Month: May 2021

  • “Google” kvant kompüteri hazırlayacaq

    “Google” şirkəti kvant kompüterinin hazırlanmasına milyardlarla dollar vəsait yatıracaq. Bu haqda “The Wall Street Journal” nəşri məlumat verib.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, korporasiyanın nümayəndələri 2029-cu ilədək kommersiya kvant kompüterinin hazırlanması üzərində işləri başa çatdırmaq niyyətində olduqlarını bildiriblər. “Google” sözügedən kompüterin üzərində işləmək üçün Santa-Barbarada “Quantum AI” adlı yeni kampus açıb. Burada kvant məlumatlar mərkəzi, avadanlıqların tədqiqi laboratoriyası və kvant prosessorları mikrosxemlərinin istehsalı üçün müəssisələr yerləşir.

    Korporasiyanın yeni texnologiyanın hazırlanmasına və inkişafına “bir neçə milyard dollar” investisiya yatırmaq niyyətində olduğu jurnalistlərə məlum olub. Şirkətin nümayəndələri investisiyalara qoyulmuş xərcin çıxarılacağına əmindirlər, çünki yeni qurğu müasir kompüterin 10 min ilə yerinə yetirəcəyi hesablamalara 3 dəqiqə yarım vaxt sərf edir.

    Kvant kompüteri adi kompüterdən onunla fərqlənir ki, informasiyanı kubitlərdə emal edir və saxlayır. Kubitlər, həmçinin vahid və sıfırlardan ibarətdir, amma yalnız bu qiymətlərlə məhdudlaşmır. Hazırda “Google” şirkəti 100 kubitə əsaslanan sistemlərə malikdir.

  • Rövnəq Abdullayev: “Türkiyə Bakıdakı oyunlarda bizi sevindirəcək”

    “Türkiyə millisinə uğurlar arzulayıram”.

    “Report”un məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının Türkiyə seçməsinə 1:2 hesabı ilə uduzduğu yoldaşlıq matçından sonra jurnalistlərə açıqlamasında deyib.

    “İnanırıq ki, Romadan qələbə ilə qayıdacaqlar. Bakıdakı yaxşı oyunlarla bizi sevindirəcəklər”.

  • AFFA və TFF prezidentləri görüşdü

    Alanyadakı “Oba” stadionunda keçirilmiş Türkiyə – Azərbaycan oyunundan əvvəl AFFA prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının rəhbəri Nihat Özdemir arasında görüş keçirilib.

    “Report”un məlumatına görə, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi baradə fikir mübadiləsi aparılıb.

    Daha sonra xatirə hədiyyələri təqdim olunub.

  • Мевлут Чавушоглу: Да здравствует турецко-азербайджанское братство

    Министр иностранных дел Турции Мевлют Чавушоглу поделился на своей странице в Twitter публикацией о сегодняшнем товарищеском матче между сборными Турции и Азербайджана по футболу.

    Как передает Report, глава турецкого внешнеполитического ведомства написал: “В Аланье нет проигравшего. Да здравствует турецко-азербайджанское братство”, добавив символы флагов Турции и Азербайджана.

  • Mövlud Çavuşoğlu: “AVRO-2020-də öz evimizdə – Bakıdayıq”

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün tvitterdəki səhifəsində futbol üzrə Türkiyə və Azərbaycan yığmaları arasında Alanyada bu gün keçirilmiş beynəlxalq yoldaşlıq oyunu ilə bağlı paylaşım edib.

    “Report” xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri yazıb: “Alanyada itirən yoxdur. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. AVRO-2020-də öz evimizdə – Bakıdayıq! Can Azərbaycana ev sahibliyində uğurlar, bizim uşaqlar! milli komandalar”

    Mövlud Çavuşoğlu paylaşımına Türkiyə və Azərbaycan bayraqları nişanını da əlavə edib.

    Qeyd edək ki, Alanyanın Oba stadionunda oynanılan matç Türkiyə seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

  • İyunda 3 gün iş olmayacaq

    İyun ayında bayramlarla əlaqəli 3 qeyri-iş günü olacaq.

    Milli.Az bildirir ki, 15 iyun – Milli qurtuluş günü, 26 iyun isə Silahlı Qüvvələr Günüdür.

    Həmin günlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə qeyri-iş günləri hesab olunur.

    26 iyun şənbə gününə təsadüf etdiyindən həmin gün 28 iyunla əvəz ediləcək. Bununla da gələn ay ölkədə 3 (15, 26 və 28 iyun) qeyri-iş günü olacaq.

