Month: May 2021

  • В Лянкяране женщина умерла после родов

    В Лянкяранской центральной районной больнице зафиксирован факт смерти матери после родов, сообщает Oxu.Az.

    Жительница села Хюджю Фарида Ягубзаде (1993 г.р.) прошлой ночью родила ребенка путем кесарева сечения, а сегодня утром она умерла.

    Состояние новорожденного оценивается как нормальное.

    Родственники женщины утверждают, что она скончалась из-за халатности врача.

    У нее помимо новорожденного остались еще двое детей 4 и 5 лет.

    По данному факту ведется расследование.

  • Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb

    Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ana ölümü qeydə alınıb.

    Oxu.Az-ın məlumatına görə, dünən axşam saatlarında qeysəriyyə əməliyyatı keçirən Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə səhər saatlarında dünyasını dəyişib. Uşağın vəziyyəti normal qiymətləndirilir.

    F.Yaqubzadənin yaxınları qadının həkim səhlənkarlığı nəticəsində vəfat etdiyini iddia edirlər.

    Mərhumun yeni doğulan körpədən başqa 5 və 4 yaşlarında uşaqları var.

    Faktla bağlı araşdırma aparılır.

  • Suriyada prezident seçkiləri keçirilir

    Bu gün Suriya Ərəb Respublikasında prezident seçkiləri keçirilir.

    Vesti.ru məlumat verir ki, 18 milyondan çox vətəndaş iradəsinin ifadə edə biləcək.

    Seçki məntəqələri saat 07:00-dan 19:00-a qədər açıq olacaq.

    Koronavirus infeksiyası təhlükəsini nəzərə alaraq, Suriya rəhbərliyi əvvəlcədən lazımi sanitariya və profilaktik tədbirləri görüb. Bütün ölkə vahid dairəyə daxil olduğundan, vətəndaşlar hazırda olduqları hər vilayətdə səs verə biləcəklər.

    Suriyanın prezidentliyi uğrunda üç namizəd mübarizə aparır: favorit olan mövcud dövlət başçısı Bəşər Əsəd, Sosialist İttifaq partiyasından keçmiş millət vəkili Abdullah Sallum Abdullah və vətənpərvər müxalifətin nümayəndəsi Mahmud Əhməd Murai.

  • İcra başçısı həyat yoldaşına avtomobil aldı – YARIM MİLYON QİYMƏTİ VAR

    “Həbsxanada onu yoluxmağa getməmişəm. Vilyam Hacıyevin istintaqı hələ davam edir, bir yenilik yoxdur. Yəni camaatda nə məlumat varsa, mən də onu bilirəm. Allah qapısını açsın, nə deyim vallah”.

    Median.Az xəbər verir ki, Bbu sözləri açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İmişlinin keçmiş icra başçısı, əmisi oğlu Vilyam Hacıyevdən danışarkən deyib.

    O, həmçinin ölkədə korrupsiya faktı ilə tutulan digər icra başçılarından da danışıb:

    “Hazırda ölkədə korrupsiya ilə güclü mübarizə gedir. Burada icra başçıları, komitə sədrləri tutuldu. Zaman-zaman mən çalışmışam ki, mütəmadi olaraq bu problemləri dilə gətirim. Mən hər zaman Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun bütün qanunsuz əməllərini ifşa edirdim. Deyəndə ki, qaval çalan Şəmkir rayonunu yeyib dağıdır, süni görüntü yaradır, dövlətçiliyə xas olmayan hərəkətlər edir, məni topa tutdururdu. Çox şadam ki, dediklərim təsdiqini tapdı və o, əliqandallı Bakıya gətirildi”.

    Hafiz Hacıyev qanunsuz dövlət büdcəsini talamaq hallarının hələ də davam etdiyini vurğulayaraq, söhbət əsnasında hazırda vəzifədə olan bir neçə icra başçılarının da adını çəkib:

    “Məsələn yeni təyinat alan gənc icra başçılarını götürək. Xaçmazın yeni icra başçısı əvvəlki başçıya rəhmət oxudur. Qubanın icra başçısı rayonda at oynadır, hər vəzifəyə bir qiymət qoyub. Yoxsa, nə oldu, Qubaya təyin olunandan 3-4 ay keçmədi ki, arvadına 500 min manatlıq avtomobil aldı. Bir şəhidin qəbrini ziyarət, bir qaziyə yardım etmir. Heç bir şəhid ailəsini qəbul edib, onları dinləmir. Görünən odur ki, hazırda ölkədə kadr çatışmazlığı var”.

    Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev adı qalmaqallarda ən çox hallanan icra başçılarından biridir.

    Bir müddət əvvəl onun Çexiya, Ukrayna və Avropanın digər ölkələrində iri biznes şəbəkəsinin olduğuna dair faktlar, sənədlər yayılıb. Ziyəddin Əliyev 5 ildir ki, Quba Rayon icra başçısıdır.

    (Bizim.Media)

  • İngiltərədə azərbaycanlı cütlüyün 20 milyon dollarlıq sərvəti müsadirə oluna bilər

    Londonda yaşayan azərbaycanlı cütlük 20 milyon dollar məbləğində çirkli pulların yuyulmasında ittiham olunur.

    Onların bank hesablarındakı vəsaitləri və əmlakları müsadirə oluna bilər.

    İngiltərənin “Evening standard” nəşri Londonda bir neçə milyon funt sterlinq dəyərində əmlaka sahib olan azərbaycanlı cütlüyün adlarının açıqlanması uğrunda iki ilə yaxındır ki, mübarizə aparır.

    Artıq prosesə krallığın Cinayətkarlıqla Mübarizə Milli İdarəsi (NCA) də qoşulub.

    Qurum sözügedən cütlüyün adlarının açıqlanması üçün məhkəmə prosesinə tanınmış vəkil Conatan Hollu cəlb edib. Vəkil qarşı tərəfin anonimlik zərurətini əsaslandıra bilmədiyini onə çəkərək, məxfiliyin ləğvini tələb edib.

    C.Holl bildirib ki, azərbaycanlı xanım Britaniyada məhdud məsuliyyətli şirkətin direktoru vəzifəsində çalışıb və onun adı ictimaiyyətə açıq mənbələrdə qeyd olunub. Vəkilin sözlərinə görə, cütlük Azərbaycandan gələn maliyyə vəsaitləri üçün həmin MMC-lərdən istifadə edib, sözügedən əməliyyatlara dair kommersiya sənədlərində onların adları və imzaları da yer alıb. Belə vəziyyətdə isə cütlüyün biznes və maliyyə fəaliyyətlərinə dair hər hansı bir xüsusi məxfilik tələb oluna bilməz.

    Bundan əlavə, vəkil Holl cütlüyün məhkəmənin qapalı aparılması barədə vəsatətini də rədd edib və bunu “açıq ədalət prinsipinin pozuntusu” kimi qiymətləndirib.

    Proses çərçivəsində NCA həmyerlilərimizə aid 10 bank hesabında saxlanılan 6,5 milyon funt-sterlinq məbləğində vəsaiti müsadirə etməyi planlaşdırır. Öz növbəsində, Uestminister mülki məhkəməsi isə ilin sonunadək müsadirə prosesini başlatmaq niyyətindədir.

    Qeyd edək ki, hazırda cütlüyün əmlakları və bank hesablarındakı vəsaitləri hüquq-mühafizə orqanlarının göstərişi ilə dondurulub.

  • Qəzaya düşmüş FHN avtomobilinin görüntüləri yayıldı – VİDEO

    Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları qəzaya düşüb.

    Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.

    Qeyd edək ki, xidmətin yanğınsöndürən avtomobili ilə yük maşını toqquşub.

    Həmin qəzanın görüntülərini təqdim edirik:

  • В Нур-Султане открылся Торговый дом Азербайджана – ФОТО

    В столице Казахстана – городе Нур-Султан открылся Торговый дом Азербайджана.

    Об этом посольство нашей страны сообщило на своей странице в Facebook со ссылкой на агентство “Казинформ”.

    Отмечается, что эта инициатива направлена на укрепление экономических связей между двумя государствами.

    “Сегодняшнее мероприятие можно назвать праздничным: 28 мая Азербайджан отметит 103-летие своей государственности, в преддверии такого знаменательного события мы открываем Торговый дом Азербайджана. Авторами этой инициативы являются президенты двух стран. Это первый в Казахстане Торговый дом Азербайджана. Скоро мы планируем открыть филиалы в Актау и Алматы. В будущем намерены охватить все регионы страны”, – отметил чрезвычайный и полномочный посол Азербайджанской Республики в Казахстане Рашад Мамедов.

    По его словам, этот объект предоставит хорошие возможности для экспортеров Казахстана и Азербайджана. Казахстанцы теперь смогут напрямую покупать азербайджанские сладости и продукты питания, а также и другую продукцию.

    Отметим, что некоторое время назад в Баку состоялось открытие Торгового дома Казахстана.

  • Kondisionerin yarada biləcəyi fəsadlar

    Yay aylarında qapalı şəraitdə kondisioner istifadəsi angina, tənəffüs sistemi və gözlərin xroniki xəstəlikləri, həmçinin allergiya və legionelloza səbəb ola bilər.

    Median.Az ted.az-a istinadən bildirir ki, bunu rusiyalı həkim-epidemioloq Daria Tixonova bildirib.

    Neqativ nəticələrin qarşısını almaq üçün gün boyu kondisioner olan otaqda qalmamaq və temperaturu 18 dərəcənin altında qoymamaq lazımdır. Avadanlıqların vaxtında təmizlənməsi də buna kömək edəcək.

