Month: April 2021

  • Arif Quliyevin vəziyyəti daha da ağırlaşdı – Oğlundan AÇIQLAMA

    Koronavirus infeksiyasına yoluxan Xalq artisti Arif Quliyevin vəziyyəti daha da ağırlaşıb.

    Bu barədə Milli.Az-a Xalq artistinin oğlu Rövşən Quliyev məlumat verib:

    “Süni tənəffüs aparatındadır. Qızdırması qalxıb, vəziyyəti daha da ağırlaşıb. Dua edirik…”.

    Xatırladaq ki, Xalq artisti Arif Quliyev bir müddət əvvəl koronavirusa yoluxub. Onun vəziyyəti sonradan ağırlaşıb və aktyor “Yeni klinika”ya yerləşdirilib.

  • Polis piyadalara cərimə yazıb

    Lənkəranda piyadaların hərəkət təhlükəsizliyinin təmin olunması məqsədilə reydlər keçirilir.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması məqsədi ilə Respublika ərazisində hərəkətin təhlükəsizliyi həftəsi keçirilir.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah edilib. Edilən xəbərdarlıqlara rəğmən piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piydalar barəsində inzibati protokol tərtib olunub.

  • Bir manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrinin aqibəti necə olacaq? – RƏSMİ

    “Şənbə və bazar günləri bir manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrini bəzi daşıyıcıların himayə etməsi barədə bizdə məlumat var”.

    Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

    Onun sözlərinə görə, həmin daşıyıcılarla bağlı müvafiq iş aparılacaq. Belə ki, qanunvericilikdə bununla bağlı boşluq olduğu üçün BNA hər hansı cəzalandırma metodundan istifadə edə bilmir:

    “Biz məlumatlandırma xidməti rolunu oynayırıq. Təkliflər verilib. Yaxın zamanlarda onlarla bağlı iş aparılacaq”.

  • “Pakdad” və “Taksim Kebab” restoranları yenə cərimələndi

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 447 ictimai iaşə obyektində 752 monitorinq keçirib.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

    Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Üzeyir Böyükağa oğluna məxsus “Tavacı Baku” dönər evi;

    2. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” restoranı;

    3. Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küç., ev 6 ünvanında yerləşən, hüquqi şəxs “United Cofee Beans” MMC-yə məxsus restoran;

    4. Bakı şəhəri, Xətai rayonu, M. Hadi və X. Məmmədov küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Qurbanova Müxlisət Arif qızına məxsus “Şanlı Urfa” restoranı;

    5. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Zaur Məhərrəm oğluna məxsus “Taksim Kebab” restoranı;

    6. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Savalan Cümşüd oğluna məxsus çay evi;

    7. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq, Ə. Mehbaliyev küçəsində yerləşən, fiziki şəxs Allahyarov Elvin Əlikərəm oğluna məxsus kafe;

    8. Bakı şəhəri, Sabunçu rayonu, R. Axundov küçəsi 99 ünvanında yerləşən, fiziki şəxs İnətullayev Səxavət Səfalı oğluna məxsus kafe;

    9. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəs., Emin Quliyev küçəsi 60 ünvanında yerləşən, fiziki şəxs Gülmalıyev Məhəmməd Hacıbilal oğluna məxsus “Primorski lounge” kafesi;

    10. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Salyan şosesi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Dadaşov Zöhrab Abdulla oğluna məxsus çay evi;

    11. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küç., ev 26A, m.1 ünvanında yerləşən, fiziki şəxs Salmanov Azər Tahir oğluna məxsus kafe;

    12. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 156 ünvanında yerləşən, hüquqi şəxs “NB əmlak və Turizm” MMC-yə məxsus restoran;

    13. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani 11/162 C ünvanında yerləşən, fiziki şəxs Axundov Şahin İsfəndiyar oğluna məxsus çay evi;

    14. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küç., ev 249E ünvanında yerləşən, fiziki şəxs Mamedova Həqiqət Müzəffər qızına məxsus “Taksim Kebab” restoranı;

    15. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 28 ünvanında yerləşən, fiziki şəxs Quliyev Tahir Maxsud oğluna məxsus “Osmanlı” restoranı;

    16. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 56 ünvanında yerləşən, hüquqi şəxs “Resant Consulting and Managment” MMC-yə məxsus “Mala Praga” restoranı;

    17. Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küç., ev 138F ünvanında yerləşən, fiziki şəxs Həsənov Xəyyam Fazil oğluna məxsus dönər evi;

    18. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Osmanov Zahir Zinhar oğluna məxsus kafe;

    19. Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Atatürk prospekti kəsişməsində yerləşən, fiziki şəxs Quliyev Sərxan Fərhad oğluna məxsus dönər evi;

    20. Bərdə rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Hüseynov Cavid Fazil oğluna məxsus “Fazilin” kafesi;

    21. Bərdə rayonu, Güloğlular küçəsində yerləşən, fiziki şəxs Ağayev Əli Telman oğluna məxsus “Oskar” kafesi.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

  • Hacı İbrahim Nehrəmli şirkətinin sənədlərini itirdi

    “Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus sənədlər itib.

