“30 il əvvəl işğal olunmuş Qarabağ və Azərbaycan şəhərlərində edilənlər göz önündədir”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransı zamanı bildirib.
“Hörmətli Bayden, Minsk Qrupu deyilən bir üçlük quruldu. 30 il ərzində bu işğala son qoymadınız. Təəssüf ki, oradakı insanlar, bir milyondan çox azərbaycanlı qardaşlarımız doğma yurdlarından köç etmək məcburiyyətində qaldılar. Bütün o yerlər, o Qarabağ, bütün binalar, hər şey təəssüf ki, yandırıldı, məhv edildi.
Soyqırımı deyirsinizsə, güzgüyə baxmalı və özünüzü qiymətləndirməlisiniz. Hinduları deməyimə ehtiyac yoxdur. Bütün bunlar ortada ikən ayağa qalxaraq Türkiyəyə və türk millətinə soyqırımı damğası vura bilməzsiniz.
Baxın, burada on minlərlə dinc sakin qırılarkən, 1.5 milyon azərbaycanlı qardaşımız evlərini tərk etmək məcburiyyətində qaldı”, – deyə Ərdoğan bildirib.
“Число заражений коронавирусом растет в мире девятую неделю подряд”.
Как сообщает Report, об этом заявил в понедельник на брифинге в Женеве генеральный директор Всемирной организации здравоохранения (ВОЗ) Тедрос Аданом Гебрейесус.
“Пандемия COVID-19 становится все более интенсивной в мире. Число случаев заболевания растет девятую неделю подряд, а число смертей – шестую неделю подряд”, – сказал он.
За последнюю неделю было зарегистрировано почти столько же случаев заболевания, сколько за первые пять месяцев пандемии, отметил глава ВОЗ.
Как подчеркнул гендиректор, “в нескольких регионах” отмечено “небольшое снижение случаев заражения и смертности”, однако при этом “во многих странах все еще наблюдается интенсивная передача COVID-19”. В частности, отметил он, тяжелая ситуация сложилась в Индии.
“Ardıcıl doqquzuncu həftədir ki, dünyada koronavirusa yoluxma hallarının sayında artım müşahidə olunur”.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus bazar ertəsi Cenevrədə keçirdiyi brifinqdə deyib.
“COVID-19 pandemiyası dünyada daha da intensiv xarakter alır. Xəstələnmə sayı ardıcıl doqquzuncu, ölüm sayı isə ardıcıl altıncı həftədir artır”, – o bildirib.
ÜST rəhbəri vurğulayıb ki, keçən həftə, demək olar, pandemiyanın ilk beş ayında olduğu qədər yoluxma hadisəsi baş verib.
Baş direktorun bildirdiyinə görə, bir neçə bölgədə yoluxma və ölüm hallarında kiçik azalma var, eyni zamanda bir çox ölkələrdə hələ də intensiv yoluxma müşahidə olunur, xüsusilə Hindistanda çətin vəziyyət yaranıb.
Honkonq Universiteti tərəfindən nazal aerozolu (buruna sprey vurulması) formasında hazırlanan koronavirusa qarşı vaskin yalnız iki-üç ildən sonra istehlakçılar üçün əlçatan olacaq.
Bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, preparat hələ ki klinik sınaqların ilk mərhələsindədir. “Sınaqlardan 10-dan çox adam iştirak edib. Bu vaksinin son dərəcə təhlükəsiz olduğunu görür və yaranan antikorların səviyyəsini izləyirik”, – tədqiqat qrupunun üzvü, professor İvan Hunq Fan-nqay bildirib.
Bu vaksinin, hətta uşaqlar üçün istifadə edilməsinə də icazə veriləcəyi gözlənilir: çinli mütəxəssislər altı aylıq körpələr üçün belə uyğun olacaq məhsul hazırlamağa çalışırlar. Bundan əlavə, mövcud təsirsiz hala gətirilmiş inyeksiyalardan fərqli olaraq, bu vaksindən iki yox, bir doza qəbul etmək kafi olacaq.
Qəzetin yazdığına görə, belə preparatın ən ciddi yan təsiri qısamüddətli yüngül baş ağrısı və burnun dolması olacaq. /medicina.az
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 365 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 660, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 200 təşkil edir.
Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisinə qanunsuz daxil olan dörd nəfər saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Araşdırmalarla onların Beyləqan rayon sakinləri Turqut Əsədov, Fərid Məmmədzadə, Əli Məmişov və Rusiya Federasiyasının sakini Muxamed Abdullayev olduğu müəyyən edilib.
Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib və 10 sutka inzibati qaydada həbs edilib.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1 224 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 313 812 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4 402 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 29 007 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 732, bu günə qədər isə ümumilikdə 3 195 268 test icra olunub.