Month: May 2021

  • Salyan sakini intihara cəhd edib

    Salyan sakini özünə bıçaqla xəsarət yetirib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Salyan şəhərində qeydə alınıb.

    Belə ki, şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdiyev Şamil Heydər oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun xəsarətləri çox olduğundan yaralı cərrahiyyə şöbəsinə qaldırılıb.

    Ş.Mehdiyevin sözlərinə görə, o özü bıçaqla özünə xəsarət yetirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Аллахшюкюр Пашазаде поблагодарил ИСЕСКО за желание помочь реставрировать азербайджанские памятники

    Председатель Управления мусульман Кавказа (УМК) шейх-уль-ислам Аллахшукюр Пашазаде принял участие в международной конференции под названием “Взгляд в будущее сквозь призму жизненного пути Пророка”.

    Как сообщили Report в пресс-службе УМК, А.Пашазаде выступил на первом заседании международной конференции, проводимой под эгидой Его Величества короля Марокко Мухаммеда VI.

    Выступая на конференции, шейх-уль-ислам А. Пашазаде высоко оценил недавний визит высокопоставленной делегации ИСЕСКО на освобожденные территории Карабаха и намерение оказать практическую помощь в восстановлении религиозных и культурных памятников, разрушенных Арменией на территории Азербайджана.

    От имени государства и народа Азербайджана председатель СМБ еще раз выразил искреннюю благодарность международным организациям и странам, проявившим моральную поддержку и солидарность в борьбе за восстановление исторической справедливости.

  • QMİ sədri İSESKO-ya abidələrimizin bərpasına yardım istəyinə görə təşəkkür edib

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Peyğəmbər Sirəsindən gələcəyə doğru baxış” Peyğəmbər Sirəsində Sivilizasiya dəyərləri mövzusunda beynəlxalq konfransda iştirak edib.

    QMİ-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Mərakeş Kralı Əlahəzrət Kral VI Məhəmmədin himayəsi altında keçirilən beynəlxalq konfransın ilk sessiyasında QMİ sədri A.Paşazadə çıxış edib.


    Beynəlxalq Konfrans İSESKO, Məhəmmədiyyə Üləmalar Liqası, İslam Aləmi Liqası, habelə Mədinədə yerləşən Məhəmməd Peyğəmbərin Sirəsi muzeyinin təşkilatçılığı ilə baş tutub. Tədbirin açılış mərasimində Pakistanın Baş Naziri İmran Xan, Böyük Britaniya şahzadəsi Çarlz, Ərəb Fikri Forumunun prezidenti, İordaniya əmiri Əl-Həsən bin Talal, Nigeriya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Muhammadu Buhari və BMT Sivilizasiyalar Alyansının yüksək nümayəndəsi Migel Anxel Moratinos fəxri qonaq statusunda çıxış-müraciətlər ediblər.

    Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına salamlarını yetirən Şeyxülislam A.Paşazadə mötəbər forumun yüksək səviyyədə təşkilinə görə təşkilatçılara – Salim Əl-Malikə, Əhməd Abbadiyə, Məhəmməd Əl-İsaya təşəkkürünü bildirib.

    QMİ sədri öz onlayn çıxışında səmavi dinlər üçün müqəddəs məkan olan Qüds-əl-Şərif ətrafında baş vermiş son hadisələrin, hər zaman olduğu kimi, mömin, inanclı insanlar üçün həssas məqam olaraq xüsusi önəm kəsb etdiyini vurğulayıb. Atəşkəs qərarını təqdir etdiyini bildirən Şeyxülislam A.Paşazadə müsəlmanların ilk qibləsi və Peyğəmbərimizin Meraca yüksəldiyi müqəddəs məkan olan Qüdsdə BMT qərarlarını əsas tutaraq sülh, ədalət və əmin-amanlığın bərqərarı üçün dualar edib, həlak olan dinc sakinlərə, xüsusilə, uşaqlara Allah-Təaladan rəhmət diləyib. QMİ sədri vurğulayıb ki, müqəddəs Qüds, özəl məkan olan Əl-Əqsa Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, əhli-Kitab üçün ibadət və dialoq məkanı olmalıdır. QMİ sədri bunun konfransın qayəsinə, Peyğəmbərimizin sirəsinə uyğun olduğuna diqqəti yönəltdi. O bildirdi ki, müqəddəs İslam dinimizi bəşəriyyətə çatdırmaq üçün Allah-Təala tərəfindən seçilmiş Peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın həyat yolundan bir daha bəhrələnmək üçün bir araya gəlmək olduqca vacib və Allaha xoş gedən əməllərdəndir.


