Month: May 2021

  • Azərbaycanda bir gündə 6 nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 533 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 333 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 806 nəfər müalicə olunaraq sağalıb, 4 891 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 5620 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9369, bu günə qədər isə ümumilikdə 3 486 381 test icra olunub.

  • Ermənistanın Kəlbəcər istiqamətindəki təxribatı ilə bağlı etiraz BƏYANATI

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfinin Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atmasına etiraz olaraq bəyanat yayıb.

    Ombudsman Aparatının bəyanatında deyilir:

    “Rəsmi məlumatlara əsasən, 2021-ci il mayın 27-də saat 03:00 radələrində Ermənistan silahlı qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş terror-təxribat fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

    Təcavüzkar və sülhə təhdid olan siyasətindən hələ də əl çəkmək istəməyən Ermənistanın həmin kəşfiyyat-diversiya dəstəsinin üzvləri Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən müvafiq əməliyyat tədbirləri nəticəsində aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanılıb.

    Daha sonra səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Lakin Azərbaycan Ordusu tərəfindən görülən müvafiq tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.

    Ermənistan tərəfindən artıq bir müddətdir ki, iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçərək minalama və digər diversiya cəhdləri beynəlxalq hüquqa əsasən terror-təxribat əməli kimi qiymətləndirilir.

    Ermənistanın vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində basdırdığı minaların xəritələrinin verilməsindən imtina etməsi ilə bağlı tərəfimdən dəfələrlə beynəlxalq təşkilatlara narahatlığımızı bildirməyimizə baxmayaraq, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri beynəlxalq hüquq və humanitar hüququn norma və prinsiplərinin yenidən kobud şəkildə pozulmasıdır. Bu fakt Azərbaycan hərbçilərinin və mülki şəxslərin həyatı üçün ciddi təhlükə yaratmaqla bir daha Ermənistanın insan hüquqlarına qarşı açıq hörmətsizliyini nümayiş etdirir.

    Qeyd etmək istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu və digər ərazilərində Ermənistan ordusu tərəfindən işğal dövründə basdırılmış minalar hələ də insanların həyat və sağlamlığına ciddi təhlükə olaraq qalmaqdadır. Belə ki, həmin ərazilərdə pərakəndə şəkildə yüz minlərlə mina basdırılıb və cavabdeh ölkə olan Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi regionda vəziyyəti gərginləşdirir, sülhün və birgəyaşayışın təmin olunması prosesinə ciddi zərbə vurur, hərbçilərin və mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnir.

    Buna görə də Ermənistanın hazırkı siyasi və hərbi rəhbərliyinin beynəlxalq hüquq qarşısındakı öhdəliklərini dərk etməsi və insan hüquqlarına hörmətlə yanaşması üçün beynəlxalq səviyyədə təxirəsalınmaz tədbirlərin görülməsi olduqca vacibdir.

    Təəssüflər olsun ki, Ermənistanın bu və ya digər hüquq pozuntuları ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırılmasına baxmayaraq, çoxsaylı müharibə, sülh və insanlıq əleyhinə cinayətləri və terror əməlləri törətməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozan təcavüzkar Ermənistan dövlətinə qarşı beynəlxalq səviyyədə hər hansı bir formada təsirli tədbirlərin görülməsi hallarına rast gəlmirik.

    Bütün bunları nəzərə alaraq, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini Ermənistanın növbəti hərbi təxribatlara yol verməməsi, sülhü təhdid edən cəhdlərindən çəkinməsi, minalanmış ərazilərin xəritəsini mümkün olan qısa müddət ərzində verməsi, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın bütün şərtlərinə dönmədən əməl etməsi üçün təsirli tədbirlərin görülməsini təmin etməyə çağırırıq”.

    Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

  • Mingəçevirdə sahibsiz itləri güllələyən şəxs saxlanıldı

    Mingəçevirdə küçədə sahibsiz itlər güllələnib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 26-da şəhər ərazisində ov tüfəngi ilə sahibsiz itləri vurulması faktı ilə əlaqədar A.Şükürov müəyyən edilərək saxlanılıb.

    Ondan müvafiq sənədləri olan İJ-18 markalı ov tüfəngi aşkar edilərək götürülüb.

    Araşdırma aparılır.

  • Qazax sakinlərində narkotik aşkarlanıb

    Qazax rayon sakinlərindən narkotik vasitə aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Rəşad Əsgərov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada, narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

    RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Teymur İbrahimovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Ramiz Əzizbəyli COVID-19-a yoluxub, xəstəxanaya yerləşdirilib

    Azərbaycanın Xalq artisti, kino rejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.

