Month: June 2021

  • Azərbaycan və Türkiyə ordularının birgə təlimləri davam edir – VİDEO

    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda iyunun 28-də başlayan “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunur.

  • DTX Ağdamda əməliyyat keçirib

    “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş Əliağalı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 106 kiloqram olan 1074 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

  • Son üç ildə neçə kənd qazlaşdırılıb? – AÇIQLAMA

    Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Regionlarının sosial-iqtisadi inkişafı üzrə” Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi qaz təsərrüfatında da son illər böyük nəaliyyətlər əldə olunub.

    Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.

    Onun sözlərinə görə, əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlət tapşırığına uyğun olaraq respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin sürətli qazlaşdırılması işləri aparılıb:

    “Belə ki, son 3 il ərzində ümumən 260-dan çox kənd yeni qazlaşdırılıb. Bununla yanaşı, həmin dövrdə Bakı şəhərində və regionlarda son 3 il ərzində 90-dan artıq yeni yaşayış massivi qazlaşdırılıb. Qazlaşdırılma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 207 000 artaraq hazırda 2,3 milyonu ötüb”.

    T. Cəfərov bildirib ki, yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərşivəsində 6 000 kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilib:

    “Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırılma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb. Azərbaycanda qazlaşma səviyyəsi və qazlaşma sürəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olub. Kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması və bütün növ qaz itkilərinin azaldılması məqsədilə son 3 ildə ümumən 2 000 kilometrdən artıq qaz xətti yenidən qurulub. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətli dərəcədə azalıb, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub”.

    O qeyd edib ki, müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən “ASAN Xidmət” və ASAN kommunal” mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır.

    “Azəriqaz” rəsmisi bildirib ki, əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə İSO 9001 keyfiyyətin idarəedilməsi sisteminin tədbiqi uğurla davam etdirilir:

    “Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 Çağrı Mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir”.

    O həmçinin vurğulayıb ki, dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlaşdırılması işləri geniş vüsət alıb:

    “Yaxın perspektivdə əsas hədəflərimiz “Azəriqaz” tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştəri tələblərinin maksimum təmin olunması, qaz təchizatı şəbəkəsinin müasir standartlara uyğun olaraq modernizasiya, əməliyyat səmərəliliyini artıran müasir texnika və texnologiyaların tədbiqi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsindən ibarətdir”.

  • Çinin borcu tarixi rekordu təzələyib

    Son 10 ildə Çinin borcu əhəmiyyətli dərəcədə böyüyüb və ölkə hökuməti üçün ən ciddi problemlərdən birinə çevrilib.

    Bu barədə CNBC xəbər verib.

    Pekin artan öhdəliklərin səviyyəsini iqtisadi sabitlik üçün potensial təhlükə hesab edir və son illərdə ölkə onlardan asılılığını azaltmağa çalışıb. Lakin koronavirus böhranı səbəbindən bu istiqamətdə işlər dayandırılmalı olub.

    Pandemiya müəssisələrə təsir edib, buna görə hökumət şirkətlərin kredit almasını asanlaşdırmaq məcburiyyətində qalıb. Bu qərara görə, ölkənin bank sisteminin gəliri nəzərəçarpacaq dərəcədə azalıb. 2020-ci ilin payızında, dünyanın ən böyük kredit təşkilatı olan Industrial & Commercial Bank of China (ICBC) pul qıtlığı və rekord borc vəsaitlərinə ehtiyac ilə qarşılaşıb.

    Nəticədə, 2020-ci ilin üçüncü rübündə borc səviyyəsi tarixi rekord qırıb: Beynəlxalq Hesablaşmalar Bankının məlumatlarına görə, borc ÜDM-in təxminən 290 faizini təşkil edir.

  • Нефть дорожает на данных о снижении запасов в США

    Мировые цены на нефть в среду утром растут на данных Американского института нефти (API) о снижении запасов этого сырья в США, свидетельствуют данные торгов, пишет агентство “Прайм”.

    Цена сентябрьских фьючерсов на североморскую нефтяную смесь марки Brent росла на 0,55% – до 74,69 доллара, августовских фьючерсов – на 0,41%, до 75,07 доллара.

    Августовские фьючерсы на WTI дорожали на 0,74% – до 73,52 доллара за баррель.

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri bahalaşıb.

    Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

    WTI markalı neftin avqust fyuçersləri 0,74 faiz bahalaşıb və bir barelinin qiyməti 73,52 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin avqust fyuçersləri 0,55 faiz bahalaşıb və dəyəri 74,69 ABŞ dolları olub.

  • Dünyada koronavirusa yoluxanların sayı 180 milyon nəfəri ötdü

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın bütün vaxtı ərzində dünyada koronavirusa yoluxma ilə bağlı son məlumatları açıqlayıb.

    Bu müddət ərzində dünyada koronavirusa 180 milyondan çox yoluxma halı qeydə alınıb.

    Məlumata görə, COVID-19-a ümumilikdə 180 817 269 yoluxma haqlı təsdiq edilib, koronavirusdan 3 923 238 ölüm qeydə alınıb.

    Ötən gün ərzində COVID-19-a 325 138 yeni yoluxma aşkarlanıb.

    Koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • OPEK+ nazirləri iclasın vaxtını dəyişdilər

    OPEK+ monitorinq komitəsinin nazirlər iclasının vaxtı dəyişib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə “TASS”a nümayəndə heyətlərindəki iki mənbə məlumat verib.

    Mənbələrin məlumatına əsasən, iyunun 30-u keçirilməli olan iclas iyulun 1-də baş tutacaq.

    Bu o deməkdir ki, OPEK+ nazirləri iyulun 1-i bir-birinin ardınca üç görüş keçirəcəklər və ilk dəfə görüşlərin keçirilmə ardıcıllığı pozulacaq.

    Yeni qrafikə əsasən, saat 15:00-da OPEK nazirlərinin görüşü, saat 16:30-da monitorinq komitəsinin iclası, saat 19:00-da isə OPEK+ ölkələrinin nazirlərinin görüşü baş tutacaq.

  • Kolumbiyada etirazçılar Kolumbun heykəlini devirdi

    Kolumbiyada etiraz aksiyasında iştirak edən şəxslər Kristofor Kolumba qoyulmuş heykəli yıxıblar.

    Bu barədə “La FM” məlumat yayıb.

    Etirazçılar bu addımın rəmzi məna daşıdığını qeyd ediblər.

    “Biz milli səviyyədə də bu cür müqavimət göstərməyə davam edirik. Biz, gənclər yenidən küçələrə çıxmışıq ki, kütləvi qətllərə son qoyulsun və hakimiyyət oturub bizimlə dialoqda iştirak etsin”, – deyə nəşr etirazçılardan birinin fikrini vurğulayıb.

    Xatırladaq ki, Kolumbiyada etirazlar aprel ayında başlayıb. Mitinq iştirakçılarının fikrincə hakimiyyət pandemiya ilə mübarizə apara bilməyib. Etirazçılar həmçinin ölkədəki vergi islahatlarına da qarşı çıxır. May ayında etirazlarda iştirak edən 89 nəfər yoxa çıxıb.

  • Rusiyanın Mi-24 helikopterinin vurulması ilə bağlı sübutlar toplanıb

    “Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı sübutları toplayıb və ekspertiza aparıb”.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib. O bildirib ki, hazırda istintaq davam edir:

    “9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açıb. Müvafiq ekspertizalar aparılıb və maddi sübutlar toplanıb, habelə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”.

    Səlimzadə qeyd edib ki, Azərbaycan Baş Prokurorluğu Rusiya helikopterinin vurulması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək: “Hazırda istintaq davam edir və ekspertizanın nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək”.