Month: June 2021

  • Авария на проспекте Зии Буниятова стала причиной затора

    На проспекте Зии Буниятова произошло ДТП.

    Об этом сообщил руководитель пресс-службы Бакинского транспортного агентства (БТА) Маис Агаев.

    По его словам, в настоящее время в направлении от так называемого Черметского моста до станции метро “Кероглу” наблюдается плотность.

  • Bakıda qəza tıxac yaratdı

    Ziya Bünyadov prospekti Çermet körpüsündən Koroğlu metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

    Bildirib ki, hazırda bu istiqamətdə sıxlıq müşahidə edilir.

  • Сегодня продолжится судебный процесс над 13 армянскими террористами

    Сегодня в Бакинском суде по тяжким преступлениям продолжится процесс по уголовному делу Айказа Ованесяна, Вараздата Манукяна, Давида Степаняна, Левана Тосуняна, Артура Багдасаряна, Серопа Авакяна, Вараздата Арутюняна, Жоры Манукяна, Грайра Герабяна, Нарека Госпаряна, Григора Курегяна, Ашота Геворкяна и Мартина Аграманяна, обвиняемых в участии в боях в Карабахе в составе армянского террористического вооруженного формирования, передает Report.

    Ожидается, что на заседании под председательством судьи Эльдара Исмаилова будет зачитан обвинительный акт, а обвиняемые дадут показания.

    Главное следственное управление Службы государственной безопасности (СГБ) Азербайджана завершило предварительное следствие по уголовному делу членов вооруженных формирований Армении, захваченных и разоруженных в результате антитеррористической операции СГБ 13 декабря 2020 года.

    Следствием было установлено, что группа вооруженных армянских граждан 26-27 ноября 2020 года незаконно пересекла госграницу с Азербайджаном, заняла позицию в лесном массиве в северо-западной части поселка Гадрут Ходжавендского района и совершила террористические, подрывные и другие преступные действия против военнослужащих и мирных жителей АР.

    За период до 13 декабря они нападали на предприятия, учреждения и организации либо на отдельных лиц, организовали взрывы, пожары и другие действия, представляющие угрозу жизни и здоровью людей, способные причинить значительный имущественный ущерб или привести к другим общественно опасным последствиям, с целью нарушения общественной безопасности, сеяния паники среди населения или оказания воздействия на принятие решений органами государственной власти Азербайджана или международными организациями.

    В связи с вышеуказанными фактами в отношении 53 членов незаконного вооруженного формирования, в том числе Егиша Астаняна, Карена Арамяна, Тиграна Авакяна, Айказа Ованесяна, Давида Степаняна и других, выдвинуты обвинения по статьям 214.2.1, 214.2.3 (терроризм, совершенный группой лиц по предварительному сговору, организованной группой или преступным объединением (преступной организацией) с применением огнестрельного оружия и предметов, используемых в качестве оружия), 228.3 (незаконное приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств, совершенные организованной группой), 279.2 (нападение на предприятия, учреждения, организации либо на отдельных лиц в составе не предусмотренных законодательством вооруженных формирований или групп) и 318.2 (незаконное пересечение государственной границы Азербайджана группой лиц по предварительному сговору или организованной группой) УК АР.

  • Terrorçu silahlı birləşmənin üzvü olan 13 erməninin məhkəməsi davam etdiriləcək

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

    “Report” xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan ediləcəyi və təqsirləndirilən şəxslərin dindiriləcəyi gözlənilir.

    Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

    Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

    Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

  • На трассе Баку-Сумгайыт парализовано движение транспорта – ВИДЕО

    Сегодня с утра на дороге Баку-Сумгайыт образовалась пробка.

    Она растянулась от дорожной развязки в Хырдалане до станции метро “20 Января”.

    На дороге наблюдается плотность движения транспорта.

  • Sumqayıt-Bakı yolunda tıxac – VİDEO

    Sumqayıt-Bakı yolunda uzun tıxac yaranıb.

    Tıxac yolun Xırdalan şəhərindən keçən hissəsindən başlayır və “20 Yanvar” dairəsinə qədər davam edir.

    Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

  • Hindistan Çinlə sərhəddə hərbi qüvvəsinin sayını artırıb

    Hindistan bölgədəki mövqelərini möhkəmləndirmək üçün son aylarda Çinlə sərhədə azı 50 000 əlavə qüvvə köçürüb.

    Bu barədə “Mint” qəzeti mənbələrə istinadən xəbər yayır.

