Month: May 2021

  • Излечившимся от COVID-19 может не прийти СМС-сообщение

    В Азербайджане излечившийся от коронавируса COVİD-19 пациент, который отказался от наблюдения участкового врача, может не получить SMS по окончании 14-дневного карантинного периода.

    Как передает Median.Az со ссылкой на Trend, об этом сообщили в Государственном агентстве по обязательному медицинскому страхованию.

    Было отмечено, что пациент с коронавирусом, которому назначают лечение в медицинском учреждении, тоже не получает SMS.

    Сотрудник пресс-службы МВД Азербайджана Нурлан Алиев сообщил, что если человек, указанный в качестве активного больного коронавирусом в приложении E-Təbib, покинет место проживания, то он будет привлечен к ответственности.

    “Гражданин числится на портале с момента регистрации в качестве активного больного коронавирусом. Только по истечении 14-дневного карантина с учетом состояния здоровья его имя удаляется с портала”, – добавил Алиев.

  • Bu şəxslərə özünütəcrid müddəti başa çatandan sonra SMS gəlməyə bilər

    Sahə həkiminin müaşhidəsindən imtina edən koronavirus xəsətəsinə 14 günlük karantin müddətinin başa çatması ilə bağlı SMS gəlməyə bilər.

    Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyindən bildiriblər. Qeyd olunub ki, bundan əlavə, koronavirusa yoluxmuş şəxsə tibbi müəssisədə müalicə təyin edilirsə, həmin vətəndaşa da SMS göndərilmir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə qeyd edib ki, adı E-Təbib tətbiqində aktiv koronavirus xəsətəsi kmi qeyd olunan şəxs yaşadığı ünvanı tərk edərsə, məsuliyyətə cəlb olunur: “Vətəndaş aktiv koronavirus xəstəsi kimi qeydiyyata düşdüyü andan portalda adı olur. Yalnız 14 günlük karantin müddəti bitəndən sonra sağlamlıq vəziyyəti nəzərə alınaraq onun adı portaldan çıxarılır”.

  • Əli Əsədov Gürcüstanın baş naziri ilə görüşüb – FOTO

    Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

    Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə edilib.

  • Ramazan ayının 23-cü gününün imsak, iftar və namaz vaxtları

    Sabah Ramazan ayının 23-cü günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 6-da imsak vaxtı saat 03:52-də, iftar vaxtı isə 19:56-dadır.

    Mayın 6-ı üçün namaz vaxtları:

    Sübh azanı 04:02
    Zöhr azanı 12:37
    Əsr azanı 17:35
    Məğrib azanı 19:56
    İşa azanı 21:07

    23-cü günün imsak vaxtı üçün duanı təqdim edirik:

    “Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!”

    Tərcüməsi: “İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • “Mediland”də xəstənin komaya düşməsi ilə bağlı araşdırma başladı

    Xəbər verdiyimiz kimi, Bakıda oynaq ağrıları üçün “Mediland” klinikasında MRT müayinəsi olunan 64 yaşlı Qəmzə Süleymanova komaya düşüb. Onun həyat yoldaşı Mirzə Süleymanov prokurorluğa müraciət edərək, hadisə ilə bağlı cinayət işi başlanılmasını və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini istəyib.

    “Qafqazinfo” məsələ barədə müraciətin ünvanlandığı Xətai Rayon Prokurorluğuna sorğu göndərib.

    Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, 12 aprel 2021-ci il tarixdə Mirzə Süleymanov həyat yoldaşı Qəmzə Süleymanovanın səhhətində yaranmış problemlə əlaqədar müalicəsi zamanı yol verilmiş həkim səhlənkarlığına görə Xətai Rayon Prokurorluğuna müraciət edib:

    “Müraciət üzrə hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırma zamanı həkim səhlənkarlığına yol verilib-verilməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Hazırda araşdırma aparılır”.

  • Bakıda istismara yararsız 108 bina var – RƏSMİ

    Bakı şəhəri üzrə meriyanın balansında olan 108 ədəd istismara yararsız bina mövcuddur.

    Trend-in məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Rəşid Ağayev deyib. Onun sözlərinə görə, hazırda BŞİH-in balansında 11 min ədəd çoxmənzilli yaşayış binası mövcuddur: “Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yarasız olması və insanların köçürülməsi barədə bizə artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, biz Nazirlər Kabinətinə də artıq müraciət etmişik”.

    Xatırladaq ki, bir neçə gün öncə Badamdar qəsəbəsində binanın üzlük daşının 14 yaşlı yeniyetmənin başına düşməsi nəticəsində bədbəxt hadisə baş verib. Həmin yeniyetmə bu gün dünyasını dəyişib.

  • Ağdaşda insident baş verib, xəsarət alan var

    Ağdaş rayonunda sakinlər arasında insident baş verib.

    Bu barədə “Report”a vəkil Bəhruz Bayramov məlumat verib.

    Onun sözlərinə görə, hadisə Pirkəkə kəndində qeydə alınıb.

    Vəkil deyib ki, davaya səbəb kənd bələdiyyəsinə məxsus örüş sahələrində heyvanların otarılması olub. Nəticədə bir neçə şəxs yaralanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

    Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Salyanda vəzifəli şəxs işdən çıxarılıb

    Salyanda vəzifəli şəxs işdən çıxarılıb.

    “Report” xəbər verir ki, Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Məhərrəmov Raqub Ərşad oğlu tutduğu vəzifədən azad olunub.

    Qeyd edək ki, R.Məhərrəmov daha əvvəl həmin Mərkəzdə mühasib işləyib. O, 2018-ci ildən Mərkəzin rəisi vəzifəsində çalışırdı.

  • Kolumbiyanın paytaxtında etirazlar zamanı 90-dan çox insan xəsarət alıb

    Kolumbiyanın paytaxtı Boqotada keçirilən küçə nümayişləri zamanı son sutkada 90-dan çox insan – 72 mülki şəxs və 19 polis xəsarət alıb.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhərin daxili işlər naziri Luis Ernesto Qomes bildirib.

    O, etirazçıların çərşənbə axşamı 15 stasionar polis postunu yandırdığını söyləyib.

    Boqota meri Klaudia Lopes ciddi iğtişaşlar fonunda şəhərə qoşun yeridilməsi ehtimalını rədd edib, lakin küçələrdəki şiddəti qınayıb və onun dayandırılmasını tələb edib.

    Kolumbiya Ombudsmanı ofisinin verdiyi məlumata görə, Kolumbiyada son bir həftədə etirazlar zamanı baş verən toqquşmalarda 18 etirazçı və 1 polis zabiti ölüb, 89 nəfər itkin düşüb.

    Kolumbiyada vergi artımlarına qarşı nümayişlər artıq ikinci həftədir davam edir.

  • Londonda G7-lərin iclasında Hindistan nümayəndə heyəti özünü təcrid edib

    Londonda “Böyük yeddilik” (G7) ölkələrinin XİN rəhbərlərinin görüşündə iştirak edən Hindistan nümayəndə heyəti iki üzvündə koronavirus aşkar edilməsindən sonra özünü tam təcrid edib.

    “Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin bu gün yaydığı bəyanatda deyilir.

    Xatırladaq ki, G7 ölkələrin xarici işlər nazirlərinin son iki ildə ilk əyani iclası mayın 3-dən 5-dək keçirilir.

    Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya XİN rəhbərlərindən əlavə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell, Avstraliya, Hindistan, Cənubi Koreya və CAR nümayəndələri, həmçinin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) baş katibi Lim Cok Hoi tədbirə dəvət edilib.