Month: April 2021

  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 27-də respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

    Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

  • 7 əlamət hansı xəstəliyin başlanğıc əlaməti ola bilər?

    Beynəxalq onkoloqlar qrupu bir neçə tibbi tədqiqatın nəticəsi olaraq xərçəng xəstələrində ilk olaraq hiss edilən əlamətlərin siyahısını hazırlayıb.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, həkimlər bu əlamətlərdən bir neçə ay əziyyət çəkən insanların dərhal çek-ap olunub yoxlanmasını və müalicədə gecikməməyi tövsiyə edir.

    Həmin əlamətlər bunlardır: çəkinin qəfil və çox düşməsi, iştahın kəsilməsi, keçmək bilməyən baş ağrıları, daim yuxululuq, yorğunluq, bədən hərarətinin tez-tez dəyişməsi, xüsusən temperaturun 37,3 dərəcədə qalması, başgicəllənmə. Eləcə də mədə-bağırsaq sistemində baş verən istənilən ciddi dəyişiklik, qanama şübhə yaratmalıdır.

    Qeyd edək ki, bu əlamətlər digər nevroloji və daxili xəstəliklərdə də olur. Ona görə dərhal xərçəng barədə düşünmək olmaz. Lakin keçər deyib gözləmək və müayinə olunmamaq sizi istənilən xəstəliyin vaxtında və asan müalicəsindən uzaq sala bilər.

  • Facebook-da yeni audio funksiyalar olacaq

    Facebook şirkətinin CEO-su Mark Zuckerberg, Discord servisi vasitəsilə çıxışı zamanı sosial şəbəkədə reallaşdırılacaq yeni audio funksiyalardan danışıb. Beləliklə verilmiş məlumata əsasən Facebook-da Soundbites adlı funksiya istifadəyə veriləcək. Sözügedən funksiya qısa audiokliplər yaratmağa və onları digərləri ilə paylaşmağa imkan verəcək. Bu funksiya yaxın bir neçə ay ərzində istifadəyə veriləcək və ilk mərhələdə kiçik istifadəçi kütləsi üçün aktiv olacaq. Bundan əlavə olaraq Facebook daxilində podkastların axtarış sistemi yaradılacaq.


    Bunun sayəsində istifadəçilər öz podkastlarını sosial şəbəkədə paylaşa biləcəklər. Zuckerberg-in sözlərinə əsasən Facebook bu məsələdə digər tətbiqlər ilə əməkdaşlıq üçün danışıqlar da aparır. Yay fəslində isə bütün Facebook istifadəçiləri üçün Clubhouse tərzində audio otaqlar istifadəyə veriləcək. Həmin otaqlar sayəsində istifadəçilər çıxış edən hansısa şəxsə qulaq asa və onunla qarşılıqlı əlaqədə ola biləcəklər. Bundan əlavə olaraq Facebook bu cür audio otaqların monetizasiya sistemini quracaq. Beləliklə istifadəçilər ilkin mərhələdə audio otaq yaradıcılarına ianələr göndərə biləcəklər. Daha sonra isə otağa birbaşa ödəniş və ya ödənişli abunəlik sistemi vasitəsilə daxil olma sistemi istifadəyə veriləcək.

  • Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə Nəsimi rayonunda qeydə alınıb.

    Belə ki, 1988-ci il təvəllüdlü Nadirov Telman Mürsəl oğlu evlərinin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

  • Arif Quliyevin videogörüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı

    Sosial şəbəkələrdə və KİV-də “Yeni klinika”da koronavirus xəstəliyindən müalicə alan Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb.

    Bununla bağlı “Yeni klinika”dan “Report”a bildirilib ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya şöbəsinə mobil telefonla giriş qadağandır.

    “Amma Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq, hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib”, – deyə “Yeni Klinika”dan bildirilib.

  • Zelenski cəbhə xəttinə səfər edib

    Ukrayna Prezidenti Vladimir Zelenski Xerson vilayətinə, Krımla Ukrayna arasındakı cəbhə xəttinə səfər edib.

    Bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

    Dövlət başçısının səfər zamanı hərbi birliklərdə yoxlamalar keçirdiyi bildirilib.

    Sıravi əsgərlərlə görüşən Zelenski birliklərdəki vəziyyətlə bağlı məlumat alıb.

    Prezident Rusiyanın öz hərbi birləşmələrini çəkməyə başlamasına baxmayaraq, onların yenidən qayıda biləcəyini vurğulayıb və Ukrayna ordusunun buna hazır olmasının vacibliyini önə çəkib.

    Həmçinin, dövlət başçısı Avropa ölkələri və ABŞ-ın birgə cəhdlərinin bölgədə gərginliyin azalması üçün şərait yaratdığını əlavə edib.

  • “Ramin yeraz” saxlanıldı (VİDEO)

    Sosial şəbəkələrdə “Ramin yeraz” kimi qeydiyyatdan keçən şəxsin canlı yayımlar açaraq narkotik vasitələrin təbliğini həyata keçirməsi və ictimaiyyətə yönəlik təhqiramiz ifadələr işlətməsi barədə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb.

    Bu barədə Dİn-in Mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, paytaxtın Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

    Şəxs barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb.

  • Bakıda avtomobil 50 yaşlı kişini vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

    Babək prospektində 1971-ci il təvəllüdlü Orucov Müslüm Hafiz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona təpə nahiyəsinin əzilmiş yarası və sol qaş nahiyəsinin əzilmiş yarası diaqnozları qoyulub.

  • Bayden Putinlə görüş haqqında suala cavab verə bilmədi

    ABŞ prezidenti Co Bayden Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüş üçün ilkin şərtləri irəli sürüb-sürməyəcəyi barədə suala cavab verməkdən imtina edib.

    Bu barədə Median.Az xarici mətbuata istinadən xəbər verir.

    “Mən bunu başqa gün müzakirə edəcəm”, – deyə Bayden jurnalistlərin bununla bağlı sualına cavabında bildirib.

    Qeyd edək ki, daha əvvəl ABŞ tərəfinin təşəbbüsü ilə Co Baydenlə Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Bundan sonra yayda ABŞ və Rusiya rəhbərlərinin ilk görüşü barədə məlumat yayılıb. Lakin Kreml iyunun 15-16-da Putinlə Baydenin görüşəcəyi barədə məlumatı təsdiqləməyib. Bununla yanaşı qeyd edilir ki, ölkə liderləri yayda görüşə bilərlər, ancaq hələlik dəqiq tarix yoxdur.

  • Neymar PSJ ilə müqaviləni uzatdı

    Braziliyalı hücumçu Neymar Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu ilə razılaşmanın müddətinin uzadılmasına yaxındır.

    Futbolçunun açıqlamasını “RMC Sport” radiosu yayıb.

    “Biz Parislə danışıqlar aparırıq. Tələsmirik, hər şey demək olar, həll edilib. Mən PSJ-də çox xoşbəxtəm”, – Neymar deyib.

    Neymar PSJ-yə 2017-ci ildə “Barselona”dan keçib. Transferin məbləği rekord – 222 milyon avro təşkil edib. Hücumçu cari mövsümdə Fransanın I liqasında 14 matçda iştirak edərək, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.