    Qəzetin yazdığına görə, Müdafiə Nazirliyi üç sərhəd bölgəsinə qoşun və hava qüvvələri birlikləri yerləşdirib. Ümumiyyətlə, hazırda Çinlə sərhəddə təxminən 200 min hindistanlı hərbi personal cəmlənib, bu da keçən ilə nisbətən 40 % çoxdur.

    Həmçinin qeyd edilir ki, Çin də bu yaxınlarda Himalay dağlarının ətəklərində Hindistanla sərhəddəki mübahisəli ərazilərdə patrul vəzifəsindən məsul olan Sincan hərbi komandanlığının sərəncamına əlavə qüvvələr göndərib. Çin sərhəd bölgələrində bunkerlər və hava zolaqları inşa edir.

    Bu məlumatla bağlı hələ rəsmi şərh verilməyib.

    2020-ci ilin may ayında iki ölkə sərhədindəki Ladax dağlıq bölgəsində qarşıdurma meydana gəlib və hər iki tərəfdə ölüm hadisəsi baş verib. Hindistan və Çin əraziyə ağır topları, tankları və təyyarələri yerləşdirdi. Lakin hərbi və diplomatik səviyyədə bir sıra danışıqlardan sonra 10 fevralda Pekin və Yeni Dehli qoşunların sərhəd xəttindən qarşılıqlı çəkilməyə başlayıblar.

  • Работавшая в Ухане ученый назвала возможную причину появления COVID-19

    Вирусолог из США Даниэль Андерсон, которая ранее работала в лаборатории института вирусологии в Ухане, сообщила в интервью агентству Bloomberg, что считает происхождение COVID-19 скорее природным, пишет RT.

    Отмечается, что Андерсон не исключает теорию, согласно которой вирус якобы распространился из уханьской лаборатории.

    Она подчеркнула, что он не был создан специально для инфицирования людей и не был намеренно выпущен.

    “Возможно, ученый мог неосознанно заболеть в ходе работы с вирусом, а затем непреднамеренно передать COVID-19 другим”, – сообщила она.

    Однако, по ее словам, такая вероятность незначительна.

  • Uhan laboratoriyasının keçmiş işçisindən koronavirusun yayılması ilə bağlı açıqlama

    Əvvəllər Çinin Uhan şəhərində Virusologiya İnstitutunun laboratoriyasında işləyən amerikalı virusoloq Daniella Anderson COVID-19-un mənşəyinin daha təbii olduğuna inandığını bildirib.

    O, bu barədə “Bloomberg”ə verdiyi müsahibədə bildirib.

    Alim virusun Uhan laboratoriyasından yayılması ilə bağlı iddianı istisna etmir. Ancaq virusun insanları yoluxdurmaq üçün xüsusi olaraq yaradılmadığını və qəsdən laboratoriyadan azad edilmədiyini deyib.

    “Hansısa alim virusla işləyərkən bilmədən xəstələnə və sonra səhvən COVID-19-u başqalarına ötürə bilər”, – deyə o, vurğulayıb.

    Xatırladaq ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Devid Aşer bəyan etmişdi ki, hələ 2019-cu ilin dekabr ayında Uhan laboratosiyası həkiminin həyat yoldaşı COVID-19 səbəbilə vəfat edib.

  • Hindistanda koronavirusdan sağalan uşaqlarda ölümcül sindrom üzə çıxır

    Hindistanda koronavirus keçirən uşaqlarda multisistemli iltihab sindromu ilə xəstələnmə halı artıb.

    Bu barədə “The Times of India” qəzeti yazır.

    Uşaqlarda bu sindromun yaranma halları Maharaştra, Haryana, Pəncab və digər əyalətlərdə qeyd edilib, hadisələrin dəqiq sayı müəyyənləşdirilməyib, lakin onlar artıq yüzlərlədir (təkcə Çandiqarxda bu rəqəmlər 42-dən 252-yə qədər uşaq arasında dəyişir).

    Həkimlər deyirlər ki, Hindistanda bu xəstəliklə bağlı rəsmi bir statistika və bununla necə mübarizə aparılması barədə heç bir tövsiyə yoxdur. Uşaqlar ümumiyyətlə koronavirus infeksiyasını yüngül keçirirlər, ancaq sonradan onlarda belə bir sindromun yarana biləcəyi qeyd olunur.

    Xəstəliyin simptomları qızdırma, qaşınma, konjonktivit, ishal və qusma, aşağı qan təzyiqidir.