Month: April 2021

  • DİN-in əməkdaşına yeni vəzifə verildi

    Daxili İşlər Nazirliyində (DİN) daha bir kadr təyinatı həyata keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev vəzifəsindən azad edilib.

    Digər əmrlə E.Dəmirçiyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

    DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.

  • Ильхам Алиев освободил Алимпашу Мамедова от должности – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджана Ильхам Алиев 27 апреля подписал распоряжение об освобождении Алимпаши Адиль оглу Мамедова от должности главы Исполнительной власти Шамкирского района.

    Документ опубликован на сайте president.az.

  • İlham Əliyev Alimpaşa Məmmədovu vəzifəsindən azad etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı prezident.az məlumat yayıb.

  • Prezident: “Horadiz – Ağbənd dəmiryolunun təməldaşını qoyduq” – VİDEO

    Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Mincivan qəsəbəsində də olub.

    Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsində paylaşıb.

    Ölkə başçısı bildirib:

    “Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir. Burada dəmiryolu stansiyası yerləşmişdir. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar. Relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkam qurmuşdular. Biz yenidən dəmiryolunu çəkəcəyik. Bu işlərə start verildi. Hoadiz qəsəbəsində biz bir müddət əvvəl Horadiz – Ağbənd dəmiryolunun təməldaşını qoyduq. Bu dəmiryolu Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək”.

  • Президент Азербайджана принял участие в церемонии закладки фундамента мечети в селе Агалы – ВИДЕО

    В рамках визита в Зангиланский район Президент Азербайджана Ильхам Алиев принял участие в церемонии закладки фундамента мечети в селе Агалы.

    Глава государства ознакомился с процессом восстановления храма и лично принял участие в строительстве, заложив камень в кладку.

    Соответствующими кадрами на своей странице в Instagram поделилась Первый вице-президент Мехрибан Алиева.

  • İlham Əliyev Zəngilanın Ağalı kəndində təməlqoyma mərasimində iştirak edib – VİDEO

    Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Ağalı kəndində təməlqoyma mərasimində iştirak edib.

    Ölkə başçısı həmçinin Zəngilan məscidinin bərpa prosesi ilə yaxından tanış olub və tikintidə şəxsən iştirak edərək hörgüyə daş qoyub.

    Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb.

  • Birinci vitse-prezident Cəbrayıl və Zəngilan səfərindən şəkillər paylaşıb – FOTO

    Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

    Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Türkiyədən ABŞ-a ŞOK – İncirlik BAZASI BAĞLANIR

    Türkiyədə ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi İncirlik hərbi bazasının bağlanması istisna olunmur.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.

    Qeyd olunur ki, bu, ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına cavab addımı ola bilər.

  • Hansı adi xəstəliklər illər sonra xərçəngə çevrilə bilər? – DƏHŞƏTLİ SİYAHI

    Orqanizm sağıam haldan xəstə vəziyyətə düşməsi üçün bəzən illərlə vaxt keçir. Əvvəlcə xəstəlik toxumada başlayır, daha sonra matriks və hüceyrə səviyyəsinə keçir. Bu proses bəzən 10 illərlə davam edir.

    Median.Az xəbər verir ki, adi bir xəstəlik xronik hala keçəndən sonra insan sanki bununla barışır və ildə kiçik müalicələr almaqla bu xəstəliklə ömrünün sonuna kimi birtəhər yaşayacağını hesab edir.

    Lakin günlərin bir günü iltihab o qədər dərinləşir ki, hüceyrə fazasında pozulma başlayır və hüceyrələr dəyişərək bədxassəliyə çevrilir.

    Medicina.az Bioloji Təbabət klinikasının tərtib etdiyi Xəstəliklərin inkişaf cədvəlinə əsasən hansı xəstəliklərin sonda xərçəngə çevrilməsini təqdim edir.

    Diqqətlə baxın, əgər sizdə bu xəstəliklər varsa, onları müalicə etməyə, xüsusən Bioloji təbabət metodları ilə tam aradan qaldırmağa çalışın ki, 10-12 il sonra xərçənglə üz-üzə qalmayasız.

    1.Tənəffüs sistemində – əvvəl bəlğəm, öskürək, bronxit, traxeit başlayır – Matriks fazasında astma, astma bronxit, xroniki bronxit, virus mənşəli traxeit, fibroz-kistoz degenerasiya gedir – Hüceyrə fazasında: Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxların atrofiyası başlayır – SONDA Ağciyər, traxeya və bronxların xərçəngi yaranır.

