Month: May 2021

  • Türkiyə – Azərbaycan matçında üç qol vurulub – YENİLƏNİB + VİDEO

    Türkiyə – Azərbaycan oyunun ikinci hissəsi başladı.

    Türkiyə yığması bir top fərqi ilə qalib gəlir – 2:1.

    Qarşılaşma Türkiyənin Alanya şəhərində keçirilir.

    ***

    Median.Az xəbər verir ki, matçın 45-ci dəqiqəsində Kaan Ayhan Türkiyə millisini önə çıxarıb: 2-1

    ***

    Median.Az xəbər verir ki, matçın 34-cü dəqiqəsində Türkiyə milli komandası Halil Dervişoğlunun qolu ilə hesabı bərabərləşdirib : 1-1

    ***

    Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq oyunu başladı.

    Qarşılaşma Türkiyənin Alanya şəhərində keçirilir.

    ***

    Azərbaycan və Türkiyə milliləri arasında bu gün Alanyada keçiriləcək yoldaşlıq oyunu üçün heyətlər açıqlanıb.

    Komandalar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşə aşağıdakı tərkibdə çıxacaqlar:

    Türkiyə: 12. Altay Bayındır, 2. Mərt Müldür, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 7. Cengiz Ünder, 9. Halil İbrahim Dervişoğlu, 11. Halil Akbunar, 15. Taylan Antalyalı, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 22. Kaan Ayhan (k).

    Ehtiyat oyunçular: 1. Mərt Günok, 23. Gökhan Akkan, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 8. Kerem Aktürkoğlu, 10. Abdülkadir Ömür, 13. Umut Meraş, 14. Mahmut Tekdemir, 16. Enes Ünal, 17. Efecan Karaca.

    Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 17. Elvin Cəfərquliyev, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli.

    Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 3. Azər Salahlı, 4. Rahil Məmmədov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 10. Murad Xaçayev, 14. Hoccət Haqqverdi, 16. Sərtan Taşkın, 19. Təmkin Xəlilzadə, 21. Toral Bayramov, 22. Rəhim Sadıxov.

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə son 24 saat ərzində 219 465 nəfərin COVID-19 testi yoxlanıb.

    “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 8426 nəfər təşkil edib.

    183 nəfər isə koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 070 815 nəfərə çatdığı bildirilib. Onlardan 13 102 nəfəri son sutka ərzində sağalanlardır.

    Hazırda ölkə xəstəxanalarında 1504 nəfər ağır COVID xəstəsi müalicə alır.

  • Göyçayda pomidor qiyamı: Sərhəddəki tıxac və inhisarçılıq fermerlərin belini qırıb

    Göyçayda fermerlər məhsullarını satışa çıxarda bilmədikləri üçün çətinliklə üzləşiblər. Onlar buna etiraz əlaməti olaraq bu gün Göyçayın Ləkciplaq kənd inzibati ərazisində toplaşıblar.

    Sputnik Azərbaycan xəbər verir ki, rayonun ən böyük kəndlərindən olan Ləkciplaq kəndində tonlarla pomidor məhsulları alıcısız qalıb. Kəndlilər bunun səbəbini məhsullarını Rusiya bazarına cıxara bilməmələri ilə izah ediblər.


    Fermer Elman Mirzəliyev agentliyə açıqlamasında deyib ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə, şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib.

    Alıcı Əflatun Abdurrahmanov isə deyib ki, əslində Rusiya tərəfi məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. “Əgər ötən illərdə məhsullar Rusiya tərəfə vaqonlarda daşınırdısa, bu ildən yük avtomobilləri ilə daşınır. Avtomobillərlə sərhədi keçmək isə 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür. Bu səbəbdən də alıcılar təkrar məhsul alışı üçün geri qayıtmırlar”, – Abdurrahmanov deyib.


    O əlavə edib ki, digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır: “Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir”.


    Etirazçılar onu da qeyd ediblər ki, ölkədəki məmur-oliqarxların nəzarətində olan iri aqroklasterlər artıq inhisarçı kimi çıxış edirlər. Onlar özləri yüz hektarlarla sahələrdə istixanalar yaradaraq özləri kənd təsərrüfatı məhsulları istehsal edir və bazara nəzarəti əllərində saxlayırlar. Belə olan təqdirdə isə kiçik təsərrüfatları olan fermerlər heç bir gəlir əldə edə bilmirlər və müflisləşirlər.