    Konfransdakı çıxışında Şeyxülislam A.Paşazadə bu yaxınlarda İSESKO təşkilatının yüksək səviyyəli nümayəndə heyətinin işğaldan azad olunmuş Qarabağ torpaqlarını ziyarət etməsini, Azərbaycan ərazisində Ermənistan tərəfindən soyqırıma məruz qalmış dini-mədəni abidələrin bərpası işinə əməli yardım niyyətini yüksək təqdirə layiq hal kimi dəyərləndirərək minnətdarlığını bildirib. QMİ sədri Konfransın vurtual xitabət kürsüsündən Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etmək yönündə haqq mübarizəsinə mənəvi dəstək və həmrəylik nümayiş etdirən beynəlxalq təşkilatlara və dünya birliyi ölkələrinə Azərbaycan dövləti və xalqı adından bir daha səmimi təşəkkürünü ifadə edib.

    QMİ sədri qeyd edib ki, yaşadığımız mürəkkəb dövrdə qarşılıqlı əməkdaşlıq, həmrəylik nümayiş etdirilməsi, möhtaclara və zəiflərə dəstək verilməsi, insanlar üçün gələcəyə ümid işığı tutmaq sonuncu peyğəmbərimizin sirəsindən əxz edəcəyimiz ən önəmli dərslərdən biridir. Şeyxülislam A.Paşazadə çıxışının sonunda Peyğəmbər Mühəmməd Salavatullahın irsinə uyğun olan nüfuzlu tədbirin dünyada sülh və qardaşlıq amallarının daha artıq bərqərarına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.


    Beynəlxalq Konfransın sessiyalarında Misirin Baş Müftisi Şauki Əllam, Ouca Üləmalar Şurasının prezidenti, Mərakeş Üləmalar Ali Şurasının üzvü Mustafa Benhamza, Böyük Britaniya Oksford İslam Araşdırmaları Mərkəzinin direktoru Dr. Fərhan Nizami, İordaniya Al Əl-Beyt Universitetinin akademik məsləhətçisi Dr. Amer Əl-Hafi, Beynəlxalq Din və Diplomatiya mərkəzinin prezidenti Prof. Ceyms Patton, Kopt kilsəsinin Sudan patriarxı Anba Filoteus Farac, «Dinlər sülh uğrunda» təşkilatının baş katibi Azza Karam və başqa şəxslər çıxış ediblər.

    Dörd sessiyadan ibarət videokonfransın yekunlarına dair Bəyannamə qəbul olunub.

  • Millimiz Türkiyəyə uduzdu

    Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirib.

    “Report”un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olub.

    Alanyadakı Oba stadionunda oynanılan matç rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı Azərbaycan yığması açıb. 28-ci dəqiqədə Emin Mahmudov komandasını önə keçirib. 34-cü dəqiqədə Halil Dervişoğlu bərabərlik qolunu vurub. 44-cü dəqiqədə isə Kaan Ayhan fərqlənib.

    Qarşılaşma “Sumqayıt”ın futbolçusu Murad Xaçayev və “Qarabağ” klubundan Toral Bayramov üçün əlamətdar olub. Hər iki oyunçu ikinci hissədə meydana çıxmaqla yığmada debüt edib.

    Azərbaycan millisi iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.

    Qeyd edək ki, Türkiyə yığması AVRO-2020-dəki iki oyununu Bakıda keçirəcək. Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

  • Эстония прерывает прямое авиасообщение с Белоруссией

    Правительство Эстонии приняло решение прервать прямое авиасообщение с Белоруссией.

    Как передает Report со ссылкой на портал Delfi.

    Согласно решению правительства, воздушным судам Белоруссии, а также вылетающим с ее территории самолетам запрещено совершать посадку на территории Эстонии, а также взлетать из ее аэропортов или пролетать в воздушном пространстве Эстонии.

  • Estoniya Belarusla birbaşa uçuşları dayandırır

    Estoniya hökuməti Belarusla birbaşa uçuşları dayandırmaq barədə qərar qəbul edib.

    “Report” xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

    Hökumətin qərarına əsasən, Belarus təyyarələrinin, eləcə də onun ərazisindən səmaya qalxan təyyarələrin Estoniyada eniş etməsi, habelə hava limanlarından qalxması və Estoniya hava məkanında uçması qadağandır.

  • Ильхам Алиев поделился публикацией по случаю Дня Республики

    Президент Азербайджана Ильхам Алиев в своем аккаунте в Twitter поделился публикацией по случаю 28 Мая – Дня Республики.

    Как передает Median.Az, глава государства выложил фотографию с надписью с флагом Азербайджана на фоне города Шуша.

  • İlham Əliyev Respublika Günü ilə bağlı paylaşım edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün tvitterdəki hesabında 28 May – Respublika Günü ilə bağlı paylaşım edib.

    Median.Az xəbər verir ki, dövlət başçısının paylaşımında üzərində Azərbaycan bayrağı, Şuşa və 28 May – Respublika günü sözləri yer alıb.

  • Çempionlar Turu: Teymur Rəcəbov yarımfinalda

    Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan “The FTX Crypto Cup”da bu gün 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.

    “Report”un məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da bu raundda cavab görüşlərini keçirib.

    İlk gündə Niderland təmsilçisi Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən 34 yaşlı qrossmeyster bu dəfə görüşlərinin hamısını heç-heçə ilə başa vurub. Bununla da 2:2 hesablı heç-heçəyə nail olan Rəcəbov ilk oyun günündəki qələbə sayəsində yarımfinala adlayıb.

  • Сборная Турции вышла вперед в матче с Азербайджаном – ОБНОВЛЕНО

    На 45-й минуте встречи хозяева забили второй мяч и вышли вперед. Голом после подачи углового отличился капитан сборной Турции Каан Айхан.

    Спустя минуту после забитого мяча главный рефери дал свисток об окончании первого тайма и команды пошли отдыхать.

    ***

    Счет во встрече открыла сборная Азербайджана. На 28-й минуте после флангового паса Аббаса Гусейнова счет открыл Эмин Махмудов – 1:0.

    На 34-й минуте Дервишоглу ударом головой после подачи со штрафного сравнял счет в игре.

    ***

    Начался товарищеский матч между сборными Азербайджана и Турции.

    Встреча проходит в турецком городе Алания.

    Идет 15-ая минута матча, пока темп игры невысокий.

    ***

    Сегодня состоится товарищеский матч между сборными Турции и Азербайджана по футболу.

    Команды объявили стартовые составы на предстоящий матч.

    21:00 ТУРЦИЯ – АЗЕРБАЙДЖАН

    Аланья, стадион “Оба”. Главный судья – Гендж Нуза (Косово).

    Турция: Алтай Байындыр, Мерт Мулдур, Мерт Демирал, Чаглар Сеюнджю, Рыдван Йылмаз, Халил Акбунар, Оркун Кекчю, Тайлан Антальялы, Каан Айхан (к), Ченгиз Ундер, Халил Дервишоглу.

    Азербайджан: Эмиль Балаев, Максим Медведев (к), Бадави Гусейнов, Антон Кривоцюк, Аббас Гусейнов, Эльвин Джафаргулиев, Гара Гараев, Эмин Махмудов, Исмаил Ибрагимли, Намик Алескеров, Рамиль Шейдаев.