    2.Həzm sistemi – əvvəl mədə şirəsi ifrazı pozulur, ezofagit, qastrit, kolitlər – matriks fazada poliplər, qəbizlik, yoğun bağırsağın melanozu, xora, qlüten enteropasiyası olur – Hüceyrə fazasında: Kron xəstəliyi, kolit, nazik bağırsağın atrofiyası – SONDA barret ezofagit, qida borusu, mədə – bağırsaq xərçəngi yarana bilir.

    3. Ekzokrin cinsiyyət sistemi – Süd vəzilərində laktoreyası, Mastit, kistalar -Matriks fazasında fibroz-kistoz mastopatiya, fibroadenoma – Hüceyrə fazasında: süd vəzilərinin atrofiyası, ginekomastita- SONDA: Süd vəzilərin xərçəngi, karsinoma

    4.Ekzokrin həzm sistemi: Mədə şirəsi, öd turşularının sekresiyasının artması, pankreatit, sialit – Matriks fazasında: öz daşı, qaraciyər steatozu, mədəaltı vəz, qaraciyər kistası, ağız suyu vəzilərinin kalsifikasiyası- Hüceyrə fazasında: hepatitlər, pankreatit, fibroz-kistoz degerenerasiya – qaraciyər sirrozu – SONDA : Mədəaltı vəz və qaraciyər xərçəngi

    5.Epiderma, dəri- tər və qulaq vəziləri smqmanın, saç follikulu piy vəzilərinin hipersekresiyası, dermatit, absses, furunkullar- Matriks fazası: hiperkeratoz, seboreya, ləkələr, ziyillər, ekzema, övrə, anal çatlar, sızanaqlar, hirsutizm – Hüceyrə fazasında: prosiaz, yaralar, xoralar, şüa zədələnmələri- SONDA: karsinoma, melanoma – dəri xərçəngi

    6.LOR orqanlar – otit, faringit, stomatit, gingivit, kəskin rinit, sinusit, laringit, dental absses – Matriks fazasında: burun polipləri, dental qranuloma, – Hüceyrə fazasında: atopik rinit, xroniki sinusit, anosmiya, Menyer sindromu, otoskleroz, kariyes, parodontoz – SONDA: dil, qırtlaq, burun-udlaq bə traxeyanın xərçəngi

    7.Herminoderma – qadın, kişi cinsiyyət orqanları – toxum mayesi hasilatının artması, qadınlarda menorragiya, kişilərdə prostatit, orxit, qadınlarda ovarit, adneksit- Matriks fazasında: prostatın xoşxassəli hiperplaziyası, qadınlarda yumurtalıqların kistası, polip, fbroz – Hüceyrə fazasında: prostatın hiperplaziyası, sonsuzluq, qadınlarda xroniki adneksit, amenoreya, sonsuzluq, yumurtalıqların atrofiyası – SONDA: prostat, xayaların xərçəngi, teratoma, qadınlarda yumurtalıqların xərçəngi

    Bu cədvəl əslində uzun, genişdir və bütün orqanlarl əhatə edir. Sadəcə sizdən diqqətli olub, xəstəliyi ən geci MATRİKS fazasında olan mərhələdə yaxalayıb, müalicə etdirməkdir ki, hüceyrə fazasına keçməsin. Çünki hüceyrə fazasına keçidlə xərçəng arasında məsafə və vaxt çox azdır.

    Matriks fazasında olan depolaşma və impreqnasiya mərhələsini Bioloji Təbabət metodikası və biotənzimləyici preparatlarla 1-2 kurs müalicələrlə dayandırmaq, iltihabi prosesləri saxlamaq, hüceyrələri yeniləmək və ümumilikdə immunitetin mübarizə gücünü artırmaq mümkündür.

  • Azərbaycanda 20 yaşlı ana niyə intihar edib? – ŞOK DETALLAR

    Sabirabad rayonunda 20 yaşlı qadın intihar edib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə aprelin 24-də axşam saatlarında qeydə alınıb. Rayonun Cavad kənd sakini 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızı özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.

    Amma ailənin yaxınları iddia edir ki, nar ağacı elastik olduğu üçün oradan kiminsə özünü asması inandırıcı deyil. Onların sözlərinə görə, qızlarını yerdə uzanıqlı vəziyyətdə tapıblar.

    Məlumata görə, üç il öncə ailə həyatı quran Səmayə Zeynalovanın 1 yaş 6 aylıq oğlu var. İddiaya görə, qız ailəli olduğu dövrdə valideyinlərinə həyat yoldaşı, qayınatası və qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərindən və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edərək boşanmaq istədiyini bildirib. Qızın atası boşanmaya razılıq versə də, anası buna etiraz edərək ailəsini dağıtmamasını tapşırıb.

    Sabirabad rayon prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb: “İstintaq davam etdirilir. İddialarla bağlı heç bir açıqlama verə bilmərik”.