Month: May 2021

  • Bakıda evə basqın edən qadınlar saxlanıldı – VİDEO

    Bakıda evə basqın edən şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində yaşayan vətəndaş DİN-in “102” Xidməti-Zəng Mərkəzinə məlumat verərək bildirib ki, 25 may 2021-ci il tarixində gecə saat 04 radələrində evinə daxil olan 2 nəfər naməlum şəxs onun bədəninin müxtəlif nahiyyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.

    Hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıb. Hər iki şəxs törətdikləri hadisəni etiraf edib.

    Hadisə zamanı Səma Əsədova və Dilək İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Səma Əsədova və Dilək İbrahimovanın paytaxt ərazisində törətdikləri cinayətlərin sayının artacağı istisna olunmur.

  • Polis bu qadının axtarışına başladı

    Ağstafa rayon Mərcimək kənd sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova cari ilin may ayının 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, G.Salahovanın əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir, qara uzun saçları var.

    Evdən çıxarkən əynində qara idman paltarı, qara və ağ rəngli idman ayaqqabısı olub.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-22-5-25-52 şəhər və (099) 367-36-69 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • Azərbaycanda əhalinin 12 faizi peyvəndlənib

    Azərbaycanda əhalinin 12 faizi koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunub.

    Bu barədə koronavirusinfo.az saytında məlumat verilib.

    Vaksinasiya olunmayanlar isə hələ ki, ölkə əhalisinin 88 faizini təşkil edir.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın may ayının 27-nə olan statistikasına görə, ölkədə vurulan peyvəndlərin ümumi sayı 2 milyon 55 min 986, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 milyon 184 min 780, ikinci mərhələ üzrə isə 871 min 206 nəfər təşkil edir.

  • Koronavirusdan daha təhlükəli “qara kif” epidemiyası – sürətlə yayılır

    Hindistanda koronavirusun fəsadları nəticəsində yayılan mukormikoz (“qara kif”) epidemiyası daha bir ölkəyə sıçrayıb.

    Ölkənin qonşuluğunda yerləşən Banqladeşdə yeni xəstəliklə bağlı ilk ölüm qeydə alınıb.

    Məlumata görə, 65 yaşlı banqladeşli koronavirus müalicəsi bitdikdən sonra şəkər xəstəliyi və böyrək problemləri daxil olmaqla, bir sıra fəsadlara görə xəstəxanada olub. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Xatırladaq ki, Hindistanda mukormikozla əlaqədar yeddi ştatda “qara kif epidemiyası” elan edilib. Son məlumatlara görə, ölkədə 9000 nəfərdə xəstəlik tapılıb, 200-dən artıq insan buna görə həyatını itirib.

    Həkimlər “qara kif”in koronavirusdan daha təhlükəli olduğu barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ölüm səviyyəsi 94 faizə yüksələ bilər.

    Onu da qeyd edək ki, hindistanlı həkimlər infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözünü çıxarmaq məcburiyyətində qalıb.

  • Azərbaycan qazını Avropaya nəql edəcək boru kəmərinin tikintisi yubanır

    Tikintisi yubanan Yunanıstan – Bolqarıstan qaz kəməri (IGB) 2022-ci ilin iyun ayından tez istismara verilməyəcək.

    Bu barədə layihənin operatoru Boqarıstanın İCGB şirkəti bildirib:

    “Koronavirus pandemiyası, habelə Bolqarıstan ərazisində bəndin altından tikinti üçün ekoloji rəy almaq zərurəti IGB layihəsinin icrasında yubanmaya səbəb oldu”.

    Qeyd edək ki, Yunanıstanla Bolqarıstan arasında çəkiləcək 240 milyon avro dəyərinə malik boru kəmərinin 2020-ci ilin sonunadək hazır olacağı nəzərə tutulurdu. Belə ki, Şahdəniz yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın ildə 1 milyard kubmetrinin Bolqarıstana nəql ediləcəyi IGB kəməri TAP layihəsinə qoşulacaq. Bu barədə “Bulgargaz” dövlət şirkəti Şahdəniz konsorsiumu ilə 25 illik müqavilə imzalayıb. Nəticədə Bolqarıstanın təbii qaza ehtiyacının 25-30 faizi ödəniləcək.

    Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.

  • Lukaşenko Azərbaycan Prezidentinə təbrik məktubu yazıb

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

    Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ölkənin regionda mühüm rolu və beynəlxalq arenada artmaqda olan nüfuzu Sizin həyata keçirdiyiniz sabit, öz mənafelərini uğurla müdafiə edən güclü dövlətin yaradılmasına yönəlmiş kursun səmərəliliyini şəksiz sübut edir.

