Month: June 2021

  • Rusiyadakı azərbaycanlılar Baş prokuror İqor Krasnova müraciət ediblər

    “Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məsləhət Şurası və “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov ölkənin Baş prokuroru İqor Krasnova müraciət ediblər.

    Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə 28 may 2021-ci il tarixində Novosibisk vilayətinin Moşkov rayonunda baş vermiş faciəli hadisə zamanı vətəndaş Vəki Abdullayevin Dövlət Yol Polisi (DYP) əməkdaşı Aleksandr Qusev tərəfindən qətlə yetirildiyinə diqqət cəlb edilib. Hadisə zamanı polis əməkdaşının bu cinayəti istəmədən və ehtiyatsızlıq üzündən törətdiyi istisna edilməyib.

    Qeyd edilib ki, sosial şəbəkələrdə və mediada yerləşdirilən videolentdən yol polisinin heç kim üçün təhlükə yaratmayan Vəkil Abdullayevə atəş etməsinin göründüyü, halbuki həmin vəziyyətdə odlu silahdan istifadə etməyə ehtiyacın olmadığı nəzərə çatdırılıb: “Aydın məsələdir ki, A.Qusev qeyri-peşəkar və məsuliyyətsiz davranıb. Onun ehtiyatsız hərəkətləri 19 yaşlı Vəkil Abdullayevin ölümü ilə nəticələnib”.

    Hazırda kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirələrin aparıldığı, bəzi bədnam insanların məsuliyyətsiz açıqlamalarının, xüsusilə də “Russian Today” telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü Mariya Butinanın qətli törədən DYP əməkdaşının hərəkətlərini təqdir etməsi barədə fikrinin ölkədə vəziyyətin gərginləşdirilməsinə gətirib çıxara biləcək mübahisələr doğurduğu bildirilib.

    M.Butinanın təxribat xarakterli açıqlamasının cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane ola biləcəyini qeyd edən soydaşlarımız Baş prokuroru M.Butina ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə və vətəndaş Vəkil Abdullayevin qətli ilə bağlı cinayət işinin istintaqını şəxsi nəzarətinə götürməyə çağırıblar.

  • Daha bir şirkət direktoruna cinayət işi açılıb

    “Ceyhun 1994” və “Sanqalan-M” MMC-in direktoru barəsində cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    “Ceyhun 1994” və “Sanqalan-M” MMC-in direktoru Ceyhun Qurbanzadənin qanunsuz əməlləri ilə əlaqədar aparılan araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Aparılan ibtidai istintaqla Ceyhun Qurbanzadənin qeyd olunan vəzifədə işləyərkən direktoru olduğu müəssisələrin Ağsu Rayon İcra Hakimiyyəti, rayonun Kommunal Müəssisələr Kombinatı, Mənzil İstismar Sahəsi, “Yaşıllaşdırma və Abadlaşdırma” MMC və RİH başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2019-cu ildə keçirilən kotirovka sorğularında qalib elan edilməsi yolu ilə dövlət büdcəsindən ayrılan ümumilikdə 31 min manat məbləğində pul vəsaitinin müxtəlif qanunsuz üsullarla müvafiq bank hesablarına köçürülüb nağdlaşdırmasına, iş həcmini şişirtməklə xeyli miqdar təşkil edən həmin məbləği mənimsəməsinə, eləcə də qeyd edilən qanunsuz hərəkətləri törədə bilməsi üçün müvafiq informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış sübutlar əsasında Ceyhun Qurbanzadəyə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə vurulmuş ziyanın tam ödətdirilməsi təmin edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

  • “Taksim kabab” və “Dükkan” restoranları cərimələnib

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

    AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 6-da ölkə üzrə 437 ictimai iaşə obyektində 758 monitorinq keçirilib. Monitorinqlər zamanı 16 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Xəzər rayonu‎, Mərdəkan ŞTQ ev 5/270 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Arif İbrahim oğluna məxsus “Dükkan” restoranı;

    2. Bakı şəhəri, Nizami rayonu‎, M.Gəncəvi 26M ünvanında yerləşən, hüquqi şəxs “Resant Consulting and managment” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Wall street” restoranı;

    3. Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk 31 ünvanında yerləşən, fiziki şəxs Slojenitsina Viktoriya Aleksandrovnaya məxsus “Bliss” restoranı;

    4. Bakı şəhəri, Xətai ‎rayonu, Neapol 24a ünvanında yerləşən, fiziki şəxs Ədilov Qəşəm Qalib oğluna məxsus “Pətək” kafesi;

    5. Bakı şəhəri, Xətai ‎rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən, hüquqi şəxs “Beat Catering” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Sumax” restoranı;

    6. Bakı şəhəri, Səbail ‎rayonu, Əliyarbəyov 9m ünvanında yerləşən, fiziki şəxs Hüseynov Zaur Məhərrəm oğluna məxsus “Taksim kabab” restoranı;

    7. Bakı şəhəri, Binəqədi ‎rayonu, Atatürk 65 A ünvanında yerləşən, fiziki şəxs İskəndərov Rəşad Nazim oğluna məxsus kafe;

    8. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 251 ünvanında yerləşən, hüquqi şəxs “Hasly” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

    9. Bakı şəhəri, Nəsimi rayonu, Səfər Əliyev 23 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Eldənizə məxsus “İstanbul” kafesi;

    10. Bakı şəhəri, Yasamal rayonu, Ş. Qurbanov 21 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Ruslan Vahid oğluna məxsus “Nəfis Kabab” restoranı;

    11. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 5 ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşviq Rafael oğluna məxsus “Sərin” restoranı;

    12. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1993-cü məhəlləsində yerləşən, fiziki şəxs Əliyev Nazim Süleyman oğluna məxsus kafe;

    13. Şamaxı rayonu, Avaxıl ünvanında yerləşən, fiziki şəxs Nərimanov Əlsəf Balası oğluna məxsus kafe;

    14. Beyləqan rayonu, magistral küçəsində yerləşən, fiziki şəxs Süleymanov Rizvan İltizam oğluna məxsus kafe;

    15. Gəncə şəhəri, Ə.Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Əliyev Samir Müşfiq oğluna məxsus dönər evi;

    16. Masallı rayonu, Təzə Alvadı ünvanında yerləşən, fiziki şəxs Əhədov Xaləddin Seyfulla oğluna məxsus kafe.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Səudiyyə Ərəbistanı neft qiymətlərini qaldırır

    Səudiyyə Ərəbistanı Asiya bazarına ixrac etdiyi əksər neft markalarının qiymətini iyul ayından etibarən qaldırır.

    ‘Saudi Aramco” şirkətinin açıqlamasına görə, “Arab Light” markası 0,2 ABŞ dolları bahalaşaraq Oman və Dubay neftindən 1,9 dollar baha satılacaq. Həmçinin “Arab Heavy” markalı neft 0,1 dollar ucuzlaşacaq.

    ABŞ bazarı üçün qiymətlər dəyişmir, Avropanın şimal-qərbi üçün 0,6-1,4 dollar, Aralıq dənizi hövzəsi üçün isə 0,4-1,1 dollar artırılır.

  • ABŞ-da tələbələrin təhsil borcu 1,7 trln. dollara çatıb

    ABŞ-da 40 milyondan çox borc alanın COVID-19 pandemiyası ilə əlaqədar dondurulmuş kreditlərinin ödəmə vaxtı oktyabrın 1-dən başlayır.

    Nyu-York Federal Ehtiyat Bankının məlumatlarına görə, dondurulmuş kredit ödənişlərinin ortalama aylıq məbləği 7 mlrd. dollara bərabərdir. Bildirilir ki, oktyabrın 1-dən kreditlər üzrə aylıq ödənişlərin yenidən bərpa edilməsi amerikalıların ailə büdcələrinin böyük hissəsini apararaq, istehlak bazarındakı bərpaya maneə olacaq.

    Qeyd edilir ki, hazırda ABŞ-dakı tələbələrin təhsil kreditlərinin həcmi 1,7 trln. dollar təşkil edir və bu, əhalinin kredit kartları üzrə öhdəliklərinin həcmindən 2 dəfə çoxdur. Hazırda ABŞ-da işsiz əhalinin sayı pandemiyadan əvvəlki səviyyədən 7,6 mln. nəfər çox olmasının və onlar arasında tələbələrin çoxluq təşkil etməsini nəzərə alsaq, təhsil kreditlərinin ödənməsi xüsusi ilə çətinləşəcək.

  • “Google” Fransada 220 milyon avro cərimə ödəyəcək

    ABŞ-ın texnologiya nəhəngi “Google” şirkəti onlayn reklamlarda inhisarçı mövqeyinə görə Fransanın dövlət büdcəsinə 220 milyon avro (268 milyon dollar) cərimə ödəyəcək.

    Median.Az bbc.com-a istinadən xəbər verir ki, “Google” reklam menecmenti platforması “Ad Manager”in 3-cü tərəflərlə işini yaxşılaşdırmaq barədə öhdəlik götürüb.