  • Hindistan “WhatsApp”dan yeni qaydaları ləğv etməyi tələb edib

    Hindistan “WhatsApp”dan istifadəçi siyasəti (“Facebook” sosial şəbəkəsi reklam hədəfi üçün messencerin auditoriyasının məlumatlarından istifadə edə bilər) üzrə tətbiq edilmiş dəyişiklikləri ləğv etməyi tələb edib. Məmurlar şirkətə gələn həftənin ortasınadək vaxt veriblər, əks halda hansısa addım atılacaq.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, “WhatsApp”ın yeni istifadəçi razılaşması mayın 15-dən qüvvəyə minib. İstifadəçi bu qaydalarla razılaşdığı halda “Facebook” mesajlara deyil, meta-məlumatlara giriş əldə edir.

    Bütün bunlar sosial şəbəkənin reklam “maşın”ına insanın portretini olduqca dəqiq çizməyə imkan verir. Hindistanda 450 milyon nəfər “WhatsApp”dan, 300 milyon isə “Facebook”dan istifadə edir. Yəni yeni qaydalar bu ölkədə “Facebook” tərəfindən emal edilən məlumatların həcmini ən azı 1,5 dəfə artıracaq.

  • NFC texnologiyasını dəstəkləyən poçt markası təqdim edilib

    Avstriya Poçt Xidməti tarixdə ilk dəfə NFC texnologiyasını dəstəkləyən poçt markası təqdim edib Çipdəki informasiya blokçeyndə saxlanılır. Şirkət bu yolla investorların kriptovalyutaya marağını cəlb etmək istəyir.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, poçt markasında balina təsvir edilib. Bu, Avstriya Poçt Xidməti tərəfindən təqdim edilmiş üçüncü kriptomarkadır. Məlumata görə, poçt markasına quraşdırılmış çip bağlamaların daha səmərəli işlənməsinə imkan verəcək. NFC çip xüsusi riderlər tərəfindən oxunula bilər. Bir sözlə, hər şey telefonda olduğu kimidir.

    Sözügedən poçt markası məhdud sayda (100 min ədəd) çıxarılıb. Qiyməti təxminən 12 dollar olacaq poçt markası iyunun 21-də satışa çıxarılacaq.

  • Rusiya Ermənistanı və Azərbaycanı problemləri danışıqlarla həll etməyə çağırır

    Rusiya Ermənistanı və Azərbaycanı ortaya çıxan bütün problemləri danışıqlar zamanı sülh yolu ilə həll etməyə çağırır.

    Median.Az xəbər verir ki, bu barədə Trend Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.

    Məlumata əsasən, mayın 27-də Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon danışığı keçirib. Telefon danışığı Toivo Klaarın təşəbbüsü ilə olub.

    Danışıq zamanı faydalı fikir mübadiləsi aparalıb, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət qiymətləndirilib:

    “Rusiya tərəfi ortaya çıxan bütün problemləri danışıqlar zamanı sülh yolu ilə həll etmək üçün tərəflərə müraciətini təsdiqlədi. Rusiya bu prosesə mümkün yardımları göstərməyə davam etməyə hazırdır”.

  • Azərbaycanda məşhur musiqiçi qəfil vəfat etdi

    Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar müəllim, tarzən Yusif Vəliyev vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva feysbukda məlumat verib.

    Y.Vəliyev 15.08.1952-ci ildə Ağdam şəhərində anadan olub. 1975-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını tar ixtisası üzrə bitirib. Y Vəliyev 1969 – 1970- ci illərdə Ağdam rayon Qaradağlı kənd Uşaq Musiqi məktəbində tar müəllimi, 1971-1976-cı illərdə Bakı şəhər 22 nömrəli Uşaq Musiqi məktəbində tar müəllimi və xalq çalığı alətləri şöbəsinin müdiri, 1976-1977-ci illərdə Lerik rayon Uşaq Musiqi məktəbinin direktoru, 1977-1994-cü illərdə Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyi Mədəniyyət işçiləri ixtisasartırma kursunun direktor müavini vəzifələrində işləyib. 1995-ci ildə Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə “Əməkdar müəllim” fəxri alıb.

    Bu arada, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Detaşe” violinoçular ansamblının rəhbəri Xalq artisti professor Zəhra Quliyevanın tələbələri Səbinə Muradovanın müşayiəti ilə Yusif Vəliyevin xatirəsinə həsr olunmuş musiqi nümunələri təqdim edib.

    Qeyd edək ki, Yusif Vəliyev məşhur QHT rəhbəri, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəylinin dayısıdır.

    Allah rəhmət eləsin!//oxu24.com