Month: May 2021

  • Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakıda bəzi yollar təmirə bağlanır – RƏSMİ

    May ayının 7-dən etibarən paytaxtın bəzi yolları təmirə bağlanır.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən “Mərkəzi Park” layihəsinin ikinci mərhələsinin tikintisi və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması məqsədilə Bəşir Səfəroğlu küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsi yenidənqurma işlərinə bağlanır.

    Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

  • Deputat Latviya parlamentinin qərarını məntiqsiz hesab edir

    “Latviya parlamentinin qondarma erməni soyqırımını qəbul etməsinin arxasında Ermənistanın çirkin propaqanda maşını dayanır”.

    Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun rəhbəri Kamran Bayramov deyib.

    Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “erməni soyqırımı”nı tanıyan Latviyanı qınayıb.

    Türkiyə XİN bəyan edib ki, Latviya parlamentinin qərarı tarixin siyasi motivlərlə yenidən yazılması üçün əbəs bir cəhddir.

    K.Bayramov vurğulayıb ki, ermənilər illərlə azərbaycanlılara qarşı soyqırımı cinayətləri törədiblər.

    “1918-ci ildə soyqırımı həyata keçirənlər, tarixi sübutlarla təsdiq olunmuş Xocalı soyqırımını törədənlər bu gün ermənilərin qondarma soyqırımından danışır. Onlara bağlı dairələr də müxtəlif ölkələrin parlamentlərində yalana əsaslanan təbliğatlar aparırlar”, – deyə K.Bayramov əlavə edib.

    Deputat bildirib ki, hər hansı ölkə parlamentinin təsdiq olunmamış, tədqiqatı aparılmamış hadisələrə qiymət verməsi və ittiham səsləndirməsi məntiqsizdir:

    “Türkiyə dövləti dəfələrlə 1915-ci il hadisələrinin araşdırılması üçün Ermənistana müraciət edib, tarixçilərin bir araya gəlməsini təklif edib. İş ondadır ki, sübut yoxdur deyə, ermənilər tədqiqat masasına əyləşməkdən imtina edir”.

    Latviya parlamentinin qərarında BMT-nin soyqırımı ilə bağlı konvensiyasına istinad edilir. Həmin konvensiyanın müddəalarına əsasən, hər hansı bir hadisənin soyqırımı kimi tanınması üçün müvafiq səlahiyyətli orqanın – məhkəmənin qərarları zəruridir.

    K.Bayramov qeyd edib ki, 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı, imperativ qərar yoxdur.

    “Bu zaman biz hansı tanınmadan danışa bilərik?! Buna görə də Latviya parlamentinin qərarı heç bir imperativ qüvvəyə malik deyil, sadəcə mövqedir”, – deyə K.Bayramov fikrini yekunlaşdırıb.

  • В Армении возбуждено 1 580 уголовных дел, связанных с 44-дневной войной


    В Армении возбуждено 1 580 уголовных дел, связанных с 44-дневной войной в Карабахе. В качестве обвиняемых привлечено 628 человек, сообщает Генеральная прокуратура Армении, пишет Sputnik Армения.

    В их числе есть и высокопоставленные офицеры, имена которых пока не раскрываются.

    Расследование масштабных уголовных дел ведется по нескольким главным направлениям: нарушения во время призыва и мобилизационного укомплектования, возможные коррупционные схемы при закупке вооружений до и во время войны, преступные упущения при управлении ВС и отдельными подразделениями, осуществлении тактических и стратегических операций, неподчинение приказам командования.

  • Ermənistanda 44 günlük müharibə ilə bağlı 1580 cinayət işi açıldı

    Ermənistanda 44 günlük müharibə ilə əlaqədar 1580 cinayət işi açılıb. 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

    Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

    Təqsirləndirilənlər arasında yüksək rütbəli zabitlərin də olduğu qeyd edilir.

    Sözügedən işlərin istintaqı bir neçə əsas istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı yol verilmiş pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, silahlı qüvvələrin və ayrı-ayrı bölmələrin rəhbərliyindəki qeydə alınan qanun pozuntuları, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmama.

