Month: April 2021

  • Azərbaycanda neçə nəfər vaksinasiya edilib? – RƏSMİ

    Bu gün Azərbaycanda 16 583 nəfərə vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 374, ikinci mərhələdə isə bu rəqəm 9 209 nəfər təşkil edib.

    Bu günə qədər Azərbaycanda ümumilikdə 1 440 243 ədəd vaksin vurulub.

    Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 946 834 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 493 409 olub.

  • Nazirlik rəsmisi: “Xəzər dənizində kilkə ehtiyatı artır”

    “1990-cı illərin sonunda il ərzində Xəzəryanı ölkələrdə ümumi 30 min ton balıq ovlanırdısa, bu rəqəm 2005-ci ildən sonra 1 000 ton civarında olub”.

    Bu barədə Ekologiya və təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov bildirib.

    Onun sözlərinə görə, 2011-ci ildən Xəzər dənizində nərə balıqlarının ovu ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub:

    “Hazırda Xəzər dənizi hövzələrində nərə balığının artırılması üçün Xəzəryanı ölkələrdə balıqartırma zavodları fəaliyyət göstərir.

    Bütün bunlar olmasaydı indi Xəzər dənizində nərə balıqlarının populyasiyasını təmin edə bilməzdik”.

    O qeyd edib ki, hazırda Xəzər dənizində ekosistemin bərpa prosesi gedir: “Xəzər dənizində kilkə ehtiyatı artır. Yaxın illərdə digər balıq növlərinin artmasını gözləyirik”.

  • “Azərsu” işçiləri ilə mübahisə edən qadın özünü bıçaqladı – FOTO

    Bu gün günorta saatlarında Qax şəhərində “Azərsu” ASC-nin əməkdaşları ilə şəhər sakini arasında insident baş verib.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Bildirilib ki, Qax şəhəri Nəriman Nərimanov küçəsi bina 1, blok 2, mənzil 7-də yaşayan Musayeva Firəngiz Ziyəddin qızı ASC əməkdaşları ilə arasında yaşanan mübahisə zamanı bıçaqla özünə xəsarət yetirib.

    DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qax şəhər sakini Firəngiz Musayevanın həmin məsələ ilə əlaqədar DİN-in “102” Zəng Mərkəzinə etdiyi müraciəti əsasında hazırda Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.


  • Кадры из села Умудлу Агдамского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Умудлу Агдамского района.

  • Ağdamın Umudlu kəndinin görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Umudlu kəndindən video yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • İtkin düşmüş daha iki hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilib – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanıb və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi qələbəsi ilə nəticələnib.

    Respublika Hərbi Prokurorluğundan bildiriblər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib. Həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

    Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən şahidlərin dindirilməsi, ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər təxirəsalınmaz zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, onların nəşi müvafiq qaydada götürülməklə müayinə olunub, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunaraq ailələrinə təhvil verilməsi təmin edilib.

    Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bundan əvvəl verilən məlumata əlavə olaraq bildirilib ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun – əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitlərinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.

    İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

    Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.

  • В Азербайджане за сутки выявлены 1 307 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 307 новых случаев инфицирования коронавирусом, 2 383 человека вылечились и были выписаны домой.

    Об этом 27 апреля сообщает оперативный штаб при Кабинете министров.

    За прошедшие 24 часа от COVID-19 скончались еще 27 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 315 119 человек, 4 429 – скончались, 282 786 – вылечились, 27 904 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 206 917 тестов на COVID-19 (за последние 24 часа – 11 649).

  • Azərbaycanda bir sutkada 27 nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1307 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 315 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 786 nəfər müalicə olunaraq sağalıb, 4 429 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 27 904 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11649, bu günə qədər isə ümumilikdə 3 206 917 test icra olunub.

  • Мазахир Панахов избран председателем ЦИК – ОБНОВЛЕНО

    Избраны заместитель председателя и секретари председателя ЦИК.

    Решение было принято на текущем заседании комиссии.

    Ровзат Гасымов избран заместителем председателя ЦИК, Микаил Рагимов и Арифа Мухтарова – секретарями.

    * * * * *

    27 апреля прошло первое заседание Центральной избирательной комиссии (ЦИК) Азербайджана в новом составе.

    В ходе его рассматривались организационные вопросы.

    На пост председателя ЦИК избран Мазахир Панахов.

  • Məzahir Pənahov MSK sədri seçildi – YENİLƏNİB

    MSK-nın sədr müavini və katibləri seçilib.

    Bununla bağlı qərar MSK-nın hazırda davam edən iclasında qəbul olunub.

    Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini, Mikayıl Rəhimov və Arifə Muxtarova isə qurumun katibləri seçiliblər.

    * * * * *

    Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

    İclasda təşkilati məsələlərə baxılıb.

    Məzahir Pənahov səsvermə ilə yenidən MSK sədri seçilib.