Month: April 2021

  • Neft bahalaşmaqda davam edir

    Dünya bazarında neft bahalaşıb.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin iyun fyuçersləri 0,79 faiz bahalaşıb və bir barelinin qiyməti 62,4 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin iyun fyuçersləri də 0,75 faiz bahalaşıb və bir bareli 66,15 dollara satılıb.

  • Агентство предупредило жителей Баку

    Бакинское транспортное агентство (БТА) сделало предупреждение в связи с погодными условиями.

    “Призываем участников дорожного движения быть внимательными и осторожными в связи с наблюдающимся в настоящее время сильным ветром.

    Рекомендуем гражданам пользоваться пешеходными переходами.

    Водителям следует соблюдать скоростной режим и выполнять требования дорожных знаков”, – говорится в сообщении агентства.

  • Agentlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

    Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

    Agentlikdən bildirilib:

    “Hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq. Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar.

    Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

    Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz”.

  • Скончался заслуженный инженер Азербайджана – ФОТО

    Председатель наблюдательного совета ОАО “Бакыэнержитикинти”, заслуженный инженер Азербайджана Князь Гаджиев скончался в Турции в возрасте 67 лет, передает Report.

    К.Гаджиев родился 10 октября 1953 года в селе Ени Дашкенд Бардинского района.

    В 1970-1975 годах учился в Азербайджанском политехническом институте по специальности “инженер-строитель”.

    Распоряжением Президента Ильхама Алиева от 10 апреля 2014 года за заслуги в развитии строительного комплекса в Азербайджане К.Гаджиев был удостоен почетного звания “Заслуженный инженер”.

  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

    “Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycanın əməkdar mühəndisi Knyaz Hacıyev vəfat edib.

    “Report” xəbər verir ki, K.Hacıyev Türkiyədə 67 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Hacıyev Knyaz Mehdi oğlu 1953-cü ilin oktyabrın 10-da Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. O, 1970–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb, 1975-ci ildə həmin institutun tam kursunu bitirərək inşaatçı-mühəndis peşəsinə yiyələnib.

    Prezident İlham Əliyevin imzaladığı 10 aprel 2014-cü il tarixli sərəncamı ilə Azərbaycanda tikinti kompleksinin inkişafında xidmətlərinə görə K.Hacıyevə “Əməkdar mühəndis” fəxri adı verilib.

  • TƏBİB: Информация о смерти Арифа Гулиева не соответствует действительности

    Накануне распространились сообщения о смерти народного артиста Азербайджана Арифа Гулиева, который был госпитализирован в Yeni Klinika с коронавирусной инфекцией.

    Как заявила Oxu.Az руководитель пресс-службы Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Эльнара Бахыш, данная информация не соответствует действительности.

    Также она отметила, что состояние заболевшего актера по-прежнему остается тяжелым.

  • TƏBİB: “Arif Quliyevin ölüm xəbəri yalandır”

    Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb.

    “Yeni Klinika”da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.

    TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış Oxu.Az-a bildirib ki, yayılan məlumatlar əsassızdır.

    O, həmçinin qeyd edib ki, Xalq artistinin vəziyyəti dəyişməyib, ağır olaraq qalır.

  • İlham Əliyevdən fərman: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verildi

    Prezident İlham Əliyev Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Fərmana əsasən, rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyindəki “Aztelekom” MMC-nin, “Bakı Telefon Rabitəsi” MMC-nin, “Azerbaijan International Telecom” (AzInTelecom)” MMC-nin və “Azərpoçt” MMC-nin fəaliyyətinin ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq təşkilinə, informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı və təhlükəsiz istifadənin təmin edilməsinə, habelə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqinə və dövlət-özəl sektor tərəfdaşlığının inkişafına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

  • В Хырдалане 51-летнюю женщину госпитализировали после конфликта с соседом

    Жительнице Хырдалана Таяре Исламовой (1970 г.р.) сосед нанес удар тупым предметом по голове, сообщает Report.

    Женщина была госпитализирована.

    В больнице ей поставили диагноз: ушиб темени и закрытая черепно-мозговая травма.

    По данному факту проводится расследование.

  • Xırdalanda 51 yaşlı qadına qonşusu küt alətlə xəsarət yetirdi

    Abşeronda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.

    “Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Belə ki, 1970-ci il təvəllüdlü İslamova Təyyarə Əkbər qızının baş nahiyəsinə qonşusu tərəfindən küt alətlə zərbə endirilib.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Ona təpə nahiyəsinin əzilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.