Month: June 2021

  • В Шеки мужчину унесло сильным течением

    Житель села Киш Шекинского района Шамиль Ахмедов (1996 г.р.) упал в реку Гуруджана, сообщили Oxu.Az в правоохранительных органах.

    Молодого человека унесло сильным течением. В результате принятых мер его тело было извлечено из воды.

  • Azərbaycanda gənci sel apardı

    Şəki şəhərində 1996-cı il təvəllüdlü şəxsi sel aparıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Kiş kəndin sakini Əhmədov Şamil Azər oğlu Qurucana çayını keçən zaman oraya düşüb və güclü sel onu aparıb.

    Onun meyiti çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • В Пакистане при столкновении двух поездов погибли 36 человек – ВИДЕО

    На юге Пакистана 36 человек погибли в результате столкновения двух поездов.

    Об этом сообщает телеканал ARY News со ссылкой на представителя местной власти, передает РИА Новости.

    Отмечается, что ЧП произошло между железнодорожными станциями в районе города Готки в провинции Синд.

    Уточняется, что поезд врезался в сошедший с рельсов состав.

  • Pakistanda dəhşətli qəza: Onlarla ölən və yaralananlar var – VİDEO

    Pakistanın Sind əyalətində iki qatarın toqquşması nəticəsində 36 nəfər ölüb.

    SamaaTV xilasedicilərə istinadən xəbər verir ki, dəhşətli faciə nəticəsində 50-dən çox insan yaralanıb.

    İlkin məlumatlara görə, qəza ekspres qatarın relsdən çıxaraq digər qatarın üzərinə aşması nəticəsində baş verib.

    Pakistan dəmir yolları nümayəndələrinin sözlərinə görə, qəza nəticəsində dörd vaqon relsdən çıxıb. Eyni zamanda, qəzanın baş verdiyi Qotki rayonunda toqquşma nəticəsində təxminən 14 avtomobil aşıb, səkkizədək maşın tamamilə yararsız hala düşüb.

    Hadisə şahidlərinin sözlərinə görə, toqquşma zamanı sərnişinlərin əksəriyyəti yuxuda olub.

  • “Marvel” məşhur personajını öldürməyi düşünür

    “Marvel Comics” nəşriyyatı məşhur personajlarından biri olan Həkim Strencin ölümünü anons edib.

    Bu barədə şirkətin saytı məlumat yayıb.

    “Marvelin baş sehrbazı barədə sonuncu rəvayət sentyabrda başlayacaq”, – deyə xəbərdə bildirilib.

    Bununla yanaşı, “Həkim Strencin ölümü” adlı komikslər silsiləsinin təsviri dərc olunub.

    Qeyd edək ki, adıçəkilən komikslər 1963-cü ildən nəşr olunur.

  • Şahzadə Harri və Meqan Marklın qızı dünyaya gəlib

    Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın qız övladı dünyaya gəlib.

    TASS xəbər verir ki, bu barədə ailənin rəsmi təmsilçisi məlumat yayıb.

    Məlumatda uşağın iyunun 4-də anadan olduğu qeyd edilib. Lakin hadisə yalnız iki gün sonra açıqlanıb.

    Körpəyə Lilibet Diana adı qoyulub.

    Qeyd edək ki, bu, cütlüyün ikinci övladlarıdır.

  • Çindən pandemiyaya görə 10 trilyon dollarlıq təzminat tələb olundu

    ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən maraqlı açıqlamaları ilə gündəmə gəlib.

    Ötən gün Respublikaçılar partiyasının Şimali Karolina ştatında keçirilən qurultayında çıxış edən siyasətçi bəyan edib ki, Çin pandemiyaya görə 10 trilyon dollar təzminat ödəməlidir.

    “Amerika və bütün dünyanın Çindən təzminat tələb etmək vaxtı artıq çatıb. Biz həmrəy şəkildə bəyan etməliyik ki, CXR öz məsuliyyətsizliyinə görə təzminat ödəməlidir”, – deyə o bildirib.

    Tramp əlavə edib ki, ABŞ dərhal Çindən idxal olunan bütün məhsullara gömrük rüsumlarını 100% qaldırmalıdır.

  • Baltik dənizinin suları saralıb

    Baltik dənizinin suları parlaq sarı rəngə boyanıb.

    Müvafiq rəsmləri yerli sakinlərdən biri “Instagram” səhifəsində paylaşıb.

    Fotolarda dəniz sularının parlaq sarı rəngdə olduğu görünür.

    “Sarı dəniz amili ağacların çiçəklənməsilə əlaqədardır. Çiçək tozunun bir hissəsi suyun üzərinə oturur. Bu, qısamüddətli haldır”, – deyə şəkillərin müəllifi izah edib.

  • Merlin Monronun kitabları hərraca çıxarılacaq

    Merlin Monronun sevimli resept və pəhriz kitabları hərraca çıxarılacaq.

    Bu barədə TMZ məlumat verib.

    Nəşrin məlumatına görə, söhbət “Bostonun Fanni Fermer kulinar məktəbinin aşpaz kitabı” və “Kulinariyanın yeni sevincləri” kitablarından gedir. 1950-ci illərdə işıq üzü görən bu kitablar aktrisanın sevimli topluları olub.

    Kitabın səhifələrində Monronun əllə yazılmış qeydləri var.

    Nəşrlərdən hər birinin 50-70 min dollara yaxın dəyəri olduğu bildirilir.

    Hərrac iyunun 22-də “Siegel Auction Galleries”də keçiriləcək.

  • Mavzoleydə Lenini “oyatmaq” istəyən şəxs saxlanılıb

    Moskvanın Qırmızı meydanındakı Lenin mavzoleyində dünya proletarlarının liderini “oyatmaq” istəyən şəxs saxlanılıb.

    Bu barədə Rusiya KİV-i məlumat yayıb.

    Ruslan Osipov adlı şəxs təkbaşına piket keçirərək, üzərində ingilis dilində “Oyan, bizim yenə çarımız var” yazılı lövhə qaldırıb.

    Qısa müddət sonra polislər ona yaxınlaşaraq, nümayişçini ərazidən uzaqlaşdırıblar.