    “Kondisionerdə quraşdırılmış optimal temperatur 21-23 dərəcə olmalıdır. Xarici mühit və otaqdakı istiliklər arasındakı fərqi də nəzərə almaq lazımdır. 10 dərəcədən çox olmamaq tarazlığını qorumaq arzuolunandır”, – deyə Tixonova əlavə edib.

  • Sabaha olan son hava xəbərdarlığı

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 22-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

    Havanın temperaturu gecə 14-19, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza görə, mayın 26-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Əhaliyə ŞAD xəbər- Buna hamı sevinəcək- RƏSMİ

    Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı yenilənib.”HenleyPartners” şirkətinin reytinqinə əsasən, azərbaycanlılar 66 ölkəyə vizasız səfər edə bilərlər, amma viza şərtləri fərqlidir.

    Bəzi ölkələr üzrə vizanı elektron qaydada, bəzilərində hava limanında almaq olar, bəzilərində isə vizaya ehtiyac yoxdur.

    Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar daxildir.
    Başqa sözlə, “xarici pasport”u olanlar da bu ölkələrə vizasız gedə bilərlər:

    1. Belarus – vizadan azaddır/ 90 gün

    2. Gürcüstan – vizadan azaddır/ 360 gün

    3. Qazaxıstan – vizadan azaddır/ 90 gün

    4. Qırğızıstan – vizadan azaddır

    5. Moldova – vizadan azaddır / 90 gün

    6. Özbəkistan – vizadan azaddır /90 gün

    7. Rusiya Federasiyası – vizadan azaddır /90 gün

    8. Tacikistan – vizadan azaddır /90 gün

    9. Ukrayna – vizadan azaddır /90 gün

    10. Bahamas – vizadan azaddır/ 90 gün

    11. Banqladeş – aeroportda viza / 30 gün

    12. Barbados – vizadan azaddır/28 gün

    13. Bolivia – aeroportda viza/e-viza/90 gün

    14. Bosniya və Hersoqoviniya – vizadan azaddır/ 90 gün

    15. Kamboca – aeroportda viza /e-viza/30 gün

    16. Cape Verde – aeroportda viza

    17. Kolumbiya – vizadan azaddır/ 90 gün

    18. Komor – aeroportda viza/ 45 gün

    19. Ivory Coast – əvvəlcədən qeydiyyatla

    20. Kuba – turist kartı ilə/30 gün

    21. Djibouti – e-viza

    22. Dominik – vizadan azaddır/ 21 gün

    23. Ekvador – vizadan azaddır/ 90 gün

    24. Efiopiya – e-viza

    25. Qabon – e-viza

    26. Qvineya-Bissau – aeroportda viza/e-viza/90 gün

    27. Haiti – vizadan azaddır/ 90 gün

    28. Hindistan – e-viza

    29. İndoneziya – vizadan azaddır/ 30 gün

    30. İran – vizadan azaddır/ 14 gün

    31. Yamayka – aeroportda viza
    ƏTRAFLI
    magneb6

    32. İordaniya – aeroportda viza

    33. Laos – aeroportda viza/ 30 gün

    34. Livan – aeroportda viza/ 30 gün

    35. Lesotho – e-viza/ 14 gün

    36. Macao – aeroportda viza/ 30 gün

    37. Makedoniya – vizadan azaddır/ 90 gün

    38. Malayziya – vizadan azaddır/ 30 gün

    39. Maldivlər – aeroportda viza/ 30 gün

    40. Marşal adaları – aeroportda viza/ 60 gün

    41. Mavritaniya – aeroportda viza

    42. Mauritius – aeroportda viza/ 60 gün

    43. Mikroneziya – vizadan azaddır/ 30 gün

    44. Çernoqoriya – vizadan azaddır/ 90 gün

    45. Mozambik – aeroportda viza/ 30 gün

    46. Namibiya – vizadan azaddır/ 90 gün

    47. Nepal – aeroportda viza/ 90 gün

    48. Nikaraqua – aeroportda viza/ 30 gün

    49. Oman – e-viza

    50. Palau – aeroportda viza/ 30 gün

    51. Fələstin – vizadan azaddır

    52. Qətər – vizadan azaddır/ 30 gün

    53. Ruanda – aeroportda viza/e-viza/30 gün

    54. Samoa – aeroportda viza/ 60 gün

    55. Serbiya – vizadan azaddır/ 360 gün

    56. Seyşel adaları – turist qeydiyyatı /30 gün

    57. Somali – aeroportda viza/ 30 gün

    58. Şri Lanka – elektron turist qeydiyyatı/30 gün

    59. Sent Vinsent və Qrenadalar – vizadan azaddır/ 30 gün

    60. Timor-Leste – aeroportda viza/ 30 gün

    61. Toqo – aeroportda viza/ 7 gün

    62. Türkiyə – vizadan azaddır/ 30 gün

    63. Tuvalu – aeroportda viza/ 30 gün

    64. Uqanda – aeroportda viza/ e-viza

    65. Vanuatu – vizadan azaddır/ 90 gün

    66. Vyetnam – e-viza