Month: May 2021

  • В Сумгайыте срубили около 30 деревьев – ВИДЕО

    Очередная вырубка деревьев в Сумгайыте была зарегистрирована на улице Зюльфи Гаджиева.

    Неизвестные лица срубили и вывезли около 30 деревьев.

    Во время расследования стало известно, это было сделано сотрудниками Управления по озеленению.

    Отмечается, что большинство из указанных деревьев относится к виду Туранга и вызывают аллергическую реакцию у людей.

    Подробнее об этом в сюжете Baku TV.

  • Salyanda ağır yol qəzası, bir ailənin 4 üzvü yaralandı

    Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, yol qəzası zamanı bir ailənin dörd üzvü – Neftçala rayonunun Muğanqışlaq kənd sakini, 1971-ci il təvəllüdlü Orucova Sədaqət Şamil qızı, onun Lənkəranda yaşayan qızı və nəvələri, 1995-ci il təvəllüdlü Orucova Aybəniz Elman qızı, 2015-ci il təvəllüdlü Oruczadə Şükufə Əliqəm qızı, 2017-ci il təvəllüdlü Oruclu Səid Əliqəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Polis keçmiş arvadını və baldızını bıçaqlayan şəxsi saxlayıb

    Şəmkir rayonunda yerli sakin keçmiş arvadını və onun bacısını bıçaqlayıb.

    Median.Az xəbər verir ki, 1977-ci il təvəllüdlü Gürzalı Alıyev mübahisə zəminində keşmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Şəlalə Tağıyevanı və onun bacısı, 1989-cu il təvəllüdlü Şəhla Süleymanovanı bıçaqlayıb.

    Hər iki qadın bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.//ölkə.az

  • Əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbulu proseduru müəyyənləşib

    Əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbul edilməsi və reabilitasiya tədbirlərinin həyata keçirilməsi proseduru müəyyənləşib.

    Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nda əksini tapıb.

    Qaydaya əsasən, əlilliyi olan şəxslərə Fərdi Reabilitasiya Proqramı əsasında göstərilən reabilitasiya xidmətlərinin uçotu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsistemi vasitəsilə aparılır. Müəssisəyə qəbula ən azı 2 iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və s.) göndərilir, eləcə də reabilitasiya müəssisəsinə əlilliyi olan şəxsin gəlmə tarixi və vaxtı barədə məlumat verilir. Əlilliyi olan şəxsin reabilitasiya müəssisəsində qalma müddəti Fərdi Reabilitasiya Proqramına əsasən reabilitasiya tədbirlərinin növü, xarakteri və həcmindən asılı olaraq müəyyən olunur.

    Reabilitasiya müəssisəsinə əlilliyi olan şəxslərin qəbul edilməsinə əks göstərişlər aşağıdakılardır:

    – xəstəliyin xüsusi stasionar müalicə tələb edən kəskinləşmə və yarımkəskin mərhələsi;

    – stasionarda müalicə tələb edən tez-tez kəskinləşməyə və dekompensasiyaya, residivə meylli ruhi xəstəliklər;

    – fəal fazada bədxassəli şişlər;

    – müxtəlif mənşəli kaxeksiyalar;

    – geniş trofik və yataq yaraları;

    – irinli-nekrotik xəstəliklər;

    – yoluxucu və zöhrəvi xəstəliklər.

    Qeyd olunan nəzərdə tutulmuş əks göstərişlər əlilliyi olan şəxsin reabilitasiya müəssisəsinə qəbulu zamanı aşkar edildikdə əlilliyi olan şəxs reabilitasiya müəssisəsinə qəbul edilmir. Həmin əks göstərişlər əlilliyi olan şəxsin reabilitasiya müəssisəsində olduğu vaxt aşkar edildiyi hallarda əlilliyi olan şəxsə reabilitasiya xidmətlərinin göstərilməsi dayandırılır. Bu hallarda əlilliyi olan şəxs reabilitasiya müəssisəsi tərəfindən müvafiq tibb müəssisəsinə göndərilir.

    Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirilmiş tədbirlər üzrə görülmüş işlərə dair məlumat reabilitasiya müəssisəsi tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda kağız daşıyıcıda Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyasına təqdim edilir.

  • Azərbaycan millisi Qran Prinin ən yaxşı komandası oldu

    Bakıda keçirilən paracüdo üzrə Qran Pri yarışı başa çatıb.

    Median.Az-ın xəbərinə görə, son gündə meydana çıxan səkkiz idmançımızdan yalnız üçü medal qazana bilib.