    Xatırladaq ki, hər Göyçaydan tonlarla pomidor Rusiya bazarlarına satış üçün daşınır.

    2020-ci il dekabr ayının 10-dan etibarən Rosselxoznadzor Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyub. Buna səbəb idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlərin aşkar edilməsi olub.

    Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və iş adamlarının Rosselxoznadzor-la çoxsaylı təmasları sayəsində bir sıra müəssisələrdən Rusiyaya pomidor ixracını bərpa edə biliblər. Lakin bu icazə ölkədə istehsal olunan və Rusiya bazarlarını hədəfə alan pomidorla bağlı problemləri kökündən həll etmək üçün yetərli olmayıb.

    Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

  • Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq

    Bütün dünyanı cənginə alan koronavirus pandemiyası can almaqda davam edir. Ölüm halları isə bütün dünyada gündən-günə artmaqdadır. Təəssüf ki, bu bəla Azərbaycandan da yan keçmir. COVID-19 qurbanları sırasında ölkəmizdə tanınan insanlar da az deyil.

    Sputnik Azərbaycan koronavirusdan dünyasını dəyişənlərin siyahısını təqdim edir.

    Pandemiyanın yeni ayaq açdığı vaxtlarda Xalq artisti Teymur Mustafayev 82 yaşında koronavirusun qurbanı olub.


    Tanınmış jurnalist Fərman Bağırov da koronavirusdan dünyasını dəyişib. Mərhum jurnalistə edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev də COVID-19-dan dünyasını dəyişən məşhurlardandır.


    Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu da dünyasını dəyişib. Tanınmış ifaçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oynanılan tamaşalarda bir çox yaddaqalan obrazlar yaratmış Azərbaycanın Xalq artisti Sabir Əliyev də COVID-19-dan dünyasını dəyişənlər sırasındadır.



    Bununla yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov da koronavirusdan vəfat edib.

    Gənc müğənni Toğrul Həbibi də uzun müddət xroniki xəstəliklə mübarizə aparıb, amma koronavirusa qalib gələ bilməyib.


    Digər koronavirus qurbanlarından biri xalqın sevimlisi, gitaraçı Rəmişdir. Rəmiş bir müddət müalicə alsa da, vəfat edib.


    Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev 73 yaşında virusdan həyatını itirib.

    “Ağbaba” qrupunda fəaliyyət göstərən müğənni Faiq Tapdıqoğlu koronavirus səbəbindən həyatla vidalaşıb.

    Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni, Əməkdar artist Baloğlan Əşrəfov bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Daha sonra isə Türkiyədə yaşayan məşhur iş adamı, “Palmali” şirkətinin prezidenti, həmyerlimiz Mübariz Məsimovun maliyyə yardımı ilə qardaş ölkəyə aparılmışdı. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü. Beləliklə də ölümə qalib gələn Baloğlan Əşrəfov 69 yaşında koronavirusun qurbanı olub.


    Ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçməyib. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin 90 faizi “buzlaşmışdı”. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumub.


    Ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçməyib. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin 90 faizi “buzlaşmışdı”. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumub.


    Rəssam 4 ildir Türkiyənin Aydın bölgəsinin Karacasu Bələdiyyə başqanı Zeki İnalın dəvəti ilə rəsm işləri üçün Karacasu rayonuna getmişdi və orada işləyirdi. O, aprelin 25-də koronavirus diaqnozu ilə Nazilli dövlət xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, rəssam mayın 11-də vəfat edib.

  • Antibiotikləri ixtisara salmalı: Xəstəlik üstünə xəstəlik gətirən dərmanlara əlvida

    Rusiyanın “MİSiS” Elmi-tədqiqat texnologiya universitetində (ETTU) antibiotiklərin infeksiya ocağına dəqiq çatdırılması üçün nanohissəciklər hazırlanıb. İnstitut mütəxəssislərinin sözlərinə görə, bu cür nanomaterialların istifadəsi bəzi hallarda müalicə üçün tətbiq olunan antibiotiklərin həcmini 6-7 dəfə azaltmağa imkan verir. Bunu sayəsində orqanizm daha az yüklənir və xəstəlik törədicilərinin dərmanlara adaptasiyası sürəti də azalır.
    Təcrübələrin nəticələri “American Chemical Society Applied Materials Interfaces” məcmuəsində dərc olunub.

