Month: April 2021

  • 16 saylı regional məşğulluq idarəsinə yeni təyinat

    16 sayılı regional məşğulluq idarəsinə yeni təyinat olub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, sözügedən idarənin direktoru vəzifəsinə Elbrus Allahverdiyev təyin edilib.

    Elbrus Allahverdiyev bundan əvvəl Nəsimi rayon məşğulluq idarəsinin rəhbəri vəzifəsində çalışıb.

    Qeyd edək ki, 16 saylı məşğulluq idarəsi Saatlı, Sabirabad, İmişli və Cəbrayıl rayonlarını əhatə edir.

  • Füzulidə 1 hektar ərazidə 600-dən çox müxtəlifcinsli ağac əkilib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Füzuli rayonun Qaraməmmədli kəndinə mediatur çərçivəsində kənddə 1 hektar ərazidə 600-dən çox müxtəlifcinsli ağac əkilib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, işğal dövründə ermənilər tərəfindən ərazilərdə yaşıllıqlara vurulan ziyanlarla bağlı 4 istiqamət üzrə monitorinq aparılır:

    “Beynəlxalq ekspertlərin də bu işlərə cəlb edilməsinə ehtiyac var. Dəymiş ziyanın hesablanması işləri həyata keçirilir və nəticədə Ermənistan qarşında təzminat iddialarının qaldırılması üçün aiddiyyəti qurumlara təqdim ediləcək. Ərazilər minalardan təmizləndikdən sonra daha genişmiqyaslı meşə bərpa işləri aparılacaq”.

  • “Atamın o halını görəndə ürəyimiz partladı”

    Qızı Günel Quliyeva hazırda xəstəxanada olan Xalq artisti Arif Quliyevin səhhətindən danışıb.

    Median.Az axşam.az-a istinadən bildirir ki, “Bizimləsən” proqramına telefonla zəng edən Günel koronovirusdan əziyyət çəkən aktyorun səhər komadan ayıldığını bildirib:

    “Hazırda xəstəxanadayam. Atamın vəziyyəti çox ağırdır. Həkimlər əlindən gələni edir. Səhər komadan ayılmışdı. Bədən tab gətirmədi və süni nəfəs aparatına qoşulub. Atam çox qorxurdu. Həkim adı çəkən kimi etiraz edirdi. Deyirdi, evdə olum. Pisləşdi, apardıq xəstəxanaya. Çatan kimi aparatlara qoşuldu. Həkimlər deyir, tək ümid Allahadır”.

    G.Quliyeva atasının xəstəxanadan yayılan görüntülərindən danışarkən “Sosial şəbəkədə gördük, ürəyimiz partladı. Öldük, təsəvvür edin nə hal keçirdik” sözlərini deyib.

  • Azərbaycanın aşağıbüdcəli aviaşirkəti Ankaraya xüsusi reyslər yerinə yetirməyə başlayır

    “Buta Airways” aşağıbüdcəli aviaşirkəti beynəlxalq uçuşların coğrafiyasını genişləndirir.

    Aviaşirkət Bakıdan Türkiyənin paytaxtı Ankara şəhərinə uçuşları bərpa edəcək. Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərin 17 may tarixindən etibarən həyata keçirilməsi nəzərdə tutulur.

    “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib ki, uçuş cədvəlinə əsasən aviaşirkət həftədə iki reys – həftənin birinci və dördüncü günləri uçuşlar yerinə yetirəcək.

    Azərbaycanın aşağıbüdcəli aviaşirkəti ötən ilin 6 dekabr tarixindən İzmir şəhərinə uçuşlar həyata keçirir, cari ilin 18 mart tarixindən isə Bakıdan İstanbula hava əlaqəsini bərpa etmişdir.

    Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

    Qeyd edilən reyslərə biletlər “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.

    Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

    Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

    Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

    Bakı-Ankara istiqaməti üzrə reyslərin sərnişinləri:

    – Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey

    – koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.butaairways.az/az/covid/clinics.

