Month: June 2021

  • Bayden: “Tramp ABŞ-ın münasibətlərinə ağlasığmaz dərəcədə zərər vurub”

    Donald Tramp ABŞ Prezidenti postunda ölkənin müttəfiqləri və dünyanın digər dövlətləri ilə münasibətlərinə ağlasığmaz dərəcədə böyük zərər vurub.

    TASS-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

    “Yeri gəlmişkən, mən yenicə Avropadan qayıtmışam. Nəticə isə budur. Mən bilirəm, hamınız bu kresloda sonuncu oturan tərəfindən beynəlxalq miqyasda vurulmuş ağlasığmaz zərəri başa düşürdünüz”, – deyə C.Bayden bildirib.

  • İynə sevməyənlər üçün ağızda əriyən peyvəndlər hazırlanır

    Kanadada McMaster Universitetinin alimləri yeni koronavirus peyvəndi üzərində işləyirlər.

    CBC xəbər verir ki, yeni araşdırmaya görə, peyvənd və dərmanlar bant formasında olacaq.

    Araşdırma aparan professor Aleks Adronov deyib ki, iynə vurdurmağı sevməyənlərə ağızda əriyən bu cür peyvəndlər tətbiq ediləcək.

    Hazırlanacaq peyvəndin digər üstünlüyü isə onun zərflə də daşınmasının mümkünlüyüdür.

    Araşdırma ilkin mərhələdədir.

  • Kosta-Rikada vulkanın püskürmə anı videoya düşüb – VİDEO

    Kosta-Rikanın şimalında yerləşən və ölkənin beş ən böyük vulkanından biri – Rinkon-de la-Vexa püskürməyə başlayıb.

    “Tvzvezda” məlumat verir ki, vulkanın püskürmə anı videoya düşüb.

    Qeyd olunur ki, Rinkon-de la-Vexanın aktivləşməsi nəticəsində havaya atılan kül iki kilometr hündürlüyə qalxıb.

    Yerli hökumət qurumları ətrafda yaşayan sakinlərdən çayların yaxınlığından uzaq durmağa çağırıb.

  • İsrail koronavirusa qarşı 800 min peyvəndi məhv edə bilər

    İsraildə istifadə müddətinin bitmə dövrü azalan 800 000 koronavirus peyvəndi qalıb.

    “Haber Global”ın məlumatına görə, bu barədə İsrail İctimai Yayım Təşkilatı (KAN) xəbər yayıb.

    Bildirilir ki, başqa ölkələrdən tələb olmasa, İsrail Səhiyyə Nazirliyi bu peyvəndləri məhv etməli olacaq.

    Hesabatda İsrailin peyvəndlərinin hansı şirkətə məxsus olduğu göstərilməyib. Ancaq portalın məlumatına görə, Təl-Əvviv rəhbərliyi BioNTech – Pfizer peyvəndi almışdı.

  • Bakıda yolu keçən piyadanı avtomobil vurub

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

    Avtomobil yolu keçən piyada, 1987-ci il təvəllüdlü Baxşiyev Zaur Səfdər oğlunu vurub.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • В России зафиксирован очередной рекорд смертности от COVID-19 за сутки

    За прошедшие сутки от короновирусной инфекции в России скончались 652 человека – максимум с начала пандемии в стране.

    Как сообщает “Коммерсант”, за все время умерли 134 545 заболевших COVID-19.

    Всего в России было выявлено 5 493 557 случаев заражения коронавирусом (+20 616 за сутки), выздоровели 4 984 037 человек (+14 697).

  • Rusiyada koronavirusdan sutka ərzində maksimum ölüm qeydə alınıb

    Rusiyada koronavirusdan ötən sutka ərzində maksimum ölüm qeydə alınıb.

    Bu barədə “RİA Novosti” xəbər verib.

    Ümumilikdə 652 nəfər koronavirusdan ölüb.

    Ölüm hadisələrindən 121-i Moskvada qeydə alınıb. Bir gün əvvəl isə meqapolisdə 124 nəfər vəfat etmişdi: Bu, pandemiya başlayandan bəri ən yüksək göstəricidir.

    Bildirilir ki, Rusiya paytaxtında vəziyyət son dərəcə çətindir – xəstəxanalardakı və reanimasiyadakı xəstələrin sayı üçün də yeni maksimumlar təyin olunub.

    Ümumilikdə, Rusiyada 85 bölgədə 5 493 557 koronavirus hadisəsi qeydə alınıb, onlardan 134 545 nəfəri ölüb, 4 984 037 nəfəri sağalıb.

  • Gəncədə yanğın: 2 yaşlı uşaq öldü

    Gəncədə yanğın hadisəsi baş verib.

    Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

    Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

    Yanğın nəticəsində ümumi sahəsi 65 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2019-cu il təvəllüdlü Mahmudova Nuray Röyal qızının yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Elektron qolbaq daşıyan məhkum yenidən saxlanılıb – VİDEO

    Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələri əkib-becərməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də məhkum olunmuş Əliağa Rəhimov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 130 qram olan 14 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini bildirib.

    Qeyd edək ki, Ə.Rəhimov azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsdir. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq həmin şəxs analoji cinayət əməli törətdiyi üçün polis əməkdaşları tərəfindən yenidən saxlanılıb.

    Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

  • В Баку продолжаются совместные азербайджано-турецкие учения – ВИДЕО

    Продолжаются совместные тактические учения с боевой стрельбой “Мустафа Кемаль Ататюрк-2021”, начавшиеся 28 июня в Баку в соответствии с соглашением о сотрудничестве в военной сфере между Азербайджаном и Турцией.

    Об этом сообщает Минобороны АР.

    На маневрах, проводимых в целях улучшения взаимодействия подразделений армий двух стран в ходе ведения боевых действий, развития у командиров навыков принятия решений и управления подразделениями, выполняются различные учебно-боевые задачи.