Month: June 2021

  • Rəqqasə Fatimə: “Şiddətə görə boşandım, qohumlarım üz çevirdi”

    Rəqqasə Fatimə Fətəliyeva birinci həyat yoldaşından şiddətə məruz qaldığı üçün boşandığını açıqlayıb.

    “Qafqazinfo” xəbər verir ki, o, bu barədə “ATV maqazin onlarla” proqramında qonaq olarkən danışıb.

    Fatimə qeyd edib ki, boşanan zaman bütün qohumları ondan üz döndərib:

    “Yaxın qadınlar var ki, ailəsində böyük problemlərlə üzləşirlər. İllərlə yaşayırlar və buna dözürlər. Onlara sual verirəm ki, niyə? Deyirlər ki, cəmiyyət, qohumlar, dostlar nə düşünər? Biz ömür boyu başqaları üçün yaşayırıq… Fikirləşirlər ki, qızlarına elçi gələndə soruşacaqlar ki, bu uşağın atası haradadır?

    Mən də dözə bilərdim. Amma etmədim, qoyulan təməli özüm qırdım. Öz istəyimlə həyat yoldaşımdan ayrıldım! Çünki deyirdilər ki, qapaz altında biz deyənlə otur-dur! Özümə çox qapanırdım, hətta dərman içib intihar etmək istədim. Zəhərlənmişəm, daha sonra sağalmışam. Şiddətə məruz qalırdım. Ayrıldım, övladıma baxmaq üçün rəqqasə oldum. Qohumlar qınadı, üz çevirdi, bizi tanımaq istəmədilər. Anam, qızım və mən- üçümüz tək qaldıq”.

  • Yaponiya Olimpiya Komitəsinin baş mühasibi intihar edib

    Yaponiya Olimpiya Komitəsinin mühasibat şöbəsinin rəhbəri bazar ertəsi günü intihar edib.

    Bu barədə Yaponiyanın Nippon TV televiziya kanalı məlumat verib.

    Bildirilir ki, Komitənin 52 yaşlı üzvü özünü qatarın altına atıb.

    Hadisənin mərhumun peşə fəaliyyəti ilə əlaqəli olub olmadığı dəqiqləşdirilmir.

  • “Caspianpost” saytı ermənilərin Azərbaycan ərazilərində məzarları təhqir etməsindən yazıb

    “Caspianpost” saytı işğaldan azad edilmiş Azərbaycan ərazilərində ermənilərin məzarları necə təhqir etdiyinə dair “Bacılar yenidən qovuşdu“ sərlövhəli məqalə dərc olunub.

    AZƏRTAC xəbər verir ki, məqalə fotoqraf Orxan Əzimin işğaldan azad edilmiş Ağdam rayonunda səfərdə olarkən Yusifcanlı kəndində qarşılaşdığı ürəkağrıdıcı mənzərəyə həsr olunub.

    Müəllif qeyd edir ki, hazırda insanda melanxolik təəssüratlar yaradan bu kiçik kəndi heç vaxt ölkənin ən gözəl yurdlarından biri olduğunu iddia etməyib. Ancaq ötən əsrin 90-cı illərinə qədər qərbdə Kiçik Qafqaz dağlarının arxasında günəşin qürubunu seyr edə bilən 1350 nəfərə yaxın azərbaycanlnın ata-baba yurdu idi. İndi hamısı xarabalığa çevrilmiş tikililərin hamısı 20-ci əsrdə inşa edilmişdilər, eyni zamanda, kəndin ətrafındakı çöllük ərazidə təkəmseyrək qədim məzar təpələri burada minilliklər boyu unudulmuş qədim tarixi təsdiqləyən nümunələrdir.

    Qeyd edilir ki, Orxan Əzim kənd qəbiristanlığında təsiredici mənzərəyə rast gəlib. Məzar daşları arasında dar bir yarğanla ayrılan iki məzar daşı onun diqqətini cəlb edib. Daşlardan birinin üzərində Səringül Mürşüd qızı, digərində isə Təyarə Mürşüd qızının adları yazılıb. Onlar Mürşüd Qəhrəmanov adlı kənd sakinin övladları olublar, yəni həmin məzarlarda uyuyan Səringül və Təyarə bacı idilər. Əvvəlcə onlar yan-yana basdırılmışdılar – buradakı kolxozda doğulub boya-başa çatan bacılar həyatda olduqları kimi vəfat etdikdən sonra da bir yerdə idilər. Onları bir-birindən ayrı salan yarğan isə çox sonralar meydana gəldi. 12 aprel 1994-cü ildə kəndin əsas hissəsini zəbt edən erməni işğalçıları tərəfindən kənd qəbiristanlığının içi ilə səngərlər qazıldı.
    Məlum olduğu kimi, həmin dövrdə ermənilərin hücumları dayandırıldı və Yusifcanlı kəndinin kənarları təmas xəttinə çevrildi. Həmin təmas xətti boyunca Birinci Qarabağ müharibəsi “dondurulmuş” şəkildə sona çatdı. 25 ildən çox müddət ərzində bura minalanmış sahələr, partlamamış sursat və qəfil atəş təhlükəsi altındakı neytral zonanın ən qaynar nöqtələrindən biri idi. Bu 25 il ərzində bacıların hər biri səngərin bir tərəfində qaldılar.

    Məqalədə Azərbaycan əraziləri üzərində ərazi bütövlüyünün bərpasına da toxunulur. Qeyd edilir ki, 2020-ci ilin noyabr ayında 44 günlük İkinci Qarabağ müharibəsinə son qoyan razılaşma ilə Azərbaycan əvvəl itirdiyi bütün əraziləri geri aldı. Yusifcanlı da daxil olmaqla. Ağdam rayonunun xarabalığa çevrilmiş qalan hissəsində olduğu kimi, burada da minaların təmizlənməsi və 30 il əvvəl öz torpaqlarından didərgin düşmüş ailələrin geri dönməsi üçün tələb olunan böyük bir yenidənqurma layihəsinin ilk mərhələsinə start verilib: “Bu arada, əmin-amanlığın bərpası ilə qəbiristanlığı bölən səngər tezliklə doldurulacaq. Müharibənin izləri itdikcə Qəhrəmanov bacıları Səringül və Təyarə yenidən bir araya gələrək qovuşacaqlar”.

  • Tərtər sakininin intihara cəhd etməsi ilə bağlı AÇIQLAMA

    Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerli sakin, Qarabağ qazisinin özünü yandırıldığı iddia edilib.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    İddialara görə, hadisəyə həmin şəxsin Tərtər Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımovla aralarında olan söhbət səbəb olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, bəzi sosial şəbəkələrdə Tərtərdə qazinin özünü yandırması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir:

    “Belə ki, özünü yandırmağa cəhd edən şəxs Tərtər rayon Bəyimsarov kənd sakini R.Q. adlı şəxsdir. O, qazi deyil və psixi xəstəlikdən əziyyət çəkir. Həmin şəxs özünü yandırmağa cəhd etsə də, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Hazırda onun həyati təhlükəsi yoxdur”.

  • Задержан подозреваемый в убийстве жителя Сумгайыта

    6 июня в Сумгайытскую прокуратуру поступила информация о гибели жителя города Вахида Иманлы.

    По данному факту было возбуждено уголовное дело по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью) УК АР, сообщает надзорный орган.

    В ходе расследования возникли обоснованные подозрения в том, что между Илькином Мухтаровым и Вахидом Иманлы произошел спор, в ходе которого последнему было нанесено множество травм, приведших к смерти.

    И.Мухтаров задержан в качестве подозреваемого.

    Следствие по данному уголовному делу продолжается.

  • Sumqayıt sakininin ölümündə şübhəli bilinən şəxs saxlanıldı

    İyunun 06-da şəhər sakini Vahid İmanlının aldığı xəsarətlər nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ-gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsinə əsaslı şübhələr yaranıb və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

    İlkin Muxtarov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Сократились поступления в госбюджет от таможенных пошлин

    Обнародован объем поступлений в госбюджет по линии Государственного таможенного комитета (ГТК) Азербайджана.

    Согласно информации ГТК, в мае этого года по линии ведомства в госказну было перечислено 347 млн 635 тыс. манатов. Это на 6,3% меньше, чем в предыдущем месяце, и на 0,2% меньше, чем в мае 2020-го.

    В прошлом месяце сумма таможенных пошлин составила свыше 92 млн 735 тыс. манатов, НДС – более 240 млн 679 тыс. манатов, акцизов – около 11 млн 3 тыс. манатов, транспортного налога – около 3 млн 218 тыс. манатов.

    За январь – май текущего года ГТК перечислил в госбюджет более 1 млрд 662 млн 21 тыс. манатов, что на 2% меньше, чем за аналогичный период 2020 года, когда было перечислено 1 млрд 696 млн 108 тыс. манатов.

  • Gömrükdən büdcəyə daxil olan vəsait azalıb

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb.

    Oxu.Az-ın Komitədən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin may ayında gömrük xətti ilə büdcəyə 347 milyon 635 min manat vəsait daxil olub.

    Bu, əvvəlki ayın (aprel 2021-ci il) göstəriciləri ilə müqayisədə 6,3 faiz az, ötən ilin may ayı ilə müqayisədə isə 0,2 faiz azdır.

    May ayı ərzində gömrük rüsumu üzrə 92 milyon 735,3 min manat, ƏDV üzrə 240 milyon 679,2 min manat, aksizlər üzrə 11 milyon 2,7 min manat, yol vergisi üzrə 3 milyon 217,8 min manat vəsait büdcəyə cəlb edilib.

    İlin yanvar-may ayları ərzində gömrük xətti ilə büdcəyə 1 milyard 662 milyon 21,4 min manat vəsait köçürülüb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azdır.

    Qeyd edək ki, 2020-ci ilin yanvar-may ayları ərzində büdcəyə 1 milyard 696 milyon 108 min manat vəsait daxil edilib.

  • Кадры из села Гаджи Исмаиллы Джебраильского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Гаджи Исмаиллы Джебраильского района.

  • Cəbrayılın Hacı İsmayıllı kəndi – VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Hacı İsmayıllı kəndindən video yayıb.

    Həmin görüntüləri təqdim edirik: