Month: April 2021

  • Sürücülərin nəzərinə: Yeni qayda hazırlanır

    Azərbaycanda nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq.

    Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

    Sərəncama əsasən, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

  • Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb

    Aprelin 27-də xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

    Rusiya XİN-dən verilən məlumata görə, dipomatik orqanların rəhbərləri qarşılıqlı münasibətlərin aktual məsələlərini, o cümlədən qarşıdakı yüksək səviyyəli təmasları müzakirə ediblər.

    Həmçinin, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarına əsasən bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün üç ölkənin baş nazir müavinlərinin həmsədr olduğu Üçtərəfli İşçi Qrupunun fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

  • Bu ölkədə koronavirusdan ölmüş şəxslər küçələrə atılır

    Hindistanda COVİD-19 səbəbindən pasiyentlər küçələrə atılır.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistanda xəstəxanalarda oksigen çatışmazlığı səbəbilə həkimlər COVİD-19 xəstələrini müalicə etməkdə çətinlik çəkir.

    Xəstəxanalarda yer olmadığı üçün ölmüş şəxslər küçələrə atılır. Bir qadın isə təcili yardım tapa bilmədiyi üçün dünyasını dəyişmiş oğlunun cəsədini özü kiçik rikşa ilə daşıyıb.

    Sosial mediyada yayılan görüntülər ölkədə səhiyyə böhranının hansı səviyyədə olduğunu ortaya qoyub.

    Çatışmazlıq səbəbilə təcili yardım və oksigen qiymətləri pik həddə çatıb. Oksigen tapa bilməyən bəzi xəstələr boğulmaqla ölür və ya vəziyyətə dözə bilməyib intihar edir.

    Kanpu şəhərində isə bir qadının cəsədi küçənin ortasında tapılıb. Polislər bildirib ki, qadının virusa yoluxması səbəbilə oğlu xəstələnməmək üçün onu küçəyə atıb.

    //azxeber

  • Cəbrayılın keçmiş icra başçısı vəfat edib

    Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Kərim Kərimov vəfat edib.

    Bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıb.

    Bildirilib ki, K.Kərimov Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib.

    Qeyd edək ki, K.Kərimov 1992-1993-cü illərdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

  • Türkiyə parlamenti Baydenin bəyanatını kəskin şəkildə qınadı

    Türkiyə Böyük Millət Məclisi ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatını kəskin şəkildə qınayan bəyanat qəbul edib.

    “Haber Global”ın məlumatına görə, bəyanatda ABŞ prezidentinin bu addımının təəssüf doğurduğu qeyd olunub.

    “Türkiyə Böyük Millət Məclisi olaraq ABŞ Prezidenti Co Baydenin 24 aprel 2021-ci il tarixli çıxışında 1915-ci il hadisələri ilə əlaqədar erməni lobbisinin iddialarını ehtiva edən tezislərdən istifadə etməsini böyük təəssüf hissilə qarşılayır, bu əsassız böhtanı ən sərt şəkildə şəkildə qınayır və qəti olaraq rədd edirik”, – deyə bəyanatda bildirilib.

    Sənədi Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkət Partiyası və İYİ Partiyanın millət vəkilləri imzalayıb.

  • Generalın həbs edilən bacısı oğlunun yerinə qudası gətirildi

    Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev bir neçə gün öncə koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilib.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, hazırda sözgedən hospitalın baş həkimi vəzifəsini icra etmək Yeganə Abbasovaya həvalə olunub.

    Qeyd edək ki, Y.Abbasova Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin qudası, həbs olunan sabiq baş həkim Ağayev İmran Əli Ağa oğlu isə onun bacısı oğludur.

  • Əli Həsənovun nəvəsinin QƏZA İŞİ – Türkiyə vətəndaşı yenidən şikayətçidir – VİDEO

    2017-ci il 3 avqustunda Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobillə törətdiyi qəza aylarla gündəm olmuşdu.  

    O zaman mətbuatda dərc olunan məlumatlara görə, Nail Allahverdiyev idarə etdiyi avtomobili 240 sürətlə idarə edərək idarəetməni itirib və qəza törədib. 

    Qəza nəticəsində piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyü ağır xəsarət alıb. Daha sonra maşın binanın fasadına çırpılaraq yanıb.

    Ölümlə nəticələnən ağır qəzada piyada Vaqif Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olan Mehdi Əliyev dünyasını dəyişib. Tekiş cütlüyü isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
     

    Qəzadan 2 gün sonra Nail Allahverdiyev Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddəyə görə isə 6 il azadlıqdan məhrum edilib.

    Daha sonra Bakı Apelyasiya Məhkəməsi 2018-ci il avqustun 2-də onun cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. Bununla da məhkəmə N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzasını saxlayıb.

