Month: May 2021

  • “Caliber”: Ermənistanın Azərbaycanla sərhədində cəsəd hardan peyda olub? – VİDEO

    “Mayın 25-də Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan – Azərbaycan sərhədindəki atışma nəticəsində müddətdən artıq hərbi xidmətdə olan 1989-cu il təvvəllüdlü kiçik cavuş Gevorq Yuryeviç Xurşudyan öldürülüb”.

    “Caliber”in növbəti süjetində bu barədə məlumat verilir.

    Videomaterialda erməni hərbçisinin öldürülməsi ilə bağlı ölkənin Müdafiə Nazirliyi və İstintaq Komitəsinin fərziyyələrinin bir-birindən kəskin şəkildə fərqləndiyi qeyd olunur.

    Həmçinin məsələ ilə bağlı bütün mövcud faktlar təhlil edilir.

    Daha ətraflı “Caliber”in süjetində:

  • Владимир Путин поздравил Президента Азербайджана

    Президент Российской Федерации Владимир Путин в среду направил Президенту Азербайджана Ильхаму Алиеву поздравительное письмо по случаю национального праздника – Дня Республики.

    Об этом передает АЗЕРТАДЖ.

  • Putin Prezident İlham Əliyevi təbrik edib

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Milli bayramınız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Azərbaycan sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlara nail olub. Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır.

    Biz Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə strateji tərəfdaşlığı və səmərəli əməkdaşlığı hərtərəfli möhkəmləndirəcəyik.

    Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə firavanlıq və əmin-amanlıq diləyirəm”.

  • Azərbaycan əsgərləri daha bir qrup erməni hərbçini sərhəddən qovdu – VİDEO

    Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan – Ermənistan sərhədində təxribat törətmək istəyən düşmən əsgərlərini qovmağa davam edir.

    Bununla bağlı növbəti videogörüntülər sosial şəbəkələrdə yayılıb.

    Videoda görünür ki, təxribat törətməyə cəhd edən erməni hərbçilərinə Ordumuzun əsgərləri tərəfindən lazımi cavab verilir.

    Həmin görüntüləri təqdim edirik:

  • Rusiya pilotları Novqorodda UNO ilə qarşılaşdı – REN TV

    Novqorod bölgəsi üzərində uçan bir neçə təyyarənin pilotları bir anda naməlum uçan obyektin peyda olduğu haqda məlumat verib.

    Hadisə mayın 25-də Çudovo şəhəri yaxınlığında baş verib.

    Pulkovo hava limanına bir neçə Rusiya gəmisinin radarlarında qəribə bir obyekt göründüyü barədə xəbərlər gəlib. Yekunda heç bir hadisə baş verməyib. Sabit obyektin mənşəyi araşdırılır.

    Bundan əvvəl ABŞ hərbçiləri sualtı qayıqlarının dənizdə mənşəyi bilinməyən qəribə obyektləri qeydə aldığını bildirib. Eyni zamanda, senator Marko Rubio bu obyektlərin tez-tez qeydə alındığından və milli təhlükəsizliyə təhlükə yaratdığından onları araşdırmağın lazım olduğunu açıqlayıb.

  • Asim Mollazadədən enerji strategiyası ilə bağlı təklif: “Azərbaycanda günəş panelləri istehsal edilməlidir”

    ​​​​​​​

    “Biz Qarabağı yenidən cənnətə çevirmək, oradakı yaşıl təbiəti qorumaq üçün mütləq alternativ bərpa olunan enerjidən istifadə etməliyik”.

    Bu sözləri Milli Məclisin plenar iclasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

    O qeyd edib ki, alternativ bərpaolunan enerji ilə bağlı qanunun qəbul edilməsi işğaldan azad edilmiş torpaqlara sürətli qayıdış üçün zəruridir.

    Ölkə prezidentinin Qarabağa qayıdışla bağlı müvafiq göstəriş və strateji planlarını xatırladan millət vəkili, onların sürətlə həyata keçirilməsi üçün qanunvericilik bazasını yaratmağa məcbur olduğuqlarını qeyd edib.

    “Çünki Qarabağa qayıdış Azərbaycan xalqının ən böyük hədəfi və istəyidir. Bununla yanaşı, “Yaşıl Azərbaycan” layihəsinin də böyük önəmi var. Biz çalışmalıyıq ki, tədricən dünyanın inkişaf etmiş digər ölkələri kimi konvensional enerjidən elektrikin istehsalını alternativ bərpa olunan mənbələrlə əvəz edək, – deputat deyib.

    Azərbaycanın neft strategiyasının böyük uğur qazandığını vurğulayan Asim Mollazadə deyib:

    “Britiş Petroleum şirkəti neft strategiyamızın qurulmasında, istər “Əsrin müqavilə”ndə, istərsə də kəmərlərin inşasında bizimlə birlikdə olub. İndi Britiş Petroleum şirkəti öz strategiyasının 2030-cu ilə qədər konvensional enerjidən alternativ enerjiyə keçid olduğunu bəyan edib. Bilirsiniz ki, bu yaxınlarda Britaniyanın İxracat naziri Qraham Styuart Azərbaycanda olmuşdu. Azərbaycanın dövlət başçısı onunla görüşdə də qeyd etdi ki, Azərbaycan konvensional enerji sahəsində uğurlu strategiyasına baxmayaraq, hazırda öz strategiyasını məhz bərpa olunan enerji mənbələri istiqamətində dəyişdirir. Bu, ölkəmiz üçün çox strateji bir istiqamətdir”.

    Deputatın fikrincə, Azərbaycan alternativ enerji sistemlərinin istehsalına başlamağa çalışmalıdır: “Əgər artıq fermerlərimiz öz təsərrüfatlarında günəş panellərindən istifadəyə başlayıbsa, hətta evləri günəş panelləri ilə təchiz ediriksə, deməli, bu panellər Azərbaycanda istehsal edilməlidir. Bunun texnologiyaları o qədər də çətin deyil”.

    Asim Mollazadə əlavə edib ki, indi pilot layihələr var, beynəlxalq şirkətlərlə onların icrasına başlayırıq. Gələcək planlar Azərbaycanda bərpa olunan enerji mənbələrinə əsaslı keçid üzərində qurulmalıdır.

    Odur ki, millət vəkili “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun çox mühüm, ölkənin strategiyasını müəyyənləşdirən qanunlardan biri olduğunu deyib.

  • Azad edilmiş ərazilərə təkrar keçən 20 nəfər minaya düşərək ölüb

    Bu günədək işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərərkən inzibati qaydada həbs olunan şəxslərin sayı məlum olub.

    Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un “Hüququnuz var” verilişində bildirib ki, azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən 1 400-dən artıq şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində inzibati tənbeh görülüb.

    “Onların içərisində 20-dən artıq şəxs var ki, müxtəlif vaxtlarda polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində məhkəmənin qərarı ilə inzibati həbs tətbiq edilib. Daha sonra həmin şəxslər islah olunmayıb və azad edilmiş ərazilərə qanunsuz yollarla keçib və orada mina partlayışı nəticəsində ölüb”, – DİN rəsmisi deyib.

  • Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

    Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərar verib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.

    Müəyyən edilib ki:

    2021-ci il 31 may saat 06:00-dan:

    – açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir;

    – Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;

    – ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

    2021-ci il 10 iyun saat 00:00-dan aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir:

    – dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla);

    – iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla);

    – bu Qərarın 2.3-cü bəndi nəzərə alınmaqla idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan);

    – çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin.

    Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

    2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur.

    Bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə, həmçinin digər dövlət orqanları (qurumları) tərəfindən müəyyən edilmiş bütün tələblərə və metodiki göstərişlərə əməl edilməsi məcburidir.

    2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilir.

    Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

  • Milli komandamızın qapıçısı “Zirə”də

    “Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

    Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Cənnətovla 2 illik müqavilə bağlanılıb.

    Qeyd edək ki, 29 yaşlı qapıçı daha əvvəl Rusiyanın “Anji” və “Baltika” komandalarında, Azərbaycanda “Sumqayıt”da çıxış edib. Cənnətov Azərbaycan millisinin də üzvüdür.

  • Qapalı məkanlarda maska məcburidir – RƏSMİ

    q
    Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

    Qərarla açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir.

    Qeyd edək ki, qapalı məkanlarda maska taxmaq məcburiyyəti qüvvədə saxlanılıb.