Month: June 2021

  • “Neftçi” Çempionlar Liqasına Avstriya-İtaliya sərhədində hazırlaşacaq

    “Neftçi” PFK-nın 2021/2022-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

    Hazırlığın ilk mərhələsi sabah başlayacaq və iyunun 14-dək Bakıda baş tutacaq. Azərbaycan çempionu tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.

    Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq. Ayın 15-də Türkiyənin İstanbul şəhərinə, orada bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq “ağ-qaralar” Avstriya-İtaliya sərhədində yerləşən Kranyska Qora bölgəsindəki “Ramada Hotel&Suites”də məskunlaşacaq. Flaqman bu ölkədə dörd yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

    Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.

  • “Neftçi” Çempionlar Liqasına Avstriya-İtaliya sərhədində hazırlaşacaq

    “Neftçi” PFK-nın 2021/2022-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

    Hazırlığın ilk mərhələsi sabah başlayacaq və iyunun 14-dək Bakıda baş tutacaq. Azərbaycan çempionu tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.

    Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq. Ayın 15-də Türkiyənin İstanbul şəhərinə, orada bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq “ağ-qaralar” Avstriya-İtaliya sərhədində yerləşən Kranyska Qora bölgəsindəki “Ramada Hotel&Suites”də məskunlaşacaq. Flaqman bu ölkədə dörd yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

    Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.

  • Азербайджанские фермеры перегоняют скот на пастбища в Кельбаджаре – ВИДЕО

    В соцсетях распространились вызвавшие обсуждения видеокадры, на которых запечатлен перегон мелкого и крупного рогатого скота на пастбища в освобожденном Кельбаджарском районе.

    Как сообщил oxu.az сотрудник пресс-службы МВД, капитан полиции Анар Гафаров, часть скота, попавшего в объектив видеокамеры, находится на балансе государства.

    “Другая часть животных принадлежит фермерам из Кельбаджарского района. Поскольку они имеют разрешение соответствующего государственного органа на перегон скота на пастбища, в целях обеспечения безопасности их сопровождали полиция и военнослужащие Внутренних войск”, – сказал он.

  • Azərbaycanlı fermerlər mal-qarasını Kəlbəcərdəki yaylağa aparır – VİDEO

    Sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı görüntülər yayılıb.

    Videogörüntülər müzakirələrə səbəb olub.

    DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən görüntülərdə yaylağa aparılan mal-qaranın bir qismi dövlətin balansındadır:

    “Heyvanların bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur. Həmin şəxslərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan icazələri olduğundan mal-qara, eləcə də, sürünün yanındakı şəxslərin polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib”.

  • Стали известны подробности гибели журналистов при подрыве на мине в Кельбаджаре

    Генеральная прокуратура Азербайджана раскрыла детали инцидента, произошедшего 4 июня на территории села Сусузлуг Кельбаджарского района. В результате подрыва на мине вахтового автомобиля КамАЗ, в котором находились сотрудники СМИ и государственных структур, погибли три человека, еще четверо получили ранения.

    По данному факту в Военной прокуратуре АР возбуждено уголовное дело.

    В ходе предварительного расследования было установлено, что в связи с обеспечением Вооруженными силами АР абсолютного контроля над территорией происшествия, исключается проникновение туда вражеских диверсионных групп после освобождения от оккупации и установка ими мин.

    В ходе осмотра места происшествия было обнаружено углубление размерами 240 х 230 см, глубиной 97 см и полностью разрушенный КамАЗ.

    Причиной происшествия стала одна зарытая на глубине 60-97 см противотанковая мина, что было установлено, исходя из размеров пораженной области и внешнего вида места взрыва. Отсутствие каких-либо осколков взрывного устройства дает основание предполагать, что это была противотанковая мина с пластмассовым, тканевым или бескаркасным корпусом, фугасного (бронебойного) типа, предназначенная для установки на дорогах и в местах возможного движения гусеничных танков и бронетехники.

    Предполагается, что ставшая причиной взрыва мина представляет собой противотанковую типа ТМ-62П2, ТМ-62П3, ТМ-62Т или ТМ-62Б (они входят в одну и ту же группу), которая сработала в результате прохождения вахтового автомобиля.

    Также было установлено, что в период оккупации армянские незаконные вооруженные формирования использовали указанную дорогу в целях снабжения боевых позиций, а при отступлении из Кельбаджарского района заминировали территорию.

    Расследование по уголовному делу продолжается. Будет обеспечено регулярное информирование общественности о ходе следствия.

  • Jurnalistlərin Kəlbəcərdə minaya düşərək həlak olmasının təfərrüatı – RƏSMİ

    Azərbaycan Respublikası Baş Prokurorluğu 4 iyun 2021-ci il tarixdə media və dövlət qurumlarının əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək 3 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması ilə faktı ilə əlaqədar hadisənin təfərrüatını açıqlayıb.

    Baş Prokurorluğundan verilən məlumata görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

    Aparılmış ilkin istintaqla müəyyən edilib ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir.

    Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilən baxış zamanı 240 x 230 sm ölçülərində 97 sm dərinliyində çuxur və 1 ədəd tam yararsız hala düşən “KamAZ” markalı sərnişin avtomobili aşkar olunub.

