Month: May 2021

  • Bred Pitt məhkəmədə Ancelina Coliyə qalib gəldi

    Vaxtilə Hollivudun ən tanınmış cütlüklərindən olan Bred Pitt və Ancelina Coli artıq beş ildir ki, ayrılıblar. Bu müddət ərzində onlar uşaqlar üzərində qəyyumluq hüququ uğrunda məhkəmədə çəkişiblər.

    “Page Six” xəbər verir ki, nəhayət ki, məhkəmə Pitin xeyrinə qərar çıxarıb və uşaqlar üzərində validynlərin birgə qəyyumluq hüququnu təsdiq edib.

    Nəşr həmçinin Colinin təslim olmayacağı, qərardan şikayət verəcəyini də bildirib.

    Qeyd edək ki, Coli və Pitt altı uşağa sahibdirlər. Onlardan üçü övladlığa götürülüb.

  • İranda kriptovalyuta mayninqinə müvəqqəti qadağa qoyulub

    İran hökuməti ölkədə kriptovalyuta mayninqinin dörd ay müddətində qadağan olunması ilə bağlı qərar qəbul edib.

    Bu barədə “Reuters” məlumat yayıb.

    İran prezidenti Həsən Ruhani ölkə televiziyasının efirində bəyan edib ki, sözügedən qərar iri şəhərlərin elektrik təchizatında fasilələrə səbəb ola biləcək elektrik enerjisi çatızmalığı ilə əlaqədardır.

    “Qadağa bu andan etibarən sentyabrın 22-dək tətbiq olunur”, – deyən dövlət başçısı bildirib ki, ölkə üzrə hasil olunan kriptovalyutanın 85%-i müvafiq icazə olmadan mayninq edilir.

    Məlumat üçün bildirək ki, blokçeyn analizi ilə məşğl olan “Elliptic” şirkətinin məlumatına əsasən, dünya kriptovalyuta hasilatının 4.5%-i İranın payına düşür.

  • 81 qadını öldürən “Anqarsk manyakı” yenidən hakim qarşısına çıxdı

    Rusiyanın İrkutsk vilayətində “Anqarsk manyakı” kimi tanınan Mixail Popkova qarşı yeni cinayət işi açılıb.

    Bu barədə TASS yazıb.

    Bu gün Mixail Popkov hakim qarşısına çıxarılıb. Məhkəmə iclası qapalı rejimdə keçirilib.

    Qeyd edək ki, Mixail Popkov 1992-2010-cu illərdə 81 qadını öldürmək və daha üç qadını öldürməyə cəhd də ittiham olunur.

    2012-ci ildə həbs olunan “Anqarsk manyakı” iki dəfə ömürlük həbs cəzası alıb.

  • Yerdə güclü maqnit qasırğası gözlənilir

    27-29 may tarixlərində güclü maqnit qasırğası gözlənilir.

    URA.ru-nun məlumatına görə bu barədə RF MDU-nun O.Y.Şmidt adına Yer Fizikası İnstitununun əməkdaşı geoloji-mineraloji elmlər namizədi Aleksandr Jiqalin xəbərdarlıq edib.

    Onun sözlərinə görə, mayın 21, 22 və 25-də Günəşdə ciddi partlayışlar qeydə alınıb.

  • DYP-dən bayram günləri ilə bağlı AÇIQLAMA

    “Mayın 28-də Baş Dövlət Yol Polisi əməkdaşları adi iş rejimində xidmət aparacaq”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib.

    O bildirib ki, 28 May – Respublika Günü Bakıda və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək:

    “Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günü saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.

    İş adi günlərdəki kimi davam edəcək”.

    N.Piriyev deyib ki, texniki baxışla bağlı məlumat almaq üçün vətəndaşlar (012) 511 08 40 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

  • İyunda bayramlarla əlaqadar bu tarixlərdə qeyri-iş günü olacaq

    İyun ayında bayramlarla əlaqəli 3 qeyri-iş günü olacaq.

    15 iyun – Milli qurtuluş günü, 26 iyun isə Silahlı Qüvvələr Günüdür.

    Həmin günlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə qeyri-iş günləri hesab olunur.

    26 iyun şənbə gününə təsadüf etdiyindən həmin gün 28 iyunla əvəz ediləcək. Bununla da gələn ay ölkədə 3 (15, 26 və 28 iyun) qeyri-iş günü olacaq.

