Month: April 2021

  • Tanınmış futbolçu federasiya prezidenti olmaq istəyir

    Bolqarıstan millisinin sabiq futbolçusu Dimitar Berbatov yerli futbol ittifaqının prezidenti vəzifəsinə seçkilərdə iştirak edəcək.

    “Report”un məlumatına görə, bu barədə veteran hücumçu Bolqarıstan teleqraf agentliyinə açıqlamasında deyib.

    Seçkiqabağı təbliğat-təşviqat kampaniyasını açıq elan edən keçmiş forvard karyerasında yeni səhifə açdığını bildirib: “Bizi birləşdirən güc, şübhəsiz ki, ölkə futbolu üçün ən yaxşısını qazanmağa kömək edəcək. Dəyişiklik üçün fürsət axtarırıq. Futbolumuz üçün ən yaxşısını əldə etməyimizə imkan verən təkliflərə açığıq”.

    Prezident seçkiləri iyunun 25-də keçiriləcək.

    Qeyd edək ki, qurumun əvvəlki prezidenti Borislav Mixaylov 2019-cu ildə istefa verdikdən sonra bu vəzifəni müvəqqəti olaraq vitse-prezident Mixail Kasabov yerinə yetirir.

  • Balaxanıda tullantı emalı və xidmət müəssisələrinin yaradılmasına başlanılır

    Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin imzaladığı Balaxanıda tullantı emalı və xidmət müəssisələrinin yaradılması barədə sərəncamının icrası ilə bağlı sərəncam imzalayıb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Sənədə əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Prezidentin Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

    Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

    Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

    Bu sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Qeyd edək ki, Prezidentin sözügedən sərəncamına əsasən, Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir.

    Resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.

  • 17 yaşlı gənci intihara məcbur edən nə idi? – Rüstəm Behrudi DANIŞDI – VİDEO

    Xəbər verdiyimiz kimi, ötən gecə 17 yaşlı gənc İsa Alməmmədli paytaxtın Binəqədi rayonu Cəfər Xəndan küçəsi 54 ünvanında yerləşən binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.

    Sosial şəbəkələrdə məlumat yayılmışdı ki, İsa Alməmmədli buraxılış imtahanında az bal yağdığını görə intihar edib.

    Baku TV əməkdaşları məsələni dəqiqləşdirmək üçün onun əmisi Rüstəm Behrudi ilə əlaqə saxlayıb.

    O bildirib ki, İsa 10-cu sinifi bitirdiyi üçün heç bir imtahan verməyib. Yayılan məlumatlar əsassızdır.

  • YPX avtomobili qəzaya düşüb, polis əməkdaşı xəsarət alıb – FOTO

    Novxanı qəsəbəsində üç avtomobil qəzaya uğrayıb.

    APA xəbər verir ki, hadisə Masazır qəsəbəsindən Novxanı qəsəbəsinə gedən yolda baş verib.

    Belə ki, YPX-nə məxsus 10-YP-051 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil hərəkətdə olarkən əvvəlcə “Toyoto” və “Opel” markalı nəqliyyat vasitələrinə çırpılıb. İdarəetmədən çıxan “Mercedes” daha sonra qaz borusuna çırpılaraq dayanıb. Qəza nəticəsində YPX-nin əməkdaşı xəsarət alıb.







  • Baş nazirdən “plyonka” ilə bağlı SƏRƏNCAM

    Azərbaycanda avtomobillərin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq.

    Bununla bağlı müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.

    Sənədə əsasən, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, layihəni iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

    Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

    Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

    Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

    Bu Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Тяжелое ДТП в Новханы, пострадал полицейский – ФОТО

    В поселке Новханы столкнулись три автомобиля.

    Как передает Median.Az со ссылкой наАПА, инцидент произошел на дороге Масазыр-Новханы.

    Так, автомобиль марки Mercedes с регистрационным номером 99-YP-051, принадлежащий Государственной дорожной полиции (ГДП), во время движения врезался в автомобили Toyota и Opel. Водитель Mercedes не справился с управлением и автомобиль врезался в газовую трубу.

    В результате аварии пострадал сотрудник ГДП.

  • Fulya Öztürk: “Qarabağda dəfələrlə qətliamların şahidi oldum” – VİDEO

    İkinci Qarabağ müharibəsi zamanı çəkiliş qrupu ilə bölgədə olan CNN Türk telekanalının müxbiri Fulya Öztürk orada gördüklərindən danışıb.

    GZT sosial media platformasına müsahibə verən müxbir bildirib ki, qətliamı görə-görə dünyaya göstərmək çox ağır işdir.

    “Mən bu qətliamların dəfələrcə şahidi oldum. Gəncəyə hücum zamanı mən də orada idim, yataqda uzanıb İlham Əliyevin tvitlərini izləyirdim. Elə bu zaman möhkəm bir gurultu səsi gəldi və yatağımdan yerə yıxıldım”, – deyə jurnalist xatırlayıb.

    Gəncə şəhərinin raket atəşinə tutulmasından dərhal sonra canlı yayıma çıxan və altı saat ərzində hadisə yerində çalışan müxbir yaşadıqlarını əsl dəhşət, dinc əhaliyə qarşı edilən bu hücumları isə soyqırımı adlandırıb.

    Xatırladaq ki, Vətən müharibəsi zamanı Fulya Öztürk 34 gün ərzində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb.

  • “Sumqayıt Sukanal” İdarəsinin rəisi işdən çıxarılıb

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt Sukanal” İdarəsində yeni yəyinat olub.

    APA xəbər verir ki, idarənin rəisi Mahir İmanov tutduğu vəzifədən azad edilib.

    Onun yerinə isə Xalid Quliyev təyin olunub.

    Qeyd edək ki, X. Quliyev bu təyinatadək Cəmiyyətin “Sumqayıt Sukanal” İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.

  • Koronavirusa yoluxmuş Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb – VİDEO

    Koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüsü yayılıb.

    Görüntülərdə Arif Quliyevin həkim və tibb bacılarının əhatəsində olduğu əks olunub. 

    Görüntüləri təqdim edirik:

  • Moskvada Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

    Moskvada Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib.

    APA xəbər verir ki, iclasda Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri, Hökumətlərarası Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk iştirak ediblər.

    İclasda iki ölkə arasında müxtəlif sahədə əlaqələrin inkişafı müzakirə olunub.