    Hadisənin baş vermə səbəblərinə gəldikdə isə, partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılan tank əleyhinə 1 ədəd mina olub. Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olmuş, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub.
    Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal olunur.

    Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə etmişlər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.

    Cinayət işi üzrə istintaq davam edir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

  • Задержаны подозреваемые в кражах в Хачмазе и Лянкяране

    В результате оперативно-разыскных мероприятий сотрудники Лянкяранского РОП по подозрению в крупной краже задержали ранее судимого Вюгара Раджабова.

    Об этом сообщили в лянкяранской региональной группе пресс-службы МВД.

    Ранее в полицию поступила жалоба о том, что из дома местной жительницы Т.Пронкиной похищены предметы быта на сумму 7 437 манатов.

    Часть украденного была обнаружена у задержанного и изъята в качестве вещественных доказательств.

    В ходе расследования была также установлена причастность В.Раджабова к воровству электрических кабелей и водопроводных труб стоимостью 320 манатов из цеха на территории города.

    Кроме того, правоохранителями была раскрыта кража, совершенная в Хачмазском районе три месяца назад.

    Сотрудники местного отдела полиции по подозрению в хищении 25 000 манатов и 300 долларов, а также золотых украшений на сумму 70 000 манатов, часов и мобильного телефона на 1000 манатов задержали З.Бейдуллаева и М.Мамедова.

    По данным фактам проводится расследование.

  • Xaçmaz və Lənkəranda 100 min manatlıq oğurluq

    Lənkəranda yaşayış evi və sexdən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Məlumata görə, Lənkəran şəhər sakini T.Pronkinaya məxsus yaşayış evindən ümumi dəyəri 7 437 manat olan məişət əşyalarının oğurlandığı barədə polisə müraciət daxil olub.

    Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs – əvvəllər məhkum olunmuş Vüqar Rəcəbov müəyyən edilərək saxlanılıb.

    Oğurlanan əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə V.Rəcəbovun Lənkəran şəhəri ərazisindəki bir sexə gecə saatlarında qanunsuz olaraq daxil olmaqla oradan 320 manat dəyərində elektrik naqilləri və su borularını oğurlamasına da əsaslı şübhələr müəyyən olunub.

    Xaçmaz rayonunda da evdən oğurluq hadisəsi olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki evlərin birindən 25 000 manat, 300 ABŞ dolları, 70 000 manat dəyərində qızıl-zinət əşyaları, 1000 manat dəyərində saat və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Z.Beydullayev və M.Məmmədova saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Офицер ВС Армении: Мы заминировали Кельбаджар и Лачын

    По приказу генерала Тер-Григорьянца мы заминировали примерно 500-600 гектаров территории в Кельбаджарском, Лачинском районах (около золотоносных рудников). Мы привезли 17 “Камазов”, заполненных минами разной марки и типов.

    Об этом заявил в интервью армянскому телевидению директор-основатель специального военно-тренировочного учебного центра “Тигран Мец”, полковник ВС Армении Корюн Гумашян.

    К слову, 4 июня в результате подрыва на мине, установленной армянской стороной на территории Кельбаджарского района, погибли трое граждан Азербайджана, в том числе двое журналистов, еще четверо получили тяжелые ранения.

    “Я был и остаюсь при своем мнении. Карты заминированных районов я могу отдать, чтобы их передали Азербайджану, но только с одним условием – верните наших пленных (диверсантов – прим. ред.). Мы очень умно заминировали эти территории, даже если они привезут специалистов из Англии или России, все равно не получится ничего сделать. Там есть места, которые заминированы цепочками (цепные мины)”, – говорит армянский полковник.

    В подтверждение своей фашисткой натуры, Гумашян признает, что на минах подрывались и армяне.

    “Были случаи, когда наши тоже взрывались на минах (то ли золото ехали искать, то ли на охоту). Говорят даже, что это были официальные лица”, – заявил он.

  • Erməni polkovnik etiraf etdi: “17 yük maşını minanı Laçın və Kəlbəcər istiqamətində basdırmışıq”

    Erməni polkovnik Koryun Qumaşyan Laçın və Kəlbəcər istiqamətində törədilmiş təxribatı etiraf edib.

    Sosial şəbəkənin Ermənistan seqmentində yayılan videoda erməni polkovnik rəhbərlik etdiyi kontingentlə birlikdə 17 yük maşını minanı Laçın və Kəlbəcər ərazilərində basdırdığını bildirib.

    “Mən elə bir adamam ki, mənimlə danışıqlar başqa cür aparıla bilməz. Həmin ərazinin xəritəsini Azərbaycana yalnız bir şərtlə verə bilərəm. Bizim əsirləri (terrorçu-diversantları – red.) qaytarın. Sizdə nə qədər əsir varsa, siz ondan daha çox zərər görəcəksiniz. Mədənin içərisinə və çöl ərazilərinə minalar elə formada yerləşdirilib ki, istəyirsiniz İngiltərədən, Rusiyadan mütəxəssislər gətirin, yenə də təmizləmək mümkün olmayacaq. Bizim əsirləri verin və mən də xəritənin harada olduğunu deyim, siz də götürün və həmin əraziləri minasızlaşdırın”, – deyə Qumaşyan bildirib.