  • Yumşalmalar yoluxma sayını artıra bilərmi? – Nazirlikdən cavab

    Uzun müddətli karantin rejimi dövründə vətəndaşlarımızın adət etdiyi fərdi qorunma vərdişləri belə bir arzuolunmaz nəticələrdən kənar olmağa imkan verəcək.

    Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev deyib.

    O bildirib: “COVID-19 pandemiyasının davam etdiyi bir ildən artıq müddətdə müxtəlif dünya ölkələrində karantin rejiminin yumşalmalarının insanlarda “təhlükəsiz şərait” təəssüratını yaratdığının və belə bir vəziyyətdə insanlarda yaranan arxayınlığın COVID-19-un yayılmasının qarşısını almaqda həlledici rolu olan profilaktika tədbirlərinə (sosial məsafə, maskadan düzgün istifadə, qapalı otaqların havasının dəyişdirilməsi, əl gigiyenası, respirator etiket qaydaları, kütləvi tədbirlərdə olmaqdan çəkinmə) əməl edilməməsinə səbəb olmaqla xəstəlik hadisələrinin yenidən artmasına şərait yaratmasının şahidi olmuşuq. Lakin inanırıq ki, artıq uzun müddətli karantin rejimi dövründə vətəndaşlarımızın adət etdiyi fərdi qorunma vərdişləri belə bir arzuolunmaz nəticələrdən kənar olmağa imkan verəcəkdir”.

    V.Abdullayevin sözlərinə görə, may ayı ərzində COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunub və yoluxmalar ailə və qohumluq əlaqəsi olan insanlar arasında daha çox qeydə alınıb:

    “Bu da onu deməyə əsas verir ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkəmizin COVID-19 infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar”.

  • Mikayıl Cabbarov: “Vergi daxilolmaları üzrə proqnoz 132% icra edilib”

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun icrası 131,7 % təşkil edib.

    Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” sosial şəbəkəsində bildirib.

    “Büdcəyə nəzərdə tutulandan 780,7 milyon manat artıq vəsait daxil olub ki, bunun da 451 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür”, – o deyib.

  • “Formula 1” ilə əlaqədar Bakıda bağlanan küçə və prospektlər – SİYAHI

    Bakı Şəhər Baş Dövlət Yol Polisi (DYP) İdarəsi “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar paytaxt ərazisində bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlərin adlarını açıqlayıb.

    DYP-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, mayın 31-dən iyunun 8-dək “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar keçiriləcək tədbirdə Bakı şəhəri ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər aşağıdakılardır:

    “F1 halqası istiqamədində Keykab Səfərəliyeva, Rixard Zorqe, Aleksandr Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

    Afiyəddin Cəlilov – Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsindən sağa yalnız 28 May küçəsinə;

    20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə;

    Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə;

    Bakı-Zığ yolu – Nobel prospekti, eləcə də Hava Limanı – Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev – Babək prospekti, 10-cu Zavod Dairəsindən – Nərimanov rayonu ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə;

    Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.

    Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsindən iki istiqamətli hərəkət müəyyənləşdirilib”.

    “Avtomobil sürücülərindən 31 may-8 iyun tarixlərində mərkəz istiqamətində hərəkətlərini məhdudlaşaraq ictimai nəqliyyata üstünlük verməmələrini xahiş edirik”, – DYP-dən bildirilib.

  • В Баку 2 девушки напали на мужчину с ножом и ограбили его

    В Баку напали на частный дом.

    Об этом сообщили в пресс-службе МВД.

    Проживающий в поселке Маштага гражданин сообщил в службу 102, что 25 мая 2021 года около 04:00 двое неизвестных, проникнув в его дом, пытались ограбить его, нанеся ему удары металлическим ломом и ножом.

    Сотрудники 14-го отделения полиции Сабунчинского РУП немедленно приступили к расследованию инцидента. В результате проведенных ими оперативно-разыскных мероприятий по подозрению в совершении данных противоправных действий были задержаны жительницы Гянджи и Баку – Сяма Асадова и Диляк Ибрагимова.

    Они признались в совершении преступления, в том числе в присвоении ключей от автомобиля Mitsubishi потерпевшего.

    По данному факту возбуждено уголовное дело по соответствующим статьям УК АР. Расследование продолжается.

    “Не исключено, что это правонарушение – не единственное, совершенное налетчицами на территории столицы”,- отметили в пресс-службе ведомства.