    Əminəm ki, Minsk ilə Bakı arasında səmimi dostluğa və qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan əməkdaşlıq yeni perspektivli layihələr və təşəbbüslərlə zənginləşərək möhkəmlənəcək və genişlənəcək.

    İcazə verin, mənim bu yaxınlarda baş tutmuş səfərim zamanı qonaqpərvər Azərbaycan torpağında səmimi qəbula və etimada əsaslanan dostcasına söhbətlərə görə Sizə bir daha təşəkkürümü bildirim.

    Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.

  • Президент дал указание Министерству образования в связи с Отечественной войной

    Я уже дал указание, чтобы в наши образовательные программы, школьные и университетские учебники истории обязательно была включена тема второй Карабахской войны. Сейчас соответствующие структуры, в том числе Министерство образования, работают над этим вопросом, точным изучением этой нашей славной истории.

    Об этом 27 мая заявил Президент Азербайджана Ильхам Алиев, принимая министра национального образования Турции Зию Сельджука.

    По словам главы государства, в международной прессе по-прежнему публикуется неверная и искаженная информация об Отечественной войне.

    “Поэтому мы должны донести реальные факты, эту основанную на правде историю как до наших граждан, так и до всего мира. Надеюсь, что данный вопрос найдет свое отражение и в турецких учебниках истории, в особенности учитывая, что Турция с первого момента войны оказывала Азербайджану большую политическую и моральную поддержку. Мой дорогой брат, президент Реджеп Тайип Эрдоган с первых минут, с первых часов выступал с заявлениями о том, что Турция рядом с Азербайджаном. Это имело огромное моральное и политическое значение. За 44 дня Азербайджан восстановил справедливость, свою территориальную целостность и покончил с 30-летней оккупацией”, – сказал Ильхам Алиев.

  • Prezidentdən Təhsil Nazirliyinə Vətən müharibəsi ilə bağlı GÖSTƏRİŞ

    “Mən artıq göstəriş vermişəm ki, bizim təhsil proqramlarımızda, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınsın. İndi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin”.

    Bu sözləri Prezident İlham Əliyev bu gün Türkiyənin Milli Təhsil naziri Ziya Selçuku qəbul edərkən deyib.

    Dövlət başçısının sözlərinə görə, beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir:

    “Ona görə, real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq. Xüsusilə, nəzərə alsaq ki, Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Əziz Qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Bunun çox böyük mənəvi və siyasi əhəmiyyəti olmuşdur. Azərbaycan 44 gün ərzində ədaləti, öz ərazi bütövlüyünü bərpa etdi və 30 illik işğala son qoyuldu”.

  • Caliber: Пашинян на грани нервного срыва – ВИДЕО

    И.о. премьер-министра Армении Никол Пашинян похоже начинает терять контроль над собой, своими эмоциями и действиями. Известный инцидент на приграничье, который по существу яйца выеденного не стоил, если бы стороны сразу сели за стол переговоров, превращается в основной рычаг его политики удержания власти.

    Об этом говорится в очередном выпуске аналитического проекта Caliber.

    По словам автора передачи, Пашинян пришел в себя после поражения в Карабахе, достал из чулана свою пресловутую многовекторность, которой он теперь открыто шантажирует Москву.

    “Суть его претензий в том, что ОДКБ, которая по сути является зонтичной организацией на основе российской гарантии безопасности, недостаточно оперативно реагирует на его обращения по поводу “азербайджанской агрессии”. Остальные члены организации не выступили с яростным осуждением действий Баку.

    Тут можно было бы отметить, что и Ереван никак не отреагировал на столкновение на границе двух других членов ОДКБ – Таджикистана и Кыргызстана. Но видимо по мнению Пашиняна, инцидент по важности не идет ни в какое сравнение с угрозой, которая прямо-таки нависла над Арменией. Впрочем, армянский эгоцентризм – особая тема.

    Между тем, Пашинян в своем стремлении прижать, как ему кажется, Москву к стенке, обещает обратиться с жалобой в Совбез ООН, если ОДКБ будет по-прежнему вести себя пассивно и настаивать на прямых переговорах с соседями. Ставка делается на интернационализации приграничного конфликта и в этом смысле опять разыгрывается карта Макрона, который согласился прислать в регион миротворцев. Но в Париже понимают, что на Южном Кавказе придется так или иначе столкнуться с другой натовской страной – Турцией. Что для Макрона крайне нежелательно”, – говорится в материале.

    Также отмечается, что Совбез ООН поглощен столкновениями израильтян и палестинцев, которые по масштабам, как ни печально для Пашиняна, не идет ни в какое сравнение с его приграничной “болью”.

