Month: May 2021

  • Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib

    Ermənistanda Jirayr Sefilyanın “Milli Demokratik Qütb” hərəkatının Rusiya xarici işlər naziri Sergey Lavrovun Yeravan səfərinə qarşı etiraz aksiyası keçirilib.

    Bu barədə Trend “Telegram” kanallarına istinadən məlumat verib.

    Qeyd edək ki, S.Lavrov bu gün Yerevana səfər edib, burada sabah onun Ermənistan rəhbərliyi ilə görüşlərinin keçirilməsi planlaşdırılır.

  • Bakıda gəncə küt alətlə xəsarət yetirilib

    Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Belə ki, naməlum şəxs Salatın Əsgərova küçəsində 1993-cü il təvəllüdlü Quliyev Nicat Hatəm oğluna küt alətlə xəsarət yetirib.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması və alın nahiyəsinin əzilmiş cırılmış yarası diaqnozu qoyulub.

  • Bakıda əkizlər doğuş zamanı ölüb

    Bakıda doğuş zamanı əkizlər boğularaq ölüb.

    Bu barədə “Report”un Aran bürosuna körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini İmanov Əlisahib Balaşoğlu məlumat verib.

    Ə.Balaşoğlunun sözlərinə görə, o, gəlini, 2000-ci il təvəllüdlü Nəcəfova Pərvanə Məhəmməd qızını doğuş vaxtına az müddət qaldığından Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb. Bir neçə gün həkim nəzarətində qalan P.Nəcəfova bu gün səhər saat 09:00 radələrində qeysəriyyə əməliyyatına hazırlanıb. Lakin qeysəriyyə əməliyyatı saat 14:30 radələrində aparılıb. Cinsi oğlan olan əkizlər ana bətnində boğularaq ölüb.

    Ə.İmanovun sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olub. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüb. O, körpələrin ölümündə həkimləri günahlandırıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xurmadakı təhlükəyə DİQQƏT: Xərçəngə yol açır

    Ramazan ayının olmazsa-olmazı xurmadır. Amma satışda qlükozaya batırılaraq satılan xurmalar var ki, bu da sağlamlığımız üçün təhlükəlidir.

    Median.Az xəbər verir ki, mütəxəssis Serhat Koran bunula bağlı xəbərdarlıq edib:

    XƏRÇƏNG HÜCEYRƏLƏRİNİ ARTIRIR

    “Qlükozaya batırılan xurmalar adətən çox yapışqan, parlaq və kiçik olur. Qlükoza qan şəkərini yüksəldir, ürək-damar sağlamlığına mənfi təsir edir. Onun mədəaltı vəzi xərçənginə səbəb olması ilə bağlı çalışmalar var. Orqanizmdə xərçəng varsa, xərçəng hüceyrələrini artırır, bəsləyir. Buna görə də xurma alarkən çox diqqətli olmaq lazımdır”

    “XURMA İMMUN SİSTEMİNİ GÜCLƏNDİRİR”

    “Xurma aclıq hissini, susuzluğu azaldır, enerji verir. Tərkibində yüksək miqdarda potasium var. Potasium isə həm ürək-damar, həm də təzyiq üçün çox faydalıdır. Tərkibində həmçinin, selenyum və beta qlükan dediyimiz maddələr var. Bu maddələr də anti-kanserogen təsirlidir. Bundan başqa yüksək səviyyədə flor var. Flor isə diş və sümük sağlamlığı üçün faydalıdır. Çox yemək isə ishal və allergiyaya səbəb ola bilər. Şəkər miqdarı yüksək olduğu üçün şəkəri yüksəldə bilər. Buna görə də xurmanı iftarda 1, imsakda 2 ədəd yeyə bilərsiniz”.

    “MƏDƏALTI VƏZİ XƏRÇƏNGİNƏ DAİR ÇALIŞMALAR VAR”

    “Ərəb ölkələrində hazırlanan xurmalar daha böyük və şirin olur. Afrika bölgəsində yetişən xurmalar isə daha kiçik və dadsız olur. Bu xurmaları dadlandırmaq və daha parlaq göstərmək üçün qlükozanı üzərinə çəkirlər. Bu da qanda şəkəri yüksəldir, ürək-damar sisteminə ziyan edir. Bədəndə xərçəng varsa, xərçəng hüceyrələrini bəsləyir. Buna görə də xurma alarkən diqqətli olmaq lazımdır”.