    Qadın millimizdə Xanım Hüseynova (-63 kq) qızıl və Zülfiyyə Hüseynova (-70 kq) gümüş medal qazanıb.

    Kişilərdə isə Hüseyn Rəhimli (-81 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib.

    İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev (+100 kq) iki görüş keçirsə də, onun zədəli olması və tam hazır olmaması özünü göstərib. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti də olan Zəkiyev hər iki görüşdə uduzub.

    Bununla da Paralimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan doqquz medal (üç qızıl, iki gümüş və dörd bürünc medal) qazanıb.

    Özbəkistan bu göstəricidə ikinci (iki qızıl, beş gümüş və üç bürünc medal) və Braziliya üçüncü (iki qızıl və iki bürünc medal) olub.//oxu.az

  • Azərbaycan klubu 36 yaşlı oyunçusu ilə müqaviləni uzatdı

    “Sabah” 36 yaşlı qapıçı Saşa Stamenkoviçlə yeni müqavilə bağlayıb.

    “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 1 ildir.

    Stamenkoviç bu komandada 2018-ci ildən çıxış edir. Serbiyalı qolkiper “Sabah”da ən çox oyun keçirən futbolçudur.

    O, bütün turnirlərdə cəmi 64 oyuna (60 oyun Premyer Liqada, 4 oyun ölkə kubokunda) çıxıb.

  • Türkiyədə koronavirusdan daha 166 nəfər vəfat edib

    Son 24 saat ərzində Türkiyədə koronavirusdan 166 nəfər vəfat edib.

    “Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, mayın 26-da yoxlanış məqsədilə götürülən 221 214 testdən 8738-i müsbət çıxıb.

    Sutka ərzində 12 205 nəfərin sağalması və ya karantin müddətinin bitməsilə bugünədək virusdan sağalanların ümumi sayı 5 057 713 nəfərə yüksəlib.

    Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 1561 nəfərdir.

  • Koviddən sağalanlar mütləq bu müayinələrdən keçsin – Həkimdən XƏBƏRDARLIQ

    Koronavirusa yoluxub sağalandan sonra mütləq sağlamlığı yenidən müayinə etmək, bəzi analizlərdən keçmək lazımdır.

    Median.Az xəbər verir ki, rusiyalı həkim Aleksey Dekonskiy xəstələrin mütləq ürək və damarları yoxlamasının vacibliyini bildirib.

    “Mütləq elektrokardioqramma, EXQ, holter monitorinqi, təzyiqin müşahidəsi, qanda xolesterin, lipid analizi verilməli, ayaqda və boyunda damarlar dopler olunmalıdır.

    Taxikardiya, təzyiq yüksəlməsi və gəzərkən təngnəfəslik varsa, mütləq kardioloq müşahidəsində olmaq lazımdır”.

    Xəstələr ən azı virusdan sonrakı 1-2 ildə ürək-damar sistemini nəzarətdə saxlamalıdır. /medicina.az

  • Омбудсмен проинформирует международные организации о нарушении Арменией режима прекращения огня

    «С 24 по 26 мая ВС Армении обстреляли позиции ВС Азербайджанской Республики в Кельбаджарском и Гедабекском районах со стороны Гегаркуникской области Армении. В то же время ВС Армении открыли огонь из автоматического оружия в направлении азербайджанского города Шуша.

    Как передает Report, об этом говорится в заявлении Аппарата омбудсмена.

    «Мы осуждаем любые попытки военно-политического руководства Армении создать новые очаги конфликта и угрожать правам человека в регионе, нарушая режим прекращения огня. Мы следим за ситуацией и будем информировать международные организации через отчеты, на основе полученной информации», – говорится в заявлении.

  • Ombudsman Ermənistanın atəşkəsi pozması ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq

    “Mayın 24-dən 26-dək Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Geharkunik bölgəsindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Kəlbəcər və Gədəbəy rayonlarındakı mövqeləri atəşə tutulub. Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhəri istiqamətində də avtomat silahlardan havaya atəş açıblar”.

    “Report”un xəbərinə görə, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.

    “Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəsi pozmaqla yeni münaqişə ocaqları yaratmaq və bölgədəki insan hüquqlarını təhdid edən hər cür cəhdini qınayırıq. Biz vəziyyəti diqqətdə saxlayırıq və əldə etdiyimiz məlumatlara əsaslanan hesabatlar vasitəsilə beynəlxalq təşkilatları məlumatlandıracağıq” – açıqlamada vurğulanıb.