Month: May 2021

  • 2021-ci ilin ilk Ay tutulması olub – YENİLƏNİB

    2021-ci ilin ilk Ay tutulması hadisəsi başa çatıb.

    Oxu24.com-un məlumatına görə, ay tutulması 3 saat 8 dəqiqə davam edib. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olub. Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.

    ***

    Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

    Median.Az unikal.org-a istinadən bildirir ki, tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.

    Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

    Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

    Qeyd edək ki, bu il 2 Ay tutulması hadisəsi olacaq. İkinci tutulma isə noyabrın 19-da qeydə alınacaq.

    

  • Keçmiş əri 30 yaşlı qadını qətlə yetirdi – VİDEO

    Gəncə şəhəri, Kəpəz rayonu Məmməd Xələfov küçəsində qətl hadisəsi baş verib.

    Şəhər sakini 1990-cı il təvəllüdlü Amanova Günay Ağamir qızı 1984-cü il təvəllüdlü Amanov Qafar Cavanşir oğlu tərəfindən qətlə yetirilib.

    Qadın yaşadığı evin qarşısında bıçaqla öldürülüb.

    İlkin məlumata görə, Günay Amanova Qafar Amanovla evil olub. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra təxminən 2 ay əvvəl rəsmi şəkildə ayrılıblar.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Sumqayıtda 30-a yaxın ağac kəsildi – VİDEO

    Sumqayıtda növbəti ağac kəsimi şəhərin Zülfi Hacıyev küçəsində baş verib.

    Belə ki, 30-a yaxın ağac naməlum şəxslər tərəfindən kəsilərək, aparılıb.

    Araşdırma zamanı məlum oldu ki, ərazidəki ağaclar Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən kəsilib.

    Onların əksəriyyəti allergik xəstəlik yaradan Turanqa ağacları olub.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Konte “İnter”dən getdi: Təzminat alacaq – YENİLƏNİB

    Milanın “İnter” klubu komandanı A Seriyasının çempionu edən baş məşqçi Antonio Konte ilə qarşılıqlı razılıq əsasənda yollarını ayırdığını açıqlayıb.

    Bununla bağlı klub rəsmi açıqlama yayıb.

    Bundan əlavə, “SKY İtalia” xəbər verir ki, razılaşmaya əsasən, Konte 7 milyon avro təzminat alacaq.

    Onun yerinə əsasə namizəd kimi “Yuventus”un keçmiş çalışdırıcısı Maksimiliano Alleqri və hazırda “Latsio”nun sükanı arxasında olan Simone İndzaqinin adı hallanır.

    20:10

    “İnter”in baş məşqçisi Antonio Konte yaxın vaxtlarda öz postundan ayrılacaq.

    Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

    Nəşr qeyd edir ki, mütəxəssisin klub rəhbərliyi ilə fikir ayrılıqları yaranıb. Belə ki, klub rəhbərliyi maliyyə böhranı ilə əlaqədar maaşları azaltmaq istədiyini bildirib. Konte isə bunun klubun ambisiyalarına zidd olduğunu və əksinə növbəti mövsüm uğur qazanmaq üçün heyətin gücləndirilməli olduğunu vurğulayıb.

  • Хасан Роухани поздравил Президента Азербайджана

    Президент Исламской Республики Иран Хасан Роухани направил Президенту Азербайджана Ильхаму Алиеву поздравительное письмо по случаю национального праздника – Дня Республики.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Уважаемый Президент.

    Сердечно поздравляю Ваше превосходительство, государство и народ дружественной и братской Азербайджанской Республики с национальным праздником страны – Днем Республики.

    С первых дней восстановления Вашей страной независимости Исламская Республика Иран и Азербайджанская Республика, как два добрых соседа, опираясь на исторические, культурные и религиозные узы, демонстрировали братские и добрососедские отношения на высоком уровне. Хочу выразить уверенность в том, что обе страны, воодушевленные нашей богатой культурой и древней историей, и впредь в соответствии с пожеланиями двух народов будут взаимодействовать в деле расширения сотрудничества, политических, экономических и культурных связей, укрепления регионального мира и стабильности.

    В заключение желаю Вашему превосходительству крепкого здоровья и успехов, а славному народу Азербайджанской Республики – добрых дней”, – говорится в письме.

  • Участник 44-дневной Отечественной войны назначен заведующим отделом образования – ФОТО

    Стало известно, кто будет исполнять обязанности заведующего отделом образования Джалилабадского района.

    Как сообщили в ведомстве, соответствущий приказ подписан 26 мая. На данную должность назначен ведущий консультант отдела Агахан Агаев.

    Следует отметить, что он является участником 44-дневной Отечественной войны, был ранен в боях.

    Согласно распоряжению Президента Азербайджана Ильхама Алиева А.Агаев награжден медалью “Отважный боец”.

    Напомним, что ранее данную позицию занимала Гаранфил Ахмедова.

  • Maksimum balı toplayan Ayxan Kazımov – FOTO

    Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 29-30 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, imtahan iştirakçıları arasında bir nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbin məzunu maksimal olan 300 balı toplayıb.

    Həmin şagird Ayxan Kazımovdur.

  • Şəmkir sakini keçmiş arvadını və baldızını bıçaqlayıb – YENİLƏNİB

    Şəmkir rayonunda yerli sakin keçmiş arvadını və onun bacısını bıçaqlayıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, 1977-ci il təvəllüdlü Gürzalı Alıyev mübahisə zəminində keşmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Şəlalə Tağıyevanı və onun bacısı, 1989-cu il təvəllüdlü Şəhla Süleymanovanı bıçaqlayıb. Hər iki qadın bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    20:49
    Şəmkir rayonunda 2 qadın bıçaqlanıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Kənd sakinləri olan Şəlalə Tağıyeva və Şəhla Süleymanova bıçaq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Ərdoğan: “İyunda ölkə üzrə normallaşmanı təmin etməyi hədəfləyirik”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ şirkətləri idarəçilərinin iştirakı ilə keçirilən onlayn görüşə qatılıb.

    “Anadolu” agentliyinin məlumatına görə, dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.

    Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərindən danışan R.T.Ərdoğan bəyan edib ki, Türkiyə hökuməti iyun ayında ölkə üzrə normallaşmanı təmin etməyi hədəfləyir.

    “Vaksinasiya prosesində 29 milyon doza səviyyəsinə yaxınlaşmışıq. Xüsusən də iyun ayında intensiv bir peyvənd kampaniyası keçirərək ölkəmizdə normallaşmanı təmin etməyi hədəfləyirik”, – deyə prezident bildirib.

    R.T.Ərdoğan pandemiyaya rəğmən Türkiyə iqtisadiyyatında əldə olunan uğurlardan da bəhs edib.

    “Böyük 20-lik ölkələri arasında Çindən sonra 1.8 faizlik yüksəlişlə iqtisadi böyüməni təmin edən ikinci ölkə olduq. Ənənəvi bazarlarımızdakı ciddi kiçilməyə baxmayaraq, ixracatda 170 milyard dollarlıq bir rəqəmə çatdıq”, – deyə dövlət başçısı qeyd edib.

  • Millimiz Ukraynaya qalib gəldi

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş turnirdə ilk oyununu keçirib.

    Milan Obradoviçin baş məşqçi olduğu kollektiv yerli komanda ilə qarşılaşıb.

    Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 17-ci dəqiqədə Musa Qurbanlı vurub.

    Turnirdə növbəti oyun mayın 27-də Özbəkistana qarşı olacaq.