Month: May 2021

  • Gürcüstanın baş naziri: Azərbaycana xüsusi münasibətimiz var

    “Bizim Azərbaycana xüsusi münasibətimiz, Azərbaycan xalqı ilə xüsusi dostluğumuz var”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə deyib.

    O, baş nazir kimi regionda ilk rəsmi səfərini Azərbaycana etdiyini bildirib.

    Baş nazirin sözlərinə görə, Gürcüstan və Azərbaycanın son illər ərzində həyata keçirdiyi layihələrlə çox sabit və dayanıqlı münasibətlər, tərəfdaşlıq və dostluq üçün təməl qoyulub: “Qarşılıqlı asılılığımız, birgə layihələrimiz ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün bizə daha çox layihələr reallaşdırmağa motivasiya və imkan verir”.

  • Минская группа приветствовала освобождение Азербайджаном армянских военнослужащих

    “Сопредседатели приветствуют освобождение Азербайджаном армянских военнослужащих Роберта Варданяна, Самвела Шухяна и Серана Тамразяна и призывают обе стороны полностью и оперативно завершить процесс обмена всех заключенных, задержанных, пленных и тел погибших, а также соблюдать свои обязательства по обеспечению гуманного обращения с задержанными”.

    Как передает Report, об этом говорится в заявлении сопредседателей Минской группы ОБСЕ (Игорь Попов из России, Стефан Висконти из Франции и Эндрю Шофер из США).

  • Həmsədrlər Azərbaycanın erməni hərbçiləri geri qaytarmasını alqışladılar

    ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan tərəfinin erməni hərbi qulluqçular – Robert Vardanyan, Samvel Şuxyanın və Seran Tamrazyanı geri qaytarmasını alqışlayıblar.

    “Report” xəbər verir ki, bu barədə Minsk qrupu həmsədrlərinin – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) bəyanatında bildirilir.

    Həmsədrlər hər iki tərəfi əsirlərin, müharibə zamanı həlak olanların meyitlərini qarşılıqlı formada qaytarılması prosesini tamamilə və operativ şəkildə başa çatdırmağa çağırıblar.

  • Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb – FOTO

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfəri başa çatıb.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

  • Ermənilər etiraf etdilər – Azərbaycan ərazisidir!

    Ermənilər də Xudavəng məbədinin Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu etiraf edirlər. Lakin məbəd kompleksini Azərbaycan ərazisində ermənilərin tikdiyinə və onlara məxsus olduğuna dair yalanlara yalnız özlərini və onlara havadarlıq edənləri inandırıblar. Azərbaycana qarşı ərazi iddiası ilə dünya ictimaiyyəti qarşısında çıxış edən bu arameilər hələ də anlamırlar ki, ABŞ Rusiya Fransa və digər dövlətlərin diqqətini yalanları peşəkar şəkildə sırıdıqları üçün çəkiblər. İmperialist dövlətlər bu köçəri tayfaları eldən-elə köçürə-köçürə müəyyən qədər də olsa öz məqsədlərinə çatıblar. Bu məqsədlərin xaricində isə həmişə olduğu kimi yenə də ermənilər qaldılar.

    Görünən odur ki, havadarları erməniləri Azərbaycanın Qarabağ və ətraf rayonlardakı qədim abidələrinə, kilsə və məbəd komplekslərinə sahib olduqlarına bu dəfə də yalnız inandırmaqla kifayətləndilər. Azərbaycanda yaşayan bütün xalqların İslamiyyətdən əvvəlki dini etiqadı Alban xristianlığı olub. Qafqaz Albaniyasının Azərbaycan ərazilərində yaşayan udilər bu dini etiqadlarını dövrümüzə qədər gətiriblər.

    Alban-Udi dini icmasının nümayəndələri Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksində Pasxa bayramını özlərinə məxsus dini ayinlərini icra etməklə həyata keçiriblər. Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bunu işğaldan azad olunan ərazilərdə təkcə infrastrukturun bərpası yox, həm də mənəvi ruhun oyanışı kimi xarakterizə edib.

    Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov isə burada vəhdəti bütün dillərdə icra edilən ayinlərdə və dualarda gördüyünü deyir. Tolerantlıq isə yalnız Azərbaycana xas olan ən uca mənəvi dəyərdir.

  • Qəbələdə yol qəzasında üç nəfər ölüb, daha üç nəfər ağır xəsarət alıb

    Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Qəbələ rayon Bum kənd sakini Tərlan Tapdıq oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Göyçay rayon sakini Nəsib Şakir oğlunun (soyadı dəqiqləşdirilir-red) sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobil toqquşub.

    Nəticədə “VAZ-2107”-də olan 1964-cü il təvəllüdlü Vilayət Baxış qızı Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada vəfat orada keçiniblər. “VAZ-2017”də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.

    Faktla bağlı araşdırma aparılır.

  • Число покинувших Армению воздушным путем граждан значительно превышает прибывших

    За первые четыре месяца 2021 года пассажиропоток в двух аэропортах Армении (“Звартноц” и “Ширак”) составил 405 105 человек.

    Об этом news.am сообщила пресс-секретарь международного аэропорта “Звартноц” Сатеник Ованнисян.

    Пассажиропоток в январе составил 64 296 человек (прибыли 31 052, отбыли 33 244).

    В феврале текущего года этот показатель был на уровне 90 198 пассажиров (прибыли 31 901, отбыли 58 297).

    В марте 2021 года данная цифра составляла 116 481 человек (прибыли 42 283, отбыли 74 198), а в апреле – 134 130 (прибыли 58 978, отбыли 75 152).

    Таким образом, за 4 месяца 2021 года число прибывших граждан составляет 164 214 человек, а отбывших – 240 891.

    Получается, что отбывших из Армении воздушным путем за этот период на 76 677 больше, чем прибывших.

  • Ermənistanı tərk edən yerli vətəndaşların sayı ölkəyə gələnlərin sayını kəskin şəkildə üstələyib

    Cari ilin yanvar-aprel ayları ərzində Ermənistanın iki hava limanının (“Zvartnos” və “Şirak”) sərnişin axını 405 105 nəfər təşkil edib.

    Bunu “Zvartnos” beynəlxalq aeroportunun mətbuat katibi Satenik Ovannisyan bildirib.

    Onun sözlərinə görə, son dörd ay ərzində Ermənistana 164 214 nəfər ölkə vətəndaşı gəlib. 240 891 nəfər vətəndaş isə ölkəni tərk edib.

    Bununla da, Ermənistandan gedən yerli vətəndaşların sayı ölkəyə gələnləri 76677 nəfər üstələyib.

  • Игорь Коротченко: Ереван до сих пор отказывается передать Баку карты минных полей – ФОТО

    “Город Агдам полностью разрушен после почти 30-летней оккупации армянской армией”.

    Об этом написал главный редактор российского журнала “Национальная оборона” Игорь Коротченко в своем Telegram-канале:

    “Вокруг мины. Если их обнаруживают – обозначают вот такими указателями. Прошел на метр вперед – гарантированный подрыв. Карты минных полей Ереван до сих пор отказывается передавать Баку”.

  • İqor Korotçenko: “İrəvan minalanmış sahələrin xəritələrini Bakıya verməkdən hələ də imtina edir” – FOTO

    Ağdam şəhəri erməni ordusunun 30 ilə yaxın işğalından sonra tamamilə dağıdılıb.

    Bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün “Telegram” kanalında yazıb.

    “Ətrafda minalar var. Əgər onları aşkar edirlərsə, belə işarələrlə nişanlayırlar. Bir metr irəli getdinsə, partlayış təmin olunub. İrəvan minalanmış sahələrin xəritələrini Bakıya verməkdən hələ də imtina edir”, – deyə ekspert qeyd edib.