    Alimlərin sözlərinə görə, dünyada antibiotiklərdən istifadə genişlənir. Bu da xəstəlik hallarının artması, yeni infeksiyaların meydana çıxması və reseptsiz buraxılan dərmanlardan həkim nəzarəti olmadan istifadəsi ilə bağlıdır.

    Mütəxəssislər qeyd edir ki, antibiotiklərdən daim istifadə olunması mikroblarda həmin dərman vasitələrinə qarşı davamlılıq yaradır – hazırda ənənəvi antibiotiklərin əksəriyyəti bir çox bakterial xəstəlik törədicilərinə qarşı gücsüzdür.

    Lakin yeni antibiotikin hazırlanması üçün 10-20 il tədqiqat və kliniki təcrübələrin aparılması zəruridir. Dərman terapiyası isə hələ də infeksiyalarla əsas mübarizə metodu olaraq qalır.

    Problemin həlli yollarından biri mikroblara qarşı nanohibridlərdən istifadədir. Belə ki, bu maddələr xəstə üçün yan təsirlər olmadan xəstəlik törədicilərinin dərmanlara qarşı davamlığının öhdəsindən gəlməyə imkan verir.

    Alimlərin qənaətinə görə, bu preparatların əsas üstünlüyü antibiotikin dozasının azaldılmasıdır ki, bu da orqanizmin yüklənməsini aşağı salır və mikroblarda dərmanlara qarşı davamlılığı azaldır.

    Haqqında danışılan nanohissəciklər “MİSiS” ETTU, Tətbiqi mikrobiologiya və biotexnologiya dövlət elmi mərkəzi və Bax adına Biokimya İnstitutunun mütəxəssisləri tərəfindən birgə hazırlanıb. Onların sözlərinə görə, tərkibində gümüş hissəcikləri ilə heksogen bor nitritinə (h-BN) əsaslanan yeni nanohibrid bakteriyalar və göbələklər əleyhinə yüksək effektivlik nümayiş etdirib.

    “Ölçüsü 100 nanometr olan h-BN nano-hissəcikləri qazın kimyəvi çökdürülməsi yolu ilə alınır, sonra isə onun üzərinə Argentium nitratının ultrabənövşəyi parçalanma yolu ilə gümüş hissəciklər çökdürülür. Beləliklə, nanohissəciklərin daxili antibiotiklərlə doldurulur ki, onlar da preparat bədənə yeridildikdən sonra tədricən, doqquz gün ərzində orqanizmə çatdırılır”, – deyə tədqiqatın müəlliflərindən biri, “MİSiS” ETTU-nun “Qeyri-üzvi nanomateriallar” laboratoriyasının mühəndisi Kistina Qudz bildirib.
    Tədqiqatçılar qeyd edir ki, yeni nanohibridlər hazırda bazarda olan antibiotiklərdən daha az miqdarda bioloji aktiv maddədən istifadə etməklə bakteriya və göbələk populyasiyalarını məhv etməyə qadirdir. Bəzi hallarda bu fərq 6-7 dəfəyə çatır. Məsələn, E.Coli U-122 (bağırsaq çöpü növü) ştammına qarşı Gentamisin preparatının zəruri konsentrasiya miqdarı 256 mq/l olduğu halda, bu preparatla nanohibrid analoji nəticəni artıq 40 mq/l-də əldə olunur.

    “Gümüş hissəciklərindən istifadə bakteriyalar əleyhinə əlavə təsir yaradır. Gentamisinlə doldurulmuş nanohissəciklər bağırsaq çöplərinin 38 növünə qarşı səmərəli olub. Nanohissəciklərin üzərinə gümüş hissəcikləri çökdürüldükdən sonra isə onların sayı 47-yə çatıb”, – deyə Qudz bildirib.

