Month: April 2021

  • Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı – VİDEO

    Birinci Vitse-prezident Mehriban Əliyeva ölkə başçısı İlham Əliyevlə birlikdə Zəngilan rayonuna səfərindən görüntülər paylaşıb.

    Mehriban Əliyevanın “Instagram” hesabından paylaşdığı videolarda Prezident İlham Əliyev Zəngilan rayonunun gözəl təbiətindən bəhs edir, çayları və meşələri tərənnüm edir.

  • Лейла Алиева поделилась фотографией из Карабаха – ФОТО

    26 апреля Президент Азербайджана Ильхам Алиев, Первый вице-президент Мехрибан Алиева и их дочь Лейла Алиева совершили визит в Джебраильский и Зангиланский районы страны.

    Л.Алиева поделилась на своей странице в Instagram фотографией, на которой она запечатлена вместе с главой государства и Первым вице-президентом, добавив хэштег #karabakhisazerbaijan.

  • Leyla Əliyeva Qarabağdan şəkil paylaşıb – FOTO

    Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

    Leyla Əliyeva prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə şəkil çəkdirərək öz “Instagram” profilində paylaşıb.

    O, paylaşımına #karabakhisazerbaijan həştəqini əlavə edib.

    Həmin paylaşımı təqdim edirik:

  • Президент ознакомился с новой военной техникой в ходе визита в Джебраил и Зангилан – ВИДЕО

    В ходе визита в освобожденные от оккупации Джебраильский и Зангиланский районы Президент Ильхам Алиев ознакомился с новой военной техникой.

    Соответствующими видеокадрами на своей странице в Instagram поделилась Первый вице-президент Мехрибан Алиева.

  • Prezident Cəbrayıl və Zəngilana səfəri zamanı yeni hərbi texnikalarla tanış oldu – VİDEO

    Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı yeni hərbi texnika ilə tanış olub.

    Bununla bağlı videonu Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” səhifəsində paylaşıb.

  • İlham Əliyev əla fiziki formada olduğunu nümayiş etdirdi – VİDEO

    Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı idman alətləri ilə məşq etməsinin videosunu Birinci Vitse-prezident Mehriban Əliyeva şəxsi “Instagram” hesabında paylaşıb.

  • Ermənilər əsgərlərimizi öldürüb burada basdırıbmış – Ərazidən tükürpədici görüntülər

    Əvvəllər məlumat verildiyi kimi, 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirdiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş prokurorluq tərəfindən cinayət işi başlanaraq intensiv istintaq hərəkətləri davam etdirilir.

    Baş Prokurorluğun mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvələrində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər.

    İstintaq materiallarına əsasən işğaldan əvvəl 259 fərdi yaşayış evi, 1 orta məktəb, 1 uşaq bağçası, 1 xəstəxanası olan Başlıbel kəndi Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olmaqla əhalisinin sayı 1996 nəfər olub, 3232 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə Dəlidağın ətəyində rayon mərkəzindən 64 km məsafədə yerləşib.

    Müəyyən edilib ki, 3 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edib və tamamilə yandırıblar.Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olublar.

    Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar etmiş, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüb.

    Hücum nəticəsində 14 nəfər (3 nəfər 2, 13 və 15 yaşlı uşaqlar, o cümlədən 10 qadın, 4 kişi) – 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.

    İstintaq materialları ilə həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.

    Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

    19 aprel 1993-cü ildən sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər – 21 yaşlı Əhmədova Sevil Binnət qızı, 55 yaşlı Əhmədov Hümmət Əbdüləli oğlu, 45 yaşlı Ələsgərov Ələkbər Ələsgər oğlu, 36 yaşlı Ələsgərova Sərmayə Sadıq qızı, 16 yaşlı Ələsgərov Habil Ələkbər oğlu, 14 yaşlı Ələsgərov Rüstəm Ələkbər oğlu, 12 yaşlı Ələsgərova Samirə Ələkbər qızı, 9 yaşlı Ələsgərova Tacirə Ələkbər qızı, 33 yaşlı Əmralıyev Xasay Məhəmməd oğlu, 31 yaşlı Əmralıyeva Nərgiz Mənsim qızı, 6 yaşlı Əmralıyev Elmdar Xasay oğlu, 4 yaşlı Əmralıyev Şəhriyar Xasay oğlu, 27 yaşlı Əzizov Elşad Həsən oğlu, 25 yaşlı Əzizov İsmət Hüseyn oğlu, 23 yaşlı Cəfərov Mahir Məhyəddin oğlu, 58 yaşlı Qədimov Qədim Muxtar oğlu, 32 yaşlı Həsənov Qəzənfər Mahmud oğlu, 38 yaşlı Həsənov Yahya Mahmud oğlu, 25 yaşlı Əsgərova Həcər Əhliman qızı, 23 yaşlı Əsgərova Laləzər Əhliman qızı, 15 yaşlı Əsgərov Vəkil Əhliman oğlu, 23 yaşlı Abbasov Cəllət Ağaverdi oğlu, 19 yaşlı Mehdiyev Səlim Yusifəli oğlu, 22 yaşlı Abbasquluyev Məzahir Talıb oğlu, 23 yaşlı Abbasov Ədalət Ərzuman oğlu, 25 yaşlı Abdullayev Müzahim Məhərrəm oğlu, 23 yaşlı Əhmədov Xəlil Süleyman oğlu, 22 yaşlı Əsgərov Müşfiq Gülbaba oğlu və 23 yaşlı Muradov Füzuli Əkrəm oğlu 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər.

    Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.

    Bundan başqa, istintaq hərəkəti zamanı cinayət hadisəsinin baş verdiyi yerdə mülki şəxslərin gizləndiyi mağaralarda aşkar edilmiş müxtəlif məişət əşyaları, mülki şəxslərin qəsdən öldürülməsini sübut edən giliz və güllələr cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən qablaşdırlaraq rəsmiləşdirilib. Başlıbel kəndinə dron vasitəsilə keçirilmiş baxış zamanı həmçinin kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkar edilib.

    Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin(dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunlər götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilib. Hazırda hadisənin sağ qalmış şahidlərinin müəyyən edilməsi, onların dindirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistanın keçən əsrin 90-ci illərindən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırlması və təqsirkar şəxslərin müəyyən edilərək milli və beynəlxalq məhkəmə məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

  • İlham Əliyev yenilənmiş “Cəbrayıla xoş gəlmisiniz” yazısının önündə – VİDEO

    Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

    Səfər çərçivəsində ölkə başçısı Cəbrayıl rayonunun girəcəyində quraşdırılmış və işğaldan azad olunduqdan sonra yenilənmiş “Cəbrayıl” yazısının önündə foto çəkdirib.

    Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” səhifəsində paylaşıb.

    “Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə rayonun girişində ucaldılmış lövhəni biz yenidən qurduq. Eyni forma və dizaynla “Cəbrayıla xoş gəlmisiniz” lövhəsini bərpa etdik”.

    Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı deyib.

    O bildirib ki, sözügedən löhvə işğal dövründə tamamilə sökülmüş, paslanmışdı və onun paslanmış görüntüləri mətbuatda da var:

    “Ona görə də tarixi ədaləti bərpa edərək bu lövhəni yenidən qurduq. Bütün azad olunmuş şəhərləri də yenidən bərpa edəcəyik”.

  • Мехрибан Алиева поделилась постом в Instagram

    Первый вице-президент Азербайджана Мехрибан Алиева сделала публикацию на своей странице в Instagram.

    Как передает Report, в посте написано:

    «Дорогие соотечественники,

    Наши поездки в освобожденные от оккупации районы продолжаются. Сегодня мы вновь побывали в Джебраильском и Зангиланском районах. С большим удовольствием делюсь с вами кадрами нашей поездки.

    С глубоким уважением и любовью,

    Ваша MEHRİBAN»

  • Mehriban Əliyeva Cəbrayılla bağlı paylaşım etdi

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə işğaldan azad edilən Cəbrayıl və Zəngilan rayonuna səfəri ilə bağlı foto paylaşıb.

    “Report” xəbər verir ki, Mehriban Əliyeva yazıb:

    “Əziz həmvətənlər,

    İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

    Dərin hörmət və sevgilərlə,

    Sizin MEHRİBAN”.