    Hadisədən 2 il sonra 2019 –cu il avqust ayında Ali Məhkəmə onun üzərində olan azadlıqdan məhrumetmə cəzasını ləğv edib və 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb.

    Ali Məhkəmə N.Allahverdiyevə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. 

    Xatırladaq ki, hadisə zamanında böyük müzakirələrə səbəb olub, günlərlə gündəmdə qalıb. Bu günlərdə qəza zamanı zərər çəkən, Türkiyə vətəndaşı Mutallib Tekiş Bizim.Media-ya müraciət edərək video-müsahibə verib. O, bildirib ki, hadisədən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Əli Həsənov ona vediyi sözü, öhdəliklərini yerinə yetirmir. Bu səbəblə Nərimanov məhkəməsinə müraciət edən şikayətçi həm özünün, həm də həyat yoldaşı Söngül Tekişin böyük sağlamlıq problemi olduğunu vurğulayıb:

     “Əli Həsənov bizi aldatdı, vəd etdiyi sözləri yerinə yetirmədi, hazırda mən 40% həyat yoldaşım isə 80 % şikəst qalmışıq. Yoldaşım 2-3 nəfər köməkçisi olmadan hərəkət edib, öz ehtiyaclarını ödəyə bilmir”.

    O, bildirib ki, qəza zamanı ağır yaralandıqdan sonra 3 ay komada qalıb. Buna görə də bütün biznes layihələrini itirib, müflis vəziyyətə düşüb:

    “Biz Nail Allahverdiyevin 240 sürətlə idarə etdiyi avtomobilinin altında qaldıq. Mən iş adamıyam Afrika və Azərbaycanda 10 milyon kapitala yaxın mal varidatım vardı. Mən müalicə aldığım müddətdə bütün mal varlığımı itirdim və hazırda müflis vəziyyətindəyəm. Əli Həsənov nəvəsi Nail Allahverdiyevdən şikayətçi olmamağım üçün mənə söz verdi ki, bütün ziyanlarım ödəniləcək. Mən də Naildən müəyyən şərtlər qarşılığında şikayət etmədim”.

    Lakin sonrada verilən sözlər yerinə yetirilmir və onurğası sınan həyat yoldaşının müalicəsinin pulu belə ödənilmir. 
     

    Muttalip Tekiş bütün bu şikayətlərini toplayaraq, yoldaşı Söngül Tekişin adından 2020-ci ildə Nərimanov Rayon məhkəməsinə müraciət edib. Şikayətçi Söngül Tekiş indiyə qədər və bundan sonra olunacaq müalicəsinin ödənişini və maddi təzminat tələb edir. İlk məhkəmə iclası 18 mayda baş tutacaq.

    Zərərçəkmiş Müttalip Tekişin video-müsahibəsini təqdim edirik:

  • Kütləvi zəhərlənməyə görə xalq artistinin qızına cinayət işi açıldı

    Azərbaycanın mərhum xalq artisti Hüseynağa Sadıqovun qızı barəsində cinayət işi başlanılıb.

    APA-nın əldə etdiyi məlumata görə, xalq artistinin qızı Tamilla Sadıqova səhlənkarlıqda ittiham olunur.

    T. Sadıqova qida hazırlayan və daşıyan şirkət sahibi olub. Həmin şirkət ötən il sentyabr ayının 12-də “Yüksəliş” İctimai Birliyinin (İB) keçirdiyi müsabiqənin növbəti mərhələsində iştirakçıları qida ilə təmin edib. Qida qəbulundan sonra isə texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhəti pisləşib, onların zəhərləndiyi məlum olub.

    Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb.

    Faktla bağlı araşdırma aparılıb.

    T. Sadıqova barəsində Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) maddəsi ilə cinayət işi başlanılıb.

    T. Sadıqova barəsində cinayət işinin istintaqı başa çatıb, iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Aygün Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 28-ə təyin edilib.

    İş üzrə “Yüksəliş” İB və 70 zərərçəkən var.

  • “Boranı” restoranı və Black Star Burger cərimələndi – TAM SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 457 ictimai iaşə obyektində 800 monitorinq keçirib.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

    Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Səbail rayonu, Z. Tağıyev küç., ev 6 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Sabutay Səbuhi oğluna məxsus “Metadore” restoranı;

    2. Bakı şəhəri, Nərimanov rayonu‎, Mayakovski küçəsində yerləşən, fiziki şəxs Səfərəliyev Anar Rövşən oğluna məxsus kafe;

    3. Bakı şəhəri, Yasamal rayonu‎, Şıxəli Qurbanov 5A ünvanında yerləşən, fiziki şəxs Aydınzadə Qulam Etibar oğluna məxsus “Boranı” restoranı;