    Qeyd edək ki,Fransa hökuməti “Google”dan başqa “Apple”, “Facebook” kimi böyük texnologiya şirkətlərinin onlayn reklam fəaliyyətlni də araşdırır.

    Xatırladaq ki, 2019-cu ildə də Fransa hökuməti “Google”un bazardakı üstün mövqeyindən sui-istifadə etdiyi üçün şirkəti 150 milyon avro cərimələmişdi.

  • Azərbaycan və Ukrayna arasında turizm əlaqələri müzakirə olunub

    Azərbaycanla Ukrayna arasında turizm sahəsində ikitərəfli əlaqələrin genişlənməsi, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi və pandemiyanın turizmə təsirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Kiyev şəhər dövlət administrasiyasının sədr müavini Marina Xonda arasında keçirilən görüşdə müzakirə olunub.

    Bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, Ukrayna nümayəndə heyətinin tərkibində Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Kiyev şəhər şurasının deputatları Viktoriya Muxa və Alla Şlapak təmsil olunublar.

    Görüşdə F.Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən 44 günlük müharibə nəticəsində 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqların azad edilməsindən bəhs edərək Qarabağın yeni turizm destinasiyası kimi inkişaf etdirilməsi perspektivlərindən danışıb.

    M.Xonda Ukraynada son dövrlərdə qastroturizm, müalicəvi və sağlamlıq turizmi, eləcə də işgüzar turizmin inkişafına diqqət ayrıldığını, bu baxımdan iki ölkə arasında müştərək regional turların təşkil edilməsinin mümkünlüyünü qeyd edib.

    Görüş çərçivəsində, həmçinin post pandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.

  • Qadınların pensiya yaşı ilə bağlı YENİ XƏBƏR

    2021-ci ilin iyulun 1-dən sonra qadınlar 62,5 yaşında pensiyaya çıxa biləcək. İyulun 1-nə qədər qadınlar 62 yaşında pensiya çıxmaq hüququna sahib idi.

    Qadınların pensiyaya çıxma yaşının artırılması “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilən dəyişikliklə bağlıdır. Qanuna əsasən, 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dən yaşa görə pensiya çıxacaq qadınların yaş həddi hər il 6 ay artırılır. Ardıcıllığa uyğun olaraq qadınlar 2021-ci ilin iyulun 1-dən 2022-ci ilin iyunun 30-na kimi 62,5 yaşda pensiya çıxacaqlar.

    Hazırda pensiyaçıların 57 faizindən çoxu, yaşa görə pensiya alanların isə 63 faizi qadınlardır.

    Qeyd edək ki, indi kişilər 65 yaşında pensiyaya çıxır. Yaşa görə pensiyaya çıxa bilmək üçün pensiya kapitalı minimum 28 800 manat olmalıdır və ya rəsmi iş stajı 25 ildən az olmamalıdır. İki şərtdən biri ödənmədikdə kişilər 65 yaşa, qadınlar isə 62,5 yaşa çatdıqda yaşa görə pensiya yox, müavinət alırlar. Hazırda müavinətin məbləği 130 manatdır.

  • AMB: Pərakəndə ticarətdə satışlar üzrə gözləntilər kəskin artıb1

    Bu ilin may ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində Biznes İnam İndeksi (Bİİ) 15,5 bənddən 14,8 bəndədək enib.

    Median.Az “APA-Economics”ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, son üç ayda faktiki satışlar üzrə indeks kəskin azalaraq 26 bənddən 2 bəndə enib. Mal ehtiyatlarının dəyişməsi üzrə indeks isə 0,4 bənddən -1,3 bəndədək azalıb.

    Qeyd edək ki, növbəti 3 ayda satışlar üzrə gözləntilər kəskin artıb və mayda 41,2 bənd təşkil edib (apreldə – 20,7). Qiymət gözləntiləri isə cüzi azalaraq 5,3 bənddən 3,6 bəndə düşüb.

    Xatırladaq ki, 2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12,023 mlrd. manatlıq məhsul satılıb, bu da illik müqayisədə 0,1% çoxdur. Təkcə aprel ayında 2,498 mlrd. manatlıq məhsul satılıb ki, bu da mart ayı ilə müqayisədə 28,6% azdır.

  • В Азербайджане за минувшие сутки выявлены 32 новых случая инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 32 новых случая инфицирования коронавирусом, 221 человек вылечился и был выписан домой.

    Об этом 7 июня сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще четыре пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 334 747 человек, 4 945 – скончались, 327 114 – вылечились, 2 688 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике проведены 3 572 418 тестов на COVID-19 (за последние 24 часа – 4 673).