    Şirkətə məxsus 2016-cı il tarixli nizamnamə və 2014-cü il tarixli VÖEN yoxa çıxıb.

    Xatırladaq ki, çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olmuş “Avesta Konserni”nin sahibi Hacı İbrahim Nehrəmlidir.

  • Vüsal Kərimli: “Həftə sonu qanunsuz sərnişindaşımalarla bağlı iş aparılacaq”

    “Şənbə və bazar günləri 1 manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrini bəzi daşıyıcıların himayə etməsi barədə bizdə məlumat var. Onlarla bağlı müvafiq iş aparılacaq”.

    Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

    Onun sözlərinə görə, qanunvericilikdə bununla bağlı boşluq olduğu üçün BNA hər hansı cəzalandırma metodundan istifadə edə bilmir. “Biz sadəcə məlumatlandıra bilərik. Bundan başqa təkliflər artıq hazırlanaraq, hökumətə təqdim edilib. Yaxın zamanlarda onlarla bağlı iş aparılacaq”.

  • Azərbaycan hərbçiləri Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər

    Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin İsparta şəhərində keçirilən komando kursunu müvəffəqiyyətlə bitiriblər.

    Bu barədə Türkiyə Milli Müddafiə Nazirliyi məlumat yayıb.

    “Azərbaycan Ordusunun qəhrəman əsgərləri İspartada Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığı ilə Terrorla Mübarizə Təlim və Tədris Mərkəzi Komandanlığındakı 6 həftəlik kursu müvəffəqiyyətlə keçiblər. Qardaşlarımız üçün kurs bağlanış mərasimi təşkil olunub”, – nazirlikdən bildirilib.

  • Gürcüstandan ölkəyə gətirilən 350 ədəd soyuq silah aşkarlandı

    Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silah olan kəsici-deşici xassəyə malik bıçaqların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

    Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn həmin ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb, sürücüsü şifahi sorğu sual olunub.

    Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

    Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin döşəməsində qaynaq işlərinin aparıldığı məlum olub və nəqliyyat vasitəsinin yük yeri açılaraq orada olan avtoehtiyyat hissələri boşaldılıb. Daha sonra nəqliyyat vasitəsinin döşəməsinin arxa hissəsinin taxta örtüyü qaldırılıb və bu zaman orada kənarları qaynaq edilən dəmir örtüyün altından müxtəlif növ və ölçüdə 350 ədəd soyuq silah olan kəsici-deşici xassəyə malik bıçaq aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Əlillik dərəcələrinin təyinatı ilə bağlı sənəd parlamentə göndəriləcək

    “Əlilliyin ən yaxşı meyarlarla təyin edilməsi, ödənişlərin uyğunlaşdırılması, qiymətləndirilməsinin təşkil edilməsi istiqamətində ciddi iş aparılır. Artıq meyarlar tam hazılanıb və hökumət qurumları ilə müzakirə edilib”.

    Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    Onun sözlərinə görə, hazırda sənəd Milli Məclisə göndərilmə mərhələsindədir: “İnanırıq ki, parlamentin yaz sessiyasında meyarlar qəbul olunacaq və 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bu dövr ərzində yenə Ümumdünya Səhiyyə Təşkilatı ilə aktiv şəkildə işləyərək həm Səhiyyə Nazirliyi, həm də TƏBİB-in işçiləri təlimlərə cəlb olunacaq. Çünki yeni meyarlar yeni yanaşma tələb edir. Bu meyarlar faktiki olaraq dünyada mövcud olan hər xəstəlik üzrə kriteriyaların və insanın əmək və özünəqulluq qabiliyyətinə təsir faizlərini müəyyən edir”.

  • Bu il “Bakıkart”ın balansını onlayn artırmaq mümkün olacaq

    “Bu ilin sonuna qədər “Bakıkart”ın balansını onlayn artırmaq mümkün olacaq”.

    Bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib.

    “Bu işin ötən il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu, lakin pandemiyaya görə yubandı. Bu il prosesi yekunlaşdırmağa çalışırıq”, – deyə o, qeyd edib.