    “Report”un xəbərinə görə, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

    Xalq artistinin xanımı Zümrüd Əzizbəyli “Report”a açıqlamasında bildirib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:

    “Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-a yoluxub, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”.

  • Şuşada yeni universitet açılması ilə bağlı məsələ qaldırıldı

    Milli Məclisin iclasında deputat Fəzail Ağamalı Azərbaycanda yeni universitetin yaradılması təklifi ilə çıxış edib.

    Deputat bildirib ki, yeni universitet Şuşada açılmalıdır.

    O, həmin ali təhsil müəssisəsinin Şuşa Mədəniyyət və İncəsənət Universiteti adlanmasını təklif edib.

  • Erməni general: “Azərbaycanlılar ordumuzun belini qırdılar”

    Erməni generalı Arşavir Qaramyan Ermənistan mətbuatına verdiyi müsahibədə etiraf edib ki, bu gün Ermənistan ordusu deyilən bir təsisat mövcud deyil:

    “Mənim üçün ərazi itkisindən daha ağrılı məqam Ermənistan silahlı qüvvələrinin onurğa sütununun sındırılmasıdır”.

    A.Qaramyan həmçinin qeyd edib ki, Ermənistan müharibədə ciddi insan itkisinə məruz qalıb və bu orduya vurulan ən ağır zərbədir.

    A.Qaramyan söyləyib ki, 44 günlük müharibədə Ermənistan ordusunun biabırçı məğlubiyyətinin bir neçə səbəbi var:

    “Biz bir müddət Ermənistan silahlı qüvvələri haqqında həqiqətə uyğun olmayan illüziyalarla yaşadıq. Çağırışlar səhv qiymətləndirildi və müvafiq islahatlar həyata keçirilmədi”.

    A. Qaramyan məğlubiyyətin səbəblərini sadalayarkən zirehli texnika və hava hücumundan müdafiə sistemində olan çatışmazlıqlardan, həmçinin, ordudakı təşkilatı işlərin aşağı səviyyədə həyata keçirilməsinə toxunub.

  • Naxçıvan dağlarında bəbir cəsədi aşkarlandı

    Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda bəbir ölüb.

    Bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyi məlumat yayıb.

    Məlumata görə, Ordubad rayonu ərazisində dəniz səviyyəsindən 1 915 metr hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkarlanıb:

    “Hadisə yerinə Naxçıvan MR təbiəti mühafizə və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib. Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb. Bəbirin ölümünün səbəbi təbii amillər, xüsusən də qar uçqunu olduğu nəticəsinə gəlinib. Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaq. Hadisə yerində olan dövlət təmsilçiləri cəsədin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə artıq götürüblər”.

    WWF Azərbaycan nümayəndəliyindən qeyd edilib ki, həmin bəbir əvvəllər kameralara düşməyib:

    “Təəssüf doğuran məqam isə də odur ki, tələf olan fərd dişi idi və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi. Təbiətin qanunları belədir – doğum olan yerdə ölüm də olur”.

  • “Amazon”un rəhbəri vəzifəsini tərk edir

    “Amazon”un təsisçisi Ceff Bezos səhmdarların illik toplantısında şirkətin baş direktoru vəzifəsindən gedəcəyini açıqlayıb.

    “Associated Press” xəbər verir ki, multimilyarder vəzifəsini iyulun 5-də tərk edəcəyini bildirib.

    O xatıraladıb ki, “Amazon” 1994-cü ildə məhz həmin tarixdə qeydiyyatdan keçib.

    Bezos öz yerini şirkətin icraçı direktoru Endi Yassiyə verəcək, özü isə onun yerini tutacaq.

    “Amazon” rəhbəri bu addımını digər şirkətlərinin idarəedilməsi üçün kifayət qədər zaman qazanmaq məqsədi ilə atdığını qeyd edib.

    Məlumat üçün bildirək ki, Ceff Bezos həm də “The Washington Post” nəşri, kosmik gəmi istehsalı ilə məşğul olan “Blue Origin” kimi şirkətlərin sahibidir.

    Həmçinin o, 8.45 milyard dollara məşhur Hollivud kinostudiyası Metro Qoldvin Mayeri də əldə etməyə hazırlaşdığını bəyan edib.

    Hazırda 57 yaşlı iş adamının ümumi sərvəti 167 milyard dollar həcmində qiymətləndirilir.