    Ankara-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

    – Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan.

    – koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod qeyd olunması tövsiyə olunur (QR-kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq). Türkiyədən uçuş zamanı “Memorial Sağlık Grubu”nun klinikalarından birində və ya ölkənin səhiyyə nazirliyinin saytında dərc olunmuş siyahıdakı klinikalarda test vermək mümkündür: 

    https://hsgm.saglik.gov.tr/tr/haberler/yetkilendirilmis-covi-d-19-tani-laboratuvarlari.html

    Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

    Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

    Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaq.

    Xəbərləri və yenilikləri “Buta Airways”in sosial şəbəkələrdəki rəsmi səhifələrində izləyə bilərsiniz:

    – facebook.com/ButaAirways

    – instagram.com/ButaAirways

    – twitter.com/ButaAirways

    – vk.com/ButaAirwaysru

    – t.me/Buta_Airways

  • Məşhur müğənniyə yenidən xərçəng diaqnozu qoyuldu

    “Rolling Stones” qrupunun gitaraçısı Ronni Vud yenidən xərçəngə tutulub.

    İfaçıya bu dəfə “kiçik hüceyrəli xərçəng” diaqnozu qoyulub. Ronni ikinci dəfə xərçəng olmasına baxmayaraq, hazırda özünü yaxşı hiss edir.

    O, bu haqda “Edə biləcəyim tək şey səbrli olub, bu xəsətəliyə ikinci dəfə qalib gəlməkdir” – deyə, açıqlama verib.

    54 yaşlı ifaçı gündə 25-30 ədəd siqaret çəkir. Vud 2017-ci ildə ağciyər xərçənginə tutulub, lakin sağalıb.

  • Xaçmazda 62 yaşlı kişi intihar etdi

    Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

    Hadisə Qusarçay kəndində qeydə alınıb.

    Kənd sakini 1959-cu il təvəllüdlü Əlimərdanov Rafiq Sabir oğlu özünü yaşadığı evin həyətində ağacdan asaraq öldürüb.

    Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident İlham Əliyev Borge Brendeni Azərbaycana səfərə dəvət edib

    Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti Borge Brendeni Azərbaycana səfərə dəvət edib.

    Aprelin 28-də Dünya İqtisadi Forumunun prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü olub.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin fəaliyyəti vurğulandı. Dövlətimizin başçısı MDB regionunda ilk bu cür mərkəzin məhz Bakıda yaradılmasına görə minnətdarlığını bildirdi, iqtisadiyyatı şaxələndirmək və islahatları davam etdirmək üçün, eləcə də investisiyaları cəlb etmək baxımından mərkəzin rolunu qeyd etdi. Bildirildi ki, bu Mərkəzin əsası 2020-ci ildə Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin niyyət məktubunu imzalaması ilə qoyulub. Mərkəzin fəaliyyətinin təşkili üçün Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq artıq təmin olunub. İlkin mərhələdə süni intellekt və rəqəmsal iqtisadiyyatla bağlı təhlillər aparılır.

    Prezident İlham Əliyev Borge Brendeni Azərbaycana səfərə və mərkəzin fəaliyyəti ilə tanış olmağa dəvət edib.

  • Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçirildi

    Aprelin 27-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası keçirilib.

    Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

    İclasda Komissiyanın həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

    Komissiyanın həmsədrləri iclasda çıxış edərək Azərbaycan və Rusiya dövlət başçılarının səyləri sayəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdilər.

    İkitərəfli əlaqələrin pandemiya şəraitində də davamlı inkişafını təmin etmək məqsədilə əsas diqqətin 2024-cü ilə qədər Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas sahələrinin inkişafı Planının həyata keçirilməsinə yönəldilməsi xüsusi vurğulanıb.

