Month: April 2021

  • В Азербайджане сын предпринимателя совершил суицид

    Племянник известного азербайджанского поэта Рустама Бехруди Иса Алмамедов совершил самоубийство.

    Об этом АПА сообщил Р.Бехруди.

    И.Алмамедову было 17 лет, сказал поэт.

    Отметим, Иса Алмамедов – сын руководителя компании Behrud Inshaat Ильхама Алмамедова.

  • Azərbaycanda iş adamının oğlu intihar etdi

    Məşhur şair Rüstəm Behrudinin qardaşı oğlu İsa Alməmmədov intihar edib.

    Bu barədə APA-ya şair R.Behrudi məlumat verib.

    O, İsa Alməmmədovun 17 yaşında olduğunu deyib.

    Qeyd edək ki, İ. Alməmmədov “Behrud İnşaat” şirkərinin rəhbəri İlham Alməmmədovun oğludur.

  • Myanmada ölən etirazçıların sayı 753-ə çatıb

    Myanmada fevralın əvvəlindən bəri nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalarda ölənlərin sayı 753-ə çatıb.

    TASS xəbər verir ki, bu barədə Siyasi Məhbuslara Yardım Assosiasiyası məlumat yayıb.

    Təşkilatdan verilən məlumata görə, hazırda ölkədə siyasi motivlərdən 3441 nəfər saxlanılıb ki, onlardan 79 nəfərinə həbs cəzası verilib.

  • Sonuncu buraxılış imtahanlarının vaxtı AÇIQLANDI

    Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 29-30-da respublikanın 25 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

    DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

    Aprelin 29-da keçiriləcək imtahanlarda 12 818, aprelin 30-da keçiriləcək imtahanlarda isə 17 707 nəfər olmaqla, ümumilikdə 30 525 şagirdin iştirakı nəzərdə tutulur.

    29-30 aprel tarixlərində müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçiriləcək. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və s.) 54 şagird iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

    İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 150 imtahan binası, 2367 imtahan zalı, imtahanların idarə olunmasına 150 ümumi imtahan rəhbəri, 386 imtahan rəhbəri, 2937 nəzarətçi-müəllim, 277 buraxılışı rejimi əməkdaşı (mühafizə), 150 bina nümayəndəsi ayrılıb.

  • Из управления Инвестиционного холдинга выведены пять структур – УКАЗ

    В “Перечень государственных компаний и предприятий, а также хозяйственных обществ с государственной долей участия, подлежащих передаче в управление Азербайджанскому инвестиционному холдингу”, утвержденный указом Президента АР от 5 ноября 2020 года № 1174, внесены изменения.

    Как сообщает АЗЕРТАДЖ, в связи с этим Президент Ильхам Алиев подписал указ.

    Согласно изменениям, из управления Азербайджанского инвестиционного холдинга выведены ОАО “Азеркосмос”, ЗАО “Бакинский международный морской торговый порт”, ООО “Азтелеком”, ООО Azerbaijan International Telecom (AzInTelecom), ООО “Азерпочт” и ООО Бакинская телефонная связь”.

  • Beş qurum İnvestisiya Holdinqinin tərkibindən çıxarıldı – FƏRMAN

    Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Dəyişikliyə əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıb.

  • Кадры из села Юсифлер Зангиланского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Юсифлер Зангиланского района.

  • Zəngilanın Yusiflər kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Zəngilan rayonunun Yusiflər kəndindən video yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • “Biz cəmiyyətin əxlaqını pozuruq” – Hüseynbala Mirələmov danışdı

    Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılandan sonra o, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri və YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edildi.

    Median.Az xəbər verir ki, sözügedən video ilə bağlı sabiq millət vəkili müsahibə verib:

    – Hüseynbala müəllim, necəsiniz?

    – Babatam

    – Məlum video ilə bağlı nə deyə bilərsiniz?

    – Həyatdır. Oldu keçdi. Ümumiyyətlə, yanvar ayında olan hadisəni indi qabartmaqda məqsəd nədir? Yəqin ki, şantajdır. Mən heç kimi qınamıram. Yeganə təsəllim odur ki, insanlara əzab verən, onlara zülm edən adamların cəzasını Allah verəcək. Bu tip videoların yayılması ilə biz cəmiyyətin əxlaqını pozuruq. Həyatda belə insanlar var ki, alçaqlıq edirlər. Qoy onların cəzasını Allah özü versin.

    – Hüseynbala müəllim, videodakı xanımla hər hansı əlaqəniz olub?

    – Ay qardaş, nə danışırsan? O mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır. İnsanlar sosial şəbəkədən əl çəkmirlər, amma təəssüflər olsun ki, bir dənə kitab oxumurlar. Ancaq işləri-gücləri “Facebook”da onu-bunu lağa qoymaqdır. Deputat dostlarım da məni tənqid ediblər, etsinlər, sağolsunlar. Mən heç kimi qınamıram. Bizim partiyamız da çox düzgün qərar verdi. Bu, partiyamızın nüfuzuna xələl gətirə bilərdi deyə, mən YAP-dan uzaqlaşdırıldım”.

    – Hüseynbala müəllim, həmin video yayılanda hansı hissləri keçirdiniz?

    – (Sükut çökür və bir qədər sonra) O hissləri sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, bu, şantaj xarakterli idi. Məni şantaj etdilər. O, universitetdə konfrans zamanı olub. Bu videonu yayan adamlar tapılmalıdır. (Unikal.org)

  • В МВД произведено новое назначение

    В системе МВД Азербайджана произведено новое назначение.

    Приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова старший оперуполномоченный по особо важным делам Главного управления уголовного розыска МВД полковник-лейтенант Эльмир Демирчиев освобожден от занимаемой должности, сообщает qafqazinfo.

    Другим приказом Э.Демирчиев назначен заместителем начальника по оперативной работе Лянкяранского РОП.

    Данную информацию Qafqazinfo подтвердили в лянкяранской региональной группе пресс-службы МВД.