Month: May 2021

  • Azad Kəlbəcərdən bayram görüntüləri – FOTO

    Azərbaycanın alban-udi xristianları azad edilmiş Kəlbəcərdə – Xudavəng monastırında Pasxanı qeyd edib.

    Bu barədə məlumatı Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev özünün “Twitter” səhifəsində paylaşıb.

    Müvafiq görüntülərin əks olunduğu fotonu dərc edən diplomat bildirib ki, udilər Azərbaycan xalqının əzəli dövləti olan Qafqaz Albaniyasının birbaşa davamçıları və dünyanın ən qədim xristianlarındandır.

  • Güclü külək Cəlilabadda fəsadlar törədib

    Ölkə ərazisində müşahidə olunan güclü külək Cəlilabad rayonunda bir sıra fəsadlar törədib.

    “Report”un Muğan bürosunun məlumatına görə, təbiət hadisəsi rayonda bir sıra fəsadlara səbəb olub.

    Belə ki, bu gün səhər saatlarından etibarən rayon ərazisində hökm sürən külək və leysan yağışlar bəzi kəndlərində elektrik enerjisi xəttlərini sıradan çıxarıb.

    Bu səbəbdən rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

    Xoşbəxtlikdən güclü külək nəticəsində hər hansı bədbəxt hadisə baş verməyib.

  • Али Асадов встретился с премьер-министром Грузии – ФОТО

    5 мая премьер-министр Азербайджана Али Асадов встретился с находящимся с визитом в нашей стране главой правительства Грузии Ираклием Гарибашвили.

    На встрече были обсуждены текущее состояние и перспективы взаимовыгодного сотрудничества между двумя странами в различных сферах.

  • Qəbələdə yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər ağır xəsarət alıb

    Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Qəbələ rayon Bum kənd sakini Eyyubov Tərlan Tapdıq oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Göyçay rayon sakini Yusifov Nəsib Şakir oğlunun sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobil toqquşub.

    Nəticədə “VAZ-2107”-də olan 1964-cü il təvəllüdlü Vilayət Baxış qızı Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada keçiniblər. “VAZ-2017″də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 26 yaşlı gənc yol qəzasında xəsarət aldı

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, avtomobillə motosikletin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Tural Muxtarov xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol pəncənin sınığı diaqnozu qoyulub.

  • Авария в Габале, есть погибший

    В Габале произошло ДТП со смертельным исходом.

    Об этом Report передает со ссылкой на Министерство по чрезвычайным ситуациям.

    Сообщается, что в селе Савалан столкнулись легковые автомобили Mercedes и ВАЗ. Прибывшие на место происшествия спасатели МЧС извлекли из деформированного ВАЗ тело Юсифовой Вилаят Бахыш гызы 1961 года рождения и передали по назначению.

  • Qəbələdə yol qəzası olub, ölən var

    Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Savalan kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Yusifova Vilayət Baxış qızının meyitini deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Gürcüstan quru sərhədi açır – YENİ QAYDALAR

    “Gürcüstan hökuməti ölkənin quru sərhədlərinin açılması üzrə iş aparır”.

    Median.Az azerforum.com-a istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.

    Onun sözlərinə görə, quru sərhədlərdə hava sərhədində tətbiq edilən qaydalardan istifadə nəzərdə tutulub.

    Qeyd edək ki, Gürcüstana hava sərhədindən daxil olan şəxslər son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim edir. Həmin şəxslər Gürcüstanda uzun müddət qalacaqları təqdirdə 3 günün tamamında öz hesablarına yenidən test yoxlamasından keçirlər.

    Azərbaycan və Gürcüstan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən pandemiya səbəbindən dayandırılıb.

  • İki doz peyvənd alanlar bir də peyvənd olunacaqmı?

    Böyük Britaniya payızda, yaşı 50-dən yuxarı olan ölkə vətəndaşlarına yenidən, yəni üçüncü peyvənd olunmağı təklif edəcək. Hazırda İngiltərənin Baş həkimi Kris Uitin rəhbərliyi altında iki peyvənd sınaqdan keçirilir.

    Peyvəndlərdən biri xüsusilə koronavirusun yeni ştammlarına qarşı effektiv olacaq. Qeyd edək ki, Britaniyada hazırda “BioNTech”, “Pfizer” və “AstraZeneca” preparatları ilə vaksinasiya aparılır.

    Azərbaycanda isə vaksinasiya prosesi iki mərhələdə həyata keçirilir. Mütəxəssislər ölkənin epidemioloji durumuna görə vaksinasiya prosesinin hələki iki mərhələdə aparılmasını məqbul hesab edirlər.

    Maraqlıdır, yoluxma artsa və ya epidemioloji durum gərginləşsə, peyvəndləmənin üçüncü mərhələsi gündəmə gətirilə bilərmi?

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla sözügedən məsələnin hələ ki aktual olmadığını deyib:

    “Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi olsa, yəqin ki, Azərbaycanda da vətəndaşlar peyvəndləmənin üçüncü mərhələsinə cəlb edilə bilər. Belə bir qərar hələ ki gündəmdə deyil. Bu, epidemioloji vəziyyətdən asılıdır”.

    Məlumat üçün bildirək ki, Azərbaycanda əhalinin 15 faizi koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunub.Vaksinasiya olunmayanlar isə hələ ki, ölkə əhalisinin 85 faizini təşkil edir.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın statistikasına görə bu gün birinci mərhələ üzrə 7 957 nəfər, ikinci mərhələ üzrə isə 21 821 nəfər vaksinasiya olunub.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 milyon 566 min 106-dır. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578 144 təşkil edir.

  • DYP-dən küləkli hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ

    Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

    DYP-dən verilən məlumata görə, piyadalardan açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırılması xahiş olunur.

    “Paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır. Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki, avtomobilləri çoxmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik.