Month: June 2021

  • Подрыв журналистов: диверсия или случайность? – ВИДЕО

    Подрыв журналистов азербайджанских СМИ в селе Сусузлуг Кельбаджарского района изменил представление о мире после войны за освобождение оккупированных территорий.

    Насколько трудным будет путь к миру в регионе, если учитывать, что Азербайджан должен пройти его через тысячи гектаров минных полей и реальную угрозу терактов противника?

    В очередном выпуске военно-аналитического проекта Caliber авторы выскажут свою версию произошедшего и того, что косвенно связано с инцидентом…

  • Jurnalistlərin minaya düşməsi: Diversiya yoxsa təsadüf? – VİDEO

    Kəlbəcər rayonunun Susuzluq kəndində azərbaycanlı jurnalistlərinin minaya düşməsi işğal olunmuş ərazilərin azad edilməsi üçün aparılan müharibədən sonra sülh barədə təsəvvürləri dəyişdirdi. Azərbaycanın minlərlə hektar minalı ərazilərdən keçməli olduğu və düşmənin terror hücumlarının real təhlükəsini nəzərə alındığı zaman sülhə aparan yol nə qədər çətin olacaq?

    “Caliber” hərbi-analitik layihəsinin növbəti buraxılışında layihə müəllifləri Heydər Mirzə və Hans Kloss baş verənlərlə bağlı öz versiyalarını və insidentlə bilavasitə əlaqəli olanları açıqlayıb …

    Ətraflı videoda:

  • Президент распорядился улучшить водоснабжение посевных площадей в четырех районах

    7 июня Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по улучшению обеспечения по улучшению обеспечения поливной водой посевных площадей в Джалилабадском, Лянкяранском, Масаллинском и Ярдымлинском районах и удовлетворению потребностей местного населения в питьевой воде.

    Согласно распоряжению, с целью проектирования и бурения 12 субартезианских скважин в 12 населенных пунктах указанных районов с населением 33 550 человек для улучшения обеспечения поливной водой посевных площадей и используемых для посева земельных участков, а также для удовлетворения потребностей населения в питьевой воде ОАО “Мелиорация и водное хозяйство Азербайджана” выделено 840 тыс. манатов.

  • Prezident dörd rayon üçün 840 min manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 840 min manat ayrılıb.

    Həmin rayonlarda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı ilə buradan tanış ola bilərsiniz.

  • İyunun 8-dən bu məhdudiyyətlər aradan qaldırılacaq

    Formula 1 trekinin əhatə etdiyi digər küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətlər plana uyğun olaraq iyunun 8-də səhər saat 06:00-da aradan qaldırılacaq.

    Dəyişikliyə əsasən, trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılıb. Belə ki, bu gündən Bəhram Gur heykəlinin qarşısından “Azneft dairəsi”, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

    “Azneft dairəsi” – Niyazi küçəsi – İstiqlaliyyət küçəsi – B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutların “20-ci Sahə dairəsi”, 65 nömrəli marşrutun isə “Azneft dairəsi” istiqamətində fəaliyyəti bərpa edilib.

  • Bakıda qumbara tapıldı – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

    Məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

    Hadisə yerinə baxış keçirilərkən ərazidə döyüş tətbiqinə yararlı 1 ədəd “F-1” əl qumbarası aşkar edilib.

    Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

  • Emin Ağalarov İsmayıllıda – VİDEO

    Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yeni paylaşım edib.

    Sənətçi “Instagram” hesabında yeni video yayımlayıb. Azərbaycanın dilbər guşələrindən olan İsmayıllıya üz tutan Ağalarov, orada çəkdiyi yeni görüntüləri izləyiciləri ilə bölüşüb.

    İfaçı “Əhval-ruhiyəm çox yaxşıdır. Biz hazırda İsmayıllıdayıq. Bura çox gözlədir” kimi sözlər söyləyərək təbiətin gözəlliyindən söz açıb.

    Eminin “Hər şeyi çox yaxında öyrənəcəksiniz” başlığı ilə paylaşdığı görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib.

    Onun videosuna qısa müddətdə 231 min “like” gəlib, minlərlə isə şərh yazılıb.

    //Baku.ws

  • Yaşı 100-dən çox olan ağac kəsildi, icra nümayəndəsi cəzalandırıldı

    İsmayıllı rayonunun Cülyan kəndində yaşı 100-dən çox olduğu bildirilən qovaq ağacı kəsilib.

    Median.Az “report”a istinadən xəbər verir ki, hadisənin düzgün aparılmayan budanma işləri zamanı baş verdiyi məlum olub.

    Kənd icra nümayəndəsi Tahir Hüseynov qeyd edib ki, ağacın budanması aidiyyatı qurumdan rəy alındıqdan sonra həyata keçirilib.

    Sakinlərin müraciətindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib. Məlum olub ki, budanma düzgün aparılmayıb. Buna görə də Cülyan kənd icra nümayəndəsi nazirliyin yerli idarəsinin əməkdaşları tərəfindən cərimələnib.

  • Azərbaycan vətəndaşlarının Gürcüstana daxil olma qaydaları sadələşdirilir

    “Gürcüstanın quru sərhədlərini açması artıq bəzi nəticələr verib. Qonşu ölkələrdən ölkəyə turist axını artıb”.

    Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava brifinqdə deyib.

    Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının Gürcüstana quru yolla daxil olma qaydalarının sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır: “Biz çox ümid edirik ki, qərar özünü çox gözlətməyəcək və azərbaycanlı dostlarımızı ənənəvi olaraq qəbul edə biləcəyik”.

    N.Turnava qeyd edib ki, Ermənistan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması bərpa olunacaq: “İyunun 15-də Yerevan-Tbilisi-Batumi istiqaməti üzrə ilk qatar yola düşəcək”.

    ///Report

  • Azərbaycanda pandemiya nə vaxt bitəcək? – Deputatdan açıqlama

    “Bir aya normal həyata dönə bilərik, Azərbaycanda pandemiyanın sonu ola bilər”.

    Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

    O, qeyd edib ki, hər şey insanların məsuliyyətindən asılıdır:

    “Çox yaxşı haldır ki, ölkəmizdə yoluxmanın sayı sürətlə azalır və sağalma artır. Görünən odur ki, insanlarımız pandemiyanın verdiyi ağır nəticələrin fərqindədir. Hər bir vətəndaşımız normal həyat üçün darıxıb. Bunun üçün də qaydalara əməl edirlər. Əsas odur ki, vaksinləşmə prosesi sürətlə davam edir. Bu proses tamamilə sona çatdıqdan sonra artıq Azərbaycanda pandemiyanın sonu ola bilər. Bundan sonra da insanlar normal həyata dönəcək, uzun müddətdir toy arzusunda olanlar xoşbəxtliyə qovuşacaq. Mənə elə gəlir ki, belə davam edərsə, bir aya normal həyata dönə bilərik. Bu da ən əsası insanların məsuliyyətindən asılıdır”.

    Fəzail Ağamalı onu da qeyd edib ki, insanlar bu vəziyyətdən yorulublar:

    “İnsanlar evdə oturmaqdan yorulublar. Hamı toy, şənlik görmək istəyir. Bu, başadüşüləndir. Bir daha təkrar edirəm bu bizim özümüzdən daha çox asılıdır. Biz istəyiriksə normal həyata tez dönək, qapalı məkanlarda tibbi maskalardan istifadə etməli və sürətli vaksinasiya olunmalıyıq”.