    Bundan əlavə, alimlər bildirirlər ki, alınmış nanohissəciklər daha çox antibiotik “yükünü” daşımağa, asanlıqla qan-damar sistemindən hüceyrələrə və əksinə daxil olmağa, beləliklə də dərmanın yoluxma ocağına fasiləsiz çatdırılmasını təmin etməyə qadirdir.

    Mütəxəssislər bildirir ki, yeni preparat artıq 50-dən çox bakteriya və göbələk üzərində laborator testlərdən keçirilib.

    Hazırda mütəxəssislər yeni nanohibridlərin kliniki sınaqlara qədərki testləri ilə məşğuldurlar. Tədqiqat RHF № 20-19-00120 layihəsi çərçivəsində aparılır.

  • Теймур Раджабов в полуфинале Тура чемпионов

    Сегодня состоялись ответные партии стадии ¼ финала The FTX Crypto Cup – VI этапа Тура чемпионов, организованного чемпионом мира по шахматам Магнусом Карлсеном.

    Как передает Report, представитель Азербайджана Теймур Раджабов, в первый игровой день обыгравший представителя Нидерландов Аниша Гири со счетом 2,5:1,5, в этот раз свел все партии вничью. Таким образом, наш соотечественник пробился в полуфинал.

  • Valideynləri sevindirəcək qərar: Repetitora bir ətək pul xərcləmək lazım gəlməyəcək

    Günüuzadılmış qruplar dedikdə hər kəsin gözündə sovet dövrünün təhsil sistemi canlanır. Çünki Azərbaycanda günüuzadılmış qruplarla bağlı ənənə sovetlər birliyinin süqutundan sonra davam etmədi. Bəzi məktəblərdə beş-altı il əvvəl belə qruplar fəaliyyətə başlasa da, onların ömrü çox qısa oldu.

    Bu günlərdə isə Azərbaycanda “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası” təsdiqlənib. Bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Sənədin surəti artıq ümumi təhsil müəssisələrinə göndərilib. Qərara əsasən, qrup məktəbin tədris – maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq.

    Bəs görəsən, günüuzadılmış qruplar hansı funksiyanı yerinə yetirəcək? Onların sovet dövründəki günüuzadılmış qruplardan fərqi nədə olacaq?

    Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, günüuzadılmış qrupların yaradılmasında əsas məqsədlərdən biri işləyən valideynlərə dəstək vermək, həmin uşaqları iş gününün sonuna qədər məktəbdə saxlamaqla onlara ev tapşırıqlarının hazırlanmasında kömək etməkdir.

    Onun sözlərinə görə, şagirdlər məktəbdə olanda özlərini daha arxayın və rahat hesab edəcəklər:

    “Günüuzadılmış qruplarda şagirdlərin proqram materiallarını səmərəli mənimsəmələrinə dəstək məqsədilə ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət veriləcək, şagirdlərə müstəqil öyrənmə bacarıqları aşılanacaq, cütlükdə və kiçik qruplarda öyrənmə təmin ediləcək”.
    N.İsrafilov deyir ki, dövlət hesabına maliyyələşən bu qrupların yaradılmasında əsas məqsəd hər iki valideyni çalışan azyaşlı şagirdləri dərsdən sonra nəzarət altında saxlamaq, asudə vaxtlarını səmərəli təşkil etmək, ev tapşırıqlarının hazırlanmasına istiqamət verməkdir. Onun sözlərinə görə, burada vacib məqamlardan biri də odur ki, qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq. Tədris ili ərzində şagirdlərin qrupdan çıxması ilə bağlı qrupda şagird sayının azalması onun fəaliyyətinin davam etməsinə təsir göstərməyəcək”.