    “Однако планы Макрона защищать армянские стратегические интересы пока вилами на воде писаны, а вот российские миротворцы фактически спасли Армению от тотального разгрома. В случае нагнетания Ереваном дальнейшего напряжения в Сюникской области они могут попасть в сложное положение, оказавшись в прямом смысле между двух огней. При этом в Москве очень хорошо это понимают, особенно в свете начинающейся избирательной парламентской кампании. Пашинян же практически стремится в угоду собственным предвыборным интересам скомпрометировать саму идею ОДКБ, де-факто порождая своими безапелляционными заявлениями неуверенность и у других членов организации. Впрочем, с самого начала ОДКБ была для него чем-то вроде “разменной монеты”, – говорится в материале.

    Подробнее – в видеосюжете Caliber.

  • “Caliber”dən növbəti təhlil: Paşinyan başını itirib – VİDEO

    Görünür, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan sadəcə özünə, emosiyalarına və fəaliyyətlərinə nəzarəti itirib. Sərhəddəki məlum hadisələr isə onun hakimiyyətdə qalma siyasətinin əsas rıçaqına çevrilir.
    Bu barədə “Caliber” Youtube layihəsinin növbəti təhlilində qeyd olunub.

    Videoda qeyd olunur ki, müharibədəki acınacaqlı məğlubiyyətdən sonra özünə gələn Nikol Paşinyan Moskvanı “çoxvektorluluq”la açıq şəkildə təhdid edir.

    Nikol Paşinyan bunu əslində Rusiyanın təhlükəsizlik zəmanəti əsasında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onun “Azərbaycanın aqresiyası” ilə bağlı müraciətlərinə kifayət qədər operativ reaksiya verməməsi, təşkilatın digər üzvlərinin Azərbaycanı kəskin tənqid edən açıqlamalarla çıxış etməməsi ilə izah edir.

    Lakin bu zaman da Ermənistanın KTMT-ya üzv digər iki ölkə Tacikistan və Qırğızıstan arasındakı toqquşmalara heç bir şəkildə reaksiya vermədiyini xatırlatmaq yerinə düşür. Görünür, Nikol Paşinyan həmin epizodun əhəmiyyət baxımından heç cür Ermənistan üçün yaranmış təhlükə ilə uyğun gəlmədiyini düşünür.

    Paşinyan həmçinin KTMT-nin əvvəlki kimi passiv davranacağı, daha doğrusu tərəfləri birbaşa danışıqlar aparmasına təkid edəcəyi halda BMT TŞ-ya müraciət edəcəyini deməklə, Moskvanı küncə sıxışdıracağını düşünür.

    “Caliber” qeyd edir ki, İrəvan həmçinin sərhəd münaqişəsini beynəlxalq səviyyəyə çıxarmaqla yenidən regiona sülhməramlı göndərməyə hazır olan Makron kartını oynamağa çalışır. Lakin elə Parisdə də gözəl anlayırlar ki, Cənubi Qafqazda bu və ya digər şəkildə başqa bir NATO ölkəsi Türkiyə ilə üz-üzə gəlməli olacaqlar. Bu isə Emmanuel Makron üçün qətiyyən arzuolunan deyil.
    “Caliber” həmçinin vurğulayır ki, Ermənistanı müharibədə total darmadağından xilas edən Rusiya sülhməramlıları İrəvanın Zəngəzurda gərginliyi artırmağa davam edəcəyi halda olduqca çətin vəziyyətdə, sözün əsl mənasında iki tərəfin atəşi altında qala bilər.

    Bunu isə Moskvada çox gözəl anlayırlar. Qarşıdan gələn seçkilərdə öz maraqlarını güdən Nikol Paşinyan hətta KTMT ideyasını belə ləkələməyə çalışır.

    “Caliber” bildirir ki, Nikol Paşinyanın Moskvaya qarşı yeni təhdidlərinin başqa bir səbəbi də var. Belə ki, Moskvada FTX tərəfindən Ermənistandakı seçki prosesini maliyyələşdirən erməni biznesmenlərlə görüş keçirilib. Erməni biznesmenləri bir araya toplamaq elə də çətin olmayıb. Çünki onların əksəriyyəti eks-prezident Robert Koçaryan tərəfindən hədiyyə olunmuş silahların sahibi kimi Rusiya DİN-in qeydiyyatındadır. Həmin görüşdə Moskva erməni biznesmenlərə siyasi cəhətdən düzgün davranış qaydalarını xatırladıb.

    Sonda isə “Caliber” Paşinyanın əlində daha bir kartın olduğunu göstərir – hərbi vəziyyət elan etmək və seçkiləri təxirə salmaq.

    Ətraflı videoda: