Keçən ilin son aylarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin işçilərlə icbari sığorta müqaviləsi bağlamalarına nəzarəti “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən həyata keçirir.
Nazirlikdən “Report”a verilən məlumata görə, həmin müqavilə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını nəzərdə tutur.
Ötən dövrdə e-sistem üzərindən həyata keçirilən nəzarət zamanı 72 işəgötürənin icbari sığorta müqaviləsi bağlamadığı və ya sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada xitam verildiyi aşkar edilib. Xidmətin qanunvericiliyin tələbləri əsasında gördüyü tədbirlər nəticəsində onların hər birinin işçilərlə icbari sığorta müqaviləsi bağlamaları təmin olunub.
Habelə, 156 işəgötürənin bu sahədə inzibati xəta hallarına yol verdikləri aşkarlanıb və onlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
Qeyd edək ki, İcbari Sığorta Bürosunun elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsisteminə inteqrasiyası bu sahədə e-sistem üzərindən operativ və effektiv nəzarətin təmin olunmasına imkan verib. Bu isə işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanan işçilərin sayında artımla nəticələnir.
İyunun 30-da, saat 15:00-da “Bakı-Pivə” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq online platformada – “Microsoft Teams” proqramı vasitəsilə keçiriləcək
Yığıncağın gündəliyinə şirkətin təftiş komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi, hesablama komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi, Müşahidə Şurasının sədri və üzvlərinin seçilməsi, 2019-2020-ci maliyyə ilinin nəticələrinə əsasən şirkətin 2019-2020-ci il üçün balans hesabatlarının, mənfəət və zərər hesabatalarıın təsdiq edilməsi, 2019-2020-ci maliyyə ilinin nəticələrinə əsasən dividendlərin ödənilməsi və qanun pozuntusu ilə əvvəlki dövrlərdə səhmdarlara ödənilmiş bütün dividendlərin geri qaytarılması məsələləri daxildir.
Xatırladaq ki, “Bakı-Pivə” 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,471 milyon manat, qanuni təmsilçisi isə Vyaçeslav Maltsevdir.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu 28 May Respublika Gününü ABŞ-ın tanınmış siyasi və ictimai xadimlərinin iştirakı ilə virtual şəkildə qeyd edib.
Konsulluqdan verilən məlumata görə, sosial şəbəkələr üzərindən yayımlanan tədbirdə ABŞ-ın Qərb ştatlarının siyasi xadimləri, eləcə də nüfuzlu din və icma rəhbərlərinin təbrik mesajları nümayiş etdirilib.
Azərbaycan və ABŞ-ın himnlərindən sonra çıxış edən Azərbaycanın baş konsulu, Los-Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev Azərbaycan tarixində olduqca əlamətdar hadisə olan ilk respublikamızın yaranması və bu respublikanın nailiyyətləri haqqında məlumat verib.
O, 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycanın bu gün dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edib. Baş konsul Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən ötən il işğal altında olan torpaqlarımızın azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə ağıllı texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinə start verildiyini diqqətə çatdırıb.
Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını vurğulayıb.
Kaliforniya senatoru Coş Nyuman (Josh Newman), Arizona senatoru J.D. Mesnard, Yuta senatoru Cin Deyvis (Gene Davis), Vaşinqton Senatının sədri (2015-2017), ştatın Pirs Vilayət Şurasının üzvü Pəm Rouç (Pam Roach), Kaliforniyanın Örvayn şəhərinin meri Farrah Xan (Farrah Khan) və San Dieqo Şəhər Şurasının sədri Stefen Uitbörn (Stephen Whitburn) Baş Konsulluğa göndərdikləri təbrik video-mesajlarında, ADR-in müsəlman dünyasının ilk demokratik respublikası və qadınlara ilk dəfə səsvermə və seçilmək hüququ verən dövləti olduğunu qeyd edərək, Azərbaycanın bu günkü müstəqil inkişafından, ABŞ ilə dostluq və tərəfdaşlıq münasibətlərindən, Kaliforniya və digər Qərb ştatlarının Azərbaycan ilə əlaqələrinin günü-gündən möhkəmlənməsindən bəhs ediblər.
ABŞ-ın və dünyanın ən böyük yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin rəhbəri Deyvid Harris (David Harris) və Los Ancelesdə yerləşən, 400 min üzvü olan nüfuzlu Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper (Abraham Cooper), Los Ancelesin ən böyük sinaqoqlarından olan Sinay Sinaqoqunun baş ravvini, “Newsweek” jurnalının sorğusuna görə ABŞ-ın ən nüfuzlu ravvini olan Deyvid Uolpe (David Wolpe), İran yəhudilərinin dünyadakı ən böyük təşkilatı olan İran Amerika Yəhudiləri Federasiyasının prezidenti Suzan Azizzadə (Susan Azizzadeh), ABŞ-dakı Asiya icmasının liderlərindən olan, FACE təşkilatının rəhbəri Hyepin İm, Xristian Liderləri Konqresinin prezidenti Conni Mur (Johnnie Moore), Yəhudi Respublikaçılar Alyansının təsisçisi Miç Silberman (Mitch Silberman), Kaliforniya Bəhai Şurasının üzvü Randolf Dobs (Randolph Dobbs), Pakistan Şurasının sədri Adnan Xan (Adnan Khan), Amerika Türk Assosiasiyaları Assambleyasının sabiq prezidenti Ergün Kırlıkovalı, Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının sədri Kimiya Məmmədova və digər xadimlər Baş Konsulluğa göndərdikləri təbrik video-mesajlarında, Azərbaycanın yüksək tolerantlıq mədəniyyətindən, multikulturalizm ənənələrindən, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə dinc birgəyaşayışından, bu sahədə Azərbaycanın bütün dünyaya nümunə olmasından danışaraq, öz səmimi təbriklərini çatdırıblar.
Tədbirdə, həmçinin, Heydər Əliyev Fondu tərəfindən Şuşada keçirilmiş “Xarıbülbül” musiqi festivalından Bayatı Şiraz muğamının ifası, eləcə də müxtəlif milli azlıqların ifasında səsləndirilmiş musiqi parçaları nümayiş etdirilib. Bundan başqa, Polad Bülbüloğlunun “Aman-aman ayrılıq” mahnısı Kaliforniyada yaşayan, tanınmış azərbaycanlı kamança ustası İmamyar Həsənovun ifasında yeni aranjimanda tamaşaçılara təqdim olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan “Report”a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Niderland Krallığının Limburq inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla Niderland Krallığının Limburq inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Niderland Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qusar rayonunun Cibir kəndində ümumi sahəsi 216 m² (hər mərtəbəsi 108 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 106 m² sahədə və dam örtüyü yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yer kürəsinə doğru “2021 JF1” adlandırılan asteroid yaxınlaşır.
“Report” xəbər verir ki, məlumatı NASA Tədqiqatlar Mərkəzi yayıb.
Təxminən 17 km/saat sürətlə hərəkət edən asteroid mayın 27-də dünyanın yaxınlığından ötüb keçəcək. Asteroidin diametri 94 metrdən 240 metrə qədərdir. Bu asteroid “Apollonlar” qrupuna aiddir.
“2021 KT1” adlanan ikinci asteroidin sürəti 18 km/saatdır. Alimlərin fikrincə, diametri 150 ilə 330 metr arasında olan kosmik obyektin 1 iyunda Yerə yaxınlaşacağı gözlənilir.
Unay Emeri UEFA Avropa Liqasını qazanan ilk baş məşqçi kimi tarixə düşüb.
“Report”un məlumatına görə, ispaniyalı mütəxəssis turnirin dördüncü dəfə qalibi olaraq, mütləq rekorda imza atıb. 50 yaşlı mütəxəssis bu dəfə “Vilyarreal”a titul qazandırıb. Onun komandası finalda İngiltərə “Mançester Yunayted”ini əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında üstələyib – 11:10. Daha 3 kuboku isə Emeri “Sevilya”da əldə edib.
Bu göstəricidə ikinci yerdə Covanni Trapattoni qərarlaşıb. Joze Mourinyo, Dieqo Simeone, Rafael Benites, Xuande Ramos və Luis Molovninin isə 2 kuboku var.
Qeyd edək ki, final qarşılaşması Polşanın Qdansk şəhərindəki “Enerqa Qdansk” stadionunda keçirilib.
В Азербайджане за минувшие сутки выявлены 220 новых случаев инфицирования коронавирусом, 533 человека вылечились и были выписаны домой.
Об этом 27 мая сообщает оперативный штаб при Кабинете министров.
За истекшие 24 часа от COVID-19 скончались еще 6 пациентов.
До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 333 317 человек, 4 891 – скончался, 322 806 – вылечились, 5 620 – находятся в активной фазе лечения в больницах особого режима.
В республике проведен 3 486 381 тест на COVID-19 (за последние 24 часа – 9 369).