    Həmsöhbətimiz bildirir ki, günüuzadılmış qruplar hələ sovetlər birliyi dövründən mövcud olub və müasir dövrümüzdə də dünyanın inkişaf etmiş əksər ölkələrində onların fəaliyyətinə geniş yer verilir:

    “Əgər səhv etmirəmsə, təxminən 5-6 il bundan əvvəl təkcə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 300-dən bir qədər artıq məktəbdə 200-ə yaxın günüuzadılmış qrup fəaliyyət göstərirdi. Bu qruplara 4000-nə yaxın şagird cəlb olunmuşdu. Müəllimlər şagirdlərin qidalanmasına, onların gəzintiyə çıxarıldılmasına, şifahi və yazılı ev tapşırıqlarının hazırlanmasına nəzarət edirdi”.
    Təhsil eksperti Kamran Əsədov isə deyir ki, günüuzadılmış qrupların fəaliyyəti ev tapşırıqlarının məktəbdə, dərsdən sonra hazırlanmasından ibarət olmamalıdır. Onun sözlərinə günüuzadılmış qruplar əsasən qabiliyyət, yaradıcılıq tələb edən fənlər üzrə tədrisi özündə əks etdirməlidir. O bildirir ki, günüuzadılmış qruplar dərsdənkənar məşğələ kimi olmalıdır. K.Əliyev deyir ki, təəssüf ki, bəzi valideynlər günüuzadılmış qrupları yay məktəbləri ilə dəyişik salırlar.

    Ekspertin sözlərinə görə, günüuzadılmış qrupların fəaliyyətində əsas məqsəd şagirdlərə onlarda formalaşdırılması zəruri olan bacarıqları inkişaf etdirmək olmalıdır:

    “Bu rəsm, idman, şahmat və sairlə bağlı ola bilər. Günüuzadılmış qrup heç də o demək deyil ki, şagird dərsdə keçdiyi fənnləri təkrak keçəcək. Bu daha çox yaradıcılıq tələb edən sahələr üzrə uşaqlarda bu yöndə bacarıqları formalaşdırmaq məqsədi daşıyır. Yay məktəblərində isə Azərbaycan təhsil tarixində ilk dəfə həyata keçiriləcək. Şagirdlərdə bir neçə həftə ərzində elmi biliklər aşılanacaq. Yay məktəbləri ilə yanaşı günüuzadılmış qruplarda da şagirdlər könüllü iştirak edəcəklər. Günüuzadılmış qrupların fəaliyyəti dəstəklənəndir. Bu, həmçinin pandemiya dövründə uzun müddət virtual dərslərə qoşulan şagirdlərin ünsiyyəti baxımından da səmərəli olacaq. Çünki pandemiya dövründə rəsm, şahmat, idman kimi dərslər virtual keçirildiyindən, istedadlı şagirdlər öz bacarıqlarını nümayiş etdirə bilmədilər. Onların bərpası üçün bu addım vacibdir. Bu, işlədiklərinə görə övladının dərsləri ilə məşğul ola bilməyən valideynlər üçün də bir növ dəstəkdir”, – deyə K.Əliyev bildirir.

    Valideynlər də günüuzadılmış qrupların fəaliyyətinə sevinir. Valideyn Gülnar Səfərova deyir ki, işlədiyi üçün övladının dərsləri ilə məşğul olmağa vaxtı çatmır. Naəlac qalıb uşağını yaşadığı qəsəbədəki ibtidai sinif müəlliminin yanına hazırlığa qoyur: “Amma özüm işlədiyimdən uşaq hazırlığa gedib-gələnə qədər narahat qalıram”.

    Valideyn hazırlıq üçün ayda 100 manat ödədiyini, buna da maddi imkanı çatmadığını söyləyir. G.Səfərova bildirir ki, günüuzadılmış qrupların təşkili həm şagirdlər, həmçinin də valideynlər üçün səmərəlidir.

    Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, günüuzadılmış qruplara şagirdlər tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək. Qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq.//sputnik.az

  • Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır – REPORTAJ

    Bir ildən çoxdur ki, bağlı qalan Bakı Beynəlxalq Avtovağzal Kompleksi nəhayət ki, mayın 31-dən öz qapısını rayonlararası və şəhərlərarası səyahət edən sərnişinlərin üzünə açacaq. Bu gün Bakı Beynəlxalq Avtovağzalında keçirilən mətbuat konfransı da elə pandemiya dövründə şəhərlərarası və rayonlararası sərnişindaşımanın necə həyata keçiriləcəyinə həsr olunmuşdu.

    Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 31 may tarixindən etibarən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir. Onun sözlərinə görə, artıq Bakı Beynəlxalq Avtovağzalında sərnişindaşıma ilə bağlı hazırlıq işlərinə start verilib. Avtovağzalın ərazisi, avtobuslar, bilet kassaları və sərnişin gözləmə zalları dezinfeksiya olunur.

    Nuridə Allahyarova bildirib ki, Bakı və 56 regionun avtovağzallarında hazırlıq işlərinə başlanılıb. Onun sözlərinə görə, sərnişinlərdən COVID pasportu və ya digər sənəd tələb olunmayacaq. Amma hərarəti olan sərnişinlərin biletləri geri qaytarılacaq: “Pandemiya dövründə şəhərlərarası və rayonlararası sərnişindaşımaya icazə verilsə də, nəzərə almalıyıq ki, pandemiya başa çatmayıb. Ona görə də, bilet alan sərnişinlərin hərarəti ölçüləcək. Qızdırması və ya koronavirusa oxşar əlamətləri olan sərnişinlər tibb məntəqəsində yönəldiləcək. Biletləri isə geri qaytarılacaq, yaxud da başqa günə dəyişdiriləcək”.

    N.Allahyarova deyib ki, avtobuslarda sərnişinlər arasında ara məsafəsi olmayacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən avtobuslarda kondisionerlər maksimum dərəcədə qoşulmayacaq, havalandırma olacaq. Amma müəyyən temperatur həddi keçiləndən sonra kondisionerlər işə salınacaq.

    Qurum sözçüsü onu da bildirib ki, mayın 31-i günü Bakıdan və cənub avtostansiyasından 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir. Onun sözlərinə görə, həmin gün regionlararası 450 min sərnişinin daşınması planlaşdırılır: “Bu göstərici pandemiyadan əvvəlki sərnişindaşıma ilə bağlı rəqəmlərin 75 faizini təşkil edir. Yay ərzində rəqəmlərin artacağı gözlənilir”.

    N.Allahyarovanın sözlərinə görə, sərnişindaşımada gediş haqqı qiymətlərində heç bir dəyişiklik olmayacaq.

    Daha sonra jurnalistlər Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan hazırlıq işlərini izləyiblər.

  • Hərbi attaşelər dövlət sərhədindəki təxribat barədə məlumatlandırılıb

    Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün brifinq təşkil olunub.

    Brifinqdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov 27 may saat 03:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti, diversiya qruplarının dövlət sərhədimizi keçməsi, ərazilərimizin daxilində minalama işləri və digər təxribat əməllərini aparmağa cəhd göstərməsi barədə qonaqlara ətraflı məlumat verib.

    General-mayor H.Mahmudov qeyd edib ki, dövlət sərhədindəki insidentlə əlaqədar Azərbaycan tərəfi ictimaiyyəti dərhal və obyektiv məlumatlandırıb. Azərbaycandan fərqli olaraq Ermənistan isə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti məsələnin həqiqi mahiyyətindən yayındırmaq üçün bir-birini təkzib edən dezinformasiyalar yaymaqla məşğul olub.
    “Xüsusi qeyd edim ki, Ermənistanın törətdiyi təxribat məqsədyönlü xarakter daşıyıb və Azərbaycan Respublikasının suveren sərhədləri çərçivəsində baş verib. Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginlik yalnız danışıqlar yolu, sərhədin delimitasiya və demarkasiyası aparılmaqla həll olunmalıdır”, – deyə general-mayor H.Mahmudov bildirib.

    Sonda general-mayor H.Mahmudov qonaqları maraqlandıran sualları cavablandırıb.//sputnik.az

  • Sürücülərin NƏZƏRİNƏ: “Formula-1” ilə əlaqədar paytaxt yollarının müvafiq hissəsi daraldılacaq

    İyunun 4-6-da Bakıda keçiriləcək növbəti “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri sürətlə davam edir.

    Median.Az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, şəkildə qeyd olunan ərazidə görülən hazırlıq işləri ilə əlaqədar olaraq Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə və həmçinin Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişdiyi yerlərdə yolun hərəkət hissəsi mayın 27-i, gecə saatlarından etibarən sol tərəfdən iki zolaq qədər daraldılacaq.

    Sürücülərdən xahiş olunur ki, hazırlıq işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar. Göstərilən anlayışa görə əvvəlcədən təşəkkür edirik.