    4. Bakı şəhəri, Yasamal rayonu‎, Bəsti Bağırova küçəsində yerləşən, fiziki şəxs Əhmədov Sərxan Qərib oğluna məxsus restoran;

    5. Bakı şəhəri, Nizami rayonu‎, Şirin Mirzəyev küçəsində yerləşən, fiziki şəxs Abasov Asim Akif oğluna məxsus çay evi;

    6. Bakı şəhəri, Nəsimi rayonu‎, Lev Tolostoy küç., ev 156 ünvanında yerləşən, hüquqi şəxs “Simit Sarayı İce Pack” MMC-yə məxsus kafe;

    7. Bakı şəhəri, Binəqədi rayonu‎, Binəqədi şosesi, ev 172C ünvanında yerləşən, fiziki şəxs Fətullayev Şamo Mübariz oğluna məxsus restoran;

    8. Bakı şəhəri, Səbail rayonu‎, Əliyeva küç., ev 12 ünvanında yerləşən, hüquqi şəxs “ELLLIS CATERING” MMC-yə məxsus restoran;

    9. Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, ev 66C ünvanında yerləşən, fiziki şəxs Rzayev Samid Ramiz oğluna məxsus pub;

    10. Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 44 ünvanında yerləşən, fiziki şəxs Rəfiyev Natiq Cəlil oğluna məxsus “Şəki” kafesi;

    11. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küç., ev 54B ünvanında yerləşən, fiziki şəxs Qaşımov Sərxan Aslan oğluna məxsus kafe;

    12. Bakı şəhəri, Nəsimi rayonu‎, Bülbül pr., ev 21 ünvanında yerləşən, hüquqi şəxs “Black Star Burger Baku” MMC-yə məxsus kafe;

    13. Bakı şəhəri, Nəsimi rayonu‎, Rəsul Rza 41 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Mahir Dəyanət oğluna məxsus restoran;

    14. Bakı şəhəri, Nəsimi rayonu‎, Səməd Vurğun küç., ev 23, 1-ci mərtəbə, qapı 1 ünvanında yerləşən, fiziki şəxs Bağırov Kamil Mehti oğluna məxsus “Crazzy Bear”;

    15. Bakı şəhəri, Xətai rayonu‎, Hadi ünvanında yerləşən, hüquqi şəxs “Sema-Zen” MMC-yə məxsus kafe;

    16. Bakı şəhəri, Xətai rayonu‎, Cəlilov küç., ev 26 ünvanında yerləşən, fiziki şəxs Süleymanov İntiqam Muxtar oğluna məxsus “Apartment 9” kafesi;

    17. Bakı şəhəri, Xətai rayonu‎, Afyətddin Cəlilov küçəsi 23 ünvanında yerləşən, fiziki şəxs Fərəcov Orxan Qibləli oğluna məxsus dönər evi;

    18. Bakı şəhəri, Nizami rayonu‎, Gəncəvi küç., ev 26 ünvanında yerləşən, hüquqi şəxs “Resant Consulting And Managment” MMC-yə məxsus “Wall street” restoranı;

    19. Bakı şəhəri, Nizami rayonu‎, Özbəkistan küç., ev 1b ünvanında yerləşən, fiziki şəxs Pənahova Şəlalə Tofiq qızına məxsus kafe;

    20.Bakı şəhəri, Suraxanı rayonu‎, Qaraçuxur qəs., Vağzal küçəsi 1, ev 38C ünvanında yerləşən, fiziki şəxs Rəhimov Ramil Dilman oğluna məxsus “Kafe–Elit”;

    21.Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən, fiziki şəxs Məmmədov Toğrul Tofiq oğluna məxsus “Toğrulun dönəri” dönər evi;

    22.Masallı rayonu, H. Əliyev prospekti ünvanında yerləşən, fiziki şəxs Nəsirov Tural Füzuli oğluna məxsus dönər evi;

    23.Şəmkir rayonu, 20 yanvar küçəsində yerləşən, fiziki şəxs Babayev Nadir Nazim oğluna məxsus kafe;

    24.Goranboy rayonu,16-cı kvartal ünvanında yerləşən, fiziki şəxs Salayev Əhməd Gülöğlan oğluna məxsus restoran;

    25.Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən, fiziki şəxs Məmmədov Mübariz Özbək oğluna məxsus kafe.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане – ФОТО

    В Азербайджане за последние сутки от коронавируса были вакцинированы 16 583 человека.

    Об этом 27 апреля сообщает оперативный штаб при Кабинете министров.

    Из них 7 374 человека получили первую дозу препарата, 9 209 – вторую.

    На сегодняшний день в нашей стране в процессе вакцинации от коронавирусной инфекции приняли участие 1 440 243 человека.

    Из них 946 834 получили первую дозу препарата, 493 409 – вторую.

    Вакцинация успешно продолжается во всех районах республики.