  • “Generalın evinə girdik, silahı qoyub qaçmışdı” – 44 Gün əsgər Rəşadla

    Baku TV-nin efirində “44 gün” adlı yeni layihəyə start verilib.

    Proqramın aparıcısı Qarabağ döyüşçüsü Rəşad Qəhrəmanzadədir.

    İlk buraxılışda Rəşad öz döyüş yoldaşları ilə birlikdə müharibədə yaşadıqları çətin anlardan danışıb. Marauder adlı zirehli maşınları minaya düşüb. Gənclər oradan sağ çıxıblar.

    Verilişin tam versiyasını təqdim edirik:

  • “Portofino” restoranı cərimələndi – TAM SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 439 ictimai iaşə obyektində 741 monitorinq keçirib.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

    Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 6 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Hamlet Məhərrəm oğluna məxsus kafe;
    Bakı şəhəri, Suraxanı rayonu, Zaur Şərifov küçəsində yerləşən, fiziki şəxs Yadigarov Pərviz Rahim oğluna məxsus kafe;
    Bakı şəhəri, Yasamal ‎rayonu, Məmməd Rahim küç., ev 4A ünvanında yerləşən, fiziki şəxs Şərifov Emil Mübariz oğluna məxsus “Portofino” restoranı;
    Bakı şəhəri, Binəqədi ‎rayonu, Məmmədxan küç., ev 92 ünvanında yerləşən, fiziki şəxs Xudaverdiyev Nizami Məhəddin oğluna məxsus çay evi;
    Bakı şəhəri, Binəqədi rayonu, İ. Cümşüdov küç., 6 mkr, ev 3248 ünvanında yerləşən, fiziki şəxs Kərimli Kənan Əzim oğluna məxsus kafe;
    Bakı şəhəri, Yasamal ‎rayonu, Zahid Xəlilov küçəsində yerləşən, fiziki şəxs Mehdiyev Ceyhun Seyran oğluna məxsus “Elbaro” kafesi;
    Bakı şəhəri, Sabunçu ‎rayonu, Ramana qəsəbəsində yerləşən, fiziki şəxs Lətifov Vasif Məhərrəm oğluna məxsus “Ocaq” dönər evi;
    Bakı şəhəri, Sabunçu ‎rayonu, Ramana qəsəbəsində yerləşən, fiziki şəxs Cəfərov Elşən Elad oğluna məxsus kafe;
    Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində‎ yerləşən, fiziki şəxs Cəbrayılov Zəfər Qəzənfər oğluna məxsus “Azər türk” kafesi;
    Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Həmzə Babaşov küçəsi 17E ünvanında yerləşən, fiziki şəxs Bağırov Elnur Ağasi oğluna məxsus kafe;
    Bakı şəhəri, Binəqədi ‎rayonu, Həmzə Babaşov küç., ev 11 ünvanında yerləşən, fiziki şəxs Əmrahlı Malik Adil oğluna məxsus “Golden city” çay evi;
    Bakı şəhəri, Binəqədi ‎rayonu, Həmzə Babaşov küç., 9 mkr-da yerləşən, fiziki şəxs Süleymanov Zahid Aqil oğluna məxsus “Göy göl” kafesi;
    Bakı şəhəri, Nəsimi rayonu, Rüstəm, Ş. Əzizbəyov küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Bağırov Elgiz Möhübbət oğluna məxsus “Borş” restoranı;
    Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr. 39 ünvanında yerləşən, fiziki şəxs Əhmədova Sevinc Fəraim qızına məxsus “Lahmacun” dönər evi;
    Bakı şəhəri, Xətai rayonu,‎ Ramiz Quliyev küç., ev 70, m. 3 ünvanında yerləşən, fiziki şəxs Mirzağayev Ruslan Nazir oğluna məxsus “Bizim məkan” restoranı;
    Abşeron rayonu, Xırdalan şəhəri, fiziki şəxs Eyyubov Elvin Sabutay oğluna məxsus “Panda” dönər evi;
    Qazax rayonu, Vaqif küçəsində yerləşən, fiziki şəxs Sadıqova Nahidə Məmməd qızına məxsus kafe;
    İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Osmanlı Əli Əhliman oğluna məxsus kafe;
    Şirvan şəhəri, 28 May küçəsində yerləşən, fiziki şəxs Hüseynov Mübariz Hikmət oğluna məxsus kafe;
    Gəncə şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən, fiziki şəxs Şükürov Rövşən Qara oğluna məxsus çay evi;
    Masallı rayonu, Qəzvinoba kəndində yerləşən, fiziki şəxs Məlikov Zamil Əlişan oğluna məxsus kafe.
    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

  • Aİ əhalisinin üçdə birindən çoxuna koronavirus peyvəndinin birinci dozası vurulub

    Avropa İttifaqının (Aİ) əhalisinin üçdə birindən (30 faizindən) çoxuna koronavirus peyvəndinin birinci dozası və təxminən 12 faizinə hər iki dozası vurulub.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa səhiyyə komissarı Stella Kiriakides bu gün mətbuat konfransında bildirib.

    Avropa Komissiyası Aİ-nin yetkin yaşlı əhalisinin 70 faizinin iyulda artıq aşılanmış olacağına ümid edir.

  • AQTA-dan quş qripi açıqlaması

    “Ölkəmizdə quş qiripi ilə bağlı monitorinqlər mütəmadi olaraq hər il aparılır və bu monitorinqlər mövsümi xarakter daşıyır. Monitorinqlər, əsasən, quşların miqrasiya dövrü nəzərə alınmaqla həyata keçirilir”.

    “Report” xəbər verir ki, bunu “Təhlükəsiz qida” onlayn verilişində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarəedilməsi sektorunun müdiri Ceyhun Əliyev deyib.

    Agentlik rəsmisi bildirib ki, təmsil etdiyi qurum tərəfindən ötən il hazırlanmış plan əsasında Azərbaycanda aparılan monitorinqlər artıq yekunlaşıb. Onun sözlərinə görə, bu monitorinqlər 2020-ci ilin oktyabr ayından bu ilin aprel ayına qədər olan dövrü əhatə edib.

    “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına görə, bu xəstəliklərin insidentliyi aşağı düşmək üzrədir. Yəni, dünya üzrə yeni xəstəliklərin baş verməsi tendensiyası nəzərəçarpacaq dərəcədə azalıb”, – o əlavə edib.

  • Mikayıl Cabbarov: “Bu il Azərbaycanın qeyri-neft ixracı 30%-ə qədər artıb”

    Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib.

    O deyib ki, pandemiyanın təsirlərinə baxmayaraq, qeyri-neft ixracının göstəriciləri müsbətdir: “İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin 4 ayında qeyri-neft ixracı 26,5%, apreldə isə 62,5% artıb”.

  • Alüminiumun qiyməti son 3 ildə maksimum həddə çatıb

    Alüminiumun qiyməti son üç ildə ən yüksək səviyyəyə yüksəlib.

    “Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, London Metal Birjasında (LME) üç ay sonra tədarük olunacaq alüminiumun bir tonunun qiyməti 1 faiz artaraq 2 471,5 dollara yüksəlib. Bu, 2018-ci ilin aprelindən bəri ən yüksək göstəricidir.

    Qiymət artımı Çin və Avstraliya arasındakı münasibətlərdə yaranmış gərginliklər səbəbindən baş verib.

    Belə ki, çərşənbə axşamı Çinin İslahat və İnkişaf üzrə Dövlət Komitəsi bildirib ki, avstraliyalı rəsmilərin ideoloji qərəzləri səbəbindən Çin Avstraliya ilə strateji və iqtisadi dialoq çərçivəsində bütün fəaliyyətləri dayandıracaq.

    Çin təmizlənmiş alüminiumun əsas idxalçısıdır, Avstraliya isə boksitin və giltorpağın – yəni alüminium istehsalında istifadə olunan xammalın əsas ixracatçısıdır.

    “Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin baş iqtisadçısı Yantin Çjou (Yanting Zhou) isə hesab edir ki, Çinin Avstraliyadan xammal idxalını qadağan etməsi ehtimalı azdır, çünki onların iqtisadiyyatı bu xammaldan asılıdır.