Month: May 2021

  • Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb

    Bakının Sabunçu rayonunda avromobilin vurduğu piyada, 1951-ci il təvəllüdlü Mustafayev Adil Rza oğlu xəstəxanada dünyasını dəyişib.

    “Report”un məlumatına görə, o, həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada ölüb.

    Qeyd edək ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Yolu keçən Mustafayev Adil Rza oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Erməni hərbi qulluqçunun əsgər yoldaşını öldürməsi ilə bağlı cinayət işi başlanıb

    Ermənistanda hərbi qulluqçunun əsgər yoldaşını güllələyərək öldürməsi ilə bağlı cinayət işi başlanıb.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin başqaları üçün artan təhlükə yaradan silah, sursat və əşyalar, material və maddələrlə rəftar qaydalarının pozulması maddələri üzrə cinayət işi açılıb.

    İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə mayın 4-də, saat 20:00-da baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Artyom Ovikoviç Melkonyan adı açıqlanmayan əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

    İbtidai istintaq aparılır.

  • Bakıda narkotik vasitə qəbul edən kişi öldü

    Bakıda yüksək doza narkotik vasitə qəbul edən kişi ölüb.

    “Report” xəbər verir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində 38 yaşlı Emin Məmmədov adlı şəxs narkotik vasitənin təsirindən vəfat edib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В Азербайджане за сутки выявлено 844 новых случая инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 844 новых случая инфицирования коронавирусом, 2 057 человек вылечились и были выписаны домой.

    Об этом 6 мая сообщает оперативный штаб при Кабинете министров.

    За прошедшие 24 часа от COVID-19 скончались еще 18 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 324 685 человек, 4 635 – скончались, 301 006 – вылечились, 19 044 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике проведен 3 300 581 тест на COVID-19 (за последние 24 часа – 10 717).

  • Azərbaycanda son sutka ərzində koronavirusdan ölənlərin sayı açıqlandı – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 19 044 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.

  • Aparıcıya Kənd Təsərrüfatı Nazirliyində vəzifə verildi

    Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

    Bu vəzifə “ASAN Radio”da aparıcı-redaktor vəzifəsində çalışan Ruslan Zeynala həvalə edilib.

    Xatırladaq ki, o, uzun illər “ASAN Radio”da və bir sıra televiziya kanallarında çalışıb.

  • “Kral Klubu” Eden Azarı satışa çıxaracaq

    Madridin “Real” klubu belçikalı yarımmüdafiəçi Eden Azarı satışa çıxarmağa hazırlaşır.

    Bu barədə “El Chiringuito TV”nin efirində tanınmış idman jurnalist Xosep Pedrerol məlumat verib.

    Jurnalist bildirib ki, E.Azar “Real”da toxunulmaz futbolçu hesab edilmir.

    “İndi onu satmaq lazımdır. Onu statistikalara əhəmiyyət verməyən, sadəcə futbol oynamağı sevən bir kluba buraxmaq lazımdır. Azarı satmaq çətin olacaq”, – deyə X. Pedrerol vurğulayıb.

    Qeyd edək ki, “Kral Klubu”nun rəhbərliyi E.Azarın Çempionlar Liqasının yarımfinal mərhələsinin “Çelsi” ilə cavab oyunundan sonrakı hərəkətlərindən narazı qalıb.

    O, məğlubiyyətdən sonra vaxtilə şərəfini qoruduğu London təmsilçisinin üzvləri ilə deyib gülərək zarafatlaşıb. Bu isə xüsusən, azarkeşlər tərəfindən hiddətlə qarşılanıb.

  • Gəncədə təcili tibbi yardım avtomobilinin sürücüsü intihar edib

    Gəncə şəhərində 1984-cü il təvəllüdlü Asəf Əliyev intihar edib.

    Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

    Onun meyiti asılmış vəziyyətdə aşkarlanıb. Mərhum Gəncədə təcili tibbi yardım avtomobilinin sürücüsü işləyirmiş.

    İlkin məlumatda mərhumun bir neçə adama borcu olduğu və bu səbəbdən intihar etdiyi bildirilir.

  • Afrikadakı ən qədim insan qəbri aşkar edilib

    Keniyadakı Panqa ya Səidi mağarasında aparılan qazıntılar zamanı arxeoloqlar orta daş dövrünə aid olan və təxminən, 78 min il yaşı olan qəbir çuxuru aşkar ediblər.

    Median.Az “report”a istinadən xəbər verir ki, bu barədə “Nature” jurnalı yazıb.

    Qeyd olunub ki, bu, Afrika qitəsində indiyə qədər bilinən ən qədim insan qəbridir.

    Yazıda vurğulanır ki, alimlər ilk sümük parçalarını 2013-cü ildə tapıblar, ancaq yalnız 2017-ci ildə mağaranın indiki döşəməsinin üç metr aşağısında yuvarlaq boşluqlar və skelet qalıqları aşkar edilib. Qalıqların identifikasiyası üçün alimlərə bir ildən çox vaxt lazım gəlib. Araşdırma nəticəsində sümük qalıqlarının “Homo sapiens” uşağa – 2,5-3 yaşlı oğlana məxsus olduğu üzə çıxıb.

    Meyit qəbirdə qıvrılmış vəziyyətdə, sağ tərəfi üstdə, dizləri sinəsinə sıxılmış vəziyyətdə olub. Sümüklərin və ətrafdakı torpağın mikroskopik analizi meyitin boşluğa yerləşdirildikdən sonra qısa zamanda basdırıldığını təsdiqləyib və bu da onu sürətli çürümədən qoruyub.

    Alimlər qəbirlə eyni səviyyədə daş alətlər də tapıblar. Arxeoloqlar onları Afrika mezolitinə aid ediblər.

  • Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir

    Dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək.

    Valyuta.az Trend.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik təklif edilir.

    Əvvəllər sadəcə dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi.

    Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınır.