Month: May 2021

  • Стрельба в Калифорнии, погибли восемь человек

    Восемь человек погибли в результате стрельбы в городе Сан-Хосе (штат Калифорния) в среду.

    Как передает Report со ссылкой на ТАСС, об этом сообщила газета Los Angeles Times со ссылкой на источники в правоохранительных органах.

    Газета не уточняет, входит ли в это число нападавший: ранее мэр города Сэм Ликкардо информировал о его ликвидации полицией. При этом Ликкардо говорил о нескольких пострадавших в результате стрельбы.

  • ABŞ-da atışma, səkkiz nəfər ölüb

    ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində baş verən atışmada səkkiz nəfər ölüb.

    “Report” xəbər verir ki, bu barədə “Los Angeles Times” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

    Bundan əvvəl şəhər meri Sem Likkardo cinayətkarın polis tərəfindən zərəsizləşdirilməsi barədə məlumat vermişdi. Likkardo əlavə edib ki, atışma nəticəsində bir neçə nəfər yaralanıb.

  • Alimlərdən İNQİLABİ ARAŞDIRMA: İtlər COVID-19-un qoxusunu hiss etdilər

    Xüsusi təlim keçən itlərin 94 faizi COVID-19 infeksiyasını aşkar edə bilirlər.

    Median.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu, İngiltərənin paytaxtı Londonda yerlən Gigiyena və Tropik Tibb Məktəbində (LSHTM) aparılan araşdırma zamanı məlum olub.

    Təlim keçmiş itlər simptomları olmayan xəstələri belə aşkar edə biləcəklər. Həmçinin onlardan sərhəddə və ya hava limanlarında istifadə ediləcək.

    Arasdırmanın son nəticəsində itlərin biyosensorlarının insan sağlamlığı məlumatlarını, habelə narkotikləri, qidaları və ya partlayıcı maddələri aşkar edə bildiyi xatırladılır. Qeyd edilir ki, itlər COVID-19-a səbəb olan Sars-CoV-2 nümunələrini 82-94 faiz nisbətində aşkar edirlər.

    Alimlər tədqiqat üçün insanların istifadə etdikləri paltarları və üz maskalarını itlərə iylədiblər. Testlərdən birində isə bu heyvanların 6-na COVID-19-a tutulan 200 nəfərin corabları iylədilib. Məlum olub ki, itlər çox dəqiq şəkildə COVID-19-un qoxusunu hiss edirlər. (publika.az)

  • Alyaskada uçuşlar üçün qırmızı təhlükə kodu elan olunub

    ABŞ-ın Alyaska ştatının hakimiyyət orqanları Böyük Sitkin vulkanının püskürməsi ilə bağlı aviasiya üçün qırmızı təhlükə kodu elan edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat vulkanları müşahidə Mərkəzinin (Alaska Volcano Observatory) saytında yer alıb. Məlumata görə, vulkan bu gün UTC vaxtı ilə saat 05:04-də (Bakı vaxtı ilə 09:04) püskürməyə başlayıb. Püskürmə bir neçə dəqiqə davam edib. Vulkandan havaya 4,5 min metr hündürlüyündə kül dumanı qalxıb.

    Qısamüddətli püskürmədən sonra vulkanın seysmik aktivliyi azalıb. Lakin Mərkəz yeni püskürməni istisna etmir. “Aviasiya kodu qırmızı olaraq qalır”, – deyə Mərkəzdən bildiriblər.

  • 5 yaşlı uşaq lobyadan niyə öldü? – Pediatr açıqlayır

    Lənkəranda 5 yaşlı uşağın lobya yedikdən sonra zəhərlənib ölməsi xəbəri bir çox valideynlərdə narahatlıq yaradıb. Axı niyə uşaq lobyadan öldü?

    Median.Az xəbər verir ki, vəziyyəti çox ağırlaşan uşağa həkimlər fovizm diaqnozu qoyublar.

    Pediatr həkim Vaqif Qarayev uşaqların lobyadan hansı səbəbdən öldüyünü və fovizmin nə olmasını açıqlayıb.

    “Fovizm irsi xəstəlikdir, uşaqda anadangəlmə ferment çatışmazlığnda yaranır. Bu uşaqlarda anemiya da olur. İrsi xəstəliklər uşaq doğulandan sonra vaxtında diaqnoz olunduqda belə uşaqları təhlükəsiz yaşatmaq olur. Fovizmdə paxlalı bitkilər, qidalar və bəzi dərmanlardan istifadə qadağandır.

    Uşaqlarda anemiyalar da çoxalıb. Ümumi qan analizini verməklə bunu ilkin diaqnoz etmək olar”. /medicina.az

  • Təhsil şöbəsinin müdiri vəzifəsi Vətən müharibəsi qazisinə tapşırıldı (FOTO)

    Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri səlahiyyətlərinin icraçısı məlum olub.

    Bununla bağlı Cəlilabad Rayon Təhsil Şöbəsi məlumat yayıb.

    Bildirilib ki, bununla bağlı əmr 26 may tarixində imzalanıb. Əmrə əsasən, bu vəzifə qurumun aparıcı məsləhətçisi Ağayev Ağaxan Çapar oğluna həvalə edilib.

    Qeyd edək ki, A.Ağayev Vətən müharibəsi qazisidir. O, Azərbaycan Ordusunun ötən il sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edib.

    O, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Cəsur döyüşçü” medalına layiq görülüb. Daha sonra təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, A.Ağayevə “II dərəcəli dövlət qulluqçusu” ixtisas dərəcəsi verilib.

    Xatırladaq ki, bundan əvvəl Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova olub. //oxu.az

  • Yunanıstan prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib

    Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    “Zati-aliləri.

    Milli bayramınız – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına tərəqqi və rifah arzularımı çatdırıram.

    Fürsətdən istifadə edərək ölkələrimiz arasında ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə daha da inkişaf etdirilməsi istiqamətində birgə işləyəcəyimizə ümidvar olduğumu bildirirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Bu təhsil müəssisələri iki diplom verəcək

    Xəbər verdiyimiz kimi, Azərbaycanda olan iki peşə təhsili verən müəssisəsinin bazasında Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi təsis ediləcək.

    Median.Az xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində yer alıb.

    Sənədə əsasən, sözügedən peşə təhsili müəssisələrində təhsilini başa vuran tələbələrə Azərbaycan və Türkiyənin milli qanunvericiliklərinə uyğun olaraq iki diplom veriləcək.

    Tərəflər bu peşə təhsili müəssisələri tərəfindən verilən diplom, transkript, sertifikat və digər sənədləri qarşılıqlı olaraq tanıyacaqlar.//ölkə.az

  • Nigeriyada göyərtəsində 160 nəfər olan gəmi çevrilib, onlarla insan itib

    Nigeriyada 160 sərnişin daşıyan gəminin çevrilməsi səbəbindən onlarla insan itkin düşüb.

    Median.Az xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

    Kebbi ştatının Nqaski rayonunun yerli hökumət dairəsinin sözçüsü Abdullah Buxari Vara bildirib ki, indiyə qədər yalnız 22 sərnişin sağ tapılıb, bir nəfər ölüb. O qeyd edib ki, hazırda itən şəxslərin axtarışları davam edir.

    Qeyd olunub ki, gəmi yalnız 80 sərnişin daşıya bilərmiş.\\Report

  • Сборная Азербайджана по футболу выиграла Украину

    Сборная Азербайджана по футболу (U 21) провела в Киеве первый матч в рамках турнира, посвященного памяти Валерия Лобановского.

    Подопечные Милана Обрадовича встретились со сборной Украины.

    Игра завершилась победой наших спортсменов. Автором единственного гола на 17-й минуте стал Муса Гурбанлы.

    Отметим, что завтра азербайджанские футболисты сыграют со сборной Узбекистана.