    İki ölkə arasında ticarət və investisiya, nəqliyyat potensialının artırılması, rəqəmsallaşma, innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, turizm və humanitar sahələri əhatə edən altı Yol xəritəsi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi bildirilib.

    Azərbaycan-Rusiya əmtəə dövriyyəsinin bu ilin birinci rübündə 2 faiz artdığı qeyd edilib. Əmtəə dövriyyəsi mallarının çeşidinin olduqca geniş olduğu xüsusi vurğulanıb.

    Tərəflər qarşılıqlı sərmayələrin həcmindən məmnunluq ifadə edərək investisiyaların artırılması üçün geniş imkanların olduğunu bildiriblər. Uğurla həyata keçirilən müştərək investisiya layihələrinin vacibliyi qeyd edilib.

    Bildirilib ki, pandemiyaya baxmayaraq, ötən ildə Azərbaycan ilə Rusiya arasında aqrar-sənaye kompleksi məhsullarının dövriyyəsində 6 faizlik artım qeydə alınıb. Ölkəmizdən Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının çeşidinin şaxələndirilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə mövcud hüquqi bazanın möhkəmləndirilməsinin önəmi qeyd edilib.

    Azərbaycan ilə Rusiya arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Bildirilib ki, cari ilin birinci rübündə dəmir yolu ilə daşınan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5 %-dən çox, avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi isə 11 %-dən çox artıb. Eyni zamanda, Şimal-Cənub və Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin uğurla fəaliyyət göstərdiyi bildirilib. Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, Şimal-Cənub dəhlizinin fasiləsiz fəaliyyəti üçün göstərilən birgə səylərin önəmi vurğulanıb. Bunun nəticəsində ötən ildə dəhliz üzrə daşınan yüklərin həcminin 2019-cu illə müqayisədə 15 %-dən çox olduğu qeyd edilib. Dəmir yolu ilə yükdaşımaların həcmində 23 %-dən çox, avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmində isə 14%-ə yaxın artım olub. Eyni zamanda, cari ilin birinci rübündə dəhliz üzrə daşınan yüklərin həcmində 23,5 %-lik artım qeydə alınıb.

    Həmçinin 2020-ci ildə Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin 11 % artdığı məmnunluqla qeyd edilib.

    Hər iki ölkə ərazisində müvafiq yol infrastrukturunun yaxşılaşdırılması və Azərbaycan-Rusiya dövlət sərhədindəki nəzarət-buraxılış məntəqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin sinxronlaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.

    İclas zamanı gündəlikdəki məsələlər, həmçinin iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı, rabitə, humanitar və digər sahələrdə əldə olunmuş uğurlar və əməkdaşlığın perspektivləri geniş müzakirə olunub. Hər iki tərəf Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsinə, qarşılıqlı faydalı layihələrin davam etdirilməsinə xüsusi önəm verdiyini ifadə edib.

    Eyni zamanda, hər iki ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə istiqamətində mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

    Yekun olaraq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclasının nəticələrinə dair Protokol imzalanıb.

  • AZAL Türkiyənin iki şəhərinə uçuşları müvəqqəti dayandırır

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır.

    Bakı – Ankara – Bakı aviareysləri (J2 103/104) aprelin 29-dan mayın 13-nə qədər, Bakı – İstanbul – Bakı aviareysləri (J2 175/176) aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.

    Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı – Antalya – Bakı aviareysi (J2 125/126) də baş tutmayacaq.

    Buna səbəb təlabatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri “Türk Hava Yolları” şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.

  • В Азербайджане за сутки выявлены 1 402 новых случая инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 402 новых случая инфицирования коронавирусом, 2 238 человек вылечились и были выписаны домой.

    Об этом 28 апреля сообщает оперативный штаб при Кабинете министров.

    За прошедшие 24 часа от COVID-19 скончались еще 32 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 316 521 человек, 4 461 – скончался, 285 024 – вылечились, 27 036 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 218 111 тестов на COVID-19 (за последние 24 часа – 11 194).