərbaycana ixrac edilən bəzi məhsulların gömrük rüsumlarına dəyişiklik edib.

    Bu barədə Baş nazirin imzaladığı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarında deyilir.

    Qərara görə, pikelləşdirilmiş qoyun və quzu gönlərinin hər 1000 kq üçün ixrac rüsumu 500 ABŞ dollarından 150 ABŞ dollarına salınıb.

    Bundan əlavə, Baş nazir nəm halda olan qoyun və quzu gönlərinin hər tonu üzrə ixrac rüsumunu 150 dollardan 50 dollara qədər endirib.

    Qərar mayın 28-də qüvvəyə minəcək.

  • Gürcüstanda turistlər üçün QR kodlu yeni tətbiq hazırlanır

    Gürcüstanda turistin statusunun müəyyən edilməsi üçün yeni tətbiq hazırlanır.

    Bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

    Onun sözlərinə görə, tətbiqdəki QR-kod vasitəsilə ziyarətçinin son 72 saat ərzində test verməsi, koronavirusa yoluxub-yoluxmaması, peyvəndin hər iki dozasını vurdurub-vurdurmaması barədə məlumat əldə etmək mümkün olacaq.

    Nazir tətbiqin özəl sektor üçün də yaxşı alət olacağını qeyd edib.

  • Ədliyyə Nazirliyinin işçilərinin maaşlarına əlavələr ediləcək

    Nazirlər Kabineti cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə qaydasını təsdiq edib.

    “Report” xəbər verir ki, “İcra məmurları haqqında” qanuna əsasən Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi Ədliyyə Nazirliyinin hesabına köçürülməsi müəyyən edilib.

    Bu vəsaitdən istifadə qaydasını müəyyən etmək Nazirlər Kabinetinə həvalə edilib.

    Qaydaya əsasən vəsaitin 50 faizi Ədliyyə Nazirliyinin Aparatının Probasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinə hər ay əmək haqqına əlavələr formasında verilməklə istifadə ediləcək. Qalan vəsait isə Probasiya Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə istifadə olunacaq.

  • Maskalı şəxslər “Mançester Yunayted”in vitse-prezidentinin evinə hücum edib

    İngiltərənin “Mançester Yunayted” klubunun icraçı direktoru və vitse-prezidenti Ed Vudvordun evi naməlum şəxslərin hücumuna məruz qalıb.

    Median.Az “Sky Sports”a istinadən xəbər verir ki, insident ötən həftə baş verib. Üzlərində maska olan bir neçə şəxs klub rəsmisinin evinin qarşısına gələrək qapını sındırmağa çalışıb.

    Hadisə zamanı ingiltərəli funksioner və ailə üzvləri evdə olmayıblar. İnsidentlə bağlı polisə heç bir müraciətin daxil olmadığı bildirilib.

    Qeyd edək ki, Ed Vudvord 2021-ci ilin sonunda “Mançester Yunayted”dən ayrılacağını açıqlayıb. İddiaya görə, o, klubun Avropa Super Liqasından imtinasından sonra istefa verib.

  • “Ford” elektromobil batareyaları istehsalı ilə məşğul olacaq

    ABŞ-ın “Ford Motor Co.” şirkəti elektromobilləri üçün batareyaları özü hazırlamaq niyyətində olan avtomobil istehsalçılarına qoşulub.

    Bu barədə “The Wall Street Journal” məlumat verib.

    Şirkət gələn il Miçiqan ştatının cənub-şərqində litium-ion akkumlyatorlarının hazırlanması üzrə 185 milyon dollarlıq mərkəz açmaq niyyətindədir. Baş mühəndis Hau Tai Tanqın sözlərinə görə, “Ford” yekunda elektromobil batareyalarını özü sərbəst şəkildə istehsal etmək niyyətindədir.

    Akkumlyator batareyaları bu gün elektrikli nəqliyyat vasitələrinin ən bahalı hissəsidir. “The Wall Street Journal” qeyd edir ki, batareyalar ümumi dəyərin azı dörddə birini təşkil edir, akkumlyator batareyaları istehsalı müəssisələri isə böyük investisiyalar tələb edir.

    İndi “Ford” batareyaları kənar təchizatçılardan alır. Məsələn, ABŞ-da məşhur olan “F-150” pikapının gələn il satışa çıxarılacaq elektrikli versiyasında Koreyanın “SK Innovation Co.” şirkətinin akkumlyatorlarından istifadə olunacaq.

    Xatırladaq ki, “Volkswagen Group” Avropada akkumlyatorla işləyən altı “nəhəng fabrik” açmağı planlaşdırır. Fabrikin tam işə salınmasından sonra ümumi enerji gücü ildə 240 GVt/saat olan akkumlyator elementlərinin istehsal edilməsi gözlənilir.

    ABŞ-ın avtomobil nəhəngi “General Motors” keçən payızda elektrikli nəqliyyat vasitələrinin qiymətini benzinlə işləyən oxşarlarının səviyyəsinə endirə biləcək batareya istehsalına yaxın olduğunu söyləyib.

    Eyni zamanda, BMW şirkəti elektrikli avtomobil akkumlyatorlarını özü istehsal etməyi planlaşdırmadığını açıqlayıb.

  • Bakıda ”Nissan” avtomobili aşıb, xəsarət alan var

    Bakıda minik avtomobili aşıb.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda ”Nissan” markalı minik avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • I sinfə qəbulla bağlı “Çağrı Mərkəzi” fəaliyyət göstərir

    Birinci sinfə şagird qəbulu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Çağrı Mərkəzi” yaradılıb.

    Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair vətəndaşların müraciətlərinin çevik cavablandırılmasını təmin etməkdir.

    Qeyd edilən məsələ ilə bağlı sualı və yaxud çətinliyi olan vətəndaşlar həftəiçi 5 gün “146-0” nömrəsini yığmaqla “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.

    Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbulu prosesinə start verilib. Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.