    “QİYMƏTİNƏ VƏ PAKETİNƏ DİQQƏT!”

    “Qlükozaya batırılan xurmalar daha ucuzdur. Ucuz satılanlardan isə qaçmaq lazımdır. Qlükozaya batırılmış xurmalar bağırsaqda gec həzm olunur. Təbii xurmadakı şəkər isə orqanizmdən yavaş-yavaş həll olur və iftara qədər qan şəkərimizi normada saxlayır”. /medicina.az

  • Deputat parlamentin iclasına dəbilqədə və zirehli jiletdə qatılıb – VİDEO

    Tunisin müxalif Azad Konstitusiya Partiyasına rəhbərlik edən siyasətçi Abir Musi parlamentin iclasında dəbilqədə və zirehli jiletdə çıxış edib.

    Video siyasətçinin rəsmi “Facebook” səhifəsində dərc edilib.

    Deputat bununla da mandatından məhrum edilməsinə və hökumət tərəfindən şəxsi müdafiəsinə son verilməsinə etirazını bildirib.

  • Bakıda gəncə küt alətlə xəsarət yetirilib

    Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Belə ki, naməlum şəxs Salatın Əsgərova küçəsində 1993-cü il təvəllüdlü Quliyev Nicat Hatəm oğluna küt alətlə xəsarət yetirib.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması və alın nahiyəsinin əzilmiş cırılmış yarası diaqnozu qoyulub.

  • Премьер-министр Грузии: У нас особое отношение к Азербайджану

    “У нас особое отношение к Азербайджану, особая дружба с азербайджанским народом”.

    Как передает местное бюро Report, об этом премьер-министр Грузии Ираклий Гарибашвили заявил на встрече со своим азербайджанским коллегой Али Асадовым.

    И.Гарибашвили отметил, что совершил первый официальный визит в регионе именно в Азербайджан.

    По словам премьер-министра, проекты, реализованные Грузией и Азербайджаном в последние годы, заложили основу для очень стабильных и длительных отношений, партнерства и дружбы. “Наша взаимозависимость и совместные проекты дают нам мотивацию и возможность реализовывать больше проектов для дальнейшего укрепления наших двусторонних отношений”.

  • Gürcüstanın baş naziri: Azərbaycana xüsusi münasibətimiz var

    “Bizim Azərbaycana xüsusi münasibətimiz, Azərbaycan xalqı ilə xüsusi dostluğumuz var”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə deyib.

    O, baş nazir kimi regionda ilk rəsmi səfərini Azərbaycana etdiyini bildirib.

    Baş nazirin sözlərinə görə, Gürcüstan və Azərbaycanın son illər ərzində həyata keçirdiyi layihələrlə çox sabit və dayanıqlı münasibətlər, tərəfdaşlıq və dostluq üçün təməl qoyulub: “Qarşılıqlı asılılığımız, birgə layihələrimiz ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün bizə daha çox layihələr reallaşdırmağa motivasiya və imkan verir”.

  • Начато расследование в связи с пациенткой, впавшей в кому в клинике Mediland

    64-летняя Гамза Сулейманова прошла обследование МРТ в бакинской клинике Mediland в связи с болями в суставах, после чего впала в кому. Ее супруг Мирза Сулейманов обратился в правоохранительные органы с целью привлечения виновных к ответственности.

    Qafqazinfo направил запрос в прокуратуру Хатаинского района Баку по данному вопросу.

    Как заявили в ведомстве, 12 апреля 2021 года Мирза Сулейманов обратился в надзорный орган с жалобой на халатность врача во время лечения его супруги:

    “Прокуратура Хатаинского района в настоящее время рассматривает жалобу. Назначена судебно-медицинская экспертиза, чтобы определить, имела ли место халатность врача. Ведется расследование”, – говорится в информации.

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə son 24 saat ərzində 229 491 nəfərin COVID-19 testi keçirilib.

    “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 26 476 nəfər təşkil edib.

    356 nəfər isə koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, sutka ərzində 35 464 nəfər ölümcül virusdan sağalıb.

    Hazırda ölkə xəstəxanalarında 3418 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.